Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə66/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   62   63   64   65   66   67   68   69   ...   74

159 
kitabxanalar müasir dünyanın reallıqlarına, elmi, texnoloji yeniliklərinə
sürətlə  dəyişən insanın tələbatlarına cavab verə bilsin. P.Laponun təbirincə 
desək,  əgər kitabxanalar insanın özünü və  ətraf aləmin dərkində, onun 
inkişafında davamlı bilik ötürücüsü rolunu oynayan sosial institut rolunu 
oynamağa müəssər ola bilərsə, o zaman kitabxana deyəndə  ağıla “möhtəşəm 
3-cü məkan” termini gələcəkdir. Bu hədəfə nail olmaq üçün qarşıda çox 
mühüm vəzifə  və tapşırıqlar mövcuddur. Yaxın vaxtlarda kitabxanalarımızın 
istər texnoloji imkanlar baxımından, istərsə  də elektron resursların 
zənginləşdirilməsi baxımından hədəflərə nail olacağımıza geniş imkanlar 
mövcuddur.  
İşin elmi yeniliyi 
Kitabxanaların “möhtəşəm yaxşı məkan” kimi xarakterizə oluna bilməsi. 
Nəticə 
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətlə 
inkişafı  zəminində Azərbaycan kitabxanalarının vəziyyəti və qarşıda duran 
vəzifələr barədə bir sıra analizlər aparmaq. 
 
Ədəbiyyat 
1. 
Azərbaycan məhəbbət dastanları.- Bakı: “ELM”, 1979.- 510 s. 
2. 
Azərbaycan nağılları. Beş cilddə. III cild. – Bakı: “Şərq-Qərb”, 2005.- 296 s. 
3. 
Əliquliyev, R.M., Valehov, C.F., Mahmudov, R.Ş. İnternet–jurnalistikanın 
formalaşmasının bəzi aspektləri. Ekspress-informasiya. İnformasiya 
cəmiyyəti seriyası.- Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2008.- 
32 s.  
4. 
Дворкина, М.Я. Библиотечные профессиональные ценности: традиции и 
инновации. rumchten.rsl.ru/assets/files/2009/doc/1231106177.doc 
5. 
Керимов, Г. Аль-Газали и суфизм.- Баку: «ЭЛМ», 1969.- 109 c. 
6. 
Лапо, П.М. “Великое хорошее место”. www.litera-ml.ru 
7. 
Лебедева, Е.В. «Третье место» как основа формирования городских 
сообществ. http://elib.bsu.by/bitstream/.pdf 
8. 
Ольденбург, Р. Третье место: кафе, кофейни, книжные магазины, бары, 
салоны красоты и другие места «тусовок» как фундамент сообщества / 
Рэй Ольденбург; пер. с англ. А.Широкановой.- М.: Новое литературное 
обозрение, 2014.- 456 с. 
 
 
 


160 
NADİR VƏ QİYMƏTLİ KİTABLARIN ELEKTRON KATALOQUNUN 
YARADILMASI TEXNOLOGİYASI 
 
Elçin Gülaməddin oğlu Gülalıyev 
M.Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı 
elchin.gulaliyev@teacher.edu.az 
 
Технология электронного каталога редких и ценных книг 
Резюме:Статья относится к электронному каталогу редких и ценных книг, 
научно-технической основе суммированы. 
The technology of the electronic catalogue of rare and valuable books 
Abstract:The article examines the electronic catalog of the rare and valuable books, 
the scientific and technical basis is summarized. 
 
Açar sözlər: nadir və qiymətli nəşrlər, kataloq, informasiya axtarış sistemi, kartoteka, 
AKİS, kitabxana, informasiya fəaliyyəti. 
Ключевые слова: редкие и ценные издания, каталоги, информационно-
поисковая система, подачи, AБИС, библиотека, информационные операции. 
Keywords: rare and valuable publications, catalogue, information research system, 
cartoteca, ACIS, library, information activity. 
 
Hələ XX əsrin 90-cı illərinin  əvvəllərindən informasiya cəmiyyətinin 
formalaşması konsepsiyası meydana çıxsa da, yalnız 2003-cü ilin dekabrında 
BMT və YUNESCO-nun Cenevrədə keçirilən  İnformasiya Cəmiyyəti üzrə 
Ümumdünya Sammiti III minilliyin əsas vəzifəsini-informasiya cəmiyyətinin 
qurulması  vəzifəsini bəşəriyyətin inkişafının mühüm şərti kimi vurğuladı. 
Azərbaycan Respublikasının prezidenti İlham  Əliyev həmin Sammitdə  çıxış 
edərək, ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının gündəlik 
həyatımızın tərkib hissəsinə çevrildiyini, mütəxəssislərimizin informasiya və 
kompüter texnologiyaları üzrə müxtəlif layihələri həyata keçirdiyini 
bildirmişdir.  
Ölkə prezidentinin cəmiyyətin informasiyalaşdırılmasına yüksək qiymət 
verməsi, Azərbaycanda informasiya texnologiyasının geniş sürətlə  tətbiqi, 
respublikamızın informasiya texnologiyası istehsal edən bir ölkəyə çevrilməsi 
haqqında göstərişləri, ölkəmizdə informasiya cəmiyyətinin qurulmasına və 
bilik cəmiyyətinə keçilməsinə böyük təkan verir. Prezident İ.Əliyev deyir: 
“Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik 
ki, o inkişafın, tərəqqinin  əsas səbəbləri təbii ehtiyatlar deyil, daha hansısa 
başqa iqtisadi nailiyyətlər deyil, məhz bilik, məhz savad, yeni 
texnologiyalardır-bunlar ölkəyə uğur gətirir, inkişaf, müasirlik gətirir”. [2, s.9] 
Beləliklə, informasiya cəmiyyətində istehsalın  əsas məhsulu bilikdir. 
Məhz buna görədir ki, bu cəmiyyətdə informasiya, bilik, informasiya istehsalı 
və informasiya xidməti aparıcı yer tutur və informasiya müəssisələri, xüsusilə 


161 
kitabxanalar sürətlə inkişaf edir, informasiya istehsalatın inkişafında hakim 
mövqe tutur. 
Yeni eranın-XXI  əsrin  əvvəllərindən cəmiyyət industrial cəmiyyətdən 
informasiya cəmiyyətinə doğru inkişaf etməyə istiqamətləndi. Elm məhsuldar 
qüvvəyə çevrilməyə, elmi-texniki inkişaf nəticəsində yeni, ən müasir istehsal 
sahələri formalaşmağa başladı. 
Cəmiyyətin informasiyalaşdırılması prosesini yüksək səviyyədə  təşkil 
etmək üçün bu işi ilk növbədə kitabxanalardan başlamaq lazımdır. Daha 
doğurusu, informasiyalaşdırılmış  cəmiyyətin mahiyyəti ilə ötəri tanışlıq belə 
bir qənaətə  gəlməyə imkan verir ki, bu cəmiyyət informasiyanın  ən mühüm 
daşıyıcısı olan kitab və kitabxanasız keçinə bilməz. Müasir kitabxanaların 
yaşaması, fəaliyyət göstərməsi, cəmiyyətdə kitabxanalara xas olan mühüm 
sosial funksiyalaraı yerinə yetirməsi, cəmiyyətin tərəqqi və inkişafının  əsas 
vasitələrindən birinə çevrilməsi üçün onun özünün bütövlükdə 
informasiyalaşdırılması  zəruridir.  İnformasiyalaşdırılmış  cəmiyyətə keçid 
prosesində kitabxanaların  əsas vəzifəsi öz nəzəri və  təcrübi səviyyəsinin 
yüksəldilməsinin daim qayğısına qalmalı, müasir cəmiyyətin, kitabxana 
oxucularının  ən böyük ehtiyac hiss etdiyi informasiya istehsalını 
genişləndirməlidir.  
 Belə bir şəraitdə müasir kitabxanaların cəmiyyətin 
informasiyalaşdırılmasında tutduqları xüsusi yeri və rolu barədə görkəmli 
kitabxananşünas alim, Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi, ali 
kitabxanaçılıq təhsilinin təşkilatçısı  və  nəzəriyyəçisi,  Əməkdar elm xadimi, 
BMT yanında Beynəlxalq informasiyalaşdırma akademiyasının akademiki, 
tarix elmləri doktoru, professor A.A.Xələfov belə yazır: “Artıq müasir şəraitdə 
kitabxanaların kommunikasiya sistemində rolu və  əhəmiyyəti o qədər 
artmışdır ki, kitabxanasız cəmiyyətin informasiya tələbatını ödəmək mümkün 
deyildir. Kitabxanalar cəmiyyətdə elmin və mədəniyyətin inkişafında, təhsil və 
tərbiyənin yüksəldilməsində, həmçinin insanların informasiya təminatında 
mühüm sosial institut kimi yaxından iştirak etməklə  ən çox istifadə olunan 
müəssisəyə çevrilmişdir. [1;4;7] 
Müasir  şəraitdə kitabxana işinə yeni informasiya-kommunikasiya 
texnologiyasınınnın tətbiqi, kitabxananın kompüterləşdirilməsi prosesi 
kitabxana fondu anlayışı, onun formalaşdırılmasına, struktur quruluşuna heç 
bir dəyişiklik gətirmir,  əksinə, fondun tərkibinin elektron vasitələrlə 
təkmilləşməsinə, məzmunca zənginləşməsinə, oxuculara kitabxana-
informasiya xidmətinin məzmunca yeni mərhələyə qalxmasına səbəb olur. 
Bütün bunlar bir daha təsdiq edir ki, ənənəvi kitabxanaçılıqdan imtina 
etmədən, yeniliyin keçmiş  ənənələrlə inteqrasiyasını yaratmaq, yeni 
texnologiyaları kitabxana işinə  tətbiq etmək böyük iqtisadi səmərə verməklə 
bəşəriyyətin  əsrlərlə topladığı kitabxanaçılıq təcrübəsini və  ənənələrini 
qoruyub saxlayır. Amerika filosofu Djorji Santayaka hələ XX əsrin 
əvvəllərində ənənə məsələlərindən danışarkən demişdir: “Tərəqqinin əsasında 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə