Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə67/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   63   64   65   66   67   68   69   70   ...   74

162 
baş verən dəyişikliklərdən daha çox ənənə durur. Kim ki keçmişi yadda 
saxlamağa qadir deyil, onu təkrar etmək məcburiyyətindədir”.  
 İnformasiya  əsrində başlıca vəzifələrdən birini informasiya 
texnologiyası, onun inkişafı tutur. Elmi-texniki tərəqqinin inkişafı ilə 
ayaqlaşan informasiya texnologiyası olmadan, bütövlükdə informasiya işini 
avtomatlaşdırmadan, yüksək texnologiyaya malik informasiya mərkəzləri 
yaratmadan, hər cür informasiyanın mərkəzi və saxlayıcısı olan kitabxanaları 
kompüterləşdirmədən informasiyalaşdırılmış cəmiyyətdən danışmaq olmaz. 
Müasir şəraitdə informasiya cəmiyyətində baş verən proseslər kitabxana 
işini xeyli mürəkkəbləşdirmiş, kitabxanaların qarşısına tamamilə yeni vəzifələr 
çıxmış, onlar əvvəllər cəmiyyətdə mövcud olan, indi fəaliyyətini dayandırmış 
bir sıra mədəni-maarif və  təbliğat müəssisələrinin işini də öz üzərinə 
götürməli, yaranmış boşluqları doldurmalıdırlar. Ancaq təəssüf ki, ənənəvi iş 
üsulu ilə  işləməyə üstünlük verən bəzi kitabxanalarımız kitabxanalar 
qarşısında duran vəzifələrin kəmiyyətcə çoxalmasını dərk etmirlər.  
Bu isə kitabxanalara müasir sosial funksiyalarını tam yerinə yetirməyə 
imkan vermir. Respublikamızın kitabxanaları  cəmiyyətdə baş verən yeni 
prosesləri, yeni vəzifə borclarını  dərindən öyrənməli və bu vəzifələrin 
zəruriliyini hakimiyyət strukturları  və müxtəlif cəmiyyətlər qarşısında 
qaldırmağı bacarmalıdırlar.  
Müasir informasiya texnologiyaları insan fəaliyyətinin bütün sahələrinə 
tətbiq edilməkdədir. Bununla əlaqədar iqtisadiyyatın informasiya sektoru və ya 
informasiya emalı  sənayesi formalaşıb sürətlə inkişaf edir. İnformasiya 
texnologiyaları informasiyalaşdırılmış  cəmiyyətin  əsas bazasını, bünövrəsini 
təşkil edir.  
Kitabxanalar sənəd-informasiya ehtiyatlarının başlıca mühafizəedicisi, 
onların ictimai istifadəsinin aparıcı generatoru olduğundan informasiya 
texnologiyalarının metod və vasitələrinin bütün kompleksi kitabxana-
informasiya sistemləri bazasında tətbiq edilmişdir. Bu proses tarixi baxımdan 
XX əsrin 50-ci illərindən başlamış, informasiya texnika və texnologiyalarının 
inkişaf səviyyəsinə uyğun olaraq genişlənmiş, mürəkkəbləşmiş  və hazırda 
qlobal və kütləvi xarakter almışdır.  İndi ümumi proqram təminatı bazasında 
heç olmasa bir ədəd fərdi kompüteri olmayan iri və orta səviyyəli kitabxana 
demək olar ki, yoxdur. [5, s.9] 
Kitabxana-informasiya proseslərinin avtomatlaşdırılması ayrı-ayrı 
proseslərdən başlayaraq, kompleks sistemlərə, daha sonra inteqral və  şəbəkə 
sistemlərinə  qədər inkişaf edərək hazırda yüksək texnologiyalara əsaslanır. 
Paylanmış biblioqrafik məlumat bazaları, onlayn sistemlər, elektron 
kataloqlar, elektron kitabxanalar deyilənlərə əyani misal ola bilər. Bu texniki-
texnoloji nailiyyətlər içərisində elektron kataloqlaşdırmanın metod, vasitə  və 
texnologiyaları vacib yer tutur. Çünki məlumat bazalarının da, elektron 
kitabxanaların da əsasını  həm axtarış, həm də texnoloji baxımdan elektron 
kataloqlar təşkil edir. 


163 
Müasir kitabxana-informasiya texnologiyalarının nisbi-müstəqil inkişaf 
istiqamətləri içərisində  ən çox işlənmiş  və texniki-texnoloji cəhətdən daha 
təkmil səviyyəyə çatan məhz elektron kataloqlardır. Belə ki, hələ XX əsrin 60-
cı illərindən biblioqrafik yazıların maşın formatı və bu sahədə ilk beynəlxalq 
standart (JSO 2709) hazırlanmış, 80-ci illərdə vasitəçi və mübadilə formatı 
(UNİMARC) yaradılmış, elə  həmin illərdən də milli kataloqlaşdırma formatı 
işlənib tətbiq edilmişdir. Bundan başqa, elektron kataloqlaşdırma sahəsində 
yüksək səmərəli sistem və  tətbiqi proqram zərfləri işlənmişdir. Bu sahədə 
mühüm nailiyyətlərdən biri də milli, beynəlxalq və normativ kataloqlaşdırma 
mərkəzlərinin yaradılmasıdır.  İndi dünyanın milli və iri sahəvi 
kitabxanalarının xeyli hissəsində kartoçka kataloqu elektron kataloqla əvəz 
edilmişdir. Bu kataloqların  əksəriyyəti onlayn rejimdə  fəaliyyət göstərir. [9, 
s.22] 
Azərbaycan Respublikasında elektron kataloqların ilk versiyasının, yəni 
maşınlaoxunan kataloqun işlənilməsinə  təqribən XXI əsrin  əvvəllərində iri 
kitabxanalarda başlanmışdır. Bu istiqamətdə Rusiya Dövlət Ümumi Elmi-
Texniki Kitabxanasının  İRBİS (Rusiya İnteqral Kitabxana İnformasiya 
Sistemi) və Amerika Birləşmiş  Ştatları Virciniya Texniki Universitetinin 
VTLS (Virginia Technical Library System) sistemi tətbiq edilməkdədir. 
Bunlardan Respublikamızda VTLS M.F.Axundov adına Milli Kitabxanada
İRBİS isə bir çox kitabxanalarda tətbiq edilir.Eləcə  də RUSLAN, 
MİLLENİUM, ALEPH və s.kimi AKİS-lər respublikamızın bir çox müxtəlif 
kitabxanalarında tətbiq edilir. 
Bu qeyd etdiklərimiz deyilən sistemlərin konkret şəraitə adaptasiyası, 
konvertasiya proqramlarının və milli elektron kataloqlaşdırma formatının 
işlənməsi, avtomatik korreksiya problemi, serverin qurulması və vebversiyanın 
tətbiqi və digər bu kimi məsələlərdir. 
Bütün bunlarla əlaqədar olaraq elektron kataloqlaşdırma sahəsində 
toplanmış,  əldə edilmiş dünyəvi elmi nəticələrə  əsaslanaraq bu sahədə yeni 
mütərəqqi iş forma və üsulları formalaşdırmaq zərurəti meydana gəlir. Belə ki, 
kitabxana fondlarını təşkil edən, demək olar ki, bütün növdən və tipdən olan 
sənədlərin, o cümlədən nadir və qiymətli nəşrlər haqqında biblioqrafik axtarışı 
optimallaşdırmaq məqsədilə onların elektron katalolaşdırma prosesində 
meydana çıxan forma və iş üsullarını sistemləşdirmək zərurəti meydana çıxır: 
-elektron kataloqlaşdırma prosesinin miqyas dairəsində nadir və qiymətli 
nəşrlərin optimal yerinin müəyyənləşdirilməsi; 
-nadir və qiymətli nəşrlərin müxtəlif kitabxana fondlarında, sənəd-
informasiya bazalarında konkret şəraitə uyğun informasiyalaşdırma prosesinə 
cəlb edilməsinin prioritet məsələyə çevrilməsinin təminatı; 
-nadir və qiymətli nəşrlərin informasiya texnikasının imkanlarından 
istifadə etməklə elektron kataloqlaşdırma prosesində spesifik meyarlarına 
müvafiq metodoloji xəttin seçilməsi; 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə