Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə39/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   35   36   37   38   39   40   41   42   ...   74

91 
axtarışı  nəticəsində verilir. Biblioqrafik ünvan arayışı biblioqrafik mənbələr 
əsasında oxucunun tələb etdiyi sənədin mövcudluğunu və ya müəyyən fondda 
(kitabxanada, arxivdə, kitab mağazasında) dəqiq saxlanma ünvanını (şifrəsini) 
müəyyənləşdirmək məqsədilə yerinə yetirilən arayışdır. Biblioqrafik ünvan 
sorğusu üzrə axtarışın son nəticəsi sənədin kitabxana fondunda saxlandığı yeri 
göstərən şifrədən və yaxud sifarişin KAA vasitəsilə başqa yerə göndərilməsini 
göstərən cavabdan (arayışdan) ibarətdir. Kitabxanada oxucuların belə 
sorğularını  əlifba və sistemli kataloqlar, diyarşünaslıq kartotekası, habelə 
soraq-biblioqrafik nəşrlər fondu vasitəsilə ödəyirlər. Oxucu çox vaxt 
kitabxanaya müəyyən bir biblioqrafik məlumatı  dəqiqləşdirmək məqsədilə 
müraciət edir. Belə sorğuların məqsədi müxtəlifdir. Biblioqrafik məlumatı 
dəqiqləşdirmək məqsədilə verilən arayış oxucunun verdiyi sorğuda olmayan 
və təhrif edilən məlumatı dəqiqləşdirmək məqsədi daşıyır.  
Faktoqrafik arayış - sorğuya cavab olaraq faktiki məlumatların 
verilməsidir. Bura dəqiq ay, il, gün, rəqəmlər, terminlər, istinadlar və s. 
daxildir. Arayışlar faktiki sənədlər  əsasında müəyyən edilir və onların 
tərtibində bir qayda olaraq ensiklopediyalardan, lüğətlərdən və kartotekadan 
istifadə edilir. Çox vaxt kitabxanalarda oxucuları  fəallaşdırmaq, onları 
biblioqrafik axtarışa cəlb etmək məqsədilə biblioqrafik məsləhətlər verilir. 
Oxucuya kitabxananın elektron kataloqundan, respublika və xarici ölkə 
kitabxanalarından, onların informasiya resurslarından necə istifadə edilməsi, 
biblioqrafik təsvirlərin siyahıların, sənədlərin sistemləşdirilməsi və onlara 
annotasiyaların verilməsi qaydaları haqqında məsləhətlər verilir.  
Ödənilmiş arayışlar fondu - eyni mövzular üzrə sorğular tez-tez təkrar 
olunduğuna görə kitabxanada ödənilmiş arayışlar fondunun yaradılması 
məqsədəuyğundur. Bu zaman həm vaxta qənaət edilmiş olur, həm də sorğu 
operativ cavablandırılır. 
Fonddan səmərəli istifadə etmək məqsədilə ona kartoteka şəklində 
köməkçi  əlifba-predmet göstəricisi tərtib olunur. Hər bir kartoçkada arayışın 
tam adı, predmet rubrikası  və  sıra nömrəsi göstərilir. Kartotekada tez-tez 
təkrarlanan şifahi arayışların mövzularının və onların ödənilməsi mənbələrinin 
də göstərilməsi məqsədəuyğundur. Yaxşı təşkil olunmuş bu fond yalnız təkrar 
arayışların yerinə yetirilməsinə deyil, həm də kitabxanada keçirilən müxtəlif 
diyarşünaslıq tədbirləri üçün ədəbiyyatın seçilməsinə  də köməklik göstərir. 
Fondda saxlanan arayışlar kitabxananın soraq biblioqrafiya işini təhlil etməyə 
və tez-tez təkrarlanan mövzular üzrə müxtəlif biblioqrafik göstəricilərin 
tərtibinə imkan verir. Ödənilmiş arayışlar fondunu kitabxananın saytında da 
yerləşdirmək olar. 
MKS-də oxuculara göstərilən biblioqrafik xidmət növlərindən biri də 
biblioqrafik informasiya xidmətidir. Biblioqrafik informasiya xidmətinin əsas 
mahiyyəti ondan ibarətdir ki, kitabxanaya daxil olan yeni ədəbiyyat haqqında 
tələbatçıya onun sorğusunu gözləmədən və ya daimi sorğulara uyğun olaraq 
operativ cari biblioqrafik informasiya verilsin. Biblioqrafik informasiya 


92 
xidməti ayrı-ayrı şəxslərin, qrupların və ya bütövlükdə cəmiyyətin informasiya 
tələbatının ödənilməsi üzrə informasiya proseslərinin məcmusundan 
(sənədlərin toplanması, analitik-sintetik işlənməsi, informasiyanın axtarışı  və 
yayılması) ibarət olan fəaliyyətdir. BİX-in elementləri aşağıdakılardır: 
informasiyanın istehsalçısı 
və yayıcısı, alıcısı 
və informasiya-
kommunikasiyası üsulları və vasitələri.  
Qeyd etmək lazımdır ki, MKS-də  fərqləndirilməyən, yəni kütləvi 
biblioqrafik informasiya xidmətinin müxtəlif metodlarından geniş  şəkildə 
istifadə olunur. Kütləvi biblioqrafik informasiya xidmətinin ən geniş yayılmış 
forması kitabxanaya daxil olan yeni ədəbiyyatın məlumat bülletenidir. MKS-
də metodiki biblioqrafiya şöbələri sistemin vahid fonduna daxil olan yeni 
ədəbiyyatın məlumat bülleteni hazırlamışdır. Məlumat bülletenləri yeni daxil 
olmuş  ədəbiyyatın miqdarından asılı olaraq əvvəlki illərdə  hər rübdə 
hazırlanırdı. Son illər sistemə daxil olan ədəbiyyatın azlığını nəzərə alaraq ildə 
bir dəfə kitab fonduna daxil olan yeni ədəbiyyatın məlumat bülleteni adı ilə 
tərtib olunur. Bülletendə materiallar onluq təsnifat üzrə verilir, daxildə isə əlif-
ba qaydasına riayət olunur. Məlumat bülleteni bütün kitabxana-filiallara gön-
dərilir. 
BİX-in növləri informasiya sorğularının ödənilməsinin differensasiya 
səviyyəsinə görə  fərqlənir: Rəhbər  İşçilərə Differensial Xidmət (RİDX), 
müəyyən qrupa və ya konkret istehlakçıya istiqamətlənən fərdi, kollektiv və 
kütləvi informasiya xidməti. Bu xidmətin əsasında oxucular kitabxanaya yeni 
daxil olan kitablar haqqında vaxtlı-vaxtında xəbər tutur.  
Kütləvi BİX-in mühüm formaları: 
1. Yeni alınan ədəbiyyatın məlumat bülleteni (aylıq və rüblük);  
2. Yeni ədəbiyyat sərgiləri (mövzu sərgisi, dövri mətbuatda dərc 
olunmuş məqalələrin nümayişi); 
3. Xülasələr (yeni nəşrlərin xülasəsi, mövzu xülasələri, diyarşünaslıq 
fondu və onun ayrı-ayrı hissələri üzrə xülasə-ekskursiya,  ən  əhəmiyyətli 
müxtəlif diyarşünaslıq nəşrlərinin xülasəsi), həmçinin kitabxananın təşkil 
etdiyi “informasiya günündən”, “mütəxəssis günlər”indən, “biblioqrafiya 
günü”ndən və başqa oxşar tədbirlərdən ibarətdir.  
Məlumat bülletenləri aylıq və rüblük tərtib olunur. Bu bülletenlərdə 
adətən kitabların biblioqrafik təsvirinin qarşısında kitabın fondda yerini 
göstərən  şifrələr də yazılır, bu da oxucu sorğuları üzrə konkret kitabın 
biblioqrafik axtarışını xeyli asanlaşdırır.  
Yeni  ədəbiyyatın müvafiq siyahıları hazırlanıb abonementdə  və ya oxu 
zalında, həmçinin yerli qəzetlərdə çap edilməklə və ya kitabxananın saytında 
əks etdirilməklə oxuculara təqdim edilir.  
Xülasələri aşağıdakı kimi qruplaşdırmaq olar:  
1. Yeni nəşrlərin xülasəsi; mütəxəssis günlərində, əlamətdar və tarixi 
günlərlə əlaqədar keçirilən mövzu xülasələri;  


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə