Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə47/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   43   44   45   46   47   48   49   50   ...   74

109 
Azərb. Resp. Dövlət Statistika Komitəsi.- Bakı, 2014.- 276s. Azərbaycanda 
turizm və xidmətlər 2014: statistik məcmuə /ümumi rəhb. A.Vəliyev; burax. 
məsul: H.Bağırov, E.Hacı; Azərb. Resp. Dövlət Statistika 40 Komitəsi.- Rəsmi 
nəşr.- Bakı, 2014.- 247 s.; Azərbaycanın regionları 2014: statistik məcmuə 
/ümumi rəhb. H.Bağırov; hazır. məsul M.Əmirova; Azərb. Resp. Dövlət 
Statistika Komitəsi.- Bakı: [s. n.], 2014.- 778, s. 
Diyarşünaslıq üzrə  sənəd kütləsi içərisində  hər hansı bir diyara, onun 
təbiətinə, tarixi keçmişinə  həsr olunmuş  ədəbi-bədii  əsərlərin vətənpərvərlik 
tərbiyəsində böyük əhəmiyyəti vardır. Belə  əsərlər adətən, ya həmin diyarda 
yaşayıb yaradan, ya da həmin yerdə müəyyən səbəblə  əlaqədar olmuş 
(məzuniyyət, yaradıcılıq ezamiyyəti və s.) ədiblər tərəfindən yaradılır. Bunlar 
ayrı-ayrı  nəşr, məcmuə  şəklində, həm də dövri mətbuat səhifələrində  dərc 
olunurlar. Məsələn, Ağdaşlı,  Ə.Ə., Samuxlu Fədai: (“Bumeranq” əməliyyatı) 
/Əflatun Ağdaşlı; red. F.Əliyev.- Bakı: MBM, 2014.- 704 s.; Azəri, Ə. Hərbi 
Zəngilan: roman-xronika /Əli bəy Azəri; red. S.Abdullayev.- Təkmil. nəşr.- 
Bakı, 2014.- Trilogiyanın birinci hissəsi.- 531 s.; Xınalı, Z. Xınalıq etüdləri: 
poema /Zəminə  Xınalı; red. T.Abbaslı; ön söz müəl. N.Şəmsizadə.- Bakı: 
Təknur, 2014.- 103 təsnifləşdirilən s.,  
Ölkəşünaslıq və diyarşünaslıq üzrə  sənədlər bilik mənbəyi və 
biblioqrafiyalaşdırma obyekti kimi forma və məzmuna görə vəhdətə götürülür. 
İnformasiyanın sahəvi və mövzu mənsubiyyəti, məqsəd və oxucu istiqaməti, 
qiyməti, mahiyyəti, bədii səviyyəsi və başqa xüsusiyyətləri ilə  əlaqədar nə 
varsa hamısı həmin sənədin bilik mənbəyi kimi məzmunu deməkdir. 
Biblioqrafiya sənədi onun forma və məzmunu ilə qarşılıqlı əlaqədə bilik 
mənbəyi kimi nəzərə alır və analitik sintetik cəhətdən işləyir. 
Biblioqrafiyalaşdırma zamanı bir halda formaya, digər halda məzmuna 
üstünlük verilir. Əgər forma əlaməti  əsas götürülərsə, yəni universal 
biblioqrafik informasiya mənbəyi yaradılarsa, onda əldə olunan sənədlərə görə 
məzmun açılmalıdır. Məzmuna  əsaslanan biblioqrafik informasiya mənbəyi 
yaradılarsa, onda forma miqyası sonradan dəqiqləşdirilir. Biblioqrafik 
tərtibatda ya forma əsasında məzmun, ya da məzmun  əsasında forma nəzərə 
alınır, son məqsəd ölkəşünaslıq və diyarşünaslıq üzrə bütövlükdə 
istifadəçilərin informasiya təminatını operativ yerinə yetirməkdir. 
 
Ədəbiyyat 
1. 
Azərbaycan rəqəmlərdə 2014: statistik məcmuə /ümumi rəhb. A.Vəliyev; ha-
zır. məsul M.Əmirova; Azərb. Resp. Dövlət Statistika Komitəsi.- Bakı, 
2014.- 276 s. 
2. 
Azərbaycanda turizm və xidmətlər 2014: statistik məcmuə /ümumi rəhb. 
A.Vəliyev; burax. məsul: H.Bağırov, E.Hacı; Azərb. Resp. Dövlət Statistika 
Komitəsi.- Rəsmi nəşr.- Bakı, 2014.- 247 s.;  


110 
3. 
Azərbaycanın regionları 2014: statistik məcmuə /ümumi rəhb. H.Bağırov; 
hazır. məsul M.Əmirova; Azərb. Resp. Dövlət Statistika Komitəsi.- Bakı, 
2014.- 778 s. 
4. 
İsmayılov, N.İ., Hacıyeva, Q.İ.Kitabxanada ölkəşünaslıq (diyarşünaslıq) üzrə 
biblioqrafik fəaliyyət(nəzəri-tarixi-metodiki məsələləri.-Bakı:Mütərcim, 
2004.-110 s. 
5. 
Мамонтов, А.В., Щерба, Н.Н. Краеведческая библиография.-
Москва:Книжная палата,1989.-215 с. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


111 
AZƏRBAYCANDA ETNOQRAFİYA ELMİNİN İLKİN  
SƏNƏD-İNFORMASİYA MƏNBƏLƏRİ 
 
Yasəmən Feyzulla qızı Sadıqova 
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu
nun doktorantı, 
M.F.Axundov adına Milli kitabxana, böyük biblioqraf 
 
Первичные источники информации по этнографии Азербайджана 
Резюме: В статье исследованы первичные источники информации по 
этнографии Азербайджана в период с античных времен до 20-х годов ХХ века, 
а также определены позиции этих источников в поток этнографических 
документов. 
The initial information sources of Azerbaijan ethnography science 
Abstract: In the thesis had been studied the initial documents of Azerbaijan 
ethnography science for the periods from ancient times till the first half of the 
twentieth century and was investigated the characteristic features information 
sources. 
 
Açar sözlər: Azərbaycan etnoqrafiyası, etnoqrafik mənbələr, maddi-mənəvi 
mədəniyyət, ilkin informasiya mənbələri. 
Ключевые слова: Этнография Азербайджана, этнографические источники, 
материальная и духовная культура, первичные информационные источники. 
Keywords: Etnography of Azerbaijan, ethnographic sources, the initial information 
sources, the material and spiritual culture. 
 
Giriş 
Azərbaycan etnoqrafik cəhətdən dünyanın  ən maraqlı  və  cəlbedici 
ölkələrindən biridir. Ölkəmizin əlverişli təbii-coğrafi şəraitə, mülayim iqlimə, 
zəngin təbii sərvətlərə malik olması  hələ lap qədim zamanlardan insanların 
burada məskunlaşmasının  əsas səbəbi olmuşdur. Burada yaşayan  əhalinin 
əsrlər boyu zəngin mədəni-mənəvi mədəniyyəti, təsərrüfat məişəti, ailə-nigah 
münasibətləri, adət-ənənələri formalaşmışdır. Ümumiyyətlə, xalqların bir xalq 
kimi öyrənilməsi ilə etnoqrafiya elmi məşğul olur. Zəngin maddi-mənəvi 
dəyərlərə malik Azərbaycan xalqının etnoqrafik cəhətdən öyrənilməsinə XIX 
əsri II yarısından başlanılmışdır.  İstər çar Rusiyası dövründə, istər sovetlər 
dönəmində, istərsə  də müstəqillik illərində Azərbaycanın etnoqrayasının 
öyrənilməsinə xüsusi yanaşılmış, bu sahə müxtəlif maraq və aspektlərdən 
tədqiq olunmuşdur. Lakin aparılan bütün tədqiqatlar Azərbaycanda 
etnoqrafiya elminin sənəd-informasiya kütləsinin formalaşmasında mühüm rol 
oynamışdır.  
Məsələnin qoyuluşu 
Müstəqillik illərində Azərbaycanda maddi-mədəniyyətin qorunması, 
öyrənilməsi sahəsində bir sıra mühüm addımlar atıldı. Respublika prezidenti 
tərəfindən Azərbaycanda etnoqrafiya elminin inkişafını  dəstəkləyən 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə