Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə49/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   45   46   47   48   49   50   51   52   ...   74

114 
Azərbaycan etnoqrafiyasının orta əsr dövrünün öyrənilməsində mühüm 
mənbə rolunu məhəbbət dastanları təşkil edir. "Qurbani", "Abbas və Gülgəz", 
"Aşıq Qərib", "Tahir və Zöhrə", "Şah İsmayıl", “Qul Mahmud” dastanları ən 
məşhur məhəbbət dastanlarımızdır. Xalqın təsərrüfat məişəti:  əkinçilik, 
heyvandarlıq, ov üsulları  və ov adətləri, maddi mədəniyyəti: yaşayış 
məskənləri və evlərin əsas tip və formaları, geyim və bəzək əşyaları, yemək və 
içkilərin hazırlanması, xalq nəqliyyat vasitələri, ailə məişəti sahəsində: ailə və 
nigah formaları, toy və  dəfn adətləri, xalq musiqisi, xalq təbabəti
qonaqpərvərlik kimi etnoqrafik ünsürlər öz əksini tapmışdır. Azərbaycan 
məhəbbət dastanları da bir etnoqrafik mənbə kimi tədqiqatçılar tərəfindən 
araşdırılmışdır[10]. 
Azərbaycan etnoqrafiyasına dair məlumatlar verən orta əsr ərəb və fars 
mənbələr mühüm əhəmiyyət daşıyır. Bəlazurinin “Fütuh əl Buldan”, IX əsrin 
müəllifi İbn Vazeh Yəqubinin “Tarix əl Yəqubi”, Təbərinin “Tarixe-Təbəri”, 
İbn  əl  Əsirin “Əl-Kamil fit Tarix”, Məsudinin “Əl-Tərbiyh və  əl-Əşaf”, 
Həmzə-İsfahaninin “Tarixe Məlük əl-Ərz və əl-Ənbiya”, Estəxtinin “Məsalik 
və Məmalik”, İbn Hövqəlin “Sürət-əl Ərz”, Əbu-Reyhan Büruninin “Asar əl-
Baqiyyə”,  İbn Fəzlanın “Səfərnamə”, Ömər Xəyyamın “Novruznamə”, 
Qəzvininin “Əcaib-əl Məxluqat” kimi əsərlərini göstərmək olar. Əsasən, tarixi 
hadisələr haqqında məlumat verən bu mənbələr etnoqrafiyanın tədqiqat 
obyekti olan əhalinin dini etiqadları  məsələlərinin tədqiqində xüsusi rol 
oynayır[3]. 
Orta  əsrlərdə Azərbaycanla bir sıra qərbi Avropa ölkələri ilə  əlaqələri 
yaranmışdır. Bu dövrdə Azərbaycan ərazisində yaranan dövlətlər xarici ticarəti 
genişləndirmək məqsədilə diplomatik, iqtisadi və ticari əlaqələr qurmuşdular. 
Bu  əlaqələrin yaranması avropalı  səyyahların, tacirlərin, diplomatların 
Azərbaycana ayaq açmalarına səbəb olmşdur. Onların  əsərlərində, yol 
qeydlərində Azərbaycanın orta əsr  şəhərləri, memarlıq abidələri,  əhalinin 
zəngin adət-ənənələri, qonaqpərvərliyi haqqında məlumatlara rast gəlirik. Orta 
əsrlər dövründə Avropa-Səfəvi, Ağqoyunlu dövlətlərinin  əlaqələri görkəmli 
tarixçi alim Yaqub Mahmudlunun tədqiqat fəaliyyətinin  əsas hissəsini təşkil 
edir. Müəllifin “Səyyahlar Azərbaycana gəlir” adlı kitabında Azərbaycanın 
tarixi keçmişindən məlumat verən Avropa səyyahlarının  əsərləri ilə tanış 
oluruq. Əslən Venesiyadan olan ticarət məqsədilə Şərq ölkələrini, o cümlədən 
Azərbaycanı  gəzən Marko Polo daxil olduğu hər bir şəhərin sənətkarlıq 
məhsulları  və ticarəti ilə maraqlanıb, qeydlər aparmışdır. Marko Polonun 
səyahətnaməsində Azərbaycanda ipəkçiliyin inkişafı haqqında qiymətli 
məlumatlara rast gəlinir. O, Təbriz şəhərinin ticarət və sənətkarlığından, bahalı 
zərxara və ipək parçalardan, zərgərlik məhsullarından,  əhalinin  əhəmiyyəli 
təsərrüfat sahələrindən olan balıqçılığın qədim tarixə malik olmasından bəhs 
edir. Bundan başqa, Kastiliya krallığından Teymur sarayından göndərilmiş 
ispaniyalı elçilərdən biri Ryun Qonsales de Klavdixo, əsasən, Təbriz şəhərinin 


115 
təsvirini vermişdir.  Şəhərin ticarət həyatını  təsvir edən səyyah burada 
sənətkarlığın müxtəlif sahələrinin inkişafına da toxunmuşdur.  
Azərbaycanlı müəlliflərin tarixi əsərlərində etnoqrafik məlumatlar az 
verilməmişdir. Sözü gedən dövrdə yaşayıb-yaradan böyük mütəfəkkirlərimiz 
Nizami Gəncəvi, Xəqani  Şirvani, Məshəti Gəncəvi, Mücirəddin Beyləqani, 
Nəsimi, Məhəmməd Füzuli və sairələrinin ədəbi-bədii əsərləri də Azərbaycan 
xalqının etnoqrafik baxımından təsvirini verməyə imkan verir. Xüsusilə ailə 
məsələləri, adət və ənənələr onların əsərlərində üstünlük təşkil edir.  
Bütövlükdə XVIII əsrin ortalarından XIX əsrin əvvəllərinə kimi mövcud 
olmuş Qarabağ xanlığının tarixini əks etdirən “Qarabağnamələr” Azərbaycan 
xalqının etnik xüsusiyyətlərini öyrənmək üçün mənbədir. “Qarabağnamə” 
müəlliflərindən biri оlan Rzaqulu bəy Mirzə Camal оğlu öz əsərinin “Qarabağ 
vilayətinin tоrpağı  və  əyaləti haqqında” fəslində Qarabağın təbii-cоğrafi 
şəraitini təsvir  еtmiş, suvarma sistеmi,  əkinçilik və  kənd təsərrüfatı 
məhsullarının bеcərilməsi haqqında da məlumatlar vеrmişdir. Bu diyarın 
məhsuldar tоrpaqları, bоlsulu çayları, təbii sərvətləri, əvəzsiz ab-havası Mirzə 
Camal Cavanşir Qarabağinin də diqqətini cəlb еtmişdir. 
Abasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm”  əsəri XIX əsrin birinci 
yarısında Azərbaycan tarixi haqqında yazılmış  ən dəyərli  əsərlərdən biridir. 
Qüdsi  əsərinin girişində  Şirvan və Dağıstanın coğrafiya və etnoqrafiyası 
haqqında ilk dəfə olaraq geniş elmi analiz verir. A.Bakıxanov elm, ədəbiyyat, 
mədəniyyət, tərcümə, hərbi və mülki işlərlə  gərgin məşğul olmasına 
baxmayaraq, etnogenez və etnik tarix məsələsinə o peşəkar mütəxəssis - 
etnoqraf kimi yanaşmışdır. 
Azərbaycan etnoqrafiyasına dair dəyərli informasiya böyük Azərbaycan 
mütəfəkkiri Mirzə Fətəli Axundovun əsərlərində də öz əksini tapmışdır. Onun 
komediyaları Azərbaycan məişətini öyrənmək üçün tutarlı mənbə hesab edilə 
bilər.  
Azərbaycanda etnoqrafik məlumatların elmi şəkildə toplanmasına XIX 
əsrdən başlanılmışdır. Qafqazda yaşayan xalqları öyrənmək məqsədilə XIX 
əsrin  əvvəllərində Çar Rusiyası burada bir sıra inzibati təşkilat, idarə  və 
cəmiyyətlər, müxtəlif elmi və  mədəni müəssisələr təşkil etmişdir. O vaxtlar, 
əsasən, Qafqazın mərkəzi  şəhəri olan Tiflisdə yaradılan həmin idarə  və 
təşkilatlar müxtəlif kitab, məcmuə, jurnal və çap etdirməyə başlamışdır. 1845-
ci ildə fəaliyyəti bu gün də davam edən İmperator I Nikolay tərəfindən “Rus 
Coğrafiya Cəmiyyəti”nin  əsası qoyuldu. Cəmiyyətin əsas məqsədi Rusiya və 
dünyanın müxtəlif  ərazilərində coğrafi məlumatları toplamaq və yaymaq
Rusiyanın ucqarlarında, o cümlədən Qafqazda tədqiqat məqsədli 
ekspedisiyalar təşkil etməkdən ibarət idi. 1845-ci ildə Rus Coğrafiya 
Cəmiyyətinin tərkibində K.M.Berin sədrliyi ilə  məhz etnoqrafiya bölməsi 
yaradıldı [21; s.215]. İlk regional bölmələrindən olan Qafqaz bölməsi isə 
1950-ci ildə Tiflisdə  təsis edildi. Rus Coğrafiya cəmiyyətinin Qafqaz 
bölməsinin “Qeydlər”i (1852-1913) (Записки  Кавказского  отдела 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə