Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə48/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   44   45   46   47   48   49   50   51   ...   74

112 
sərəncamlar imzalandı [1, 2].Artıq tədqiqatlar Azərbaycan dövlətçiliyi 
maraqlarına  əsaslanaraq aparılmağa başlandı. Bu baxımdan bu gün 
Azərbaycan etnoqrafiyasının hərtərəfli tədqiqi, o cümlədən bu elmin 
informasiya təminatının araşdırılması aktuallıq kəsb edir. Azərbaycan 
etnoqrafiyasının sənəd-informasiya mənbələri ümumilikdə  tədqiq olunmamış 
bir sahədir. Lakin ayrı-ayrı dövrləri tədqiq edən tarixçi-etnoqraf alimlərin 
tədqiqatlarında müəyyən dərəcədə işıqlandırılmışdır [5, 16]. 
Elmin sənəd-informasiya kütləsinin formalaşmasında  əsas yeri ilkin-
sənəd informasiya mənbələri tutur. Azərbaycanda etnoqrafiya elminin tarixi 
inkişaf yoluna nəzər saldıqda bu elmin XX əsrin əvvəlləri hesab olunur. Lakin 
Azərbaycan xalqının yaşayış  tərzi, maddi-mənəvi mədəniyyəti haqqında 
məlumatları  hələ 15 minillik tarixə malik olan qayaüstü təsvirlərdən  əldə 
etmək olur. Azərbaycan Respublikası ərazisində qayaüstü təsvirlər Qobustan, 
Gəmiqaya (Naxçıvan), Kəlbəcər və Abşeron  ərazisində qeydə alınıb. Mövzü 
və süjeti zəngin olan qayaüstü təsvirlərdə: Qobustanın qaya təsvirlərində vəhşi 
öküzlərin tələyə salınması,  şahinlə ov, Abşeronun qaya təsvirlərində ox və 
kamanla maralın ovlanması, itlərin ov heyvanına hücumu, Gəmiqaya 
təsvirlərində  kəməndlə ov və s. səhnələr diqqəti cəlb edir. Əkinçilik 
təsərrüfatının müxtəlif proseslərinin  əks olunduğu səhnələr  əsasən Kəlbəcər 
qayaüstü təsvirlərində qeydə alınmışdır. Bu təsvirlərdə çiynində toxa tutmuş 
insanları, öküzə qoşulmuş ibtidai xışla yerin şumlanmasını, taxılın biçilməsi və 
döyülməsi prosesini müşahidə etmək mümkündür. Qayaüstü təsvirlərdə az 
sayda quş  rəsmlərinə rast gəlinir. Bəzən sxematik, bəzən də real üslubda 
verilmiş quş təsvirləri də müəyyən mifik məzmun ifadə edir. Türk xalqlarının 
inanclarına görə quş göy aləminin təmsilçisi kimi insanların ruhlarını  bəd 
qüvvələrdən qoruyur. Astral işarələr isə göy cisimlərinə sitayişlə bağlıdır. 
Qayaüstü təsvirlər  əjdadlarımızın yaşayış  tərzi, adət və inancları haqqında 
məlumat verən ən ilk mənbələrdir.  
Daha sonralar yazılı və şifahi mənbələr meydana gəlmişdir. Azərbaycan 
etnoqrafiyasına dair məlumatlar  şifahi xalq ədəbiyyatı nümunələrində, antik 
dövrün müəlliflərinin, daha sonra orta əsr  ərəb, rus, türk, azərbaycan 
müəlliflərinin  əsərlərində rast gəlinir. Tarixi dövrləri nəzərə almaqla 
Azərbaycan etnoqrafiyasının ilkin sənəd informasiya mənbələrini aşağıdakı 
kimi qruplaşdırmaq olar: 
  Antik dövr müəlliflərinin Azərbaycan haqqında məlumatlar verən 
mənbələri; 
  Xalq tərəfindən yaradılan dastanlar və orta əsr azərbaycan,  ərəb, 
rus, avropa, türk, müəlliflərinin əsərləri; 
  XIX  əsrin sonu XX əsrin  əvvəllərində Çar Rusiyasının daha çox 
imperialist maraqları baxımından bölgənin araşdırmasının nəticələri ilə bağlı 
mənbələr; 


113 
  Sovet dövrünün ilk illərində: etnoqrafik tədqiqatların sistemli 
şəkildə aparılması  və Azərbaycanda etnoqrafiya elminin yarandığı zaman 
meydana gələn mənbələr. 
Antik müəlliflərinin əsərlərində Azərbaycan ərazisində yaşayan tayfalar: 
lullu, kuti, hurri, turukki, uti, alban, kaspi, sak, skif və başqaları haqqında 
onların təsərrüfat həyatı, maddi və  mənəvi mədəniyyəti haqqında məlumata 
rast gəlirik. Antik mənbələrdən biri yunan coğrafiyaçısı və tarixçisi Strabonun 
17 kitabdan ibarət “Coğrafiya”  əsəridir[20].Azərbaycanın qədim dövlətləri: 
Albaniya və Atropatenanın tarixi, coğrafi  şəraiti və etnoqrafiyası haqqında 
məlumatlar  əsərin XI kitabında toplanmışdır. Kitabda albanların maldarlığa 
meylliliyidən,  əkinçilik, üzümçülük ənənələrindən, dini etiqadlarından və 
qurbanvermə adətlərindən bəhs olunur. Tarixin atası sayılan Herodot (e.ə.V 
əsr) antik dövrdə Azərbaycanda yaşamış xalqların yaşayış  tərzi, məişəti 
haqqında  ən dolğun məlumat verən müəlliflərdəndir [8]. Digər antik müəllif 
Klavdiy Elian heyvanlar haqqında olan əsərində Azərbaycan  ərazisində 
mövcud olan heyvanlar, o cümlədən ev heyvanları  və onların saxlanması 
haqqında məlumat verir. O, kaspilərin balıq yağından müxtəlif məqsədlər üçün 
necə istifadə etdiyindən yazır. Pomponi Mela da “Yerin təsviri”  əsərində 
burada yaşayan etnik qrupların yaşayış tərzini təsvir etmişdir. 
Azərbaycan tarixinin etnoqrafik cəhətdən az tədqiq olunan orta əsrlər 
dövrü mənbələrini  əsas etibarilə iki hissəyə ayırmaq olar. İlk növbədə bura 
şifahi xalq ədəbiyyatı nümunələrindən olan xalq dastanları daxildir. Dastanlar 
hər bir xalqın taleyində, tarixində, ədəbiyyat və mədəniyyətində müstəsna rol 
oynayır. Azərbaycan xalqının dastan yaradıcılığı çox zəngindir və biz o 
dastanların hər birində öz tariximizin, mədəniyyətimizin bir hissəsini görürük. 
Etnoqrafik materiallarla zəngin olan bu mənbələrin xalqın tarixi və 
mədəniyyətinin etnoqrafik cəhətdən öyrənilməsindəki rolunu tədqiqatçılar 
yüksək qiymətləndirir [6, 10].Azərbaycan dastanlarının yaranmasının qədim 
dövrlərə gedib çıxdığı vurğulansa da, folklorşünas alim M.H.Təhmasib öz 
kitabında orta əsrləri Azərbaycan dastançılığının məhsuldar dövrü hesab edir 
[9; s.21].Bu baxımdan etnoqrafik cəhətdən az tədqiq olunan orta əsrlər 
dövrünün öyrənilməsində dastanlar ilkin mənbələr hesab edilə bilər.  
Dünya mədəniyyət xəzinəsində xüsusi yer tutan və Azərbaycan xalqına 
dair bir çox adət-ənənələri özündə qoruyan “Kitabi Dədə Qorqud” 
qəhrəmanlıq dastanı müxtəlif elm sahələrinin tədqiqat obyekti olmuşdur.  İki 
yüz ilə yaxın tədqiq və nəşr tarixi olan bu dastan ilk öncə Azərbaycan xalqının 
etnogenezisi, oğuz türkü olan azərbaycanlıların həm maldarlıq, həm də 
əkinçilik adətləri, dini baxışları, ailə  məişətinin xarakterik xüsusiyyətləri, 
yaşayış  məskənləri və maddi-mədəniyyətin digər ünsürlərini tədqiq etməkdə 
mühüb mənbə rolu oynamış  və aktuallığını itirməmişdir. Bu gün də “Kitabi-
Dədə Qorqud” abidəsi Azərbaycan etnoqrafiyasının öyrənilməsində bir mənbə 
olaraq tədqiq edilməkdədir [6]. 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə