Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə55/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   51   52   53   54   55   56   57   58   ...   74

128 
bu işdə satıcı-müştəri münasibətlərinin sosial-psixoloji aspektləri heç də az rol 
oynamır. 
  2. ADA Universiteti Kitabxanasının qonaq istifadəçilərə xidmət işinin 
kəmiyyət və keyfiyyətcə təhlili.  
ADA Universiteti Kitabxanasının  qonaq istifadəçilərlə bağlı müəssisə 
siyasətinə  əsasən, səfərdə olan professorlar, tədqiqatçı alimlər, ADA 
Universitetinin dostları, ADA Universitetinin biznes-təhsil layihələrinin 
tələbələri və digər şəxslər ziyarətçi anket formasını doldurub təqdim etməklə 
müəyyən müddət çərçivəsində kitabxana resurslarından istifadə üçün üzvlük 
əldə edə bilərlər. Qeydiyyatdan keçmiş istifadəçilər kitabxananın çap və 
elektron informasiya ehtiyatlarından kitabxana daxilində yararlanmaq imkanı 
əldə edirlər, belə ki, çap kitablarının evə verilməsi qaydalarda nəzərdə 
tutulmamışdır. Digər kateqoriyalı istifadəçilər isə Kitabxana və  İnformasiya 
Xidmətlərinin İcraçı Direktoru ilə konsultasiya əsasında üzvlük ala bilərlər. Bu 
zaman üstünlük spesifik mövzularda tədqiqat işi aparan magistratura və 
dissertantura/doktorantura tələbələrinə verilir. ("Guest Users Policy and 
Procedures / ADA University Library") 
Adətən üzvlüklər 3 (üç) aylıq müddətə müəyyən olunur və istifadəçilərə 
hər akademik il (15 Sentyabr– 15 İyul) üçün 1 qeydiyyat və 2 yeniləmə (hər 
biri maksimum 3 aylıq müddətə) imkanı verilir.  
Anket forması özündə müxtəlif sualları  əhatə edir ki, bu suallara 
istifadəçilər tərəfindən verilən cavabların təhlili zamanı müasir Azərbaycan 
cəmiyyətində  tədqiqat və informasiya tələbatından irəli gələn bir çox 
məsələləri aydınlaşdırmaq mümkün olmuşdur: yerli və xarici təhsil 
müəssisələrində təhsil alan tələbələrin say nisbəti, müraciətçilərin akademik və 
elmi dərəcələrinin nisbəti, sorğuların mövzu xarakteristikası, istifadə üçün 
müraciət olunan digər yerli və beynəlxalq kitabxanalar, daha çox istifadə 
olunan onlayn məlumat bazalarının siyahısı, daha çox ehtiyac duyulan 
kitabxana-informasiya resurslarının və xidmətlərinin növləri və s. 
İyul 2015 – İyun 2016-cı  tədris ilinin hesabatına  əsasən, qeyd olunan 
dövr  ərzində ADA Universiteti Kitabxanasına üzvlüklə bağlı 281 müraciət 
olmuşdur ki, bunlardan 75-i üzvlüyün yenilənməsi ilə bağlı sorğular olmuşdur. 
Müraciətçilərin 142 nəfəri qadın, 139 nəfəri isə kişi olmuşdur.  
Xidmət göstərilən istifadəçilərin 25 nəfəri müxtəlif xarici ölkə 
vətəndaşları, digərləri isə yerli və xarici təhsil müəssisələrində  təhsil alan və 
ya məzun olan Azərbaycan vətəndaşları olmuşdur. Heç də bütün istifadəçilər 
tələbə statusu daşımamışdırlar, onlardan bəziləri müxtəlif təşkilatlarda və 
şirkətlərdə çalışan və öz peşəkar qabiliyyətlərini inkişaf etdirmək məqsədilə 
kitabxana resurslarına ehtiyac duyduqlarını söyləmişlər. Eyni zamanda həm 
təhsil fəaliyyəti ilə  məşğul olan, həm də çalışan istifadəçilər də diqqəti cəlb 
edir. (Bax: Diaqram 1) 
 


129 
 
 
Təhsil alan 107 istifadəçidən 9-u ötən illərin məzunları olmuşlar. 
Anket formalarının təhlili zamanı ADA Universiteti qonaq 
istifadəçilərinin təhsil aldıqları  yerli və xarici təhsil ocaqlarının ilk onluğu 
müəyyənləşdirilmişdir ki, növbəti diaqramlarda bu rəqəmlərlə tanış olmaq 
mümkündür. (Bax: Diaqram 2, 3) 
Digər yerli və xarici ali təhsil müəssisələrinin siyahısına Milli Aviasiya 
Akademiyası, Azərbaycan Dövlət Dənizçilik Akademiyası, Azərbaycan 
Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Təhsil Problemləri 
İnstitutu, Yaxın  Şərq Texniki Universiteti (METU), Hacettepe Universiteti, 
Boğaziçi Universiteti, Şərqi Aralıq Universiteti (Şimali Kipr), London 
Universiteti, Qlazqo Universiteti, Amsterdam Universiteti, Corc Vaşinqton 
Universiteti, Harvard Universiteti, Vyana Universiteti, Roma La Sapienza 
Universiteti, Praqa Çarlz Universiteti, Bokkoni Universiteti, Bremen 
Universiteti, Florida Universiteti, Prinston Universiteti, Voterloo Universiteti, 
Corctaun Universiteti, Tartu Universiteti, Mərkəzi Avropa Universiteti, 
İllinoys Universiteti və s. daxildir. 
Qonaq istifadəçilərin akademik statusları bir-birindən kəskin surətdə 
fərqlənir. Belə ki, bu statuslar müxtəlif elmi dərəcələri  əhatə edir. Hesabat 
ilində 
kənar istifadəçilərin akademik statusları belə olmuşdur: 
doktorantlar/dissertantlar – 49 nəfər; tədqiqatçılar – 18 nəfər; magistrantlar – 
150 nəfər; bakalavrlar – 44 nəfər; ötən illərin məzunları – 6 nəfər; digər – 14 
nəfər. “Digər” kateqoriyasına  əsasən akademik məzuniyyətdə olan ADA 
Universiteti tələbələri daxildir. 
 


130 
 
 
 
 
 
 
Qonaq istifadəçilərin çalışdıqları və ya tədqiqat apardıqları iş yerləri 
və elmi müəssisələrin ilk 10-luğuna nəzər saldıqda müxtəlif adlara rast gələ 
bilərik. (Bax: Diaqram 4) 
 


131 
 
 
Onluğa düşməyən digər müəssisələrə daxildir: İqtisadiyyat Nazirliyi, 
Daxili  İşlər Nazirliyi, Elmi Tədqiqat və  İqtisadi  İslahatlar  İnstitutu, AMEA 
İnsan Haqqları  İnstitutu, Bakı Slavyan Universiteti, Xəzər Universiteti, 
Azərbaycan Dövlət Neft və  Sənaye Universiteti, Azərbaycan Beynəlxalq 
İnkişaf Agentliyi (AIDA), Alman Beynəlxalq  Əməkdaşlığı, Qafqaz Tədqiqat 
Resurs Mərkəzi, Azərsun Holding, Gilan Holding, Deloitte & Touche, 
PriceWaterhouseCoopers Audit Azərbaycan, AR Dövlət Neft Şirkəti, British 
Petroleum (BP), Britaniya Səfirliyi, Fransa Səfirliyi, Azərbaycan Beynəlxalq 
Bankı, Bakcell Şirkəti, AccessBank, TuranBank və s. 
“ADA Kitabxanası haqqında məlumatı haradan əldə etmisiniz?” sualına 
respondentlərin təxminən 36.57%-i bu barədə dostlarından, 25%-i məlumatı 
kitabxananın veb-saytından, 3.36%-i sosial şəbəkələrdən, xüsusilə  də 
Facebook-dan  əldə etdiklərini, 25.37%-i isə “digər” variantını seçməklə 
məlumatın mənbəyini qeyd etmişlər ki, bunların da böyük əksəriyyəti ADA 
Universitetində təşkil edilən təlimlər zamanı, o cümlədən ADA Universitetinin 
fərdi və korporativ çalışanlar üçün keçirdiyi biznes-təhsil layihələrində 
iştirakçı olarkən məlumatlandırıldıqlarını söyləmişlər. Təxminən 9.70% 
respondent iki və daha artıq variant seçmişdir. 
Anket-sorğu forması kitabxanalardan istifadə ilə bağlı müxtəlif aspektli 
sualları  əhatə edir. Məsələn, hansı kitabxana ehtiyatları  və xidmətləri tələb 
olunur, kitabxana, e-kitabxana və e-verilənlər bazalarından istifadə  vərdişləri 
varmı, tədqiqat sahəsi və tədqiqat mövzusunun adı necədir, cari tədqiqat üçün 
nə qədər zaman tələb olunur və s.  


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə