Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə53/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   49   50   51   52   53   54   55   56   ...   74

123 
peşəkar kitabxanaçılar istifadəçilərə informasiyanın axtarışı, 
dəyərləndirilməsi və istifadəsi kimi vərdişləri aşılayırlar; 
  Mədəniyyət funksiyası – maddi və mənəvi mədəniyyət nümunələrinin və 
onlar haqqında informasiya mənbələrinin toplanması, qorunması  və 
istifadəsinin təşkili kimi mühüm mədəni prosesi özündə ehtiva edir. Bu 
funksiya, eyni zamanda, beynəlxalq aləmə  və müxtəlif etnik qruplara 
məxsus mədəniyyətlərin (musiqi, kino, ədəbiyyat, adət-ənənələr və s.) 
təbliğini təmin edir; 
  Tədqiqat funksiyası  – təhsil funksiyasından fərqli olaraq tədqiqat 
funksiyası daha çox yeni ictimai biliyin yaradılmasına xidmət edir. 
Burada istifadə olunan “tədqiqat” anlayışı sistematik, formal prosesi 
ifadə etməklə sorğu mövzusu ilə  əlaqəli mövcud ədəbiyyatın təhlilini
tədqiqat suallarının və hipotezlərinin düzgün artikulyasiyasını, 
məlumatın toplanması yönümündə sistemli plan və cəhdləri, əldə edilmiş 
informasiyanın təhlilini, alınan nəticələrin və 
çıxarılan 
ümumiləşdirmələrin məruzəsini nəzərdə tutur; 
  İnformasiya funksiyası  – bugünün kitabxanalarında və informasiya 
mərkəzlərində bu funksiyanı adətən “soraq-biblioqrafiya xidməti” və ya 
“informasiya xidməti” adlandırırlar. Formal olaraq, bu xidmət ilk dəfə 
olaraq 1880-ci illərdə Melvil Düi tərəfindən Kolumbiya Universiteti 
Kitabxanasında Biblioqrafiya şöbəsinin yaradılması ilə  təqdim 
olunmuşdur. Bu xidmət növü özündə informasiya bilik və bacarıqlarının 
tədrisi, hazır soraq-biblioqrafiya və müntəzəm soraq-biblioqrafiya 
xidmətlərini birləşdirir. Bir çox kitabxanalarda və informasiya 
müəssisələrində xidmətin bu növü tələbatçı sorğularının 
mürəkkəbliyindən asılı olaraq ödənişli əsaslarla həyata keçirilir. 
  İstirahət (əyləncə) funksiyası  – insanların öz asudə vaxtlarında 
informasiya resurslarından istifadə etməsini hədəf tutur. Belə resurslara 
istirahət vaxtına rəng qatmaq üçün istifadə edilən nəsr əsərləri, poeziya, 
dövrü nəşrlər, elmi-kütləvi  ədəbiyyat, audio yazılar, video materiallar, 
oyunlar və s. aid edilir. (Grover et al., 2010) 
Sadalanan funksiyalar xidmət işinin təkmilləşdirilməsi baxımından 
mühüm  əhəmiyyət kəsb edir və öz növbəsində kitabxana-informasiya 
xidmətinin müxtəlif növlərinin meydana gəlməsinə rəvac verir. 
1. İstifadəçilərə kitabxana-informasiya xidmətinin müasir növləri.  
Tanınmış kitabxanaşünas alimlər Greer və Hale (1982) xidmətin 
səviyyələrini müəyyənləşdirən model təqdim etmişlər ki, burada aşağıdakı 
şərtlər öz əksini tapır: 
  Xidmətin passiv (qeyri-fəal) səviyyəsi – müxtəlif kitabxana resurslarının 
(kitablar, jurnallar, kompüter proqramları  və s.) istifadəyə verilişi 
zamanı peşəkar işçi heyətin iştirakı nəzərdə tutulmur; 
  Xidmətin reaktiv səviyyəsi – istifadəçilərdən sorğu daxil olduğu zaman 
mütəxəssis yardımı təklif olunur;  


124 
  Xidmətin iddialı  səviyyəsi – istifadəçi kontingentinin sistematik təhlili 
nəticələrinə  əsasən tələbatçıların ehtiyacları öncədən müəyyənləşdirilir. 
(Grover et al., 2010) 
Xidmətin bu səviyyələri istənilən kitabxana və ya informasiya 
mərkəzində  həyata keçirilən müxtəlif informasiya xidmətlərinə  tətbiq edilə 
bilər. Bir sıra təcrübəli istifadəçilər xidmətin passiv səviyyəsinə üstünlük 
verdikləri halda, digər qrup daha az bacarıqlı istifadəçilər isə daha çox reaktiv 
xidmət səviyyəsinin tərəfdarlarıdırlar.  
Dünyanın bir sıra öndə gedən akademik kitabxanalarının təqdim etdiyi 
ümumi xidmətlər toplusunu təhlil edərkən aşağıdakı ənənəvi və müasir xidmət 
növləri diqqəti cəlb edir: 
-
  kitab və digər fiziki informasiya daşıyıcılarının verilişi, onların 
istifadə vaxtının artırılması; 
-
  soraq-biblioqrafik tövsiyyə xidmətləri; 
-
  dərsliklər fondunun təşkili xidməti; 
-
  kitabxanalararası abonoment (KAA) xidməti; 
-
  elektron resurslardan istifadəyə dair məşğələlərin təşkili; 
-
  onlayn məsləhət xidməti; 
-
  qrup məşğələ otaqlarının istifadəyə verilməsi; 
-
  kompüter və internet (o cümlədən wi-fi) xidməti; 
-
  çap, surətçıxarma və skanirə xidməti; 
-
  rəqəmsallaşdırma xidməti;  
-
  cildləmə xidməti; 
-
  kənar istifadəçilər üçün üzvlük xidməti; 
-
  məşhur yazıçılarla görüşlərin təşkili; 
-
  kitab müzakirəsi klublarının təşkili;  
-
  kitab təqdimatlarının keçirilməsi və s. (Məmmədova, 2016) 
Bazar iqtisadiyyatının hökm sürdüyü müasir dövrdə bu tendensiya 
kitabxanalardan da yan keçməmişdir. Belə ki, xidmətin bir çox növlərinin 
ödənişli olması kitabxanaların və informasiya müəssisələrinin maliyyə 
baxımından müstəqilliyə can atma cəhdləri ilə izah oluna bilər ki, iqtisadi 
böhran vəziyyətində büdcə  kəsirlərinin kitabxanalara həddən ziyadə  təsir 
göstərməməsi üçün bu ən əlverişli addım hesab edilir.  
Yerli Azərbaycan mühitində, təəssüflər olsun ki, ödənişli xidmətlərin 
strukturlaşdırılması  və  tətbiqi hələ ki, ürəkaçan vəziyyətdə deyil. Lakin 
Azərbaycan Milli Elmlər Akademiyası  Mərkəzi Elmi Kitabxanasının bu 
sahədə ilkin cəhdlərini görmək mümkündür. Bunlara ödənişli üzvlük, çap 
materiallarının rəqəmsallaşdırılması  və s. xidmətləri nümunə göstərmək olar. 
("Kitabxana xidmətləri/ AMEA Mərkəzi Elmi Kitabxana," 2017) 
  2. Müasir kitabxana-informasiya istifadəçilərinin müxtəlif kateqoriyalar 
baxımından təhlili. 


125 
Kitabxana xidməti mütəxəssislərinin qarşısında duran əsas vəzifələrə 
aiddir: müxtəlif növ istifadəçi qruplarını  və onların informasiya tələbatlarını 
düzgün müəyyənləşdirmək, akademik kitabxanalarda isə bütün bunlarla yanaşı 
olaraq, həm də daxili (tələbə, müəllim, işçi heyəti) və  kənar (qonaq) 
istifadəçiləri diqqətdə saxlamaq. İstifadəçilərin tələblərinin vaxtında və dəqiq 
müəyyənləşdirilməsi və bu tələbatın effektiv surətdə ödənilməsi informasiya 
mütəxəssislərinin öz əməklərinə verdikləri qiymətin bariz nümunəsidir. 
İstifadəçi icması sadəcə geniş və amorf kütlə mənasını ifadə etmir. Hər 
bir icma öz növbəsində müxtəlif ehtiyaclara malik altqruplara bölünür. Bu 
baxımdan, peşəkar assosiasiyalar bunun fərqinə vararaq müvafiq qaydalar 
toplusu tərtib etmişlər. Belə nümunələrə aiddir: Bakalavr Tələbələr üçün 
Universitet Kitabxanası Xidmətləri Qaydaları (Amerika Kitabxana 
Assosiasiyası, 2005); Uşaqlara və Azyaşlılara Kitabxana Xidmətləri Qaydaları 
(İFLA, 2006); Yetkin Yaşlı  İnsanlara Kitabxana və  İnformasiya Xidmətləri 
Qaydaları (Kanada Kitabxana Assosiasiyası, 2002); Fiziki Qüsurlu 
İstifadəçilərə Kitabxana və  İnformasiya Xidmətləri Qaydaları (Kanada 
Kitabxana Assosiasiyası, 1997) və s. (Gannon-Leary & McCarthy, 2010) 
Ümumiləşdirmələr aparmaqla akademik kitabxana istifadəçilərini 
aşağıdakı kateqoriyalar üzrə ayırmaq mümkündür: 
 bakalavr və magistr tələbələr (o cümlədən məktəbi müvəqqəti tərk 
edənlər, yetkin tələbələr, tələbə mübadiləsi proqramlarının iştirakçıları, 
distant təhsil tələbələri və s.); 
 işçi personal (ali təhsil müəssisəsinin işçi heyəti, tələbə xidmətləri, 
administrativ personal və s.); 
 əcnəbi tələbələr (bakalavr, magistr, doktorant və dissertantlar); 
 fiziki qüsurlu tələbələr; 
 birgə  əməkdaşlıq istifadəçiləri (franşiza kurslarının tələbələri, dialoq 
üzrə repetitor-həmkarlar, kitabxanaşünas həmkarlar və b.); 
 akademiklər və  tədqiqatçılar (rəhbərlik, mühazirəçilər, qonaq 
akademiklər, doktorantlar, elmlər doktorluğu üzrə tədqiqatçılar və b.); 
 kənar istifadəçilər (məktəb və kollec seminarlarının iştirakçıları, məktəb 
və kollec ziyarətçiləri, başqa universitetlərdən gələn qonaqlar, cəmiyyət 
nümayəndələri, kitabxana həmkarları, potensial tələbələr və b.) və s. 
(Gannon-Leary & McCarthy, 2010) 
Sadalanan istifadəçi kateqoriyaları özündə müxtəlif qrup kitabxana və 
informasiya tələbatçılarını birləşdirir ki, onların hər birinin özünəməxsus 
ehtiyacları  və  tələbləri vardır. Həmin ehtiyaclar aşağıdakı kimi xarakterizə 
edilə bilər: 
  Sizin müəssisəniz bu ehtiyacları qarşılamaq iqtidarındadır; 
  Sizin müəssisəniz bu xidmət növünü təklif etməlidir, amma hal-hazırda 
etmir; 
  Bu xidməti bütövlükdə  və ya qismən təklif etməyə qadirsiniz, lakin 
maliyyələşmə və resurs təminatı gərəkdir; 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə