Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə60/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   56   57   58   59   60   61   62   63   ...   74

145 
ümumi xarakterli metodik sənədlər meydana gəlmiş oldu. Bundan əlavə
kitabxana-biblioqrafiya məhsullarına (“MKS-lərin kataloq və kartotekaları”, 
“Sahəvi kitabxanaların SBA”, “Retrospektiv, elmi-köməkçi biblioqrafik 
göstəricilərin tərtib olunması”) və xidmətlərinə (“MKS-lərdə informasiya 
xidmətinin formaları”), texnoloji proseslərə (“Kitabxana əməliyyatları 
haqqında sistemləşdirilmiş toplunun tərtibi”, “Sənədlərin sistemləşdirilməsinin 
texnoloji proseslərinin təşkili”),  əməyin təşkili və idarə olunmasına (“MKS-
lərdə kargüzarlıq işlərinin təşkili”, “Sahəvi kitabxananın illik plan və 
hesabatının işlənilməsi”) qoyulan ümumi və xüsusi tələbləri  əhatə edən 
materiallar da geniş yayılmış oldu. [8, s.99] 
Bu cür tövsiyələr peşəkar Sovet kitabxanaçılarının bir neçə  nəslinin 
yetişməsinə  səbəb olsa da, metodik fəaliyyətdəki ideoloji prioritetlər onları 
əsas işin qayəsindən uzaqlaşdırmış oldu. Nəticədə keçmiş SSRİ  məkanına 
daxil olan bütün respublika kitabxanaları, o cümlədən Azərbaycan 
Respublikasının kitabxanaları da metodik baxımdan qlobal informasiyalaşma 
və cəmiyyətin kitabxana xidmətinin dəyişən tələblərə cavab verəcək səviyyədə 
olmadıqlarını sübut etdilər. Biz bir vaxtlar özünü təsdiqləmiş metodik 
qərarların dəyişən informasiyalı cəmiyyətə nə qədər zidd olduğunun şahidinə 
çevrilirik. Strukturlu informasiya kütləsindəki (kataloqlar, biblioqrafik 
göstəricilər, verilənlər bazası) axtarış metodikası hipermətn resurslarındakı 
yeniliklərdən prinsipcə çox fərqlənir. Artıq tematik-biblioqrafik axtarış 
tammətnli axtarışa çevrilir. Praktiklər informasiya, kitabxana və biblioqrafiya 
xidməti arasındakı  sərhədin “şəffaf”lığını gördükləri zaman metodistlər 
qətiyyətlə onlar arasındakı  fərqi sübut etməyə çalışırlar. Kitabxana fondunun 
komplektləşdirilməsi və  təşkili, oxuculara ədəbiyyat verilişi və tövsiyəsi, 
kitabxana-biblioqrafiya biliklərinin təbliğinin  ənənəvi metodu ilə  bərabər, 
elektron resursların üzə  çıxarılması, uçotu, onlardakı  dəyişikliklərin 
izlənilməsi,  şəbəkə hipermedia məkanındakı yeniliklər, istifadəçilərə 
informasiyanın əldə olunması sahəsində özünəxidmətin təşkili formasıdır.  
İ.Q.Morqenştern belə hesab edir ki, metodika ümumi və xüsusi iş 
metodlarının, texnologiya isə konkret hərəkətlərin ardıcıllığının təsvirini 
özündə əks etdirir. [5, s.199] 
Avtomatlaşdırılmış kitabxana proseslərin layihələşdirilməsi və  tətbiqi 
təcrübəsinin ümumiləşdirilməsi kitabxanaşünaslığın metodiki potensialını 
əhəmiyyətli dərəcədə artırmış olur. Avtomatlaşdırılmış kitabxana-informasiya 
sistemlərinin (AKİS) yaradılması və fəaliyyətinin bir sıra baza prinsipləri elə 
kitabxanaların avtomatlaşdırılmış “intellektual konsepsiyası” sayılır. Beləcə, 
proqram və texniki vasitələrin qurulmasının modul prinsipi AKİS-in fəaliyyəti 
prosesində onların dəyişdirilməsi və mövcud olmasının mümkünlüyünü təmin 
etmiş olur.  
Hələ 1960-cı illərin sonunda kitabxanaların avtomatlaşdırılması ilə bağlı 
xarici ölkələrdə aparılan tədqiqatlara yaranan maraq “Kitabxana 
texnologiyası” anlayışının meydana gəlməsinə  səbəb oldu. Məsələn, ABŞ-da 


146 
kitabxana 
əməyinin məzmununun öyrənilməsi, yeni texnikanın 
mənimsənilməsi, kitabxana təcrübəsinə informasiya texnologiyalarının tətbiqi 
ilə bağlı  tədqiqatların “texnoloji” istiqaməti yaranmış olur. Almaniyanın 
kitabxana işində isə struktur və  təşkilati dəyişikliklərin təsiri altında 
kitabxanaların idarə olunmasına “istehsal nöqteyi-nəzərindən” baxılması 
vacibliyi haqqında fikirlər meydana gəlir. SSRİ-də isə texnoloji biliklər 
haqqında ilk məlumat İ.M.Frumenin səyləri nəticəsində mümkün olmuşdur. O, 
qeyd edirdi ki, “kitabxana texnologiyası kitabxanaların normal fəaliyyətini 
təmin edən proseslərin məcmusudur”. Bu tərif uzun müddət kitabxana işinə 
dair lüğətlərdə öz əksini tapmış oldu. Məhz onun təşəbbüsü ilə “dövr-proses - 
əməliyyat” anlayışlarının iyerarxiyası qurulmuş,  əsas kitabxana dövriyyələri: 
işləmə prosesində kitabın keçdiyi yol, oxucu tələbnaməsinin, biblioqrafik 
arayışın keçdiyi yol xarakterizə olunmuşdur. [6, s.99]. 
Peşəkar cəmiyyət isə kitabxana reqlamentlərinin yeni nəslinin 
yaradılması ilə  vəziyyəti dəyişməyə çalışırdı. 1980-ci illərdə informasiya, 
kitabxana və  nəşriyyat işi sahəsində standartlar sistemi (SİBİD) işlənib 
hazırlanır, çoxlu sayda tövsiyələr və müddəalar (fəaliyyətin koordinasiyası, 
kitabxanaların biblioqrafik işi, toplu kataloqlar sistemi və ödənişli xidmətlər 
haqqında və s.) bir sıra sənədlər qəbul olunur, kitabxanaların təcrübəsinə 
texnoloji sənədləşdirmə (texnoloji göstərişlər, texnoloji proseslərin xəritələri, 
nəqliyyat xəritələri, texnoloji kartoteka) tətbiq olunur, “Kitabxanaçının 
məlumat kitabçası” (M, 1985) nəşri işıq üzü görür ki, burada da kitabxana 
fəaliyyətinin  əsas istiqamətləri üzrə normativ sənədlərin, metodiki 
materialların və təcrübi tövsiyələrin toplusu öz əksini tapmışdır.  
Beləliklə, kitabxana texnologiyası dedikdə, ilk növbədə, kitabxana 
prosesləri, eləcə də üsulları, metodları və vasitələrinin məcmusu başa düşülür. 
Onların həyata keçirilməsi isə kitabxana məhsullarının yaradılması  və 
mühafizəsi, həmçinin kitabxana xidmətinin yerinə yetirilməsinə 
yönəldilmişdir. Kitabxana texnologiyası eyni zamanda:  
• Kitabxananın istifadəçilərinə informasiya məhsulları  və informasiya 
xidmətinin göstərilməsi, eləcə  də informasiya məhsullarının istehsalı 
sahəsində həyata keçirilən təcrübi fəaliyyət;  
• Həmçinin kitabxanada həyata keçirilən istehsal prosesinin texnoloji 
prinsip, norma və qaydaları haqqında tətbiqi elmi bilik və tədris istiqamətidir.  
Göründüyü kimi, yuxarıdakı  təriflərdən “kitabxana texnologiyası” 
anlayışının həcmi informasiya xidməti və  məhsullarının istehsalı miqyasına 
qədər genişlənmişdir. [7, s.139] 
Kitabxana fəaliyyətinə texnoloji yanaşmanın işlənib hazırlanması 
aktuallığı aşağıdakı məsələlərlə şərtləşir:  
a) stereotiplərin peşəkar düşüncəsində yaranan, o cümlədən “kitabxana 
fəaliyyətinin prosesləri və  əməliyatlarının” toplusu kimi kitabxana 
texnologiyasının məhdudlaşdırılması fikirlərinə  tənqidi yanaşmanın vacibliyi 
kitabxananın texnoloji sistem kimi dərk edilməsi üçün resurs yanaşmaya 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə