A.N.Uaythed – 150
- 23 -
metafizikanın protestantizm variantının banisi Ç.Hartshorn, habelə “proses-
teologiyanın” nümayəndələri Con Kobb, S.Oqden və D.Qriffinin yaradıcılı-
ğında davam etdirilmişdir.
A.N.Uaythed böyük riyaziyyatçı və elm fəlsəfəsi sahəsində görkəmli
mütəxəssis olmaqla yanaşı, elm və din münasibətləri, Qərb sivilizasiyasının
yaranması və inkişafı ilə əlaqədar bir sıra mühüm tədqiqatların da müəllifi-
dir.
∗
∗
A.N.Uaythedin həyatı və yaradıcılığı haqqında məlumat Dos.Dr. Lətafət Hümmətova
tərəfindən hazırlanmışdır.
- 24 -
Fəlsəfə tarixi
Pozitivizmin fəlsəfəni elmləşdirmək cəhdi
və onun müasir təzahürləri
Səlahəddin Xəlilov
Pozitivizm və praqmatizm Yeni Dövr Qərb düşüncə tərzinin məhsulu
olub dünyaya konkret insanın maraqları prizmasından baxmağın bir-birinə
yaxın olan müxtəlif formalardır. Necə ki, Qərb sivilizasiyasının təməlində
elm dayanır, Qərb dünyagörüşü və fəlsəfəsi də elmin, elmi düşüncənin güc-
lü təsiri altındadır.
Yeni Dövrdə fəlsəfənin inkişafı xüsusi elmlərin yaranması və inkişafı
ilə paralel surətdə, bəzən hətta eyni məcrada həyata keçirdi. Yeni yaranan
elm sahələri özünü dərk edə bilmədiyinə və öz missiyasını, təyinatını, funk-
siyasını müəyyənləşdirə bilmədiyinə görə, fəlsəfə bu işdə onlara yardımçı
olurdu. Əslində indi də heç bir elm sahəsi özünüdərk səviyyəsinə qalxa bil-
mir, çünki onlar əslində tamın hissələridir və onların aqibəti tamın necə mü-
əyyənləşdirilməsindən asılıdır. Lakin bu dövrdə fəlsəfəni elmlərdən ayırmaq
vəzifəsi qarşıya qoyulmurdu. Onun elm olması sanki özlüyündə bəlli idi və
yeganə fərqi daha universal, daha ali bir elm olmasından ibarət idi. Kant ya-
zırdı: “Əgər insana həqiqətən də lazım olan elm varsa, onda bu, insana onun
dünyada layiq olduğu yeri göstərən və İNSAN olmaq üçün nə etmək lazım
olduğunu öyrədən fəlsəfədir” (4, s. 206).
Xüsusi elmlərin universal elmdən – fəlsəfədən ayrılması prosesi sanki
Fəlsəfə tarixi
- 25 -
davam edirdi. O dövrdə nəinki fəlsəfənin elmdən, həm də filosofların alim-
lərdən fərqi çox az idi. Daha doğrusu, əksər hallarda Aristoteldən qalma
ənənəyə uyğun olaraq, alimlər fəlsəfə ilə, filosflar da elmlə məşğul olurdu-
lar. Qalileyin, Dekartın, Leybnisin və s. daha çox alim, yoxsa filosof oldu-
ğunu müəyyənləşdirmək elə də asan deyil. Elə Kantın özü də fəaliyyətə bir
elm adamı kimi başlamış, fəlsəfədən daha çox riyaziyyatı tədris etmişdir.
Elmin fəlsəfədən sadəcə təbii-tarixi bir proses kimi ayrılması bir şey-
dir, bu ayrılmanın ideologiyasının yaranması, elmi-fəlsəfi əsaslandırılması
isə başqa bir şeydir. Həm də bu “başqa şey”in özünüdərki “nankor uşağın”
müstəqillik cəhdlərini xatırladır. Təbii-tarixi ayrılma tədricən, kəsilməz su-
rətdə baş verdiyi halda, onun ideoloji özünüdərki bətnindən çıxdığı fəlsəfə-
yə qarşı bir inkarçılıq aşılayır. Pozitivizmin ümumi ruhuna uyğun olaraq
Vitqenşteyn də fəlsəfənin rolunu və məqsədini düzgün dəyərləndirə bilmir:
“Fəlsəfənin məqsədi fikirlərin məntiqi izahıdır”. Bu isə fəlsəfənin predmeti-
nin və missiyasının həddindən artıq məhdudlaşdırılması deməkdir.
Əslində ilkin pozitivizm hələ o dərəcədə radikal olmamış, sadəcə müs-
təqil ictimai sistem kimi formalaşan elmin öz fərqli simasının olduğunu ona
xatırlatmış, bu simanı, bu obrazı təsvir etməyə çalışmışdır. Oqüst Kont və
Herbert Spenser elmin spesifikasını göstərməklə yanaşı, onun bütöv mənzə-
rəsini yaratmağa çalışmış və eyni zamanda geniş və hərtərəfli təsnifatını
vermişdilər. Amma sonrakı mərhələdə, görünür o dövrdə elmin xüsusi çəki-
sinin artmasından irəli gələn bir əhvalla, fəlsəfəni elmə xidmətçiliyə məcbur
etmək təşəbbüsləri göstərildi.
Kont və Spenser tərəfindən bütöv bir təlim və dünyagörüşü kimi for-
malaşdırılan pozitivizm sonralar neopozitivizm, tənqidi rasionalizm, postpo-
zitivizm kimi tanınan təlimlərdə daha da inkişaf etdirilmiş, yeni forma və
modifikasiyalar ortaya çıxmışdır. Klassik rasionalizm də yeni keyfiyyətli in-
kişaf mərhələsinə keçmişdir ki, buna da çox vaxt yeni rasionalizm deyirlər.
Yəni təlimlər çoxdur və bir-birindən xeyli dərəcədə fərqlənirlər. Amma on-
ların hamısının təməlində elmin özünün tədqiqat predmeti kimi seçilməsi
durur. Belə ki, indi daha ümumiyyətlə dünyadan yox, elmin predmeti olan
fiziki reallıqdan, hadisələrin arxasında dayanan mütləq mahiyyətdən yox,
Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
- 26 -
hadisələrin təsvirindən çıxış edilir. XX əsrin məşhur fiziklərindən biri, No-
bel mükafatı laureatı Mario Bunqe elmlə fəlsəfə arasında münasibətin hansı
istiqamətdə dəyişildiyini belə təsvir edir: “Bir vaxt var idi, bütün məsələlə-
rin həlli fəlsəfədə axtarılırdı. Filosoflar dünya mənzərəsinin əsas xətlərini
çəkir və fiziklərə ancaq onun tamamlanmasında köməkçi rol ayırırdılar. Be-
lə aprior yanaşma müvəffəqiyyətsizliyə uğradıqca, fizik fəlsəfədən imtina
etməyə başladı. İndi o, fəlsəfədən heç bir xeyirli şey gözləmir. Təkcə bu
sözün özü fizikdə bir rişxənd hissi yaradır” (1, s.17). Əlbəttə, M.Bunqe özü
belə düşünmür. Amma sadəcə olaraq, öz dövründə yaranmış vəziyyəti
qiymətləndirməyə çalışır: “Lakin fəlsəfəni qulaq ardına vurmaq hələ ondan
xilas olmaq deyil. Biz fəlsəfəyə maraq göstərmədiyimizi bildirdikdə, əslində
eksplisit, aşkar fəlsəfəni qeyri-aşkar, implisit fəlsəfə ilə əvəz etmiş oluruq
ki, bu da düşüncənin gedişini nəzarətdən çıxarır” (1, s.17).
XX əsrin birinci yarısında pozitivizmə qarşı çıxan və fəlsəfəni poziti-
vist təhriflərdən müdafiə etməyə çalışan əsas fəlsəfi cərəyanlardan biri feno-
menologiya idi. Təsadüfi deyildi ki, Husserl yazırdı: «Pozitivizm fəlsəfəni
başsız qoyur» (3, s. 24). Lakin Husserl nədən narazı idi və fəlsəfənin statu-
sunu necə görmək istəyirdi? Maraqlıdır ki, Husserl fəlsəfənin elmə xidmət
etmək dərəcəsinə endirilməsinin əleyhinə olsa da, onun özünün yanaşması
yenə də fəlsəfəni ən ali elm, elmlərin şahı kimi qiymətləndirmək mövqeyinə
yaxın idi: “Cəm halda bütün elmlər, hansılar ki, hələ təsdiqlənəcəklər və
hansılar ki, indi fəaliyyətdədirlər – hamısı Vahid Fəlsəfənin müstəqil olma-
yan budaqlarıdır” (3, s. 23). Husserl universal əql prinsipindən çıxış edərək
bütün nəzəri sistemləri vahid nəzəriyyədə birləşdirmək mövqeyində durur-
du. Bu baxımdan, Husserl fenomenologiyası, bir tərəfdən, Kantın xalis zəka
ideyasını daha da universallaşdırmaq, digər tərəfdən, Hegelin təsiri ilə “dün-
yanın mənasını” mütləq əql sayəsində açmaq təşəbbüslərini özündə birləşdi-
rir.
Elm fəlsəfəsi daha çox dərəcədə pozitivist dünyagörüşü bazasında in-
kişaf etmişdir. Belə ki, insanın min illərdən bəri həqiqəti mənimsəmək səy-
ləri məhz öz mənəvi-intellektual ehtiyaclarından doğan bir axtarış, bir insan-
Dostları ilə paylaş: |