Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
- 14 -
İdrak və dəyərləndirmə
Yum fəlsəfəsi epistemoloji aspektdə baxıldıqda, aqnostisizm kimi qə-
bul olunur. Əgər Bekon, Hobbs və Lokk ictimai gerçəklik və siyasi üstqu-
rum arasında fərqi görür və bunu ön plana çəkirdilərsə, onların məhz bu ger-
çəklikdən, obyektiv reallıqdan çıxış etmələri və üstqurumun buna uyğunlaş-
dırılması tələbini qeyri-aşkar şəkildə ifadə edən materializmdən çıxış edirdi-
lərsə, inqilabdan sonrakı dövrdə bu ziddiyyət aktuallığını itirir və insanın
duyub-gördüklərinin arxasında hansı isə daha fundamental bir təməl axtarı-
şına ehtiyac qalmır. Metafizik axtarışlar, mahiyyəti hadisədən ayırmaq, tə-
məl prinsipləri, ilk səbəbləri duyğularımızla bizə bəlli olanlardan ayırmaq,
insanın bilavasitə yaşadığı həyatı qoyub daha dərin köklərə getmək və bu-
nunla da hissi dünyanın, yaşantıların arxasına keçmək yeni başlanmış dün-
yanın daha marağında olmur. Yaşadığı dünya insanı qane edir və o, ancaq
bu yaşantıları, öz hissi təcrübəsini nəzərə almaqla kifayətlənmək istəyir.
Bax, bu idi Yum aqnostisizminin pərdəarxası motivləri, onu şərtləndirən
ictimai-siyasi fon!
Əslində hər bir dəyərləndirmənin əsasında həm də dərketmə dayanır.
Sanki əvvəl bildiklərimiz sonra gördüklərimiz üçün meyara, ölçü vahidinə
çevrilir.
D.Yum dünyanın dərkini mümkün hesab etmədiyinə görə, meyar
olaraq insanın, subyektin xeyir-şərini, gəlir-çıxarını götürür.
Platon fəlsəfəsində xeyir həm də varlıqdır, yaxud varlıq – xeyirdir.
D.Yum fəlsəfəsində xeyirə münasib kimi varlığa münasibət də, subyektiv
planda həll olunur. Yəni əgər xeyir-şərin meyarı insan özüdürsə, deməli,
varlıq-yoxluğun da meyarı insan özüdür. Yumun fikrinə görə, əxlaqi dəyər-
ləndirmələr, meyarlar həqiqi və yalan olmur; onlar da insanların baxışları,
əməlləri kimi, sadəcə “göz qabağındadır” və bu mənada gerçəkdirlər. D.Yu-
ma görə, nəyin xeyir, nəyin şər olması onun bizə xoş və ya bəd təsir etmə-
silə müəyyənləşir.
Bir çox fəlsəfələrdə koqnitiv duyğulardan və idrak prosesindən ayrıca
insanın müsbət və mənfi emosiyalarından, həz və iztirabından isə ayrıca
bəhs edirlər. Və bunlardan birincilər qnoseologiyaya, ikincilər isə praktik
David Hume – 300
- 15 -
fəlsəfəyə, etikaya və ya dəyərlər təliminə aid edilir. Lakin fəlsəfi təlimin
bütövlüyünün təmin olunması üçün bu iki sfera təməldə eyni prinsiplərə
söykənməlidir. Bu baxımdan da, Yumun təlimi vahid, bütöv bir təlimdir.
Onun üçün insan nəyi görürsə, nəyi duyursa, varlıq da ondan ibarətdir. Elə-
cə də hansı hissləri keçirirsə, onlar insanın başqa müstəvidə varlığını təsbit
edir. Öz təlimini epistemologiya – koqnitiv duyğular və həqiqət meyarları
üzərində quran pozitivizm üçün varlıq, mövcudluq bir şeydir, öz təlimini
insanın hissi yaşantıları, həzz və iztirabları üzərində quran ekzistensialistlər
üçün varlıq, mövcudluq başqa bir şeydir. Lakin hər ikisinin təməl prinsipləri
Yum aqnostisizmidir, başqa sözlə desək, D.Yum təlimi bu fəlsəfi
cərəyanları rüşeym halında özündə saxlayırdı.
Təəssürat və ideya
Bizim təəssüratlar necə və nədən yaranır, bu bir məsələdir. Başqa bir
məsələ isə, biz öz təəssüratlarımızı necə saxlayır və necə ifadə edirik, –
məsələsidir.
Təəssüratı elə təəssürat formasında, üzərində heç bir əməliyyat apar-
madan, olduğu kimi yadda saxlamaq çox çətindir. Onu ifadə etmək isə, iki-
qat çətindir.
Əvvəla, təəssürat sonsuz dərəcədə zəngin olur. O, reallığın özüdür.
Onu yaradan, şərtləndirən, stimullaşdıran mənbə ilə kontakt kəsildikdən
sonra, təəssürat iki formada öz-özünə saxlanılır. Birincisi, hissi təsəvvür və
ya xatirə formasında. İkincisi, bizim əhvalımızda məqam kimi, dəyərləndir-
mə kimi, yəni tonusun qalxması, müsbət və ya mənfi aura, xoş və ya bəd ov-
qat kimi…
Bəzi hallarda biz təəssüratın özünü deyil, onun bizdə yaratdığı halı,
vəziyyəti, ümumi psixik durumu “yadda saxlayırıq”, yəni əslində biz yadda
saxlamırıq, o özü bizim hissi yaddaşımızda iz buraxır. Lakin təəssüratın özü
müəyyən bir məzmun daşıyıcısıdır. Burada bizim münasibətimizdən asılı
olmayaraq bizə təsir edən tərəfin obyektiv cəhətləri də öz ifadəsini tapır. Bu
cəhətləri biz çox vaxt olduğu kimi, yəni hissiyyat formasında deyil, həmin
andakı əqli imkanlarımızla ümumiləşdirib sözlərlə ifadə edir və məhz söz
şəklində, simvollaşmış halda yadda saxlayırıq.
Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
- 16 -
Hər bir insanın öz dünyası var. Amma əksər hallarda bu “öz”lərin bir
o qədər də öz olmadığı aşkara çıxır. Yəni insanların çoxunun “öz dünyaları”
həddən artıq məhdud olduğundan (yəni özlərinin ancaq kiçik komaları olur)
onu başqalarının köməyi ilə genişləndirirlər. (Bir az bundan, bir az ondan
borc alıb tikmək kimi), amma koma hər halda olur. Bu – instinktlər əsasında
qurulan evdir, dünyadır. Adamın öz istəkləri – bədənin istəkləri başqa sözlə
instinkt səviyyədə istəklər əsasən üst-üstə düşür və adamlara sanki hansısa
firmadan standart komalar bağışlanmışdır. Amma kiçik bir dünyası olan
şəxslər böyük bir imarəti, sarayı nəyin hesabına qururlar: yenə oğurluq mal-
la imarət quranlar əksəriyyət təşkil edir. Onlar bu imarətləri daşdan, beton-
dan, mərmərdən düzəldirlər. Onların binasının maddi tərəfi olur, mənəvi
məzmunu olmur. Etiketlər, formal mədəniyyət, hətta bilik sonradan, başqa-
larının köməyi ilə əldə edilə bilər, amma bu cür qurulmuş dünya yenə də
ruhsuz qalacaqdır.
İnsanların hamısına təbiətən (kortəbii halda) verilmiş üç başlanğıc var:
1.
İnstinkt
2.
Duyğu qabiliyyəti – qavramaq
3.
Məntiq; məntiqi düşüncə qabiliyyəti
Düzdür bunlar da kimdə isə çox inkişaf edib, kimdə isə az – amma
var; Potensial halda var və onu təlimlə, tərbiyə ilə, məşqlə (başqalarının kö-
məyi ilə) inkişaf etdirmək mümkündür. Əgər insanlar hamısı bu təməl qabi-
liyyətlərə və prinsiplərə potensial halda malik olmasaydılar, hamını birləş-
dirən, eyniləşdirən ümumi əsaslar olmasaydı cəmiyyət formalaşa bilməzdi.
Hissi təcrübənin, təəssüratların anlayışlar və sözlərlə ifadə olunması
əslində bir məzmunun yeni məkana, yeni dilə, yeni simvolikalara transfer
olunması kimi mürəkkəb bir əməliyyatdır. D.Yum idrakın əsas işi kimi
məhz bu əməliyyatı nəzərdə tutur. Yəni söhbət hissi təcrübəyə qədərki
mərhələdən yox, bu təcrübə ilə onun məntiqi tərtibatı arasındakı məsafədən
gedir: idrak dediyimiz məhz bu transferin mexanizmlərindən ibarətdir.
Hissi fakt insan əqlinin vasitəsi ilə ideya faktına çevrilir.
İdeya anlayışı müxtəlif dövrlərdə müxtəlif filosoflar tərəfindən
müxtəlif mənalarda işlənmişdir.
Dostları ilə paylaş: |