Microsoft Word Jurnal 2 2011 Red doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə5/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   2   3   4   5   6   7   8   9   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 14 -
İdrak və dəyərləndirmə 
Yum fəlsəfəsi epistemoloji aspektdə baxıldıqda, aqnostisizm kimi qə-
bul olunur. Əgər Bekon, Hobbs və Lokk ictimai gerçəklik və siyasi üstqu-
rum arasında fərqi görür və bunu ön plana çəkirdilərsə, onların məhz bu ger-
çəklikdən, obyektiv reallıqdan çıxış etmələri və üstqurumun buna uyğunlaş-
dırılması tələbini qeyri-aşkar şəkildə ifadə edən materializmdən çıxış edirdi-
lərsə, inqilabdan sonrakı dövrdə bu ziddiyyət aktuallığını itirir və insanın 
duyub-gördüklərinin arxasında hansı isə daha fundamental bir təməl axtarı-
şına ehtiyac qalmır. Metafizik axtarışlar, mahiyyəti hadisədən ayırmaq, tə-
məl prinsipləri, ilk səbəbləri duyğularımızla bizə  bəlli olanlardan ayırmaq, 
insanın bilavasitə yaşadığı həyatı qoyub daha dərin köklərə getmək və bu-
nunla da hissi dünyanın, yaşantıların arxasına keçmək yeni başlanmış dün-
yanın daha marağında olmur. Yaşadığı dünya insanı qane edir və o, ancaq 
bu yaşantıları, öz hissi təcrübəsini nəzərə almaqla kifayətlənmək istəyir. 
Bax, bu idi Yum aqnostisizminin pərdəarxası motivləri, onu şərtləndirən 
ictimai-siyasi fon! 
Əslində hər bir dəyərləndirmənin əsasında həm də dərketmə dayanır. 
Sanki  əvvəl bildiklərimiz sonra gördüklərimiz üçün meyara, ölçü vahidinə 
çevrilir. 
D.Yum dünyanın dərkini mümkün hesab etmədiyinə görə, meyar 
olaraq insanın, subyektin xeyir-şərini, gəlir-çıxarını götürür.  
Platon fəlsəfəsində  xeyir  həm də  varlıqdır, yaxud varlıq – xeyirdir
D.Yum fəlsəfəsində  xeyirə  münasib kimi varlığa  münasibət də, subyektiv 
planda həll olunur. Yəni  əgər xeyir-şərin meyarı insan özüdürsə, deməli, 
varlıq-yoxluğun da meyarı insan özüdür. Yumun fikrinə görə, əxlaqi dəyər-
ləndirmələr, meyarlar həqiqi və yalan olmur; onlar da insanların baxışları, 
əməlləri kimi, sadəcə “göz qabağındadır” və bu mənada gerçəkdirlər. D.Yu-
ma görə, nəyin xeyir, nəyin şər olması onun bizə xoş və ya bəd təsir etmə-
silə müəyyənləşir.  
 
Bir çox fəlsəfələrdə koqnitiv duyğulardan və idrak prosesindən ayrıca 
insanın müsbət və  mənfi emosiyalarından, həz və iztirabından isə ayrıca 
bəhs edirlər. Və bunlardan birincilər qnoseologiyaya, ikincilər isə praktik 


David Hume – 300 
 
 
 
- 15 -
fəlsəfəyə, etikaya və ya dəyərlər təliminə aid edilir. Lakin fəlsəfi təlimin 
bütövlüyünün təmin olunması üçün bu iki sfera təməldə eyni prinsiplərə 
söykənməlidir. Bu baxımdan da, Yumun təlimi vahid, bütöv bir təlimdir. 
Onun üçün insan nəyi görürsə, nəyi duyursa, varlıq da ondan ibarətdir. Elə-
cə də hansı hissləri keçirirsə, onlar insanın başqa müstəvidə varlığını təsbit 
edir. Öz təlimini epistemologiya – koqnitiv duyğular və  həqiqət meyarları 
üzərində quran pozitivizm üçün varlıq, mövcudluq bir şeydir, öz təlimini 
insanın hissi yaşantıları, həzz və iztirabları üzərində quran ekzistensialistlər 
üçün varlıq, mövcudluq başqa bir şeydir. Lakin hər ikisinin təməl prinsipləri 
Yum aqnostisizmidir, başqa sözlə desək, D.Yum təlimi bu fəlsəfi 
cərəyanları rüşeym halında özündə saxlayırdı.  
 
Təəssürat və ideya 
Bizim təəssüratlar necə və nədən yaranır, bu bir məsələdir. Başqa bir 
məsələ isə, biz öz təəssüratlarımızı necə saxlayır və necə ifadə edirik, – 
məsələsidir.  
Təəssüratı elə təəssürat formasında, üzərində heç bir əməliyyat apar-
madan, olduğu kimi yadda saxlamaq çox çətindir. Onu ifadə etmək isə, iki-
qat çətindir.  
Əvvəla, təəssürat sonsuz dərəcədə  zəngin olur. O, reallığın özüdür. 
Onu yaradan, şərtləndirən, stimullaşdıran mənbə ilə kontakt kəsildikdən 
sonra, təəssürat iki formada öz-özünə saxlanılır. Birincisi, hissi təsəvvür və 
ya xatirə formasında. İkincisi, bizim əhvalımızda məqam kimi, dəyərləndir-
mə kimi, yəni tonusun qalxması, müsbət və ya mənfi aura, xoş və ya bəd ov-
qat kimi…  
Bəzi hallarda biz təəssüratın özünü deyil, onun bizdə yaratdığı halı, 
vəziyyəti, ümumi psixik durumu “yadda saxlayırıq”, yəni əslində biz yadda 
saxlamırıq, o özü bizim hissi yaddaşımızda iz buraxır. Lakin təəssüratın özü 
müəyyən bir məzmun daşıyıcısıdır. Burada bizim münasibətimizdən asılı 
olmayaraq bizə təsir edən tərəfin obyektiv cəhətləri də öz ifadəsini tapır. Bu 
cəhətləri biz çox vaxt olduğu kimi, yəni hissiyyat formasında deyil, həmin 
andakı  əqli imkanlarımızla ümumiləşdirib sözlərlə ifadə edir və  məhz söz 
şəklində, simvollaşmış halda yadda saxlayırıq.  


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 16 -
Hər bir insanın öz dünyası var. Amma əksər hallarda bu “öz”lərin bir 
o qədər də öz olmadığı aşkara çıxır. Yəni insanların çoxunun “öz dünyaları” 
həddən artıq məhdud olduğundan (yəni özlərinin ancaq kiçik komaları olur) 
onu başqalarının köməyi ilə  genişləndirirlər. (Bir az bundan, bir az ondan 
borc alıb tikmək kimi), amma koma hər halda olur. Bu – instinktlər əsasında 
qurulan evdir, dünyadır. Adamın öz istəkləri – bədənin istəkləri başqa sözlə 
instinkt səviyyədə istəklər əsasən üst-üstə düşür və adamlara sanki hansısa 
firmadan standart komalar bağışlanmışdır. Amma kiçik bir dünyası olan 
şəxslər böyük bir imarəti, sarayı nəyin hesabına qururlar: yenə oğurluq mal-
la imarət quranlar əksəriyyət təşkil edir. Onlar bu imarətləri daşdan, beton-
dan, mərmərdən düzəldirlər. Onların binasının maddi tərəfi olur, mənəvi 
məzmunu olmur. Etiketlər, formal mədəniyyət, hətta bilik sonradan, başqa-
larının köməyi ilə  əldə edilə bilər, amma bu cür qurulmuş dünya yenə  də 
ruhsuz qalacaqdır.  
 
İnsanların hamısına təbiətən (kortəbii halda) verilmiş üç başlanğıc var:  
1.
 
İnstinkt 
2.
 
Duyğu qabiliyyəti – qavramaq 
3.
 
Məntiq; məntiqi düşüncə qabiliyyəti 
Düzdür bunlar da kimdə isə çox inkişaf edib, kimdə isə az – amma 
var; Potensial halda var və onu təlimlə, tərbiyə ilə, məşqlə (başqalarının kö-
məyi ilə) inkişaf etdirmək mümkündür. Əgər insanlar hamısı bu təməl qabi-
liyyətlərə  və prinsiplərə potensial halda malik olmasaydılar, hamını birləş-
dirən, eyniləşdirən ümumi əsaslar olmasaydı cəmiyyət formalaşa bilməzdi.  
Hissi təcrübənin, təəssüratların anlayışlar və sözlərlə ifadə olunması 
əslində bir məzmunun yeni məkana, yeni dilə, yeni simvolikalara transfer 
olunması kimi mürəkkəb bir əməliyyatdır. D.Yum idrakın  əsas işi kimi 
məhz bu əməliyyatı  nəzərdə tutur. Yəni söhbət hissi təcrübəyə  qədərki 
mərhələdən yox, bu təcrübə ilə onun məntiqi tərtibatı arasındakı məsafədən 
gedir: idrak dediyimiz məhz bu transferin mexanizmlərindən ibarətdir.  
Hissi fakt insan əqlinin vasitəsi ilə ideya faktına çevrilir. 
 
İdeya anlayışı müxtəlif dövrlərdə müxtəlif filosoflar tərəfindən 
müxtəlif mənalarda işlənmişdir.  


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə