Microsoft Word Jurnal 2 2011 Red doc


- 5 -           Redaksiya Şurasından



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə2/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   2   3   4   5   6   7   8   9   ...   67

 
 
- 5 -
 
 
 
 
 
Redaksiya Şurasından  
 
 
Ön söz əvəzi:  
 
AFSEA – 10 
 
Bu il jurnalımızın təsisçisi olan Azərbaycan Fəlsəfə  və Sosial-Siyasi 
Elmlər Assosiasiyasının (AFSEA) yaradılmasının 10 ili tamam olur. Qarşı-
mızda fəlsəfi fikrin inkişaf etdirilməsi sahəsində böyük vəzifələr durur. Am-
ma onillik fəaliyyətdən sonra dönüb geriyə baxmağa, görülən işləri dəyər-
ləndirməyə, uğurları  və  əyər-əksikləri nəzərə almağa ehtiyac yaranmışdır. 
Əlbəttə, ölkəmizdə fəlsəfənin və sosial-siyasi elmlərin tədqiq və tədris edil-
diyi bir çox elm mərkəzləri və universitetlər vardır ki, bunların arasında 
AMEA-nın müvafiq tədqiqat institutlarını və universitetlərin müvafiq kafed-
ralarını qeyd etmək yerinə düşər. Lakin bu institutların və kafedraların fəa-
liyyətində müəyyən bir irəliləyiş əldə etmək üçün həm qanunvericilik sahə-
sində islahatlar aparılmasına, həm də bir sıra bürokratik maneələrin dəf edil-
məsinə ehtiyac olduğundan, daha operativ tədbirlər həyata keçirmək üçün 
müstəqil və yaradıcı bir quruma ehtiyac var idi.  
Vətəndaş cəmiyyəti quruculuğu şəraitində filosofların müstəqil şəkildə 
təşkilatlanması və bir ictimai qurum kimi daha operativ fəaliyyət göstərməsi 
əlavə bir imkan idi və AFSEA, bizim fikrimizcə, bu imkanın realizasiyası 
sahəsində bir sıra ciddi addımlar ata bilmişdir. 
Sovet dövründən qalan ənənəvi qurumla yeni dünyagörüşünü forma-
laşdırmaq və müstəqil Azərbaycanın milli ideyasını ifadə edə biləcək yeni 
fəlsəfi araşdırmaları təşkil etmək iqtidarında deyildi. Ona görə də Assosiasi-
yanın fəaliyyətinə əsasən mühafizəkar marksist dünyagörüşündən uzaq yeni 
düşüncəli mütəxəssislər cəlb olundu. AFSEA-nın fəaliyyət istiqamətləri içə-


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 6 -
risində ilk növbədə elmi konfranslar keçirilməsini, müntəzəm fəaliyyət gös-
tərən fəlsəfə seminarlarının təşkilini, Azərbaycan fəlsəfi fikrini dünya miq-
yasına çatdırmaq  əzmində olan beynəlxalq elmi jurnalın çap olunmasını, 
görkəmli filosofların yubileylərinin qeyd olunmasını, ölkəmizdə fəlsəfi fik-
rin təbliği sahəsində  səylərin səfərbər olunmasını  və  əlaqələndirilməsini, 
həm Qərb, həm də Şərq fəlsəfi fikrinin bir sıra klassik nümunələrinin dilimi-
zə tərcümə olunmasını, fəlsəfi disputların keçirilməsini və s. göstərə bilərik.
 
AFSEA yaradıldıqdan sonra onun təşəbbüsü ilə Azərbaycan fəlsəfi 
fikri Ümumdünya Fəlsəfə Konqreslərində mütəşəkkil  şəkildə  təmsil olun-
mağa başladı. 2003-cü ildə  İstanbul, 2008-ci ildə Seul Konqresində Azər-
baycan filosoflarının iştirakı təmin olunduqdan sonra, 2013-cü ildə Afinada 
keçiriləcək növbəti Konqresə hazırlıq işləri görülür. Bununla yanaşı, alimlə-
rimizin bir sıra digər mötəbər konfranslarda və simpoziumlarda iştirakı da 
təmin olunmuşdur. Hər il keçirilən Ümumdünya Fenomenologiya Konqres-
lərində ölkəmizin filosofları 2003-cü ildən bəri iştirak etmiş və onların əsər-
ləri fenomenologiya üzrə ən mötəbər jurnallarda çap olunmuşdur.  
Filosoflarımız habelə üç ildən bir İtaliyanın paytaxtı Roma şəhərində 
keçirilən Beynəlxalq Metafizika Konqresində  də müntəzəm surətdə  iştirak 
etmişlər. AFSEA alimlərimizin bu və ya digər konkret mövzular üzrə keçiri-
lən beynəlxalq konfranslara qatılmasına həmişə dəstək vermişdir. Lakin öl-
kəmizdə  fəlsəfənin inkişafı  təkcə alimlərimizin xarici ölkələrdə keçirilən 
konfranslarda iştirakı ilə təmin edilə bilməz. Bunun üçün Bakıda da mötəbər 
fəlsəfə konfranslarının keçirilməsinə böyük ehtiyac vardır. AFSEA bunu nə-
zərə alaraq Bakı şəhərində bir-neçə dəfə beynəlxalq fəlsəfi konfranslar təşkil 
etmişdir ki, bunların sırasında biz 2001-ci ildə AFSEA-nın Rusiya Fəlsəfə 
Cəmiyyəti və Türkiyənin Fəlsəfə  Dərnəyi ilə birgə keçirdiyi simpoziumu, 
2004-cü ildə Ş.Y.Sührəvərdinin 850-illiyinə həsr olunmuş beynəlxalq kon-
fransı, 2008-ci ildə Türk Dünyası filosoflarının Beynəlxalq Konfransı xüsusi 
qeyd edə bilərik. 
AFSEA-nın fəaliyyət istiqamətləri içərisində ən mühüm olanlardan bi-
ri fəlsəfi nəşrlərdir. Bu sırada 2003-cü ildən nəşr olunmağa başlayan “Fəlsə-
fə  və sosial-siyasi elmlər” jurnalının xüsusi yeri vardır. Bu jurnal ictimai 
elmlər sahəsində Azərbaycanda ilk dəfə olaraq beynəlxalq miqyasda tanın-


Redaksiya Şurasından 
 
 
 
- 7 -
maqla yanaşı, beynəlxalq The Philosopher`s İndex referativ fəlsəfə jurna-
lında təmsil olunmaq hüququ da qazanmışdır. Jurnalda nəşr olunan məqa-
lələrin xülasəsi ABŞ-da ingilis dilində çap olunub bütün dünyanın qabaqcıl 
elm mərkəzlərinə göndərilir.
 
2002-ci ildən başlayaraq hər il noyabr ayının üçüncü cümə axşamı 
YUNESKO xətti ilə elan olunmuş Beynəlxalq Fəlsəfə günü qeyd olunur və 
Azərbaycanda fəlsəfi fikrin təbliği ilə əlaqədar vəziyyət nəzərdən keçirilir.  
Azərbaycanın ictimai həyatında fəlsəfəyə ehtiyac getdikcə artır və 
onun əlamətlərindən biri də ictimai-siyasi və iqtisadi inkişafın getdikcə daha 
çox dərəcədə uzunmüddətli proqramlar əsasında həyata keçirilməsi və bu 
proqramların elmi-nəzəri və fəlsəfi təməllərə söykənməsidir. Prezidentin İc-
ra Aparatının rəhbəri, AFSEA-nın Prezidenti, fəlsəfə elmləri doktoru, aka-
demik Ramiz Mehdiyevin yeni dövrün milli-fəlsəfi fikrinin formalaşdırılma-
sına bilavasitə  rəhbərlik etməsi, aktual fəlsəfi problemlər üzrə  tədqiqatlar 
aparması və fəlsəfə sahəsində çalışan elm adamlarının fəaliyyətini milli döv-
lətçiliyin aktual problemləri istiqamətinə yönəltmək təşəbbüsləri artıq öz 
bəhrəsini verməkdədir. Akademik R.Mehdiyevin ölkəmizdə demokratikləş-
mənin fəlsəfi  əsasları, dövlət quruculuğu fəlsəfəsi, mədəniyyətlərarası dia-
loq, tolerantlıq, milli ideya və s. mövzularda apardığı tədqiqatlar ölkəmizdə 
fəlsəfi və ictimai-siyasi fikrin bu istiqamətdə inkişafı üçün oriyentir rolunu 
oynayır. AFSEA və onun müvafiq qurumları da bu ideyaların müzakirəsi və 
təbliğatı sahəsində geniş miqyaslı fəaliyyət aparmışdır. 
Azərbaycan Fəlsəfə  və Sosial-Siyasi Elmlər Assosiasiyası (AFSEA) 
ayrı-ayrı ali məktəblərdə və tədqiqat institutlarında çox vaxt bir-birilə əlaqə-
siz şəkildə fəaliyyət göstərən fəlsəfə tədqiqatçılarının fəaliyyətini əlaqələn-
dirmək və təşkil etmək, onların elmi araşdırmalarını çağdaş dövlət quruculu-
ğu problemlərinə yönəltmək, habelə bu sahədəki elmi tədqiqat işlərinə şərait 
yaratmaq məqsədini daşıyır.  
AFSEA filosof-alimlərimizin 2000, 2003 və 2006-cı illərdə Romada 
keçirilmiş Beynəlxalq Metafizika Konfranslarında, 2003-cü ildə İstanbulda, 
2008-ci ildə Seulda keçirilmiş Ümumdünya Fəlsəfə Konqreslərinin fəaliyyə-
tində  fəal iştirakını  təmin etmək üçün ciddi təşkilati iş aparmışdır. Bakıda 
Rusiya və Türkiyə Fəlsəfə Cəmiyyətləri rəhbərlərinin iştirakı ilə beynəlxalq 


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə