Microsoft Word Jurnal 2 2011 Red doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə14/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   10   11   12   13   14   15   16   17   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 42 -
bütün ictimai münasibətlərin toplusudur” (18, s. 2), – deyə bildirməklə 
Marks cəmiyyətdən kənarda,  əməksiz insanın insanlığını isə, belə demək 
mümkündürsə, şübhə altında alır.  
Marks fəlsəfəsində insana dair maraqlı və əhəmiyyətli cəhətlərdən biri 
də insanın yadlaşması prinsipi – “insanın təbii varlığının sosial yadlaşma 
konsepsiyası idi” (4). Filosof insanı əmək vasitəsilə təbii varlığından çıxart-
maqla, onu öz mahiyyətinə yadlaşdırmaqla “insanlaşdırmaq” istəyir.  
Xatırladaq ki, filosofların çoxunda, xüsusilə irrasional təfəkkürə malik 
mütəfəkkirlər – Platondan tutmuş ta sufilərə  qədər insanın mahiyyətindəki 
müəyyən qara hisslərdən uzaqlaşmağı, “özünə qalib gəlməklə” kamil olaca-
ğı, həqiqəti dərk edəcəyi fikrini irəli sürürlər. Lakin onlarla Marks arasında 
əhəmiyyətli fərqlər vardır.  
Məsələn, sufilərə görə, insan özündən, öz təbiətindən deyil, bu təbiət-
də yaradılışdan mövcud olan yalnız bir hisslə – zəifliyi və cahilliyi ilə onu 
insanlıq məqamından heyvanlıq məqamına endirə biləcək nəfslə mübarizə 
aparır və təbiətindəki daha güclü və ülvi hissi kəşf edir.  
Marksın insanı isə özünü kərpic-kərpic qurmalıdır, bütünlüklə öz var-
lığına, mahiyyətinə üstün gəlməlidir ki, “insanlaşsın”: “İnsan yalnız sosiu-
mun hər fərdə verdiyi sonsuz keyfiyyətləri fiksə edən. Eyni qayda ilə, Mən 
də abstraksiyadır. Mən mikrokosmdur ki, burada ayrıca bir fərdin tarixi on-
dan  əvvəlki və müasirlərinin tarixindən qoparıla bilməz,  əksinə onunla 
müəyyənləşır” (4).  
Başqa sözlə desək, birincilər insanın inkişaf xətti insandan başlayır, 
cəmiyyətdən keçərək kamil insanda bitir və bu yoldakı maneələrdən biri 
heyvani hisslərdir. Marksda isə inkişaf xəttinin başlanğıcında heyvan, so-
nunda isə cəmiyyət var. İnsan isə aralıq mərhələdir.

 Birincilərdə, bu, insa-
nın öz mahiyyətinə,  əsl varlığına dönüşdürsə, Marksda bu, əksinə, yadlaş-
ma, içdən xaricə doğru bir istiqamətdir.  
 “Filosoflar yalnız müxtəlif şəkildə dünyanı izah edirdilər, lakin məsə-
lə bundadır ki, onu dəyişsinlər”, – deməklə Marks bir növ öz missiyasından 
                                                 

 Yeri gəlmişkən, bu sxemin daha ifrat formasına elə onun müasiri Nitsşedə rast gəlmək 
olar. 


Fəlsəfə tarixi
 
 
 
- 43 -
danışırdı  təsadüfi deyil ki, tədqiqatçıların fikrinə görə, “Marksın antropo-
logiyası radikal proqram və hərəkatların əsaslandırılması məqsədi ilə yara-
dılmışdır. Belə hesab edilir ki, insan təcrübəsində hər şey, insanın özü də da-
xil olmaqla, dəyişə bilər və dəyişməlidir” (4). 
Əslində, Marksın fəlsəfəsi bir necə  əsr  ərzində gedən bir prosesin 
məntiqi sonluğu idi. Qeyd etdiyimiz kimi, xristianlıqda insan böyük bir gü-
nahın altında əzilirdi. Avropada insan bu genetik günahdan heç cür qurtula 
bilmədiyinə görə, ümumiyyətlə insan fenomenindən uzaqlaşmağı üstün bil-
di. Berdyayevin də vurğuladığı kimi, “Onlarda (Nitsşe və Marks) insanın 
özünütəsdiqi müxtəlif  şəkildə insan obrazının inkarına keçir” (10, s. 152). 
Bu sadə bir inkar deyildi, insanın hissələrə parçalanması  və  hər hissəsinin 
ayrıca bir vasitəyə çevrilməsi idi. 
 
Nəticə 
Tədqiqatda  əsasən iki alman filosofuna – İmmanuel Kanta və Karl 
Marksa müraciət edilməsi təsadüfi deyil. Kant nəinki Avropa fəlsəfəsinin 
tarixində dönüş nöqtəsi omuşdur, həm də ümumiyyətlə Qərb təfəkkürünün 
inkişaf prosesini sanki müəyyən bir məcraya salmışdır. Başqa sözlə desək
istər XX əsrdə, istərsə də bu gün Qərb təfəkkürünün tənqidə məruz qalan və 
həll yolları axtarılan bir sıra ideyaların kökü məhz Kant fəlsəfəsinə bağlıdır.  
K.Marks fəlsəfəsi isə  Qərb təfəkkürünündə insan fenomenini arxa 
plana keçirən və  cəmiyyəti, sinfi mübarizəni  əsas götürən bir təlim 
yaratmışdır və bu təlim praktiki olaraq geniş vüsət qazanan, hətta yeni 
qurulan dövlətlərin ideoloji əsası ola bilmişdir.  
Hər iki fəlsəfə insan fenomeninin, “mən”in tədqiqində  əhəmiyyətli 
dərəcədə təhriflər üçün əsas olmuşdur.  
 
 
Ədəbiyyat 
 
1.
 
Bünyadzadə K. Şərq-Qərb: ilahi vəhdətdən keçən özünüdərk. Bakı, Nurlan, 
2006. 
2.
 
Emin O. Cemaleddin Afgani // İslam Düşüncesi Tarihi. Ed. M.M.Şerif. Cild 
4. İstanbul, İnsan Yayınları, 1991. 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 44 -
3.
 
Engels F. Lüdviq Feyerbax və klassik alman fəlsəfəsinin sonu // K.Marks və 
F.Engels. Seçilmiş əsərləri üç cilddə. C. 3, Bakı, Azərbaycan Dövlət Nəşr., 1983. 
4.
 
Основные  принципы  классической  философии  Нового  времени 
http://filosof.historic.ru/books/item/f00/s00/z0000005/index.shtml 
5.
 
Xəlilov S. Sivilizasilararası dialoq. Bakı, Adiloğlu, 2009, s.88-89. 
6.
 
İqbal Məhəmməd. Bilik və  təcrübə // Fəlsəfə  və sosial-siyasi elmlər,  № 4, 
2008, s. 189.  
7.
 
Kadir C.A. İslam dünyasında Geriləmə // İslam Düşüncesi Tarihi. Ed. 
M.M.Şerif. Cild 4. İstanbul, İnsan Yayınları, 1991. 
8.
 
Sıddıkı A. Şah Veliyullah Dehlevi // İslam Düşüncesi Tarihi.... 
9.
 
Yakın ve Orta Doğuda Rönesans // İslam Düşüncesi Tarihi... 
 
10.
 
Бердяев  Н.А.  Смысл  истории.  Новое  средневековье.  Сост.  и  комм. 
В.В.Сапова. М., Канон+, 2002. 
11.
 
Вольтер. Из «Философского словаря»; Бог и люди; Вопросы о чудесах. 
М., Мир книги, Литература, 2006. 
12.
 
Вольтер.  Метафизический  трактат // Философские  сочинения.  М., 
Наука, 1989. 
13.
 
Вольтер. Философские письма // Философские соч.-я. М., Наука, 1989. 
14.
 
Габитова  Р.М.  Философия  немецкого  романтизма:  Гельдерлин, 
Шлейермахер. М., Наука, 1989. 
15.
 
Даан-Дальмедико  А.,  Пейффер  Ж.  Пути  и  лабиринты.  Очерки  по 
истории математики. М., «Мир», 1986. 
16.
 
Кант И. Основоположения метафизики нравов. М., 1994. 
17.
 
Кассирер  Э.  Опыт  о  человеке:  введение  в  философию  человеческой 
культуры.  Что  такое  человек? // Проблема  человека  в  западной  философии. 
М., «Прогресс», 1988. 
18.
 
Маркс Карл. Тезисы о Фейербахе // Сочинения. Издание второе. Том 3. 
19.
 
Маркс  Карл,  Энгельс  Фридрих.  Немецкая  идеология // Сочинения. 
Издание второе. Том 3. Выписки.  
20.
 
Паскаль.  Мысли // Человек:  Мыслители  прошлого  и  настоящего  о  его 
жизни,  смерти  и  бессмертии.  Древний  мир – эпоха  Просвещения.  М., 
Политиздат, 1991. 
21.
 
Порозовская  Б.Д.  Жан  Кальвин // Ян  Гус.  Лютер.  Кальвин.  Цвингли. 
Патриарх Никон: биогр. повествования. Челябинск. «Урал LTD», 1998. 
22.
 
Рассел Б. Мудрость Запада. М., Республика, 1998. 
23.
 
Хайдеггер М.. Европейский нигилизм // Проблема человека....  
 
 
 
 
 


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə