Microsoft Word Jurnal 2 2011 Red doc



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə11/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   7   8   9   10   11   12   13   14   ...   67

Fəlsəfə tarixi
 
 
 
- 33 -
авторитета  науки,  в  связи  с  чем,  отдалившаяся  от  своей  главной  миссии  и 
поставленная  на  службу  науке  подлинная  философия  была  отодвинута  на 
задний  план.  Автор  проводит  сравнительный  анализ  позитивизма  и 
феноменологии  в  их  отношении  к  философии  и  обосновывает  вывод  о  том, 
что,  хотя  оба  они  достаточно  отдалены  от  традиций  классической 
философии, пути и мотивы этого отдаления у них отличаются. С другой сто-
роны, с середины XX века в философских исследованиях актуализируется та-
кая ветвь, как философия науки. В статье отмечается, что проблемы филосо-
фии науки вновь приводят исследователей, отказавшихся от онтологических 
проблем  и  сосредоточивших  свое  внимание  на  философии  науки,  к  тра-
диционным философским вопросам.  
 
Ключевые  слова: 
Конт,  Поппер,
 
наука  и  философия,  позитивизм, 
феноменология, эпистемология,  
 
 
Prof.Dr. Salahaddin Halilov 
 
Pozitivizmin felsefeyi bilimselleştirme çabaları ve                                
onun günümüzdeki tezahürleri 
 
(özet) 
 
Makalede bilimin otoritesinin rastlanmadık düzeyde arttığı bir dönemde – 
XX yüzyılın başında felsefeye aşağılayıcı bir yaklaşımın ortaya çıkması ve onun 
temel misyonundan uzaklaştırılarak bilime hizmet etmeye yönlendirilmesiyle ilgili 
gerçek felsefenin arka plana geçmesinden bahsedilmektedir.  
Yazar XX yüzyılın başında pozitivizm ve fenomeolojinin felsefeyle ilgili 
karşıt yaklaşımlarını  kıyaslamakta, onların ikisinin de gerçekte klasik felsefi 
geleneklerden uzaklaştıklarını ifade etmektedir. Aralarındaki tek fark pozitivizm ve 
fenomenolojinin bunu farklı şekillerde gerçekleştirmeleridir.  
Diğer taraftan, XX yüzyılın ortalarından itibaren felsefe araştırmalarında 
belli bir eğilimin – bilim felsefesi araştırmalarının yoğunluk kazandığını 
görüyoruz. Müellife göre, metafizik ve ontolojik problemleri göz ardı eden 
araştırmacılar bilim felsefesine yönelseler de, bilim felsefesindeki problemler 
onları tekrar geleneksel felsefi tartışma konularına götürmektedir.  
 
Anahtar kelimeler
:  Kont, Popper, bilim ve felsefe, pozitivizm, 
fenomenoloji, epistemoloji

 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 34 -
 
 
 
 
 
İnsan probleminin rasionalist şərhləri  
(İ.Kant və K.Marks) 
 
 
Könül Bünyadzadə
 
 
 
Giriş
 
XVIII-XIX əsrlərdə
 
insan ağlının qüdrəti, ən əsası isə, onun bir sosial 
varlıq kimi Allahın bəndəsindən qat-qat əmin və qüvvətli olması “kəşf edil-
məklə” onun fəaliyyət istiqamətləri də genişləndi. Və  məhz bu tərəfi ilə 
XVIII  əsr artıq Renessansın davamı deyil, daha çox XIX əsrin başlanğıcı 
idi. XVIII əsrin insanı daha kilsənin qorxutduğu bir “günahkar” və dinin gö-
zəl rəftar, gözəl düşüncə müqabilində cənnət və ya ən yaxşı halda, İsa Məsih 
məqamı gözləyən bir bəndə deyildi. O, inqilab edərək bir həmlədə öz haki-
miyyətini qura bilən, əsrlər boyu xof yaradan kilsənin sirlərini və həqiqətlə-
rini öz elmi bilikləri ilə puça çıxardan, səsi Yer kürəsinin ən ucqar yerlərin-
dən gələn, öz sözünün, əməlinin, gələcəyinin sahibi idi.  
 
Təsadüfi deyil ki, məhz XVIII əsrdə ağıl insanın bir idrak bacarığı ki-
mi xarakterizə edilmişdir. Həmin dövrün filosofları “Rasional fəaliyyətin iki 
qatını fərqləndirirdilər – təcrübəyə əsaslanan fikri fəaliyyət, yəni mühakimə, 
sübut, hesablama və s. vasitəsilə düşünmə və düşüncənin fəaliyyəti – təcrü-
bənin üzərində var olan, fövqəltəcrübə. Birincini dərrakə, ikincini isə elə 
ağılın özü adlandırdılar. Hərdən dərrakə və ağılın vəhdətinə intellekt deyir-
dilər” (4). Təbii ki, bu düşüncələrin zirvəsi  İmmanuel Kant (1724 –1804) 
fəlsəfəsi oldu. Lakin sual yaranır: Kant fəlsəfədə, xüsusilə insan haqqında 
düşüncələrdə hansı zirvə idi? Yaxud bu, zirvə idimi? 


Fəlsəfə tarixi
 
 
 
- 35 -
Əslində Kantın ağıl, zəka haqqında düşüncələri dönə-dönə geniş təd-
qiqatlara cəlb olunub. Biz sadəcə burada bir cəhətə diqqət yönəltməyə çalı-
şacağıq. 
Məlumat üçün bildirək ki, bəzi tədqiqatçıların fikrinə görə, Kant gizli 
bir dini təriqətin üzvü olmuş, Allaha imanı yüksək dəyərləndirmiş və Onun 
hadisələr dünyasına aid olmadığına görə, ağılla dərk edilməzliyini və təcrü-
bəyə  sığmadığını bildirmişdir. Filosof ön plana ağılı, zəkanı  və hissiyyatı 
çəkir və həm dövrünün gəldiyi qənaətə uyğun olaraq, həm də müəyyən mə-
nada haqlı olaraq düşünür ki, “insan özündə onu bütün digər şeylərdən, hətta 
özündən də fərqləndirən bir bacarıq kəşf edir – bu, ağıldır” (16, s. 232). Ha-
disələr, proseslər göz qabağında idi və bu, artıq bir aksiom idi ki, insanın bu 
kəşfi – ağlı ilk növbədə ona azadlıq verir: “Ağıl özünə kənar təsirlərdən asılı 
olmadan öz prinsiplərinin yaradıcısı kimi baxmalıdır. Deməli, praktik ağıl 
və ya ağıllı varlığın iradəsi kimi o, özünü azad hesab etməlidir. Yəni ağıllı 
varlığın iradəsi yalnız o, azadlıq ideyası ilə hərəkət edərsə, onun öz iradəsi 
ola bilər” (16, s. 228). Burada vacib bir ana diqqət yetirək: ağıl – öz prinsip-
lərinin yaradıcısıdır. Deməli, hər nə qədər Kant Allaha imanı qəbul etsə də, 
bu iman elmə və nəzəri fəlsəfəyə, təfəkkürə keçə bilməz. Başqa sözlə desək, 
ağıl olan yerdə iman olmamalıdır, ola bilməz. O, yazır: “Şəxsiyyətdə, doğ-
rusu, yüksək heç nə yoxdur, çünki əxlaq qanununa tabedir, lakin onda ali bir 
şey də var, çünki bu qanunu onun özü qoyur, buna görə də ancaq ona tabe 
olur” (16, s. 219). Bəli, insanı ucaldan da, aliləşdirən də ağıldır. İmanın bu-
rada heç bir rolu yoxdur. İnsanın heç ilahi aləmlə hisslər səviyyəsində olsa 
belə, əlaqəsi bir əhəmiyyət kəsb etmir, çünki onun çatmalı olduğu zirvə elə 
özüdür: “İnsan və ümumiyyətlə hər ağıllı varlıq özü özlüyündə məqsəddir, 
bu və ya digər başqa iradənin istifadəsi üçün vasitə deyil” (16, s. 205). 
Xatırladaq ki, təsəvvüfdə də insanın öz “Mən”inin kəşfi ali məqam he-
sab edilir. Elə  Həllacın “Ənə-l-Həqqi” buna gözəl nümunədir. Lakin fərq 
kəşf olunan “Mən”lərdədir. 
Sufi öz “Mən”ini kəşf etmək üçün bu maddi dünyanın hikmətlərini 
dərk etməli, öz cəmiyyətində əxlaqı və təfəkkürü ilə nümunə yeri olmalı və 
bundan sonra – rasional təfəkkürün, hisslərin, ağılın aciz qaldığı mərtəbədə 
Allahdan aldığı yeni bir imkanla – irrasional təfəkkürlə maddiyyat fövqün-


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə