Microsoft Word Jurnal 2 2011 Red doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə10/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   6   7   8   9   10   11   12   13   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 30 -
qındakı  ən ümumi təsəvvürlərə istinad edən naturfəlsəfədən fərqli olaraq
elm fəlsəfəsi təcrübi yolla sınaqdan çıxarılmış, həm empirik, həm də rasio-
nal təmələ malik olan biliklərin sintezindən hasil olmuş müasir elmi nəzə-
riyyələrə söykənir. Eksperimental fakt, məntiqi sübut və riyazi düsturlar sa-
yəsində xüsusi dəqiqlik  əldə etmiş  təlimlər obyektiv gerçəkliyi  əks etdirsə 
də, çox vaxt elmi yaradıcılıq təxəyyülü sayəsində reallıqdan uzaqlaşmaq 
təhlükəsi ilə üzləşir. Ona görə  də, daha stabil olan fəlsəfi prinsiplər elm 
üçün bir növ mayak rolunu oynayır. Elm fəlsəfəsi elmin yox, fəlsəfənin bir 
sahəsidir. Belə ki, burada biz elmin spesifik problematikasından kənara çıx-
maq və elmi idrak prosesinin özünü tədqiq obyektinə çevirmək məcburiyyə-
tində qalırıq ki, bu da fəlsəfəsiz mümkün deyil. ümumiyyətlə idrak prosesi-
nin, o cümlədən elmi idrakın iki tərəfi vardır. Yəni burada obyekt ayrılıqda 
deyil, subyektlə qarşılıqlı təsir halında öyrənilir. Elmi tədqiqat fəaliyyəti ilə 
yanaşı, tədqiqatçı özü də sistemə daxil olur. Burada əslində iki fərqli səviy-
yədə subyekt iştirak edir. Elm adamı elmi tədqiqat prosesində subyekt ro-
lunda çıxış etsə də, elm fəlsəfəsinin predmetinə daxil olur və onun fəaliyyəti 
başqa bir subyekt tərəfindən nəzərdən keçirilir. İdrak prosesinin, elm sub-
yektinin evristik fəaliyyətinin tədqiqat predmetinə çevrilməsi elmin normal 
tələblərinə uyğun gəlmir və ancaq fəlsəfə çərçivəsində izah edilə bilər. Belə 
ki, elm özü obyektiv gerçəkliyi, insansız dünyanı subyektin iştirakı istisna 
olmaqla öyrənir.  
Elm bir tərəfdən epistemoloji sistemdir, digər tərəfdən də ictimai hadi-
sədir. Fəlsəfənin predmeti kimi də elmə belə fərqli statuslarda baxıldıqda iki 
fərqli elm fəlsəfəsi yaranır. Belə ki, elmi yaradıcılıq prosesinin fərdi miqyas-
da başa düşülməsi diqqəti əsasən epistemoloji aspektə yönəldir. Amma elm 
adamlarının öz fəaliyyətini əlaqələndirdikdə və bu birgə fəaliyyət bütöv bir 
fenomen kimi formalaşdıqda, yalnız fərdlərin deyil, müəyyən bir elmi işçilər 
qrupunun da subyekt kimi götürülməsi zərurəti ortaya çıxır. Onda belə bir 
elmi tədqiqat qrupunun, laboratoriyanın, institutun fəaliyyəti həm də bir 
ictimai sistem kimi öyrənilməli olur. Bir adamın  əldə etdiyi biliklər, elmi 
nailiyyət digərlərinə necə ötürülür, necə toplanır və bu toplanma sayəsində 
ümumiləşmiş təlimlərin yaranması prosesi necə gedir?  
Yeri gəlmişkən, qeyd edək ki, elmi nəzəriyyələrin yaranması və dün-


Fəlsəfə tarixi
 
 
 
- 31 -
yanın elmi mənzərəsinin formalaşması fərqli hadisələrdir. Nəzəriyyələr adə-
tən riyaziyyatın tətbiqi ilə, müəyyən bir təbii prosesin riyazi modelinin qu-
rulması yolu ilə yaranır. Dünyanın elmi mənzərəsi isə riyaziyyatdan təbiətə, 
obyektiv gerçəkliyə, fiziki reallığın özünə qayıdış tələb edir. V.S.Styopinin 
yazdığı kimi, qeyri-klassik situasiyalarda nəzəriyyələr dünyanın yeni elmi 
mənzərəsindən  əvvəl yaranır (8, s. 391). Yəni riyaziyyat öz daxili struktu-
rundan və deduktiv prinsiplərdən irəli gələn modelləri diktə edir. Əgər klas-
sik elmdə təcrübə, empirik baza həlledici rol oynayırdısa, qeyri-klassik elm-
də mücərrəd riyazi strukturlardan real fiziki aləmə keçidlə bağlı araşdırma-
lar önə çıxır.  
Klassik elmdə söhbət ilkin elmi biliklərin yaranmasından getdiyinə 
görə  və ixtisaslaşmış elmi qruplar, planetar miqyaslı  mütəxəssislər icması, 
bir-birini şəxsən tanımasından asılı olmayaraq, eyni problematika ətrafında 
virtual surətdə toplanan elmi icma

 hələ formalaşmadığından fərdi tədqiqat-
lar üstünlük təşkil edirdi. Bir neçə işçinin birləşdiyi elmi qruplar mövcud ol-
sa da, bunlar əsasən eyni məkanda, məsələn, laboratoriyada çalışan adamlar-
dan ibarət idiDaha doğrusu, əslində yenə də tək bir alim çalışırdı; öz kö-
məkçiləri və şagirdləri ilə birgə. Müxtəlif məkanlarda belə fərdlərin və qrup-
ların fəaliyyəti bu fəaliyyətlərin əlaqələndirilməsi zərurətini də ortaya qoy-
du. Beynəlxalq elmi konfranslar, müəyyən ixtisas üzrə elmi jurnallar və s. 
bu müxtəlif məkanlı fərd və qrupların bir araya gətirilməsinə, tədqiqatların 
əlaqələndirilməsinə imkan yaradır və planetar miqyaslı virtual elmi icmalar 
formalaşır. 
 
Ədəbiyyat 
 
1.
 
Бунге М. Философия физики. М., «Прогресс», 1975. 
2.
 
Грязнов  Б.С.  Учение  о  науке  и  ее  развитии  в  философии  О.Конта // 
Позитивизм и наука. М., Наука, 1975, с. 13. 
3.
 
Гуссерль  Э.  Кризис  европейских  наук  и  трансцендентальная 
феноменология, СПб., Изд-во Владимир Даль, 2004. 
                                                 

 Biz “icma” sözü ilə rus dilindəki “сообщество”, ingilis dilindəki “community” 
sözlərini ifadə etməyə çalışırıq.  


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 32 -
4.
 
Кант  И.  Приложения  к  наблюдениям  над  чувством  прекрасного  и 
возвышенного // Соч. в 6-ти т. Т. 2. 
5.
 
Поппер К. Логика и рост научного знания. М., 1983. 
6.
 
Поппер К. Логика научного исследования. М., Республика. 2004.  
7.
 
Родоначальники  позитивизма,  вып. 4, с. 74 // Позитивизм  и  наука.  М., 
Наука, 1975. 
8.
 
Степин В.С. Теоретическое знание. М., 2003. 
9.
 
Философия в современном мире. Философия и наука. М., Наука, 1972. 
 
 
Prof.Dr. Salahaddin Khalilov 
 
Pozitivism`s Attempts for the Scientificization of Philosophy  
and its Contemporary Manifestations 
(summary) 
 
The article investigates the emergence of degrading approach to philosophy. 
The author claims that, philosophy was removed from its basic mission and was 
directed to serve to science from the beginning of XX century. As a result the true 
philosophy retreated into background.  
The author compares opposite attitudes of the positivism and the 
phenomenology towards philosophy in the beginning of XX century. According to 
him both of them were alienated from the classical philosophy. The only difference 
between them was methodologically.  
On the other side, one of the branches of the philosophical studies – the 
philosophy of science become actual from the middle of XX century. According to 
author, although the researchers ignores the problems of metaphysics and 
ontology, and focuses on the philosophy of science, the philosophical problems of 
science takes them to the problems of the traditional philosophical discussions.  
 
Key words
Kont, Popper,
 
science and philosophy, positivism, 
phenomenology, epistemology.  
 
 
Проф. Салахаддин Халилов 
 
Позитивистские попытки онаучивания философии и их 
современные проявления 
(резюме) 
 
 В  статье  предметом  рефлексии  является  становление  негативного 
отношения к философии в начале XX века – в эпоху беспрецедентного роста 


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə