Microsoft Word Jurnal 2 2011 Red doc



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə9/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   5   6   7   8   9   10   11   12   ...   67

Fəlsəfə tarixi
 
 
 
- 27 -
lıq missiyası kimi də dəyərləndirilə bilər, onun praktik həyatının ümumiləş-
miş  mənzərəsindən hasil olan daxili ehtiyac, öz konkret əməli fəaliyyətini 
ümumbəşəri proseslər kontekstində qurmaq cəhdləri kimi də. “Həqiqət na-
minə həqiqət” prinsipindən fərqli olaraq bu ikinci istiqamət daha çox praktik 
səciyyə daşıyır və insanın dünya haqqında düşüncələri onun şəxsi həyatının 
konkret problemləri süzgəcindən keçir. Birinci halda isə, əksinə, cari hadisə-
lər, maddi maraqlar da dünyanın universal ahəngi kontekstinə salınır.  
Elm insanın mənəvi həyatı ilə bilavasitə bağlı deyil. Burada insan öz 
şəxsi həyatından kənarda – obyektiv surətdə mövcud olan gerçəkliyi öyrə-
nir. Ona görə də elm hamının deyil, ancaq bu sahəni özünə fəaliyyət kimi 
seçmiş olan bir qrup adamın maraq dairəsinə aiddir. Lakin bu bir qrup ada-
mın gördüyü iş bütün insanların, bütövlükdə  bəşəriyyətin həyat tərzinə  və 
fəaliyyət üsullarına ciddi surətdə təsir göstərir. J.Elyülün dediyi kimi, müa-
sir cəmiyyətlərdə insan digər insanlara münasibətdə olmaqdan daha çox, 
texnikaya münasibətdədir: “Əlamətdar cəhət bundan ibarətdir ki, insan tex-
nikanı özünə tabe etdirmək imkanlarına malik deyil.” Onun inkişafı qarşı-
sında insan aciz qalır (Bax: 9, s. 14). Müasir texnika isə xeyli dərəcədə yeni 
elmi ideyaların tətbiqi ilə yaradılmışdır. İnsan ilə texnika arasında yad mü-
nasibət əslində insan ilə elm arasındakı münasibətin təzahürlərindən biridir.  
Lakin elm fəlsəfəsi sanki insan ilə elm arasında bir körpü rolunu oyna-
yır. Belə ki, fəlsəfə hər şeyi məhz insan prizmasından gördüyü kimi, elmi də 
“insaniləşdirir”, ona insan yaradıcılığının məhsulu kimi baxır. O.Kont yazır-
dı: “Kainat elə-belə özü üçün deyil, insan naminə, bəşəriyyət naminə öyrə-
nilməlidir” (7, s. 13). B.S.Qryaznov Kont tərəfindən elmdə subyektivlik mə-
qamının nəzərə alınmasını XVIII əsr fransız maarifçiliyi və materializminin 
humanist ənənələrinin təsiri ilə izah edir: “İnsan fəlsəfi tədqiqatların mərkə-
zinə, naturfəlsəfi təlimlər isə ikinci plana keçir” (2, s. 13). Maraqlıdır ki, po-
zitivizmin müasir dövrdəki davamçıları da məsələyə  məhz O.Kontun qoy-
duğu prizmadan yanaşırlar. Məsələn, K.Popper yazır: “Ən azı bir fəlsəfi 
problem var ki, istənilən düşünən insan bununla maraqlanır. Bu – kosmolo-
giya problemidir, yəni bizim özümüz (və bizim biliklərimiz) də bir hissə ki-
mi daxil olmaqla, dünyanın dərk olunması problemidir” (5, s. 35). Düzdür, 
Popper bu məsələdə fəlsəfəni sanki qəbul edir, amma əslində onu elmin bir 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 28 -
sahəsi kimi – elmi idrak nəzəriyyəsi kimi təqdim etməyə çalışır.  İstənilən 
halda, insan amili nəzərə alınmış olur ki, bu da ümumiyyətlə fəlsəfə olmasa 
da, elm fəlsəfəsinə ehtiyac olduğunun qəbul edilməsidir.  
Elm ilə  fəlsəfənin qarşılaşdırılması müasir epistemoloji təlimlərdə, 
xüsusilə pozitivist yönlü tədqiqatçıların  əsərlərində başqa kontekstdə  də 
ortaya çıxır. Onlar təcrübənin rolunu mütləqləşdirdiklərinə  və verifikasiya 
prinsipini biliyin həqiqiliyinin yeganə şərti kimi götürdüklərinə görə, ümumi 
bilikləri, əgər onlar təcrübədə yoxlana bilmirsə, şübhə altına alırdılar.  
Elmdə deduktiv prinsiplərə, riyazi-məntiqi metodlara üstünlük verən 
antik fəlsəfə və antik elm təcrübənin, müşahidənin, empirik metodların inki-
şafı üçün metodoloji baza rolunu oynaya bilmirdi. İlk dəfə olaraq Biruni və 
İbn Heysəm, daha sonra Qərbdə XIV əsrdə Rocer Bekon, XVII əsrdə Q.Qa-
liley və F.Bekon müşahidənin və elmi faktların rolunu nəzərə alaraq empirik 
təbiətşünaslığın inkişafına yol açdılar. Con Lokk isə ümumiyyətlə  təcrübə 
xaricində hər hansı bir biliyin mümkünlüyünü inkar edən “ağ lövhə” təlimi-
ni irəli sürdü. Beləliklə, bir tərəfdən, məntiq, digər tərəfdən də, hissi təcrübə 
elmin əsas təməlləri kimi götürüldüyünə görə, rasionalizm və empirizm ara-
sında ciddi mübahisələr üçün əsas yarandı. Həll edilməsi çətin olan məsələ 
hissi ilə rasional, empirik biliklərlə nəzəri biliklər arasında bir körpü, keçid 
yaratmaqdan ibarət idi. Bu problemin həlli üçün irəli sürülən ən mükəmməl 
təlim Kant təlimi idi. Belə bir körpü olaraq Kant sintetik aprior mühakimə-
lər haqqında ideya irəli sürdü. Amma pozitivistlər bu cür mühakimələri yenə 
də təcrübi olaraq yoxlana bilmədiyi üçün inkar etdilər. XX əsrdə belə barış-
dırıcı bir təşəbbüslə K.Popper çıxış etdi. Onun fikrinə görə, verifikasiya 
prinsipi ancaq empirik biliklər üçün şərt ola bilərdi. Universal mülahizələrin 
həqiqiliyi isə başqa yolla yoxlanmalıdır ki, bunu da Popper falsifikasiya 
prinsipi adlandırır. O, iki fərqli hadisə hesab etdiyi obyektiv elm və “bizim 
biliklər” arasında sərhəd xətti çəkməyə çalışır (6, s. 89). Popperə görə, mü-
şahidə  əsasında alınan biliklərlə deduktiv biliklərin yoxlanma üsulları da 
fərqli olmalıdır. Daha doğrusu, mürəkkəb elmi mülahizələrin yoxlanması 
üçün onlar əvvəlcə sadə mülahizələrə parçalanmalı  və  hər bir mülahizənin 
məntiqi yolla təkzib edilə bilməsi imkanı olmalıdır. Yoxsa təkcə kiminsə 
məntiqi mühakimələrinin düzlüyünə kor-koranə inam elmi meyar hesab edi-


Fəlsəfə tarixi
 
 
 
- 29 -
lə bilməz.  
K.Popper elmi təkcə epistemoloji nöqteyi-nəzərdən deyil, bir sıra 
fərqli baxış bucaqlarından da nəzərdən keçirməyi vacib hesab edir. Popperə 
görə, biz elmi bioloji, yaxud sosioloji fenomen kimi təhlil edə bilərik. 
Yaxud o, bir alət və ya istehsal vasitəsi kimi götürülə bilər. Belə ki, 
məsələn, elm məlum hissi təcrübədən çıxış edərək sonrakı  təcrübəni izah 
etmək üçün bir alət kimi də təsəvvür oluna bilər (6, s. 91-92). Elmin istehsal 
vasitəsi kimi götürülməsi, insanın təbiəti özünə tabe etmək, onu dəyişdirmək 
cəhdlərinin bir aləti kimi təsəvvür olunması əslində yeni bir baxış olmayıb, 
elmin özünü böyük fəlsəfəyə müraciət etmədən, öz imkanları ilə dərk etmək 
cəhdlərindən irəli gəlir. Yaxud elmin özünüdərk iqtidarında olmadığı, 
fəlsəfəyə müraciət edilməsinin labüdlüyü dərk edildikdə  də, yenə ancaq 
naturfəlsəfə ilə kifayətlənmək, məsələni təbiət fəlsəfəsinin hüdudları 
daxilində həll etmək təşəbbüsləri göstərirlər.  
 
Fəlsəfə hələ lap ilk yaranış dövründən insanın təbiəti anlamaq cəhdləri 
ilə sıx surətdə bağlı olmuşdur. Başqa sözlə desək, müxtəlif fəlsəfi bilik sahə-
ləri içərisində naturfəlsəfə öz qədimliyi ilə seçilir. Lakin əsasən Sokratla 
başlanan etik fəlsəfi fikirdən fərqli olaraq naturfəlsəfə zaman-zaman dəyiş-
miş və hər bir yeni dövrdə yeni məzmun kəsb etmişdir. Belə ki, haqq-ədalət 
haqqındakı  təsəvvürlər Kantın kateqorik imperativləri  kimi  stabil  və daya-
nıqlı olduğu halda, insanın təbiət haqqında bilikləri dərinləşdikcə və dünya-
nın təbii elmi mənzərəsi dəyişdikcə, təbiət fəlsəfəsi də dəyişir. B.e.ə. IV əsr-
də Aristotelin yazdığı “Təbiət” (“Fizika”), b.e.ə. I əsrdə Tit Lukretsi Karın 
“Şeylərin təbiəti haqqında” poeması, XVII əsrdə İsaak Nyutonun “Naturfəl-
səfənin əsasları” və nəhayət, XX əsrdə Riçard Rorti tərəfindən yazılmış “Tə-
biətin aynası” əsərlərini müqayisə etsək bunlar arasında nə qədər böyük fərq 
olduğu açıq-aydın görünər. Belə ki, Evklidin “Həndəsə”sindən Lobaçevski-
nin “Həndəsə”sinə qədər keçilmiş yol əslində elmi biliklərin təkamül tarixi-
ni ehtiva edir. Fəlsəfənin məzmunu nə qədər stabilliyə və invariantlığa me-
yilli olsa da, elm sürətlə inkişaf etdiyindən, elm fəlsəfəsi də dəyişmək və tə-
zələnmək məcburiyyətində qalmışdır.  
Lakin naturfəlsəfə əslində hələ elm fəlsəfəsi deyil. Belə ki, təbiət haq-


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə