Microsoft Word Jurnal 2 2011 Red doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə17/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   13   14   15   16   17   18   19   20   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 52 -
şəraitində görülməli olan tədbirlərdən bəhs edir. (2, s.22). 
Katip Çələbi Düsturu’l-aməl’də, cəmiyyəti təşkil edən dörd ictimai si-
nif sayır. Bu siniflər alimlər, ordu, tacirlər və rəiyyət sinifidir. (16, s.24-44). 
Çələbinin bu təsnifatı Tusinin təsnifatı ilə eynidir. Bu təsnifat bəzi fərqli cə-
hətləri olmaqla bərabər Xınalızadənin və Platonun da təsnifatı ilə üst-üstə 
düşdüyünü deyə bilərik. Katib Çələbiyə görə, hər sinfin öz xüsusiyyətləri və 
ənənələri vardır. Hər bir sinfin nümayəndəsi öz iradəsi və seçimiylə ora-
dadır.  
Katib Çələbi ictimai strukturun möhkəmliyini Hipokratcı-Qalençi 
nöqteyi-nəzərdən dəyərləndirir. Yəni insan bədəni qan, selik, qırmızı-sarı öd 
və qara öd olmaqla dörd qatışıqdan ibarətdir və güc tərəfindən idarə olunur. 
Toplumun bədəni də alimlər,  əsgərlər, tacirlər və  əkinçilər olmaqla dörd 
sinifdən ibarətdir və sultan tərəfindən idarə olunur. (12, s.22). 
 
3. Liderlik  
Katib Çələbi insanın apriori qabiliyyətlərlə, yəni lider olma, fərd olma 
və müstəqil olma qabiliyyətləri ilə doğulduğunu bildirir. Katib Çələbi bunun 
“fitri bir şey” olduğunu ifadə edir. Anadangəlmə olan bu liderlik xüsusiyyə-
tini uşaq oyunları timsalında izah edir: 
“Bəşər təbiətində liderliyə, fərdiliyə və müstəqilliyə fitrətən meyl var 
və bu sosiallaşmaq üçün insanın yaradıldığı fitri bir şeydir. Misal üçün 
uşaqların oyunlarında belə, liderliyə meyl etdiklərini dəfələrlə müşahidə 
etmək mümkündür, bu inkar edilə bilməz”
 
(10, s.313) 
Liderlik kimi apriori qabiliyyətlər təkcə uşaqların oyunlarında müşahidə 
olunmur. Bu qabiliyyətlər yetkin olan və ictimai bir sinif mənsubu olan kəs-
lərdə də özünü göstərir. Lider olma hiss və qabiliyyətləri insanı təbii olaraq 
fərdiləşdirir, ətrafındakı insanlara tabelikdən müstəqilləşdirir, beləliklə o lider 
olur. Bu məna, həm dünyanı, həm də dini əhatə edən bir mənadır. (10, s.313). 
Liderlik probleminin həm dünyəvi, həm də dini sahəyə aid olduğunu 
bildirən Çələbinin “hikmət-i təməddün”, “liderlik”, “müstəqillik”, “bəşər si-
nifləri” və bənzəri terminləri bizə düşüncə tariximizin görkəmli filosofların-
dan olan Türk İslam mütəfəkkiri Fərabi”nin “ilm-i mədəni” (5, ss.79-86; 5a, 
ss.118-132; 7, ss.46-48), “liderlik” (6, s.69-72 ve 88-91), “əl-mədinə fadıla” 


Fəlsəfə tarixi
 
 
 
- 53 -
(8, ss.85-99) və bənzəri məfhumlarını xatırladır.  
 
C. Canlılıq (Həyat) problemi 
1. Canlının Mahiyyəti: Zî Ruh 
Katib Çələbi yuxarıda biliyin obyektinin şey (mövcud) olduğunu bil-
dirmişdi. Varlığın bir digər adı da düşüncənin obyekti olan varlıqdır. Bu 
varlıq, qeyri-müəyyən və yaxud məchul da ola bilər. Bundan başqa, varlıq 
maddəyə möhtac olub olmaması, canlı olub olmaması baxımından düşüncə-
nin obyekti ola bilər. Katib Çələbi əsəri “Mizan”da “canlı olma”ğı, yəni var-
lıqdakı canlılığın nə olduğu problemini araşdırır. Varlıqdakı canlılığı ifadə 
etmək üçün üçün “həyat”, varlıqdakı canlı olmamağı ifadə etmək üçün də 
“ölüm” (mavt) sözünüdən istifadə edir və belə bir sual verir: “Əvvəla həyat 
və olüm nədir?” 
Nə? sualı  nəlik ilə bağlı bir sualdır, sual məfhumun mahiyyətini öy-
rənmək istəyir. Katib Çələbi Mizan`ın girişində biliyi “əşyanın mahiyyətini 
bilmək” olaraq ifadə edir və varlıqdakı canlı olmaq probleminə yer verir. 
Canlı olmağın, varlıqda aşkar və  məlum olduğunu ifadə edərək mövzuya 
başlayır. Yəni canlı varlığı bilmə dövr edən bir problemdir. Daha doğrusu, 
canlılıq problemi bir ruh problemidir. Katib Çələbinin verdiyi canlılıq təri-
fində ruhun üç keyfiyyəti vardır. Tənəffüs, hiss və hərəkət. O, bunların hər 
birinin bir xüsusiyyət olduğunu bildirir. Ruh sahibi olan varlıq həyat keyfiy-
yətinə malik olduğu üçün “heyvan” adlandırılır. (10, s.285). 
Nəfəs almaq, hiss etmək və hərəkət etmək keyfiyyətlərinə sahib olan 
ruha malik varlığın adı həm həyatdır, həm də heyvandır. Adı “heyvan”dır, 
keyfiyyəti isə “həyat”dır. Ruha malik olan varlıq, nəfəs ala bildiyi, hiss edə 
bildiyi və  hərəkət edə bildiyi an canlılıq (həyat) keyfiyyətini qazanır, bu 
keyfiyyəti ilə o, canlı varlıq (heyvan) adı ilə bilinir. Katib Çələbi, beləliklə 
ruha malik olan varlığı canlı varlıq (heyvan) adlandırmlış, canlı varlığa da 
üç keyfiyyət aid etmişdir.  
 
  2. Canın verilməsi və yaxud fəal ağıl 
Katib Çələbi canın verilməsini, yaxud canı verən varlığı “fəyyaz” 
məfhumu ilə ifadə edir. Fəyyaz feyz verən deməkdir. Bu mənada feyz İslam 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 54 -
düşüncəsində həm bir metod, həm də bilikdir. Eyni zamanda sezgini və sez-
giyə  əsaslanan biliyi də ifadə edir. Katib Çələbinin terminologiyasında isə 
feyzin həm bir metod, həm də varlıq mənasında işlədildiyini görürük. Fey-
zin metod olmasının səbəbi onun qabiliyyət əldə edən maddi obyekt ilə feyz 
verən arasında bir əlaqə təşkil etməsidir. Varlıq kimi isə ona “axın, cərəyan” 
demək olar. Məsələn elektrik kimi. Elektrik həm bir mənbədir, həm axan 
şeydir, həm də axdığı məkanda ortaya çıxan nəticədir. Bu baxımdan Fəyyaz 
feyzin mənbəyidir, feyz mənbədən gələn elektrik, yəni cərəyandır və bu mə-
nada elektrik bir məhsuldur, yəni bir nəticədir. Elektrik mənbəyi, elektrik 
baxımından zəngindir və səxavətlidir. Bu baxımdan, Fəyyaz və xəsislik bir 
araya sığmaz. Bu cəhəti ilə Fəyyaz mənbədir və feyzin başlanğıc yeridir. İlk 
mənbə olan Fəyyazdan biliyə qabiliyyətli varlığa axan şey (feyz) Katib Çə-
ləbiyə görə, “ruh”dur. Ruh, bir mənada qabiliyyətli varlığa bəxş edilən şey-
dir. Bu mənada o, bilmə qabiliyyətidir. Feyzi verən Fəyyazdır ki o, Fərabi-
nin Fəal Ağıl dediyi şeydir. Beləliklə, dörd ünsür, dörd keyfiyyət, xüsusiy-
yət, fitrət və qabiliyyətlə formalaşan struktur, Fəyyazın bəxş etdiyi ruhu qə-
bul edir. Katib Çələbinin termini ilə desək, ruha malik olaraq varlıq halına 
gəlir.  
 
3. Dörd Ünsür 
Katib Çələbinin canlı varlığı (heyvan), yalnız ruha malik deyil. Bun-
dan başqa, onun material ünsürləri də vardır. Ünsürlər onun strukturunu təş-
kil edir. Bu struktur Ellin filosoflarından olan Empedoklun (e.ə.490-430) 
“dörd ünsür”üdür. Katib Çələbi Empedokl kimi canlı varlığın dörd ünsürdən 
ibarət olduğunu hesab edir, lakin o, ünsürlərin bir yerə toplanması üçün sev-
gi və nifrəti səbəb olaraq götürmür, onun əvəzinə “uzlaşdırma” və “sintez” 
terminlərindən istifadə edir. Canlı varlıq dörd ünsürdən, uzlaşdırma və 
sintezlə yaranır.  
Katib Çələbi dörd ünsürdən ibarət olan maddi struktura dörd keyfiyyət 
aid edir. Biri qırma, biri qırılma, biri təsir, biri də təsirə məruz qalma. Maddi 
struktur dörd ünsürdən başqa bu dörd keyfiyyətlə də uzlaşır. Digər bir ifadə 
ilə  qəbul etdiyi bu keyfiyyətlərin intensivliyinə, üstünlüyünə görə maddi 
strukturun xüsusiyyəti formalaşır. Ruhun bəxş edildiyi məqamda isə Katib 


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə