Microsoft Word Jurnal 2 2011 Red doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə25/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   21   22   23   24   25   26   27   28   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 76 -
buki, diqqətdən kənarda qalan külli miqdarda hadisələr də nəticənin şərtlən-
dirilməsində iştirak edə bilər. Amma insan ancaq öz bildikləri miqyasda mo-
del qurur və hər şeyi də bu model çərçivəsində izah edir.  
İslam fəlsəfəsində Allahı  səciyyələndirən  ən mühüm keyfiyyətlərdən 
biri eyni vaxtda bütün insanları və bütün hadisələri kontrolda saxlamaq im-
kanıdır. Bütün dünya ancaq bunun sayəsində bütöv və ahəngdar ola bilir. 
Son nəticədə məhz ədalətin qalib gəlməsi də ancaq bunun sayəsində müm-
kündür.  
 
Fikir kombinatorikası 
Müxtəlif təcrübi faktların əlaqələndirilməsi, ortaq məxrəcə gətirilməsi 
və eyni terminoloji kontekstdə  şərh edilməsi tələbi  əslində  təcrübəni nəzə-
riyyədən asılı edir. Belə ki, daha geniş miqyaslı hadisələr üçün ümumi olan 
prinsiplər bəlli olmasa, hansı isə bir faktın elmi dəyərinin verilməsi və elmi 
biliklər sistemində düzgün yerləşdirilməsi mümkün olmaz.  
Kiçik əhatəli elmi təlimlərin daha böyük təlimlərin strukturuna salın-
ması da, ilk baxışda göründüyü kimi, sadə məsələ deyil. Böyük nəzəriyyədə 
öz yerini tapa bilməyən,  yerləşdirilməsi mümkün olmayan müddəalar hələ 
elmi müddəa kimi qəbul oluna bilmir. Nəzəriyyənin qurulması məlum elmi 
müddəaların və təcrübi faktların toplusu kimi başa düşülə bilməz. Hər şey-
dən əvvəl ümumiləşdirici ideya olmalıdır. Mövcud elmi biliklərin bu ideya 
ətrafında birləşdirilməsi də bir sıra şərtləri təmin etməlidir. Bunlardan nəzə-
riyyənin daxili bütövlüyü, sadəliyi, simmetrikliyi və s.-lə yanaşı, fikrə qəna-
ət prinsipini də göstərmək olar.  
A.Eynşteyn yazır ki, elmin müxtəlif sahələri üçün nəzəri əsasın tapıl-
ması prosesində əsas şərtlərdən biri iştirak edən anlayışların və fundamental 
münasibətlərin minimallığı şərtidir. Müxtəlif sahələrdəki anlayışlar və mü-
nasibətlər bu nəzəri əsaslardan məntiqi yolla alına bilirsə, deməli, nəzəriyyə 
düzgün qurulmuşdur (9, s. 230). 
 
Bu dünyanın hər hansı bir hissəsi tükənməz və sonsuzdur. Bəs bu 
dünyada sonlu olan nə isə varmı? 
“Sonsuzluq sonluda ehtiva oluna bilərmi”, – sualını belə  də qoymaq 


Epistemologiya 
 
 
- 77 -
olar: “Bu (cismani dünya) sonsuzluğu ehtiva edə bilən bir ideya varmı?” 
Sualın bu cür qoyuluşunda çox önəmli bir məsələ ön plana çəkilir; məhz 
ideyanın insan dünyasının (şüurun) elementi olmaq imkanı yada salınır. 
Çünki maddi olan hər şey insan şüuru üçün qeyri-müəyyəndir. İnsan maddi 
dünyadan ancaq öz şüurunda öncədən mövcud olanların proobrazını görüb 
tanıya bilər. Tanımadıqları isə bir qeyri-müəyyənlik və deməli, sonsuzluq və 
ya qaranlıq kimi ikinci planda qalacaqdır.  Əslində insanın öz dünyası da 
onun üçün tam aşkar deyil. Qaranlıqda hər şey qeyri-müəyyəndir. Hansı isə 
ideyanın işıqlanması  əslində onun fokus məsafəsinə  gəlməsi kimi də başa 
düşülə bilər.    
Əgər dünya hansı isə  kərpicciklərdən (atomlardan) inşa edilmiş olsa 
idi, onda hər bir kərpic vahid kimi götürülə bilərdi və dünyadakı bütün cisim 
və hadisələr, onun misilləri ilə ölçülərdi.  
U.Eko Leybnisin aşağıdakı fikrini iqtibas gətirir: “Əqlin  ən yaxşı  iş 
üsulu bundan ibarətdir ki, o, özü üçün müəyyən fikirləri aşkar edir və onlar-
dan ardıcıl surətdə sonsuz sayda başqa fikirlər çıxır; necə ki, bir neçə ədəd-
dən sıra ilə bütün yerdə qalan ədədləri almaq mümkündür” (10, s. 13). Sonra 
isə Leybnisin mühakimələrindən heyrətə gələrək yazır ki, bu, artıq binar he-
sablamasının strukturudur (10, s. 13). Doğrudan da, böyük uzaqgörənliklə 
Leybnis hələ o vaxt bütün ədədlərin Vahid (1) və Heçlik (0) vasitəsilə ifadə 
olunduğunu vurğulayır, Varlıq və Heçlik problemini də bir növ riyazi dildə 
ifadə edirdi. Leybnisin bu fikirlərini U.Eko linqvistik strukturalizmi izah 
etmək üçün misal gətirir. 
B.Rassel anlayışları fikrin atomu kimi götürməklə  məntiqi atomizm 
təlimini irəli sürür. İdeya bundan ibarətdir ki, bütün mətnlər, nəzəriyyələr, 
böyük mürəkkəb linqvistik sistemlər anlayışların, sözlərin üzərində qurulur. 
Eyni sözlərdən olduqca müxtəlif kombinasiyalar, strukturlar yaratmaq 
mümkündür. Hər bir mətnin əsas ideyası məhz bu strukturdan asılı olsa da, 
onun qurulması və fikrin ifadə olunması son nəticədə məhz sözlərə, anlayış-
lara, onların hansı mənada işlənməsinə əsaslanır. Anlayışlar, terminlər dəqiq 
təyin edilmiş olsa, onlardan istifadə etməklə qurulmuş mətn də həqiqətə da-
ha çox yaxınlaşmağa imkan verər. Əslində mətnin qurulması və ya hansı isə 
nəzəri sistemin işlənib-hazırlanması  məntiq və riyaziyyatın köməyi ilə  hə-


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 78 -
yata keçirilir.  
Mürəkkəb fikir sistemlərinin yaradılmasında iki iştirakçı tərəf vardır: 
elementlər və struktur. Fikir kontekstində element (atom) olaraq anlayışlar, 
struktur olaraq məntiqi konstruksiyalar çıxış edir. Lakin fizikada olduğu 
kimi, burada da ən çətin məsələ atom kimi götürülən təpə nöqtələrinin, anla-
yışların əslində nə dərəcədə bölünməz, sabit və birmənalı olması məsələsi-
dir. Riyazi sistem fiziki sistemdən onunla fərqlənir ki, burada atomlar tam 
simvolikdir; başqa sözlə desək, onların elementarlığı ilkin şərt kimi götürül-
düyündən və bu şərtlər çox dəqiq müəyyənləşdirildiyindən sonrakı prosesdə 
hər hansı bir qeyri-müəyyənlik ortaya çıxmır; daha doğrusu, çıxmaması tə-
ləb olunur.  
Riyazi atom – vahiddir. Cismani dünyada beş almadan danışarkən biz 
almaların identikliyini təmin edə bilmədiyimizdən, onun qiyməti birmənalı 
olmur. Yəni, bu beş alma başqa beş almadan bir çox göstəricilərinə görə 
fərqli ola bilər. Ona görə  də riyaziyyatda konkret bir cisimdən, məsələn, 
almadan yox, hansı isə şərti işarədən, məsələn, “a” obyektindən söhbət ge-
dir. Bu obyekt həmişə istənilən şəraitdə özünə bərabərdir və hər hansı başqa 
bir  əlamətə malik ola bilməz. Çünki sadəcə olaraq heç bir əlaməti ifadə 
etmir. Beş rəqəmi isə həmin “a”nın beş dəfə təkrar olunduğunu və ya onun 
beş mislini göstərir. Əgər biz misal olaraq daha mücərrəd və simvolik olan 
“a”nı yox, hansı isə bir fiziki kəmiyyəti ifadə edən bir simvolu, məsələn, 
m”-i (kütlə) götürsək, onda “m”-in kəmiyyət xarakteristikası qeyri-müəy-
yən qalsa da, onun müəyyənliyi ifadə etdiyi fiziki kəmiyyətin, yəni kütlənin 
bir anlayış kimi müəyyənliyindən asılı olacaqdır.  
F= ma düsturunda hər üç simvolik işarə müəyyən bir fiziki kəmiyyəti 
ifadə edir (qüvvə, kütlə və təcil). Əgər təcil və kütləni dəqiq ölçmək müm-
kün olsa, yəni onları riyazi şəkildə, rəqəmlərlə ifadə etmək mümkün olsa, 
onda qüvvənin də  rəqəmlə ifadə olunmuş  dəqiq göstəricisini tapmaq olar. 
Əslində baxılan düstur bu üç fiziki kəmiyyət arasında sabit münasibəti, əla-
qəni ifadə edir. Amma biz hər hansı bir fiziki kəmiyyətin mənasını şübhə al-
tına alsaq, ona müəyyən düzəlişlər versək, bu düstur da öz əhəmiyyətini itir-
miş olacaqdır. A.N.Uaythed yazır: “Riyaziyyatın mənası bundadır ki, o bizi 
ayrıca əyani nümunəyə və hətta keyfiyyət özünəməxsusluöunun formalarına 


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə