Microsoft Word Jurnal 2 2011 Red doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə21/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   17   18   19   20   21   22   23   24   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 64 -
uyğunluq ayrıca bir maddi obyektə deyil, onun daşıdığı bu və ya digər 
ümumiyə, ideyaya, daha doğrusu, ideyalar arasındakı münasibətə, struktura 
aid ola bilər. Məsələn, elektrik yükünə malik olan bir cismin başqa bir cisim 
tərəfindən cəzb olunması və ya itələnməsindən deyil, bu elektrik yüklərinin 
bir-birini cəzb etməsi və ya itələməsindən danışmaq daha düzgün olar. Ya-
xud qravitasiya cazibəsindən danışarkən riyazi qanunauyğunluq  iki cisim 
arasında deyil, iki kütlə arasında münasibəti ifadə edir. Çünki biz bu zaman 
həmin cisimlərin həcmindən, formasından və s. xüsusiyyətlərindən sərf-nə-
zər edərək, ancaq onların kütləsini nəzərə almalıyıq və bu kütlə hansı isə bir 
həcmə səpələnmiş halda yox, fəzada müəyyən bir nöqtəyə aid olmalıdır. Be-
lə ki, birinci nöqtədəki kütlə m
1
 və ikinci nöqtədəki kütlə m
2
-dirsə, onda on-
ların arasında bu kütlələrlə düz mütənasib olan bir cazibə qüvvəsi olacaqdır: 
P = 
γ m
1
 m
2
/ r
2
. Yəni sabit riyazi münasibət – düstur
 
hansı isə konkret cisim-
lərin arasındakı münasibəti deyil, mücərrəd ümumilər arasındakı münasibəti 
ifadə edir. Kütlənin öz vahidi, uzunluğun da öz vahidi vardır. Onların sim-
vollarla işarəsi isə həmin vahidin misillərini göstərir. Məsələn, m
1
 dedikdə, 
kütlə vahidinin neçə mislindən söhbət getdiyi nəzərdə tutulur. Başqa sözlə 
desək, riyaziyyatda m
1
 sadəcə  rəqəmdir. Yəni, yuxarıda misal çəkdiyimiz 
qravitasiya düsturu sadəcə olaraq surətdə bir neçə  ədədin hasili, məxrəcdə 
isə hansı isə ədədin kvadratı olan adi hesab əməliyyatını ifadə edir. Onu fizi-
ki gerçəkliyin göstəricisi edən – bu ədədlərin hansı vahidin misli olmasıdır. 
Deməli, mənanın daşıyıcısı misillər, ədədlər yox, vahidlərdir. Çünki vahid – 
növün, mahiyyətin timsalıdır.  
 
Sıfır və vahid. Sıfırın daxili dinamikası. 
Lakin başlanğıc vahiddirmi? Yoxsa hər şey sıfırdanmı başlayır? Zira, 
vahidin  əksliyi var, sıfırın isə əksliyi yoxdur və ya özünə bərabərdir. Yəni 
sıfıra bir boşluq kimi, nə isə  məzmunu olmayan bir şey kimi də baxmaq 
olar, müsbət və  mənfi vahidlərin (əksliklərin) birləşməsi kimi də baxmaq 
olar. Bu baxımdan, sıfır vahiddən daha fundamental görünür. Müasir elmi 
araşdırmalar göstərir ki, maddə ilə yanaşı  antimaddə  də var və bu ikisinin 
təmasında annigilyasiya hadisəsi baş verir, yəni hər ikisi “yox olur”. Amma 
əks proses də mümkündür, yəni müəyyən bir şəraitdə bu yoxluqdan, sıfırdan 


Epistemologiya 
 
 
- 65 -
müsbət və  mənfi işarəli iki zərrəcik, məsələn, elektron və pozitron yarana 
bilər. Bu isə “heçlik”, “yoxluq”, “sıfır” kimi qəbul olunan varlıq formasının 
əslində daha mürəkkəb bir varlıq olduğunu göstərir. Necə ki, atomlar ney-
traldır (çünki müsbət və mənfi yüklər bir-birini tarazlaşdırır), eləcə də icti-
mai həyatda müsbət və mənfi istiqamətdəki kənaraçıxmalar, məsələn, xeyir 
və şər bir-birini neytrallaşdırır. Həm xeyiri, həm də şəri bətnində saxlayan 
normal hal nəzərə çarpmır, ancaq hansı situasiyada isə irəli çıxan, tarazlığı 
pozan xeyir və ya şər nəzərə çarpır. Yəni, riyazi dildə desək, 1 və -1 müəy-
yən qiymətə malik olduğu halda, 0 özü də və onun misilləri də qiymətsizdir. 
Halbuki, 0 parçalananda, və -1-in cəminə bərabər olur, yəni, sən demə, hər 
ikisini özündə saxlayırmış.  
Bizim tədqiqatdan çıxan nəticələr və ümumiyyətlə müasir düşüncə sı-
fıra münasibətin dəyişilməsini tələb edir. Sıfır təkcə boşluğun deyil, həm də 
bütövlüyün, tarazlığın, neytrallığın simvoludur. Bu məsələdə sıfır hətta va-
hidlə rəqabətə girir. Çünki ənənəvi dünyagörüşü vahidi vəhdət və bütövlük 
simvolu saydığından, sıfırın məna çalarlarından birini qəsb etmişdir. Bu 
məqamda sıfırın həm də sükutu və sükunəti səciyyələndirdiyini yada salmaq 
yerinə düşür. Sükut əslində səsin, sükunət isə hərəkətin yoxluğudur. Amma 
başqa keyfiyyətlərin, məsələn, mərhəmətin, sevginin, səxavətin və s. yoxlu-
ğu əslində çox vaxt sıfır məqamı ilə, neytral vəziyyətlə deyil, əks keyfiyyət-
lərin varlığı ilə, məsələn, qəddarlıq, nifrət, xəsislik və s.-lə ifadə olunur. 
Amma bunlar həmin keyfiyyətlərin o biri qütbüdür. Bəs sıfır məqamı necə 
müəyyənləşir? Bunu çox vaxt başlanğıc, yaxud keçid nöqtəsi kimi, yəni nə 
mərhəmət, nə qəddarlıq; nə sevgi, nə nifrət; nə səxavət, nə xəsislik halı kimi 
başa düşürlər. Amma bu o zaman mümkün olur ki, bizim qurduğumuz 
model birölçülü fəzadadır. Yəni burada dəyişilmə  -1 ilə  +1 arasında baş 
verir və 0 sadəcə keçid nöqtəsidir. Lakin hətta bu model daxilində belə, biz 
sıfırı  həm pozitiv, həm də neqativ keyfiyyətin sadəcə yoxluğu kimi deyil
onların qiymətcə  bərabər, istiqamətcə  əks hallarının vəhdəti, toplamı kimi 
başa düşə bilərik. Buna dinamik tarazlıq deyilir. Hətta bəzən bir az sevgi və 
bir az nifrət yox, onların hər ikisinin kulminasiyası birlikdə ola bilər. 
Düzdür, bu halda müvazinətin tez-tez pozulması və bir qütbdən digər qütbə 
sıçrayışlar da mümkündür, amma bütöv mənzərə ancaq dinamik sıfırla ifadə 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 66 -
oluna bilər. Amma biz hadisələri ikiölçülü və üçölçülü fəzalarda da təsvir 
edə bilərik. Bu zaman hər hansı bir keyfiyyət halı vektorial kəmiyyət (yeri 
gəlmişkən, terminoloji pərakəndəliyə diqqət yetirək: keyfiyyət halları, xas-
sələr fizikada “kəmiyyət” kateqoriyası ilə ifadə olunur; ruslar buna “вели-
чина” deyirlər, biz isə “kəmiyyət” kimi tərcümə etmişik) kimi götürülməli-
dir. Onda bu keyfiyyətlərin bir-birinə diametral əks pozisiyaları ilə yanaşı, 
fərqli bucaqlar altındakı vəziyyətləri də nəzərə alına bilərdi. Sıfır halı isə an-
caq o zaman mümkün olardı ki, əvəzləyici vektor sıfıra bərabər olsun. Yəni 
reallıqda sıfır halı çox nadir halda mümkündür və ya sadəcə idealizasiyadır. 
Bizcə, real vəziyyəti sıfır ətrafında fluktasiyalar kimi təsvir etmək və onun 
riyazi ifadəsini də vermək olar.   
Biz indi mənəvi həyatdan misallar gətirdik. Bu sahəyə riyaziyyatın tət-
biqi hələ ki, yox dərəcəsindədir. Riyaziyyat daha çox fiziki hadisələrin iza-
hında istifadə olunur. Ona görə də, daha anlaşıqlı olan istilik və soyuqluq, 
müsbət və mənfi elektrik yüklənməsi hallarını nəzərdən keçirək. Məlum ol-
duğu kimi, nəyi isə isti və soyuq kimi dəyərləndirməyimiz cisimlərin istilik 
keçiriciliyinin fərqli olmasından dolayı nisbi xarakter daşıyır. Ona görə də, 
sıfır vəziyyəti kimi istiliyin keçirilmədiyi məqam, yəni cismin temperaturu-
nun insan bədəninin temperaturuna (36,6
0
) bərabər olduğu hal götürülə 
bilər.  
İstilik statistik hadisənin yekun göstəricisi olduğuna görə, bura vekto-
rial kəmiyyət modelini tətbiq etmək bir qədər çətindir. Son nəticədə biz ay-
rı-ayrı zərrəciklərin hərəkət trayektoriyasına keçməyə və yekun temperaturu 
bu zərrəciklərin hərəkətini göstərən vektorların əvəzləyicisi ilə təyin etməyə 
çalışsaq, məsələ çox mürəkkəbləşər. Məhz bu mürəkkəblikdən xilas olmaq 
üçün statistik metodlar tətbiq olunmuşdur. Lakin fizikadan məlumdur ki, 
temperaturun 0 vəziyyəti heç bir vəchlə daxili sükunəti ifadə etmir. Belə bir 
vəziyyətin idealizasiya halında ancaq –273
0
-də mümkünlüyü fərz olunur. 0
0
 
isə cismin kifayət qədər dinamik hərəkət halıdır. Düzdür, fiziki halların ənə-
nəvi riyaziyyatla uyğunlaşdırılması üçün Kelvin şkalasına keçmək təklifləri 
də yaranmışdır. Lakin, bizcə, fizikanı ənənəvi riyaziyyata uyğunlaşdırmaq-
dansa, riyazi anlayışların, o cümlədən sıfırın təbiətinə münasibəti dəyişmək 
lazımdır. Müsbət və mənfi elektrik yüklənməsinə gəlincə, burada da neytral 


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə