Microsoft Word Jurnal 2 2011 Red doc



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə24/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   20   21   22   23   24   25   26   27   ...   67

Epistemologiya 
 
 
- 73 -
hər bir ayrıca predmetin, hətta predmetlər növünün özəlliyini nəzərdən atı-
rıq, biz sadəcə olaraq bu iki qrup arasında münasibətləri düşünürük və bu 
münasibətlər predmetlərin fərdi xassələrindən asılı deyil” (8, s. 76). Uaythed 
daha sonra fikrini davam etdirərək yazır: “Yeddi balıqla yeddi gün arasında-
kı analogiyaya diqqət yetirən ilk insan təfəkkür tarixində böyük addım at-
mışdır. Bununla da o, xalis riyaziyyatın əsasını qoymuşdur” (8, s. 76). Bəli, 
ən böyük riyaziyyatçılar da öz elmlərinin xüsusiyyətini belə izah edirlər. La-
kin bununla nə  dərəcədə razılaşmaq olar? Görünür, riyaziyyatçılar mücər-
rədliyə həddindən artıq uyduqlarından, bütün vahidləri eyniləşdirirlər. Bizim 
apardığımız təhlil isə göstərir ki, vahidlər bir-birindən fərqlidirlər. Ancaq 
müəyyən növ daxilində vahidlər eyni olur. İki fərqli növə aid vahidi fərqlən-
dirməyəndə, riyaziyyat mücərrədləşdirmənin “köhlən atına minərək” reallıq-
dan xeyli dərəcədə uzaqlaşmış olur. Riyaziyyatçılar üçün vahid də digər rə-
qəmlər kimi rəngsiz, ruhsuz, cansızdır. Amma riyaziyyatı real dünyaya bağ-
layan, onu həyatiləşdirən yeganə vasitə vahidin ruhunun, təbiətinin nəzərə 
alınmasıdır. Villard Kuayn özünün “Söz və obyekt” kitabında həndəsi ob-
yekti fiziki obyektə uyğunlaşdırmağa çalışır: “Həndəsi obyektlərin təbiəti 
məsələsi də fizikada elementar zərrəciklərin təbiəti kimi fiziki nəzəriyyə 
məsələsidir... Onlar bizim fiziki nəzəriyyəni kəşf etməyimizə təsir göstərsə-
lər də, onu şərtləndirmirlər” (5, s. 285). “Axı biz nöqtələri, əyri və həndəsi 
səthləri ideal kiçik hissəciklər, ideal nazik məftillər və ideal nazik təbəqə ki-
mi təsəvvür edə bilərik” (5, s. 283). Filosof belə qənaətə gəlir ki, bu mənada 
həndəsə fizikadan bir o qədər də fərqlənmir. Amma əslində fiziki obyekt öz 
müəyyənliyini itirəndə, cismanilikdən (bununla da həm də qeyri-müəyyən-
likdən), çoxluqdan çıxıb hansı isə bir rəqəmlə  və ya sonlu sayda rəqəmlə 
ifadə olunanda, o da həndəsi olur. Fiziki dünya ən yüksək mücərrədlik sə-
viyyəsində, sadələşəndə, həndəsəyə, o da sadələşəndə, rəqəmlərə keçir.  
Lakin nədir “həndəsi obyekt”? O hansı  zərurətdən yaranmışdır və 
ədədlərlə nə kimi əlaqəsi vardır?  
Ədədlər, skalyar kəmiyyətlər birölçülü dünya üçündür! Düzxətli bəra-
bərsürətli hərəkəti səciyyələndirmək üçün bir ədəd kifayət edir. Hətta koor-
dinat başlanğıcını bilməyə də ehtiyac yoxdur, çünki bu halda bütün nöqtələr 
ekvivalent götürülə bilər. Birölçülü fəzada ancaq məsafə (uzunluq) var ki, 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 74 -
bu da bir ədədlə ölçülür. İkiölçülü fəzada hər bir nöqtə iki ədədlə təyin olu-
nur, n-ölçülü fəzada – n ədədlə. Birölçülü fəzadan ikiölçülü fəzaya keçid za-
man sayəsində mümkün olur. Çünki düzxətli hərəkət hansı nöqtədəsə kəsilir 
və başqa istiqamətə keçir. Müəyyən müddət  ərzində  həmin istiqamətdə 
davam etdikdən sonra yenidən qırılır və istiqamət yenə dəyişir və s.  
Sükunət halında zaman yoxdur. Fəza bir nöqtədən ibarətdir ki, o da sı-
fırla ifadə olunur. Nöqtədən xəttə keçəndə bərabərsürətli düzxəttli hərəkəti 
təsvir etmək üçün bir ədəd yetərli olsa da, ya sürət dəyişəndə, ya da istiqa-
mət dəyişəndə yeni kəmiyyətə ehtiyac yaranır. Yəni həm zaman amili, həm 
də yeni istiqamətlər nəzərə alınmalı olur.  
Bir sözlə, məkan və zaman amilinin nəzərə alınması  və  təsviri üçün 
vektorial kəmiyyətlərə ehtiyac yaranır.  Ədədlər dünyasından həndəsə dün-
yasına keçidin təməlində skalyar kəmiyyətdən vektorial kəmiyyətə keçid da-
yanır.  
Fəzanın ölçülərinin sayı adətən nöqtədən düz xəttə, düz xəttdən müs-
təviyə, müstəvidən həcmə keçidlə izah olunur. Amma fiziki reallıq üçün sü-
kutda olan məkan deyil, hərəkətin səciyyələnməsi vacibdir. Ona görə də isti-
qamətin dəyişilməsi və sürətin dəyişilməsini göstərən kəmiyyətlər də fəza-
nın əlavə ölçüləri kimi nəzərə alınmalıdır. 
 
Vəhdət və kəsrət 
Beləliklə, vahidlik ancaq ideyaya xas bir keyfiyyətdir. Çoxluq (və ey-
ni zamanda bölünənlik, yarımçıqlıq), müxtəliflik, kəsrət isə maddi təzahür-
lərə aiddir. Buna bənzər yanaşma ilə biz İbn Ərəbinin ayani-sabitə təlimində 
də rastlaşırıq (1, s. 106).  
Maraqlıdır ki, orta əsr islam fəlsəfəsində məhz vəhdət həqiqi varlıq ki-
mi, kəsrət isə fani dünya kimi götürülür. Düzdür, islam təlimlərində ancaq 
bir vəhdətdən və bir Vahiddən – Allahdan söhbət gedir. Əbu Turxan fəlsəfə-
si də vahidi dünyanın arxitektonikasında hər bir struktur səviyyəsinə aid et-
məklə riyaziyyatın tətbiqi üçün meydan açır. Amma burada nə  qədər növ 
varsa, o qədər vahid var. Və bu vahidlərin sayı hər dəfə daha yüksək abs-
traksiya səviyyəsinə qalxdıqca azalır. Nəhayət bütün vahidlər bir Vahiddə 
birləşir. Və bu bir Vahidlə əlaqə sistemi bizim yuxarıda təsvir etdiyimiz mi-


Epistemologiya 
 
 
- 75 -
salların modelinə bənzəsə də, eyni deyil. Düzdür, digər vahidlər, o cümlə-
dən insanlar bir çoxluq təşkil edir və onlar Vahidlə passiv əlaqə münasibə-
tində olurlar. Lakin burada çoxluğun ünsürləri sadəcə dinləyici olmayıb, 
müəyyən bir fəaliyyətdədirlər. Ona görə də, bu münasibət daha çox dirijo-
run orkestri idarə etməsinə bənzəyir. Adi adam ancaq yekun, sinkretik səsi 
eşidir və ümumi təəssüratdan çıxış edir. Yəni dəyərləndirmə subyektivdir, 
obyektə nüfuz edə bilmir, onu daxildən görə bilmir. Dirijor isə həm ümumi 
musiqini, həm də ayrı-ayrı ifaları nəzarətdə saxlayır. Bəstəkar da mürəkkəb 
səsi diferensial şəkildə  eşitməsə, musiqini nə quraşdıra, nə  də nota köçürə 
bilər. Rəssam da adi adamlardan onunla fərqlənir ki, hər bir rəngi ayrılıqda 
görə bilir və onların müxtəlif qarşılıqlı kombinasiyalarını da təsəvvür edə 
bilir. Adi adam ancaq ümumi, yekun rəngi görür; rənglər dünyasının qapı-
ları onun üzünə açılmır.  
 
Adi insan eyni vaxtda ancaq bir iş görə bilər, onun əlləri də bir işlə 
bağlı “komanda” alıbsa, ikinci bir işi də görə bilməz. Tək-tək adamlar olur 
ki, eyni vaxtda bir əli ilə bir, o biri əli ilə isə başqa iş görür. Belə qabiliyyət, 
məsələn, sirkdə nümayiş etdirilir... Bu ancaq onun sayəsində mümkün ola 
bilər ki, əlin müəyyən hərəkətləri avtomatlaşmış olsun. Yəni aktiv düşüncə 
ilə ancaq müəyyən bir hərəkət yönləndirilə bilər.   
Ən əsası odur ki, insan eyni vaxtda yalnız eyni mövzuda düşünə bilər. 
İnsanın müxtəlif məsələlər barədə düşünə bilmək qabiliyyəti ancaq potensial 
imkandır. Eyni vaxtda müxtəlif hadisələr baş verə bilər. Amma insanın diq-
qəti bu hadisələrin hamısına yönələ bilməz. Diqqət konkretdir və fikrin nəyə 
fokuslanmasından asılıdır. Fokus nöqtəsi isə əslində məkan müəyyənliyidir. 
(Müşahidə böyük məkanda aparılanda diqqət zəif olur, məkan daraldıqca, 
diqqətin yönəldiyi obyekt fokus məsafəsinə gəlir və bütün təfərrüatı ilə açı-
lır.) İnsan öz diqqətini hadisələrə ancaq növbə ilə yönəldə bildiyi kimi, onla-
rı fikrində də ancaq növbə ilə, bir-bir canlandıra bilər. Bizcə, səbəbiyyət də 
buradan meydana çıxır. Əslində, hər hansı hadisədən öncə dünyada o qədər 
hadisələr cərəyan edir ki, diqqətimizi yönəltdiyimiz hadisənin məhz nədən 
qaynaqlanmasını müəyyənləşdirmək elə də asan məsələ deyil. İnsan öz mü-
hakimələrini ancaq öncə müşahidə etdiyi hadisələr kontekstində qurur. Hal-


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə