Microsoft Word Jurnal 2 2011 Red doc



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə20/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   16   17   18   19   20   21   22   23   ...   67

Epistemologiya 
 
 
- 61 -
ləri də məhz bu ideya üzərində qurulmuşdur. Yəni bu dünyanın ən kiçik, da-
ha bölünməyən son həddi vardır; bu hədd həm də sonludur. Onun ədədlər 
müstəvisində ən adekvat ifadəsi isə vahid-dir. Natural ədədlər dünyasının da 
atomu  vahid-dir. Bütün ədədlər bu atomun, vahidin müxtəlif misillərindən 
ibarətdir. Düzdür, riyaziyyatda buna paralel surətdə  kəsr anlayışından da 
istifadə olunur. Yəni sən demə, natural ədədlərlə yanaşı, kəsrlər də var imiş. 
Amma bu cür yanaşma iki riyazi sistemin, iki fərqli modelin qatışdırılmasın-
dan, eklektik birliyindən yaranmışdır.  Əslində bu, müasir riyaziyyatın  ən 
böyük çatışmazlığıdır. Məhz bu qatışıqlıq, dolaşıqlıq nəticəsində dünyanın 
sadə riyazi obrazını yaratmaq indiyədək mümkün olmamışdır. Belə ki, fiziki 
reallığın atomu riyaziyyatda vahid anlayışı ilə adekvat götürülürsə, onda 
kəsrlərin olması qeyri-mümkündür. Çünki atom tərifinə görə bölünməzdir.  
Bu cür model qurulduqda, dünyanın bir ucu sonlu, o biri ucu sonsuz-
dur. Yəni bu modeldə sonsuz böyük anlayışı var, amma sonsuz kiçik anlayışı 
yoxdur. Çünki vahid-dən kiçik yoxdur. Lakin buna tamamilə  əks olan bir 
model də mümkündür. Bu modelə görə, dünya özü sonludur və ya başqa 
sözlə desək, vahid-dir; sonsuzluq onun içindədir. Bu halda sonsuz kiçik var, 
sonsuz böyük yoxdur. Paradoks bundan ibarətdir ki, sonsuz böyüklük 
sonluya, yəni vahidə sığmış və ya sığışdırılmışdır.  
Bunun fəlsəfi-ontoloji izahını vermək o qədər də asan məsələ deyil. 
Dünyanın belə riyazi model isə çox sadədir; dünya sıfır ilə bir arasındadır. 
Bu dünyada (fəlsəfədə kəsrət dünyası) hər şey kəsrlə ölçülür. Dəyişiklik də 
kəsrin surətində yox, məxrəcində gedir. Ədədlər də vahidin neçə yerə 
bölünməsini göstərməyə xidmət edir: hər bir ünsür 1/n – dir, n isə natural 
ədədlər çoxluğudur. 0 < n < 
∞   
Bu dünya bütöv halında vəhdətdədir və onun təcəssümü vahiddir. Va-
hidə yaxınlaşmaq olar, amma çatmaq mümkün deyil. Bu tezis həm də “həqi-
qətə ardıcıl surətdə yaxınlaşmaq olar, amma mütləq Həqiqətə çatmaq müm-
kün deyil” tezisini xatırladır. Eləcə də – Gözəllik, eləcə də – Xeyir və s. – 
üfüqdə bir ideal kimi götürülür.   
Əsas məsələ təkcə ilə ümuminin, cisimlə ideyanın fərqləndirilməsidir. 
Aristoteldə daha çox növ  terminindən istifadə olunurdu.  Yəni hər bir növ 
fərdi özünəməxsusluqlara baxmayaraq, vahid anlayışla ifadə olunur. (Bura-


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 62 -
da həm də Rasselin məntiqi atomizmi yada düşür). Nəyin növ kimi seçilmə-
si, yaxud ümumi kimi məhz nəyin fərqləndirilməsi insan tərəfindən çəkilən 
dünya xəritəsinin, modelinin hansı struktur səviyyəsində  nəzərdən keçiril-
məsindən asılıdır. Məsələn, kənd təsərrüfatı ilə bağlı hallarda meyvə yox, al-
ma da yox, almanın da hansı isə konkret bir növü əsas kimi götürülə bilər və 
sonrakı xüsusiləşmələr o növ daxilində aparıla bilər. Amma söhbət nisbətən 
geniş miqyasda getdikdə almanın növləri bizim üçün önəmli olmur və alma 
ümumisi özü növ kimi çıxış edir. Daha geniş miqyasda isə alma özü də mey-
 ümumisinin xüsusi halı kimi götürülə bilər. Bax, bu pilləkəndə bizim han-
sı pillədə dayanıb dünyanı  nəzərdən keçirdiyimiz, yəni söhbətin iyerarxik 
düzülüşün hansı struktur səviyyəsindən getdiyi mütləq nəzərə alınmalıdır.  
Beləliklə, dünyanın modelindən və bizim onu hansı miqyasda, hansı 
fokus məsafəsində  nəzərdən keçirməyimizdən asılı olaraq vahidlər dəyişir. 
Amma hər bir yanaşmanın, ölçü sisteminin öz vahidi vardır. Və hər şey va-
hidin necə seçilməsindən başlanır. Bundan sonrakı bütün arxitektonika onun 
üzərində qurulur.  
Amma hər növün bir vahidi varsa, bu növdən olan şeylərin, hadisələ-
rin neçə dəfə təkrarlanması nə dərəcədə önəmlidir? Aydınlıq üçün deyək ki, 
cismani dünyada növün maddi təcəssümləri çox olsa da, onların heç biri ori-
jinal deyil, yəni heç biri dəqiq vahid deyil. Vahid həmişə ideyadan ibarət 
olur. Onun maddi təcəssümləri isə sadəcə olaraq bu ideyanın harada, hansı 
şeylərdə əks olunmasından, kopiyalanmasından asılıdır. Çünki, əslində riya-
ziyyat (kəmiyyət) kopiyaların sayından çıxış edir. Mahiyyət dünyasında ri-
yaziyyat yoxdur. Orada ancaq vahidlər var və hamısı eyni hüquqludur. Biz 
mahiyyətin, bir ideyanın iki dəfə  təkrarlanması  həm də ona görə mümkün 
deyil ki, burada zaman-məkan kontiniumu yoxdur. Yəni bir ideya, mahiyyət 
varsa, o elə hər yerdə və hər zaman var, onun ikincisinə ehtiyac qalmır, baş-
qa sözlə, onun ikincisini təsəvvür belə etmək mümkün deyil. İdeyalar həmi-
şə təklikdə, xalis şəkildə mövcud olur; zaman-məkan  kontiniumu isə kopi-
yaların çoxluğunu və müxtəlif kombinasiyaların (strukturlaşmanı) ifadə et-
mək üçündür. Bu mənada  ədədlər də, onların kombinasiyaları da yəni bü-
tünlükdə riyaziyyat da nacaq cismani dünyaya aiddir və ya daha doğrusu, ri-
yaziyyat cismani dünya ilə ideyalar dünyası arasında bir körpü, transforma-


Epistemologiya 
 
 
- 63 -
siya vasitəsidir.     
Hər struktur səviyyəsi əslində bir dünya sferasıdır. Bu sferalar arasın-
da kəsilməz keçid yoxdur, ancaq diskret keçid var. Necə ki, atomun Bor mo-
delində elektron örtükləri hərəsi bir sfera, təbəqə olmaqla o biri təbəqəyə an-
caq diskret surətdə keçid imkanına malik idi, eləcə  də dünya müəyyən bir 
struktur səviyyəsində  kəsilməz olsa da, başqa struktur səviyyəsinə keçid 
ancaq diskret şəkildə, paradiqmanı dəyişmək sayəsində mümkündür. 
Beləliklə, hər növün təməlində bir ümumi, ideya, vahid dayanır. Am-
ma daha yüksək ümumiləşdirmə  səviyyəsində, iyerarxiyanın daha yüksək 
mərtəbəsində bu vahidlərin özü təzahürlərə, daha ümuminin xüsusi halları-
na,  daha yüksək qatdakı vahidin kopiyalarına çevrilir. Məhz hansı növdən 
söhbət getdiyi əhəmiyyətini itirir, hər hansı bir ideyanın, mahiyyətin təza-
hürləri bir-biri ilə daha keyfiyyətcə deyil, kəmiyyətcə müqayisə olunur; 
konkret olaraq neçə  dənə  təzahürdən, hadisədən,  şeydən söhbət getdiyi və 
ya onun öz vahidinin neçə mislinə uyğun gəldiyi aydınlaşdırılır. Burada hər 
bir fiziki kəmiyyətin ölçü vahidi və konkret fiziki obyektin həmin fiziki kə-
miyyəti, xassəni bu vahidin hansı misli dərəcəsində saxladığını aydınlaşdır-
maq lazım gəlir ki, riyaziyyat da yalnız bu zaman işə düşür. Yaxud iki hadi-
sə, xassə, fiziki kəmiyyət arasında münasibət müəyyənləşdirilərkən, onların 
hər biri öz vahidlərinin müvafiq misilləri ilə və ya hansı isə bir riyazi əmə-
liyyatla dəyişdirilmiş şəkildə təmsil olunur. Məsələn, dairənin diametri onun 
radiusunun iki mislinə bərabərdir, sahəsi isə bu radiusun kvadratı ilə mütə-
nasibdir. Hər iki halda tərəflər arasında riyazi münasibət ifadə olunur. Am-
ma öncə tərəflərin mücərrədləşməsi və onun hər hansı konkret obyektə mən-
subiyyətindən sərf-nəzər edilməsi lazımdır. Yəni bu riyazi münasibət dairə 
şəklində olan bir fiziki cismə deyil, dairə abstraksiyasına, dairə ümumisinə 
aiddir. Riyazi münasibət, tənlik, düstur hansı isə konkret təzahürlərə, maddi 
obyektlər arasındakı münasibətə aid ola bilməz. Bunun üçün öncə  həmin 
maddi obyektlərin idealizasiyası, modelləşdirilməsi, rəmzləşdirilməsi ya 
başqa cür yanaşdıqda, onların daşıdığı ideyaların dəqiq aşkar edilməsi va-
cibdir.  
Hər hansı bir maddi obyektin müxtəlif xassələrini,  əlamətlərini ölç-
mək olar. Amma düstur şəklində ifadə oluna bilən sabit münasibət, qanuna-


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə