Microsoft Word Jurnal 2 2011 Red doc



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə16/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   12   13   14   15   16   17   18   19   ...   67

Fəlsəfə tarixi
 
 
 
- 49 -
bağlı təqdim etdiyi metaforası pillə və nərdivandır. Pillələr və nərdivan bir 
bütövdür və onlar da subyektini tədricən “yəqin”ə yüksəldirlər. (bax.10, 
s.285; 10a, 15; 10b, 147) 
Doğru biliyin pillələri və nərdivanı subyekt üçün bürhan yoludur. Be-
ləliklə, Katib Çələbi, həm dövr edən bir problem kimi, həm də dövr edən bi-
lik probleminin metodu olaraq “bürhan”ı irəli sürür. O, bürhanı subyekti ad-
dım-addım yəqinə çatdıran nərdivan pillələrinə bənzədir. Katib Çələbi bür-
hana digər bir bilik metodu olan “nəzər”i (araşdırma və tədqiqat) əlavə edir. 
Bunlar, Katib Çələbinin təsdiqlədiyi və zəruri hesab etdiyi metoddur.  
Katib Çələbinin qəbul etmədiyi, lakin alimlər tərəfindən istifadə edilən 
digər bir metod da var. Katip Çələbi onları “zənniyyət” və “vəhmiyyət” ter-
minləri ilə ifadə edir. Bu metod bürhana zidd bir metoddur və mübahisə üçün 
istifadə olunur: “Bəzi insanlar şeytan vəsvəsəsinin yönləndirməsi ilə bürhan 
metodunu bir kənara qoyub cəhalət və axmaqlıqları ucbatından zənniyyət və 
vəhmiyyətə üstünlük verərək bürhana qəsdən müxalifət ediblər. Onlar bir ne-
çə məsələdə mübahisə və batil təəssüb xəstəliyinə tutulub və əvvəlki dövrdəki 
təəssübanə qarşıdurmalarda olduğu kimi bu axmaqların batil mücadilələri də 
az qala qırğına səbəb olacaqdı” (10, s.285; 10a, 15; 10b, 147). 
Katib Çələbinin müəyyənləşdirdiyi digər bir problem, alimlər arasında 
əsassız mücadilədir. Mücadilənin iki səbəbi vardır: biri savadsızlıq, digəri 
də  səhv metoddan istifadə etməkdir. Səhv metoddan istifadə edən alimlər 
mühakimə yürüdərkən qiyasın (analogiyaya əsaslanan induktiv əqli nəticə) 
mühakimələrini “yəqinlik” əvəzinə “zənniyyət” və “vəhmiyyət”dən forma-
laşdırırlar.  
Yəqinlik qətiyyən şəkkə, şübhəyə və tərəddüdə səbəb olmayacaq dərə-
cədə aşkar, doğruluğu qəti olaraq bilinən və həqiqətə uyğun olan mühakimə-
lərdir. Onlar dəqiq bilik təmin edirlər. (4, s.209 vd.). Zənniyyət, zənnə əsas-
lanan, vəhmiyyət vəhmə  əsaslanan mühakimələrdir. Onlar sofistik polemi-
kaya bənzər muhakimələrdir. Çünki, doğruya bənzəyən, amma doğru olma-
yan mühakimələrlə qurulan qiyasa səfsətə deyilir. Onlar həqiqətdə mövcud 
olmadığı halda, mövcud olan şeylər kimi qələmə verilirlər. Məsələn, “alə-
min nə daxilində nə də xaricində konturları olmayan şey yoxdur”, “hər bir 
varlığın bir məkanı  və yönü vardır, Allah da vardır, deməli Allahın da bir 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 50 -
məkanı və yönü vardır” qiyasında olduğu kimi. (4, s.209 vd.). Nəticə etiba-
rilə, Katib Çələbinin bilik əldə etmək üçün istifadə olunduğunu müəyyənləş-
dirdiyi iki metod vardır. Mühakimələri “yəqinlik” olan bürhan metodu və 
mühakimələri zənniyyət və vəhmiyyət olan sofistik metod.  
 
3. Elmlərin ikili təsnifatı: nəzəri və praktik fəlsəfə 
Subyektin məqsədi doğru bilik əldə etməkdir. Katib Çələbiyə görə, 
doğru bilik əldə etmək istəyənlər, hər şeydən əvvəl düşüncənin predmetinin 
şey (mövcud) olduğunu bilməlidir. Biliyin predmeti olan şey istər hiss edil-
məyən olsun, istərsə də məchul olsun sırf varlıqdır. Biliyin predmetini mü-
əyyənləşdirən Katib Çələbi bilik mövzusundan elmlərin təsnifatına keçir, 
onları predmetinə görə təsnif edir. Bu elmlər, metafizika (ilm-i ilahi), riya-
ziyyat (ilm-i riyazi) və fizika (ilm-i tabii) elmləridir. Metafizika maddədən 
azad varlığı, riyaziyyat zehində maddədən azad, kənarda maddəyə möhtac 
varlığı, fizika isə həm zehində, həm də kənarda maddəyə möhtac olan varlı-
ğı öyrənən elmlərdir. Katib Çələbi bu üç elmə nəzəri fəlsəfə (hikmət-i nəzə-
riyyə), əməl ilə bağlı yerdə qalan hissəsinə isə praktik fəlsəfə (hikmət-i əmə-
liyyə) adını verir. Bu hissənin digər bir adı  əxlaq elmidir (ilm-i exlaq) və 
predmeti insan davranışlarıdır. 
 
B. Təməddün (sosiallaşma) problemi 
1. İctimai struktur və niza-u xilaf (sinfi mübarizə) 
Katip Çələbi siyasət fəlsəfəsi adı verilən fəlsəfə qolunu hikmət-i tə-
məddün termini ilə ifadə edir. Təbii ki, bu düşüncənin təməlində “icma” ter-
mini vardır və icma, bəşəri xüsusiyyətlərdən biridir. Digər bir ifadə ilə top-
lum bəşəri bir haldır və onun strukturu siniflərdən ibarətdir. Siniflər arasında 
mənafe çəkişməsi və mübarizə vardır. Çələbi bu mübarizəni “niza-u xilaf” 
adlandırır. “Niza-u xilaf”ı isə hikməti-təməddün öyrənir. Bu fəlsəfəyə vaqif 
olan  şəxs “xalqın siniflərə bölünməsinə  və  hər bir sinfin durumuna vaqif” 
olur. Bu eyni zamanda “bir şəhər xalqının siniflərinə və hər sinfin ənənəsinə 
bələd”çilikdir. Katib Çələbi bundan başqa, “məskunlaşmış sakinlərin si-
nifləri və durumu” haqqında olan bir elmin öyrənilməsini də tövsiyə edir ki, 
bu elmə “sosial elm (ilm-i icmalî)” adını verir. Və təməddün fəlsəfəsi də an-


Fəlsəfə tarixi
 
 
 
- 51 -
caq sosial elmi öyrənməklə əldə edilə bilən bir fəlsəfədir. (10, s.285; 10a, s. 
23; 10b, s.152). Bu elmə və fəlsəfəyə vaqif olanlar cəmiyyətdəki “niza-u xi-
laf” hadisəsini də anlayacaqdır. Katib Çələbiyə görə  cəmiyyətdəki “niza u 
xilaf” heç qılınc gücü ilə də həll edilə bilən bir məsələ deyildir. O, ictimai 
bir məsələdir. Keçmişdən bu günə qədər davam etmişdir və bu gündən sonra 
da davam edəcəkdir.  
Katib Çələbi “niza u xilaf” hadisəsinin tarixinə də toxunur. Onun tari-
xinin, Adəm dönəmindən başladığını bildirir: “Bir şeyi də demək lazımdır 
ki, Adəm dönəmindən bəri xalq firqələrə bölünmüşdür. Hər firqənin bir cür 
anlayışı və xüsusiyyəti vardır və biri o birinə zidd görünür. `hər bir qrup öz 
mərtəbəsində olanlarla sevinib lovğalanır` (Quran-i Kərim 30/32) ayətində 
olduğu kimi öz işini bəyənərək onu başqa işlərdən üstün tutur” (10, s.285; 
10a, s. 23; 10b, s.152).  
İctiami tərkib Katib Çələbinin “firqə”sidir. Hər bir firqə, digər firqəyə 
müxalifdir. Firqələr arasında firqələr arasında “niza u xilaf” vardır. Olmalı 
olan isə “ixtilafın səbəbini fikirləşmək” və kökündəki zehniyyətləri (məsa-
lih) tapmaqdır. “Nəhayət bəsirətli birisi bu ixtilafın hikmətini düşünərək və 
mülahizələr yürüdərək arxasında bir çox zehniyyətlər (məsalih) tapar və heç 
kimin işinə və xüsusiyyətlərinə qarışaraq təcavüz etməz. Əgər öz anlayışına 
görə doğru olmayan bir şeydirsə onu qəlbində inkar etməklə kifayətlə-
nər.”(10, s.285; 10a, s. 23; 10b, s.152). 
Ərəbcə “maslaha” sözünün cəmi olan “məsalih” termini fayda, maraq, 
xeyir, xidmət mənalarını verir, eyni zamanda cəmiyyət/dövlət/xalq üçün 
faydalı olanı önə  çıxaran fiqhi-hüquqi hökmləri ifadə edən bir termindir. 
Katib Çələbi “məsalih”ə əsaslanan firqənin nümayəndəsi olan “bəsirət sahi-
bi”nə bitərəf olmağı  təklif edir. Çünki, problem dövr edən bir problemdir
yəni daim mövcud olan bir problemdir.  
 
2. İctimai Siniflər 
Katib Çələbi “giriş”, üç fəsil və “nəticə”dən ibarət olan Düsturu`l-
amel əsərinin “giriş”ində dövlətlərin inkişaf, durğunluq və tənəzzül mərhələ-
ləri keçirdiyini ifadə edir. Birinci fəsildə rəiyyətdən, ikinci fəsildə ordudan, 
üçüncü fəsildə  xəzinədən və “nəticə”də  dövlətin mahiyyətinin pozulması 


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə