Microsoft Word Jurnal 2 2011 Red doc



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə18/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   14   15   16   17   18   19   20   21   ...   67

Fəlsəfə tarixi
 
 
 
- 55 -
Çələbi dörd ünsür yerinə  bədən terminindən istifadə edir, yəni bədən ruha 
malik varlıq olur. Əhməd Cövdət Paşa da cins və növü təməl bir fərqlilik 
olaraq qəbul edir və Katib Çələbiyə istinadla növü “həqiqi və nisbi” olmaqla 
ikiyə ayırır. (1, s.42). Çünki Katib Çələbi varlıqdakı canlılıq problemini, 
cins-növ münasibəti baxımından götürür. Katib Çələbiyə görə, canlı varlıq 
(heyvan) cinsdir və onun növləri vardır. Canlı varlıqdakı müxtəliflik, Katib 
Çələbiyə görə, onların təbiətindən qaynaqlanır. Canlı varlıqların təbiəti 
arasında ən mötədil olanı insanın təbiətidir. Onun təbiəti orta təbiətdir.  
 
4.Canlının inkişaf mərhələləri  
Katib Çələbi hər növün təbiətinə görə yaşı və ömrü olduğunu bildirir 
və buna təbii ömür adını verir. Bu o deməkdir ki, bir növ kimi ömür, yaş və 
canlılıq (həyat) arasında sıx əlaqə vardır. Digər bir ifadə ilə onlar bir birinə 
uyğunluq və sintez baxımından müxtəlifliyi, ömür, yaş və canlılıq baxımın-
dan da vəhdəti və nizamı ifadə edir. Lakin müxtəliflikdəki bu nizam canlı 
varlıqda həmişə davam edən və dəyişməz qalan bir şey deyil. Əşyanın təbiə-
tindən qaynaqlanan müxtəliflik bu uzlaşma və sintezdə də əks olunur. Katib 
Çələbiyə görə, fitrətdəki müxtəliflik, üç mərtəbədə  təzahür edir: Birinci 
mərtəbə, inkişaf dövrü, ikinci mərtəbə durğunluq dövrü, üçüncü mərtəbə
tənəzzül dövrü. (10, s.285). 
Üç mərtəbədə  təzahür edən fitrət müxtəlifliyi, Katib Çələbinin digər 
bir termini olan bədən “güclər”ini ifadə edir. Bədən gücləri əslində fitrətdən 
hasil olur və ömür mərtəbələrində müxtəlifdir. Bədən güclərinin dəyişməsi-
ni, onların təsir edən və ya təsirə məruz qalan olduqlarını Katib Çələbi istilik 
və rütubətlə ifadə edir: “Bədənin təbii hərarəti və təbii rütubəti fitrətdə ümdə 
olan təsir etmə  və  təsirə  məruz qalma keyfiyyətlərindən ibarətdir. Həmin 
keyfiyyətlər bu mərtəbələrdə zəifləyir və kənar bir təsir edici olmadan bədə-
nin təbii hərarəti daima onun təbii rütubətini yox edir. Təbii rütubət elə bir 
şeydir ki, həyatın maddəsi və canlının ruhu ondan ibarətdir. (10, s.285). 
Nəticə etibarilə, tənəzzül dövrünün sonunda canlının təbii rütubəti 
azalır, xarici yardım təsəvvürü, qəbul etmə qabiliyyət və mərtəbəsindən dü-
şür və nəhayət ölür. Ölüm canlı varlığın üç şeyi itirməsinə səbəb olur: hiss-
etmə, hərəkət etmə  və  nəfəs alma. Bu üç keyfiyyəti itirən canlı (heyvan), 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 56 -
cansız, Katib Çələbinin termini ilə desək, “mevt” olur, canlı olma xüsusiy-
yətini itirir. 
 
III. Nəticə  
 Özünün  “Mizanu`l-Hak”  əsərində  əvvəlki filosoflardan miras qalan 
fəlsəfi problemləri analiz edən Katib Çələbi onları  mə daurə  əl-məbahis 
(dövr edən problemlər) termini ilə ifadə edir. Buna görə də biz bu termini 
məqaləmizin  əsası kimi götürdük. Katib Çələbi dövr edən problemləri üç 
əsas istiqamətdə analiz edir: idrak problemləri, sosiallaşma problemləri və 
canlılıq problemləri.  
Katib Çələbinin epistemologiyası dualist epistemologiyadır. Təməlin-
də Fərabinin qəlb nəzəriyyəsi ilə İbn Rüşdün ekiz qardaş metaforası vardır.  
Hikmət-i təməddün və yaxud sosial siyasət fəlsəfəsi, aralarında ixtilaf 
və mübarizə olan sinif nəzəriyyəsinə əsaslanır. Siniflər bir başqan ətrafında 
formalaşmış  mənfəət və ehtiyac firqələridir. Başqan olmaq arzusu isə fitri 
bir xüsusiyyətdir. Aralarında yardımlaşma olmalıdır, amma bu, yox olub. 
Dövlət, aralarında həmrəylik olmalı olan dörd sinifdən ibarətdir. Siniflərdən 
ibarət olan dövlət canlı orqanizmin mövcud olma qanunlarına tabedir. Canlı 
varlıq isə dörd ünsür ilə “ruh”un sintezindən ibarət olan ruha malik varlıq-
dır. Ruha malik olan varlığın həyat mərhələləri uşaqlıq, gənclik və yaşlılıq-
dan sonra ölüm mərhələləridir. Ölüm isə ruhun dörd ünsürdən ayrıl-
masından ibarətdir.  
Katib Çələbinin dövr edən problemləri, Osmanlı  fəlsəfə düşüncəsi 
əsasında ortaya çıxan İslam fəlsəfəsi problemləridir. Katib Çələbinin onlara 
əlavəsi Osmanlı dövlətini təşkil edən siniflər arası balansın pozulması  və 
onlar arasında yardımlaşmanın ortadan qalxmasıdır. Bunun da əsasında 
mentalitetin (iki mənbəli bilik anlayışının) dəyişməsi vardır. Bu dəyişmə 
elmdə irəliyə yox, geriyə, yəni  İslami elmlərdə  fəlsəfə öncəsi dövrə (tək 
mənbəli elm anlayışına) dönüş mentalitetidir.  
 
 
 
 


Fəlsəfə tarixi
 
 
 
- 57 -
İstifadə olunan ədəbiyyat 
 
1.AHMET CEVDET PAŞA, Miyar-ı Sedat, Sd.H.S.Feyizli, Fecr Yayınevi, 
Ankara 1998. 
2.AHMET REFİK, Kâtip Çelebi, Kanaat Kütüphanesi, 1932. 
3.DEMİR, Remzi, Osmanlı İmparatorluğu Döneminde Türk Felsefesi, Lotus 
Yayınevi, 2005 Ankara, c.II. 
4.EMİROĞLU, İbrahim, Klasik Mantığa Giriş, Elis, Ankara 2010. 
5.FARABİ, İhsau’l-ulum, Neş. Ali Bumelham, Dar u Mektebetü’l-hilal, 
Beyrut 1996.  
5a.FARABİ, İhsau’l-ulum, Çev.Ahmet Ateş, MEB, İstanbul 1986. 
6.FARABİ, Kitabu’l-huruf, Çev.Ömer Türker, Litera Yayıncılık, İstanbul 
2008.  
7.FARABİ, Kitabu tahsili’s-saadeti, Neş. Ali Bumelham, Dar u 
Mektebetü’l-hilal, Beyrut, 1995.  
8.FARABİ, Kitabu siyaseti’l-medeniye, Neş. Ali Bumelham, Dar u 
Mektebetü’l-hilal, Beyrut, 1994. 
9.İBN RÜŞD, Faslu’l-makal Felsefe Din İlişkisi, Çev.Bekir Karlığa, İşaret 
Yayınları, İstanbul 1992.  
9a.İBN RÜŞD, Faslu’l-makal, Felsefe-Din İlişkileri, Hz.Süleyman Uludağ, 
Dergah Yayınları, İstanbul 1985. 
10. KÂTİP ÇELEBİ,  Mizanu’l-Hak fi İhtiyari’l-Ehakk, Kabalcı Yayınevi, 
İstanbul 2008. 
10a.KÂTİP ÇELEBİ, En Doğruyu Seçmek İçin Hak Terazisi (Mizanu’l-Hak 
fi İhtiyari’l-Ehakk), Orhan Şaik Gökyay neşri, Kabalcı Yayınevi, İstanbul 2008. 
10b.KÂTİP ÇELEBİ,  En Doğru Olan Tercih Konusunda Hak 
Ölçü(Mizanu’l-Hak fi İhtiyari’l-Ehakk), Süleyman Uludağ neşri, Kabalcı Yayınevi, 
İstanbul 2008. 
11 KÂTİP ÇELEBİ, Keşfüzzunun, Tarih Vakfı Yurt Yayınları, 2007, c.II. 
12.KATİP ÇELEBİ,  Bozuklukların Düzeltilmesinde Tutulacak Yollar 
(Düsturu’l-amel li-ıslahi’l-helal), Hz.Ali Can, KTBY, Ankara 1982. 
13.KUTLUER,  İlhan,  Yitirilmiş Hikmeti Ararken,  İz Yayıncılık,  İstanbul 
2011. 
14.MARDİN, Şerif, Türk Modernleşmesi, İletişim, İstanbul 2000. 
15.SARIOĞLU, Hüseyin, İbn Rüşd Felsefesi, Klasik, İstanbul 2003. 
16.SÖZEN, Kemal, “Kâtip Çelebi’nin Devlet Görüşü ve Osmanlı Türk 
Düşüncesindeki Etkileri”, SDÜ İlahiyat Fakültesi Dergisi, 2099/1, sayı 22. 
17.TAŞKÖPRÜZADE, Mevzuatu’l-ulum, İstanbul 1313, c.1. 
18.Türkiye’de /Türkçede Felsefe Üzerine Konuşmalar, Yay. Haz.M.Cüneyt 
Kaya, Küre Yayınları, İstanbul 2010. 
 
 


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə