Microsoft Word Jurnal 2 2011 Red doc



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə13/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   9   10   11   12   13   14   15   16   ...   67

Fəlsəfə tarixi
 
 
 
- 39 -
dan asılı olmayan bir dünyadır, öz qanunları, öz tələbləri var və onun qatla-
rını kəşf etmək üçün onun qanunlarına tabe olunmalıdır. Maraqlıdır, kilsənin 
və Tanrının köləliyindən qaçan insan könüllü şəkildə özünə bir “Tanrı” dü-
zəldirdi. Berdyayev yazır: “Mənim qəti əminliyimə görə, tarixin indiyə qə-
dər gördüyü ən böyük inqilab baş verdi – insan cinsinin böhranı, fransız in-
qilabı kimi hər hansı illərə aid edilə biləcək zahiri keyfiyyətlərə malik olma-
yan, lakin ölçüyə gəlməyəcək qədər çox radikal bir inqilab. Mən maşının in-
san cəmiyyətinin həyatına girməklə əlaqəli olan çevrilişdən danışıram” (10, 
s. 148). Təsadüfi deyil ki, dövrün nihilist ruhunu təhlil edən Haydegger də 
bildirir ki, “bu cür hakimliyin ilkin şərtləri kimi Nitsşe insanın tamamilə 
maşınlaşmasını və tərbiyəsini göstərir” (23, s. 312). Yeni texniki qurğuların, 
avadanlıqların quraşdırılması, yeni elm sahələrinin və ixtisasların yaradıl-
ması – bunların hamısı insanın özünəgüvənini artırır, ağılın hakimliyinin 
mütləqləşdirirdi. Dünyanın yeni bir qütbü – Qərb, insanın yeni bir təfəkkür 
tərzi – qərbli düşüncəsi formalaşmağa başlamışdı. Özünə güvənən, özünü 
Mütləq hakim bilən, istənilən məkanı, xalqı tabe etmək üçün vasitəsi və 
üsulu olan və öz nailiyyətləri üçün ağlını istifadə edib bütün digər qüvvələri 
səfərbər edən və özünü Yerin bir qütbü deyil, Mərkəzi hesab edən Qərb. Ey-
ni zamanda, bir cəmiyyət şəklində toplanaraq bütün qüvvəsi ilə bir məqsədə 
xidmət edə bilən, öz yeni “tanrısına” bənzəyərək yüksək nizam-intizamlı, 
sistemli bir cəmiyyət quraraq yeni bir sivilizasiyanın təməlini qoyan Qərb. 
Bunlar Qərbin sivilizasiya tarixində etdiklərinin görünən tərəflərinin 
bəlkə  də yüzdən biridir. Qərbşünaslar bu nailiyyətləri daha əsaslı  və geniş 
şəkildə sadalaya bilərlər. Biz isə diqqəti məsələnin həmin zamanlar kölgədə 
qalmış, lakin bu və ya digər şəkildə yüksək təfəkkür sahiblərinin yaradıcılı-
ğında özünü büruzə verən cəhətlərə yönəltmək istərdik.  
Yüksək səviyyəli cəmiyyətin quruluşu insanı bir fərd, bir insan kimi 
yox edirdi, insansızlaşma prosesi başlamışdı. “Köhnə sosiumun dağıldığı”, 
«məişət həyatında belə tələblərin mürəkkəbləşdiyi» XIX əsrin sonunu təhlil 
edən Rassel yazır: «Bütün bunlar əqli sferada da özünü göstərir. …İxtisas-
laşmanın tələbləri və təzyiqi cavanları onlarda daha geniş maraq dairəsi və 
idrak yaranmamış ixtisasın dar çərçivəsinə yönəldir. Bunun nəticəsində öz-
lərini tədqiqatın müxtəlif sahələrinə həsr etmiş adamlar arasında ünsiyyət də 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 40 -
olduqca çətinləşir» (22, s. 427). İnsan müqəddəslik hissindən oddan qorxan 
kimi uzaq qaçmaqla özünü ali varlıqla ünsiyyətdən məhrum etmişdi və artıq 
həmsöhbətini də sahəsinə, ixtisasına görə seçməli olmuşdu. Bu sahələr da-
raldıqca, ünsiyyət dairəsi, söhbətlərin məzmunu da daralırdı ... və insan daha 
çox öz “tanrısına” bənzəyirdi. İnsan tənhalaşırdı. Berdyayev yazır: “Əvvəl-
lər insan üzvü olaraq təbiətlə bağlı idi və onun ictimai həyatı təbiətin həyatı-
na müvafiq qurulurdu. Maşın radikal şəkildə insan və təbiət arasındakı mü-
nasibəti pozdu. O, insan və təbiətin arasında durur və yalnız təbiət hadisələ-
rini insana tabe etmir, həm də insanın özünü tabe edir; o, nəinki hər hansı 
azadlıq verir, hətta yeni bir şəkildə onu köləyə çevirir” (10, s. 148). Dediklə-
rimizə əlavə olaraq qeyd edək ki, bu prosesin bəlkə də zirvə nöqtəsinə çatdı-
ğı XX əsrdə alimlər bu aləmi sərbəst bir dünya kimi təsvir edir, onu süni in-
tellekt, yaxud Popper kimi, üçüncü dünya adlandırırlar.  
Digər diqqət çəkilməli daha bir amil insanın “parçalanması” idi. Bu 
kəlmə, yuxarıda Berdyayevin qeyd etdiyi parçalanmadan fərqli mənaya ma-
likdir. Belə ki, hələ  bəşər tarixinin qədim dövrlərində, hətta müəyyən ba-
xımdan orta əsrlərdə də insan kompleks bilikləri bütöv şəkildə mənimsəyir-
di. Bu o demək idi ki, insan onu həm maddi, həm də ruhani varlıq kimi var 
edən biliklərə sahib olur, onların yüksək harmoniyasından doğulan hissləri, 
ideyaları ictimai həyatda da reallaşdırmağa çalışırdı. İndi vəziyyət nisbətən 
dəyişmişdi. İnsan yenə öz ideyalarını, hisslərini cəmiyyətə təlqin etməyə ça-
lışır, ideologiyalar yaranırdı. Sadəcə indi insan yüksək harmoniyanı duyan 
və özündə biliklər kompleksini yaşadan insan deyildi. İndiki insan elmin 
müəyyən bir ixtisası üzrə iç-içə açılan qapılarla irəli qaçan, amma nə növbə-
ti otağı, nə  də qonşu dəhlizi görməyən,  elmin qabağına qatıb qovaladığı 
mütəxəssis idi.  
Bu baxımdan, müasir dövrdə fənlərarası ixtisas və sahələrin yaranması 
buna  əks fəaliyyət kimi də  dəyərləndirmək olar. Yəni insan öz ehtiyacını 
ödəmək üçün yenə  də  həzrəti elmin yardımından və xidmətindən istifadə 
etməli olur.  
Vurğulanmalı olan digər fakt da insanın fərdiyyətinin cəmiyyətlə əvəz 
olunmasıdır və bu ideya müəyyən baxımdan  Karl Marks (1818 – 1883) 
fəlsəfəsində öz zirvəsinə çatdı desək yanılmarıq.  


Fəlsəfə tarixi
 
 
 
- 41 -
K.Marksın insanda ilk növbədə dini duyğuları  tənqid edir: “İnsanlar 
indiyə qədər həmişə özləri üçün özləri haqqında yalan təsəvvürlər yaradırdı-
lar ki, onlar nədirlər və nə olmalıdırlar. Tanrının insana bənzəməsi və s. haq-
qında özlərinin təsəvvürlərinə müvafiq olaraq onlar öz münasibətlərini qu-
rurdular. Başlarının yaratdıqları başladı onlara hakimlik etməyə. Onlar – ya-
radıcılar – öz yaratdıqları qarşısında baş əydilər”. Və o, düşüncələrin bu ha-
kiminin əleyhinə üsyan qaldırmağa çağırır ki, qoy bu gerçəklik uçulsun. Be-
lə fikirləşmək olar ki, filosof insanın təsəvvürlərinin deyil, ağlının yaratdı-
ğının qulu olmağa çağırır, daha doğrusu, praktikanın: “İnsanı heyvanlardan 
şüuruna, dininə, nəyə görə desən, fərqləndirmək olar. Onların özləri özlərini 
heyvandan öz həyatları üçün zəruri  şeylərin istehsalına başlayan zaman 
fərqləndirməyə başlayırlar – onların bədənlərinin şərtləndirdiyi addım. Hə-
yat üçün zəruri şeyləri istehsal etməklə, insanlar dolayısı ilə öz maddi həyat-
larını da istehsal edirlər” (19, s. 19). Düzdür, elm və praktika qarşılıqlı 
əlaqədə bir-birini stimullaşdırır və irəli aparır. Lakin digər tərəfdən, bu, həm 
də maddi tələbatın ağırlığının artması  və yeni tələblər irəli sürməsi demək 
idi. Və insan onlara uyğun dəyişməli olurdu. Təsadüfi deyil ki, Morqan da 
belə hesab edir ki, “sivilizasiyanın gəlməsi ilə, sərvət o qədər çox artdı, 
onun formaları o qədər müxtəlif oldu, onun tətbiqi o qədər genişləndi, mül-
kiyyətçilərin xeyrinə onun idarə edilməsi elə məharət qazandı ki, bu sərvət 
xalqa qarşı duran yenilməz bir qüvvə oldu. İnsan ağlı öz yaratdığının qarşı-
sında çaşmış və təşviş içərisində qalmışdır. ....Cəmiyyətin mənafeyi ayrı-ayrı 
şəxslərin mənafeyindən yüksəkdir və bunların arasında ədalətli və ahəngdar 
münasibətlər yaratmaq lazımdır” (3, s. 383).
 
 
Bəli, insanın bu ahəngə, daha doğrusu, maddi hissləri ilə mənəviyyatı 
arasında bir tarazlığa ehtiyac duyurdu. Lakin burada da Marks fərqli mövqe-
də durur. Onun fikrinə görə, “insanda onun bütün əsas (hissi-emosional, cis-
mani və intellektual) xarakteristikası nə isə təbii, yaranışdan və ya kənardan 
verilmə nə isə deyil. İnsanda hər şey “insanlaşdırılıb”, çünki insan bir fərd 
olaraq başqa insanlarla münasibətdə  və  əlaqələrdə mövcuddur”. Bu, o de-
mək idi ki, varlıq yalnız öz ağlı, əməyi, yüksək səviyyəli cəmiyyətin qurul-
masına və onun yararlı hissəsinə çevrilməklə insan ola bilər. “İnsanın ma-
hiyyəti ayrıca bir fərdə mənsub olan mücərrədlik deyil. Öz gerçəkliyində o, 


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə