Microsoft Word Jurnal 2 2011 Red doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə12/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   8   9   10   11   12   13   14   15   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 36 -
dəki aləmə – “Mən”in  əsl mənbəyinə, mahiyyətinə çatmaq imkan qazanır. 
Kantın isə bir növ “göylərin” qapısını bağlayaraq insanı öz maddi özündən 
kənara çıxmamağa məcbur edir. Əbu Turxan termini ilə desək, insanı bir 
“qısa qapanma” yaşamağa məcbur edir. Təbii ki, bu hiss istər-istəməz həqi-
qətən azad olan, bir tərəfi maddi dünyaya, digər tərəfi ilahi aləmə bağlı olan 
insan ruhunu, təfəkkürünü sanki məngənəyə salmış oldu. Berdyayev yazır: 
“İnsanın yaradıcılığının möhkəmlənməsi insanda dərin, fövqəlinsan, ilahi 
başlanğıcın kəşfi ilə əlaqəlidir. İnsan bu başlanğıcdan qopanda. Özündə ona 
olan və ondan özünə olan keçidi bağlayanda, içindəki insan obrazını sarsı-
dır, onda o, get-gedə daha çox məzmunsuzlaşır, onun iradəsi isə – məqsəd-
siz. İnsani ola bilməyən ali yaradıcı mənbə və ali məqsəd yaradıcılığın mən-
bələrini başlayırlar” (10, s. 150). 
Fəlsəfə tarixində Qəzali ilə Kantın rasionalizm və iman arasında sər-
həd qoymaqdan ibarət olan “peyğəmbəranə bir mahiyyət daşıyan” missiya-
sını müqayisə edən Məhəmməd  İqbal yazır: “Kant öz prinsiplərinə uyğun 
gələn formada hərəkət etdiyi üçün Allahı tanıma imkanını  qəbul etməzdi. 
Qəzali isə düşüncə analizinə bel bağlaya bilmədiyi üçün mistik təcrübəyə 
yönəldi və orada din üçün müstəqil bir məzmun tapdı. Beləliklə  də, dinin 
elmdən və metafizikadan tamamilə müstəqil şəkildə mövcud olmaq hüququ-
nu təmin etməyə müvəffəq oldu” (6, s. 189). Belə məlum olur ki, Kantdan 
fərqli olaraq Qəzali ağlın məhdud çərçivəsinə bir qapı qoydu – dini-mistik 
təcrübə. Yəni həm Qəzali, həm də Kant rasional təfəkkür və din arasında 
sərhəd qoydular. İslam Şərqində Qəzalinin göstərdiyi yol bir tərəfdən bu is-
tiqamətdə inkişafı təmin etsə də, insanın bir ruhani varlıq kimi imkanlarını 
artırsa da, digər tərəfdən rasional təfəkkürün məhdud imkanlı olduğu üçün 
ümumiyyətlə “qıfıllanmasına” səbəb oldu. Qərbdə isə hər bir tərəfin öz hü-
dudlarını qorumaqla dərinə inkişaf etməyə üstünlük verildi. Bu, Şərq və 
Qərb təfəkkürlərinin fərqli istiqamətlərdə inkişaf etməsinin bariz göstəricisi 
idi. Yalnız Qərbin öz kontekstində baxanda Berdyayevin də yazdığı ki, bu, 
ağılın məhdudlaşdırılması, çərçivəyə salınması idi. Bu, hazırda Qərbin bo-
ğulduğu dar və məhdud dünyanın təməlinin qoyulması idi.  
Təsadüfi deyil ki, Kantın fəlsəfə tarixində yerini şərh edən Berdyayev 
da yazır: “Kantın pafosu idrakın hüdudlarının reflektiv fərqində olmaq (an-


Fəlsəfə tarixi
 
 
 
- 37 -
lamaq), hüquqi bəraətə ehtiyac idi. İnsanın belə dərk hissi renessansın idrak 
enerjisinin tükənməsinin başlanğıcı idi” (10, s. 158-159). Bəli, Renessansın 
verdiyi böyük ideyalar, böyük yaradıcılıq eşqi insana özünü axtarmaq, dərk 
etmək imkanları açmışdı. İnsan gah imana, gah ağıla üz tutmaqla öz özü ilə 
mübarizədə idi. Təbii ki, ağılın hökmünün get-gedə artması bu mübarizədə 
çox şeyi həll edirdi və ən böyük nöqtəni Kant qoydu. 
Həmin dövrdə  ağlın dəyərini və hörmətini artıran digər bir amil də 
elm idi. İnsanın həyatını büsbütün dəyişən elm ağılın məhsulu hesab edilir-
di. Eyni zamanda “hər fərdə məxsus zəkanın, sağlam düşüncənin, idrak qa-
biliyyətinin tərbiyəsinə də böyük ümidlər bəslənirdi. Və bu əsasda ağılı küt-
lənin maariflənməsi, maariflənməni isə demokratiya ilə eyniləşdirirdilər (4). 
Burada bir neçə fakta diqqət yönəldək. XVIII əsrin insanı praktik və nəzəri 
ağılı bir-birindən ayırır. Müəyyən istiqamətdə maariflənən insan başqa daha 
üstün bir ağılın məhsulu olan ideyaları  mənimsəməli, onun uğrunda çalış-
malı idi. Elm verdiyi imkan sayəsində, Rene Qenonun da dediyi kimi, “in-
san özünü həqiqətin zirvəsinə qaldırmaq  əvəzinə, həqiqəti öz səviyyəsinə 
endirirdi”. Elm inkişaf etdikcə, işçi qüvvələrə və zəruri olaraq əks qütb olan 
vahid idarəçi olan Düşüncəyə ehtiyac yarandıqca Avropada sistemli və məq-
sədli bir proses başlandı: ictimailəşmə sürətləndi, elm praktika ilə qarşılıqlı 
şəkildə bir-birini stimullaşdırdığı üçün hər ikisinin inkişafı irəli getdi. Məhz 
belə bir şəraitdə artıq ingilislərin (Lokk, Berkli və Yum), fransızların (Did-
ro, D'Alamber və Russo), almanların (Fixte, Kant və Marks) və başqa Avro-
pa xalqlarının “öz filosofları” yetişməyə başladı və bu filosoflar öz ideyala-
rını sanki xam torpağa “səpirdilər”. Milli özünüdərk, ayrı-ayrı xalqların, 
millətlərin və hər birinin özünəməxsus düşüncəsi, fəlsəfəsi formalaşdı. Nəti-
cədə yuxarıda dediyimiz proseslərlə yanaşı fəlsəfi məktəblər də yaranmağa 
başladı. Bu isə həmin filosoflara milli postament üzərində ümumbəşəri fəl-
səfi sistem qurmağa imkan verirdi. Bütün bunlar sanki zəncirvarı reaksiya 
kimi bir-birini əvəz etdi: bir filosofun yetişməsi bir məktəbin, daha da irəli 
gedərək bütöv cəmiyyətin – mühitin yaranmasına gətirirdi, bu isə öz növbə-
sində bir ideyanın  şüalanaraq geniş miqyasda yayılmasına  şərait yaradırdı. 
İdarəedici Düşüncə artıq daha geniş coğrafi məkanı idarə etmək qüdrətində 
oldu və öz məqsədi üçün fəaliyyətə başladı. 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 38 -
Gedən proseslər Tanrının qulu olan, kamilləşmə yolu ilahi aləmə olan 
insanı sanki göylərdən yerə endirdi. Elmi təcrübələrin qoyuluşu mənəvi təc-
rübəni üstələməyə başladı və təbii söylənən fikirlərdə məhz qoyulmuş təcrü-
bənin nəticəsi həlledici rol oynayır. Bundan əlavə, elmin inkişafı yeni təcrü-
bələr tələb etdiyi kimi, yeni nəticələr də elmdə yeni addımların zərurətini ar-
tırırdı. Yəni hər ikisi bir-birini stimullaşdırır və irəli aparırdı. Əvəzində in-
san özü belə ikinci plana keçməyə başladı.  
Düzdür, xristianlıqda insan və Allah arasında həmişə bir maneə – kilsə 
olub və bu maneə zahirlə kifayətlənməyərək, mənəvi dünyanı da idarə edib
insan öz günahları ilə arxa planda qalmaq məcburiyyətində idi. Bununla 
belə, düşüncəsi və mənəviyyatı ilə adi kütlənin fövqünə qalxa bilən şəxslər 
bu maneəni keçir və İnsan etalonu da bu zirvədən xarakterizə edirdilər. İnsa-
nın bir kamilləşmə xətti var idi. Lakin bu “yüksəlmə” cəhdləri get-gedə da-
ha az müşahidə edilir və XVIII əsrdəki “ağlın təntənəsi” İnsanlıq meyarları-
nı da dəyişməyə başladı. Artıq insanın kamillik səviyyəsi onun maddi dün-
yadakı nailiyyətləri ilə ölçülürdü. İnsanın yalnız və yalnız ağlı onun təyin-
edici xüsusiyyətinə çevrilirdi. Bu baxımdan, hələ XVII əsrdə insanı təbiətin 
bir hissəsi kimi qəbul edən və onun da təbiətin qanunları ilə mövcud oldu-
ğunu bildirən Hobbsdan sonra XIX əsrdə Darvinin təkamül nəzəriyyəsi 
məntiqli bir nəticə kimi görünür.  
Ağlın dəyərinin artması, elmin inkişafı, yuxarıda qeyd etdiyimizlə 
yanaşı, insanlarda fərqli bir təfəkkürün formalaşmasına səbəb olurdu: insan 
öz ağlının quluna çevrilməkdə idi. Berdyayev bunu belə təsvir edir: “Hansı 
isə sirli bir qüvvə, sanki insana və təbiətin özünə yad olan üçüncü bir ele-
ment insanın həyatına girir, insan və təbiət üzərində dəhşətli bir hakimiyyət 
qazanır. Bu yeni dəhşətli qüvvə insanın təbii formalarını parçalayır. O, insa-
nı hissələrə bölür, dağıdır və nəticədə insan əvvəllər olduğu kimi təbii varlıq 
olmaqdan çıxır” (10, s. 149). 
 İnsan yaratdığı elmlərlə, texnika ilə daha çox təbiətə, onun sirlərinə 
nüfuz edir, nüfuz etdikcə sahiblənir, sahibləndikcə  dəyişdirir, özünə ram 
edir, “özəlləşdirir”di. Bu, bir-birini şərtləndirən və stimullaşdıran addımlar 
insanı başqa bir aləmə aparırdı. Bir tərəfdən, tanış, çünki özü yaratdığı dün-
yadır, digər tərəfdən, qaranlıq, çünki bu aləm sanki insandan kənarda və on-


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə