Microsoft Word Jurnal 2 2011 Red doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə23/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   19   20   21   22   23   24   25   26   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 70 -
insanlar da obyektdirlər. Subyektiv amilin istisna olunması dedikdə, ümu-
miyyətlə insanların iştirakının yox, ancaq tədqiqatçının müdaxiləsinin is-
tisna edilməsi nəzərdə tutulur. Yəni əsas məsələ ictimai proseslərin tədqiqat-
çıdan asılı olmayaraq necə baş verdiyini aşkara çıxarmaqdır. O arqument ki, 
ictimai hadisələrdə  iştirak edən, yəni obyektə daxil olan ayrı-ayrı insanlar 
şüurlu və iradəli məxluqdurlar və onların nəinki sərbəst seçim imkanları ola 
bilər, həm də tədqiqatçını sezə bilər və informasiyanı məqsədyönlü surətdə 
poza bilərlər, heç də kifayət qədər əsaslandırılmamışdır.  
Sosial eksperiment və ya müşahidə bir adamın üzərində aparılmır. So-
siologiyada hadisələr ancaq statistik proses kimi öyrənilməlidir. Miqyas o 
dərəcədə böyük götürülməlidir ki, statistik tendensiyalar üzə çıxa bilsin. Tək 
bir insan üzərində müşahidə artıq sosiologiyanın deyil, psixologiyanın pred-
metinə aid olacaqdır. Burada da tədqiqatçı öz obyektini elə  hala gətirə bil-
məlidir ki, o sanki özü ilə  təklikdə qalır və  tədqiqatçının iştirakından irəli 
gələn hər hansı bir reaksiya istisna olunur. Bu hala çox vaxt trans vəziyyəti 
deyilir.  
V.Heyzenberq məsələni belə qoyur: “Müasir elmin metodologiyası 
üçün iki cəhət səciyyəvidir: birincisi, təcrübəni təcrid və idealizə edən və 
ona görə  də yeni hadisələr törədən eksperimental situasiyaların quraşdırıl-
masına yönəliş və ikincisi, bu hadisələrin təbii qanun statusunda sayılan ri-
yazi konstruktla müqayisəsi” (Bax: 6, s. 169). Maraqlıdır ki, “təbii qanun” 
təbiətdən eksperimental yolla alınmaqdansa, riyazi yolla aşkar edilir. Vaxti-
lə Qaliley də “təbiətin kitabı riyaziyyat dilində yazılmışdır”, – deyirdi. Bəs 
eksperimental yolla alınan nədir, hansı biliklərdir? Təsadüfi deyil ki, Hey-
zenberq təcrübəni təcrid və idealizə etməkdən bəhs edir. Yəni eksperimental 
yolla təbiətin özü yox, onun ehtiva etdiyi hansı isə sonlu, məkan-zaman mü-
əyyənliyi olan lokal bir hadisə öyrənilə bilir. Empirik idrak ancaq məhdud 
və sonlu olanı dərk edə bilər. Əslində tədqiqatçının aldığı informasiya həmi-
şə gerçəklikdə olduğundan azdır. Biz təcrübə  şəraitini yaxşılaşdırmaqla və 
eksperimental cihazları təkmilləşdirməklə getdikcə daha çox səhih məlumat 
ala bilərik; amma həmişə  məhdud və  həmişə  təkmilləşməyə möhtac olur. 
Riyazi düsturların, riyazi modelin isə gerçəkliyə daha çox adekvat olduğu 
nəzərdə tutulur. Heyzenberq deyir: “Mürəkkəb hadisələr dünyası yox, hadi-


Epistemologiya 
 
 
- 71 -
sələrin arxasında dayanan təbiətin riyazi qanunları daha vacibdir” (3, s. 26). 
Riyaziyyatın məhz universal prinsipləri ifadə etməsinə inam o dərəcədə güc-
lüdür ki, bir çox görkəmli alimlər onu təcrübədən və faktlardan daha üstün 
hesab edirlər. Pol Dirak yazır: “Tənliklərin gözəlliyi onların eksperimentə 
uyğun gəlməsindən daha önəmlidir” (Bax: 4, s. 15). 
Bu da məlumdur ki, Platon riyaziyyatı Xeyir ideyası kontekstində təq-
dim edirdi. Ən azından bütöv, kamil və ideal olan varlıqlar cismani dünya-
nın təhrif olunmuş kölgə varlığında deyil, dəqiq və birqiymətli rəqəmlərin 
dilində danışa bilərdi. Üstündən neçə min il keçdikdən sonra, yeni dövrün 
böyük riyaziyyatçısı A.Uaythed yenə də “Riyaziyyat və Xeyir” mövzusuna 
müraciət edir (8, s. 322-336). Bu problem bizim “Haqq, Həqiqət, Gözəllik 
və Xeyirin eyniyyəti” (2, s.183) adlı yazımızda da təhlil olunur. Düzdür, biz 
məsələni daha çox nisbi ilə mütləqin dialektikası kontekstində qoymuşuq; 
amma burada söhbət dünyadakı varlıqların növlərə bölünməsi və  hər növ 
üçün həqiqət, gözəllik və xeyir etalonunun müəyyənləşdirilməsindən gedir. 
Daha bir addım ataraq bu sıraya “bütöv” anlayışını da əlavə etmək olar. 
Yəni hər şey ancaq tamamlandıqda, öz bütövlüyündə kamil olur, yetkin olur 
və bu mənada vəhdəti, vahidi təcəssüm etdirir. Eləcə də tərsinə, hər hansı bir 
şeyin yarımçığı yox, ancaq bütövü vahid hesab oluna bilər.  
 
Vahidlər və mütləq vahid  
Biz diqqəti ona görə vahid anlayışının üzərinə yönəldirik ki, hər hansı 
bir şeylə yanaşı, bütövlükdə dünyanın da vəhdətindən və ya vahid dünyadan 
bəhs edə bilərik. Məsələn, bir bina tikilir və öz layihəsinə, ideyasına tam 
adekvat hala gəldikdə tamamlanmış sayılır. Ona qədər həmişə nə isə çatmır, 
yəni realizasiya, reallıq ideyaya nisbətdə naqis olur. Təsadüfi deyil ki, Pla-
ton ancaq ideyanı kamil hesab edirdi. Başqa sözlə, ancaq ideya vahid ola bi-
lər. Lakin müxtəlif şeylərin növünü, mahiyyətini, anlayışını, ideyasını sonda 
bir etalon, ideal, vahid kimi təsəvvür etmək bir şeydir, bütövlükdə dünyanı 
ahəngdar, qanunauyğun, tamamlanmış, mükəmməl bir varlıq kimi təsəvvür 
etmək başqa şeydir. Belə ki, hər növün mövcudluğu başqa növlərin məka-
nında, mühitində, əhatəsində mümkün olur. Və hər növ öz kamillik dərəcə-
sinə çatmaq üçün öz mühiti ilə mücadiləyə girir və bu mühit nə qədər geniş 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 72 -
olsa, kamilliyə yaxınlaşmaq ehtimalı da bir o qədər çox olur. Yəni ayrıca 
götürülmüş bir şey ancaq bütün dünya kontekstində və əslində bütün dünya-
nın ahənginə uyğunlaşmaqla, bütün ziddiyyətlərdən azad olmaqla kamilliyə 
çata bilər. Başqa sözlə desək, bütövlüyün, kamilliyin yolu dünyaya qarşı 
durmaqdan, qütbləşməkdən deyil, dünya ilə vəhdətdən keçir.  
Adi təsəvvürlərə görə, dünya sonsuzdur və görünür ki, onu riyaziyyat-
da da sonsuzluq işarəsi ilə ifadə etmək lazım gələrdi. Lakin biz dünyanın ri-
yazi ifadəsi üçün məhz vahidi təklif edirik.  
Görünür, yeni bir anlayışın – mütləq vahid anlayışının daxil edilməsi-
nə ehtiyac vardır. Bütün başqa vahidlər ancaq öz növü (tayfası, milləti və s.) 
üçün vahiddir – etalondur, mütləq vahid isə iki fərqli keyfiyyəti özündə ehti-
va edir. Əvvəla, o təkdir və onun iradəsi xaricində heç nə yoxdur. İkincisi, 
o, ehtiva etdiyi hər şeydə təmsil olunur, yəni ümumilərin ən ümumisidir.  
Məsələn, Günəş – təkdir. Lakin o, ümumi deyildir. Baxmayaraq ki, o, 
öz  şüaları ilə bu dünyanın cisim və hadisələrini işıqlandırmaqla müəyyən 
mənada günəşləndirir, amma bu proses kəsiləndir və  məhdud dairədə baş 
verir. Bununla belə, Günəşin məhz bu keyfiyyəti müxtəlif dövrlərdə insanla-
rın ona sitayiş etməsinə, onu ilahiləşdirməsinə  səbəb olmuşdur.  İnsanların 
şüuru həmişə ümumiləşmək keyfiyyətinə malik olan daha universal bir tək 
axtarışında olmuşdur.  
Fəlsəfədə  ən paradoksal məsələlərdən biri özünü təkcə  və ümuminin 
dialektikasında göstərir.  İdrak üçün ən çətin məqamlardan biri ümumi ilə 
cəmin fərqini anlamaqdır. Cəm təkcələrin toplanmasından yaranır. Ümumi 
isə  təkcələrin hamısında iştirak edən ortaq elementdir. Riyaziyyatda buna 
ortaq vuruq deyilir. Bütün ədədlər üçün ortaq olan ən universal vuruq va-
hiddir. Lakin həm də cəmin vahid olması üçün bütün toplananların öncədən 
bu vahidin hissələri olması lazımdır. Yəni   a
1
+a
2
+...+a
n
=1  
Paradoksal olan budur ki, cəm olan vahidlə ortaq vuruq olan vahid nə 
dərəcədə eyni ola bilər?  
 
Lakin riyaziyyatçılar vahidin bu xüsusi yükünü, bir vahidin başqa va-
hiddən fərqini nəzərə almadıqlarından, onlar müxtəlif yüklü rəqəmləri rahat-
ca müqayisə edirlər. A.Uaythed yazır: “Biz bu və ya digər qrupu təşkil edən 


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə