Microsoft Word Jurnal 2 2011 Red doc



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə6/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   2   3   4   5   6   7   8   9   ...   67

David Hume – 300 
 
 
 
- 17 -
Platondan yox, Lokkdan yox, Yumdan başlayaq.  
“Bütün ideyalar təəssüratlardan kopiyalanmışdır”.
1
 Yum üçün canlı 
olan həyatın rəngarəngliyini, ruhunu özündə əks etdirən məhz təəssüratdır. 
Təəssürat cismani dünyadan (və ya hansı isə  məchul bir dünyadan) bizə 
açılan pəncərədir. Dünya öz sözünü təəssürat vasitəsilə çatdırır. (Bəs bizdən 
dünyaya açılan pəncərə varmı və nədən ibarətdir?) 
Lakin biz çoxlü sayda müxtəlif təəssüratların qarışığında itib-batmırıq. 
Və ya itib-batmamaq üçün bu təəssüratları qaydaya salırıq. Onlardan bir 
dünya obrazı yaradırıq və bu, bizim dünya olur. Və biz belə hesab edirik ki, 
həmin məchul dünya əslində elə  bizim  dünyamızdır. Amma halbuki bizim 
dünya artıq quraşdırılmış, konstruksiya olunmuş, hissələrinə ayrılaraq 
yenidən birləşdirilmiş  və sanki müəyyən bir dillə yenidən yazılmış bir 
dünyadır. Simvollardan ibarət bir dünyadır. 
Bizim dünya – bizim quraşdırdığımız dünyanın elementləri bütöv löv-
hələr, mənzərələr, fenomenlər olmayıb, ideyalardan ibarətdir. İdeyalar bizim 
dünyanın elementləridir (atomlarıdır). Hər şey onlardan quraşdırılır. Müəy-
yən növ cisimlər vahid bir ideya ilə işarə olunur. Onların böyük və ya kiçik 
olması sadəcə  kəmiyyət məsələsidir.  İdeyanın ölçüsü olmur. İdeya zaman-
məkan kontiniumunun fövqündədir. Sadəcə biz dünyanı quraşdırararkən 
nisbilikləri nəzərə alır və eyni bir ideyanı böyük və ya kiçik formatda kopi-
yalayırıq. Daha dəqiq desək, sanki standart ideyanın proyeksiyaları müxtəlif 
ölçülərdə olur.  
Məkan və zaman da bizim dünya quraşdırılarkən ortaya çıxır, yəni 
bizim düşüncənin məhsuludur. İdeyalar dünyasından müxtəlif proyeksiyalar 
halında cismani dünyanın mənzərəsi yaradılır. Lakin bu mənzərələr tez-tez 
aktuallığını itirir və yenisi ilə əvəz olunur.  
Məntiq bizim ideyalardan quraşdırdığımız dünyanın prinsipləridir. La-
kin bu dünyanın müəyyən hissələrini biz sadəcə ideyalardan quraşdırmayıb 
elə  təəssürat halında da canlandıra bilirik. Bu bizim yaxın  ətrafımız olur. 
Ətrafla əlaqə kəsilən kimi, təəssürat dünyası ölür. Və ya yeni bir təəssüratla 
əvəzlənir. Kino lenti kimi mənzərələr bir-birini əvəz edir. Yerdə qalan bütün 
                                                 
1
 Д.Юм. Сочинения в 2-х томах. Т.1, М., Мысль, 1966, с. 271. 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 18 -
dünya isə ancaq ideyalar şəklində mövcud olur.  
Bu – Platonun ideyalar dünyası deyil. Platonda söhbət bizdən asılı 
olmadan mövcud olan ideyalardan, ilkin ideyalaradan gedir. Bizim dünya 
bizim ideyalardan yaradılmışdır, amma bizdən asılı olmayan, bizim 
olmayan ilkin dünya – mütləq ideyalar dünyası da vardır.  
Bəlkə bizdə təəssüratları yaradan cismani dünya yox, məhz həmin il-
kin dünya – ideyalar dünyasıdır? Zatən Platon belə hesab edirdi. Biz həmin 
dünyanın kölgələrindən (təəssüratlarından) yenidən həmin dünyanı düzəlt-
məyə, quraşdırmağa çalışırıq. 
D.Yum fəlsəfə tarixində həm də səbəbiyyət əlaqəsini Yeni Dövrdə bir 
də aktuallaşdıran, gündəmə gətirən bir filosof kimi tanınır. Təsadüfi deyil ki, 
Azərbaycan mütəfəkkiri M.F.Axundov özünün səbəbiyyət haqqında məqa-
ləsini “İngilis həkimi Yuma cavab” adlandırmışdır. Həmin məqalədə Axun-
dov yazır: “Hər varlığa bir səbəb lazımdır, çünki heç bir varlıq öz-özünə vü-
cuda gələ bilməz. O halda bir varlıq olan bu kainat da var ola bilmək üçün 
bir səbəbə möhtacdır ki, bu səbəb onun yaradanıdır.”
1
 Daha sonra Axundov 
bu məsələni “səbəbiyyət  əlaqələrinin silsilə davamı” və “ilk səbəb” prob-
lemlərinin qoyuluşu və təhlili ilə davam etdirir.  
M.F.Axundovun bu kiçik həcmli əsəri əslində başqa bir baxımdan da 
xüsusi  əhəmiyyətə malikdir. Çünki burada Azərbaycan fəlsəfi fikrində ilk 
dəfə olaraq Yeni Dövr Qərb filosofunun əsərinə münasibət bildirilir. Digər 
tərəfdən, səbəbiyyət probleminin bizə də məhz D.Yumun adı ilə gəlib çat-
ması sonuncunun bu sahədə kifayət qədər məşhur olduğuna dəlalət edir.    
 
 
                                                 
1
 M.F.Axundov. Bədii və fəlsəfi əsərləri. Bakı, Yazıçı, 1987, s. 303. 


 
 
- 19 -
 
 
 
A.N. UAYTHED (1861-2011) – 150
  
 
 
 
Həyatı və yaradıcılığı 
 
Uaythed Alfred Nort 
(15 fevral 
1861-ci il, Ramsheyt, Böyük Britaniya - 
30 dekabr 1947-ci il, Kembric, Massa-
çusets  ştatı, ABŞ) – ingilis-amerikan ri-
yaziyyatçısı, məntiqçisi və filosofu, me-
tafizikanın orqanizmik sisteminin banisi-
dir. Keşiş ailəsində doğulan Uaythed 
1880-cı ildə Kembric universitetinin Tri-
niti kollecini bitirmiş, 1884-cü ildən bu 
kollecin riyaziyyat müəllimi, 1911-ci 
ildən 1923-cü illərədək isə Universitet 
kollecində və elm və texnologiya İmpe-
rial kollecində (London) tətbiqi riyaziyyat professoru vəzifəsində  fəaliyyət 
göstərmişdir. 1924-cü ildə Uaythed Harvard Universitetinə (ABŞ) fəlsəfə 
professoru vəzifəsinə  dəvət almış, bu vəzifəni 1937-ci ilə  qədər tutmuşdu. 
Uaythedin keçdiyi fəlsəfi yolu iki dövrə – ingilis və amerikan dövrlərinə 
ayırmaq olar. İngiltərədə Uaythed əsasən riyaziyyat, məntiq, fizika ilə məş-
ğul olmuşdu. Öz şagirdi B.Rassel ilə birlikdə o, riyaziyyatın fundamental 
anlayış və prinsiplərinin formal məntiqdən çıxarılmasından bəhs edən “Prin-
cipia Mathematica” adlı əsəri hazırlamışdır. Bu əsər XX əsrdə riyazi mənti-
qin inkişafına güclü təkan vermişdir. I dünya müharibəsinin sonuna yaxın 
Uaythed özü üçün yeni olan bir sahəyə – təbiət fəlsəfəsinə və dünyanın fizi-
ki mənzərəsinin işlənib-hazırlanması məsələlərinə üz tutdu. “Təbiətin dərki 
prinsipləri” və “Təbiət anlayışı” əsərlərində o, Britaniya empirik ənənələrinə 


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə