Microsoft Word Jurnal 2 2011 Red doc



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə4/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   2   3   4   5   6   7   8   9   ...   67

 
 
- 11 -
 
 
 
DAVID HUME (1711-2011) – 300  
 
 
David Yum (ing. David Hume) – 
ingilis-şotland filosofu, empirizm və 
aqnostisizmin nümayəndəsi, ingilis 
maarifçiliyinin  ən məşhur xadimlə-
rindən biridir. O, 1711-ci ildə Şotlan-
diyanın Edinburq şəhərində bir hü-
quqşünas ailəsində anadan olmuşdur. 
Yum Edinburq universitetində mü-
kəmməl təhsil almış, İngiltərənin Av-
ropadakı diplomatik missiyalarında 
işləmişdir. Fəlsəfi fəaliyyətə Yum 
“İnsan təbiəti haqqında traktat”ın ilk 
iki hissəsini nəşr etməklə 1739-cu ildə başlamışdır. Bir ildən sonra traktatın 
ikinci hissəsi işıq üzü görmüşdür. Sonralar Yum bu ideyaların üzərində 
işləmiş  və  “İnsan idrakı haqqında” adı altında ayrıca bir kitab da nəşr et-
mişdir. Bir çox əsərin, o cümlədən, 8 cildlik “İngiltərə tarixi”nin müəllifidir.  
D.Yumun həyatında ən parlaq və məhsuldar dövr onun Şotlandiyanın 
Milli Kitabxanasında çalışdığı dövrdür. Belə ki, az maaş almasına baxma-
yaraq kitabların içərisində olmaq ona bir sıra gələcək əsərləri üçün material 
toplamaq imkanı vermişdi.   
D.Yum Azərbaycan oxucusuna M.F.Axundovun təqdimatında səbə-
biyyət təliminin və marksizm fəlsəfəsinin təqdimatında aqnostisizmin gör-
kəmli nümayəndəsi kimi bəllidir. “Yum aqnostisizmi” dedikdə, duyğuların 
əsasında nəyin dayanması  məsələsinin atılması  və ya idrak üçün əlçatmaz 
olması başa düşülür.  


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 12 -
 
 
 
 
 
Yeni Dövr fəlsəfəsinin  
Yum mərhələsi 
 
 
S.Xəlilov 
 
 
 
D.Hume (Yum) və ingilis fəlsəfəsi 
Bir çox bioqraflar D.Yumu Şotlandiya filosofu kimi təqdim edirlər. 
Bu yəqin onun Edinburq şəhərində doğulması və etnik mənşəyi ilə əlaqədar-
dır. Lakin D.Yum həmin şəxsiyyətlərdən biridir ki, o, etnik sərhədləri keçə-
rək bütövlükdə ingilisdilli fəlsəfəni təmsil edənlərdən və bəlkə də gələcəkdə 
ingilisdilli dünya kimi tanınan bir siyasi, coğrafi-iqtisadi və mədəni-mənəvi 
məkanın təməlini, ideya əsaslarını qoyanlardan biridir. Biz, əlbəttə, nə F.Be-
kon, T.Hobbs, C.Berkli və C.Lokkun, nə də D.Yumun simasında bir ingilis 
millətçisi və ingilis milli kimliyinin ideoloqunu axtarmırıq. Və bu fikirləri 
söyləyərkən heç də təkcə D.Yumun səkkiz cildlik “İngiltərə tarixi”nin müəl-
lifi olduğuna işarə etmirik. Əslində bütün dönüş C.Berklidən D.Yuma keçid 
mərhələsində baş verir. Yəni dini düşüncənin hakim kəsildiyi bir fikir mühi-
tindən dövlətçilik təfəkkürünə və deməli, həm də milli təfəkkürə keçidi şərt-
ləndirən bir dövr onun ideya-fəlsəfii əsaslarının hazırlanması kimi məsul bir 
missiya T.Hobbsdan sonra bu sahədə  ən böyük addımlardan birini atan 
D.Yumun adı ilə də bağlıdır.  
Biz ona görə D.Yum şəxsiyyətini önə çəkirik ki, o harada isə T.Hobbs 
və C.Lokkun materialist təlimi ilə C.Berklinin subyektiv idealizmi arasında 
orta, barışdırıcı bir mövqe tutur və o dövrkü ingilis düşüncəsini öz qütblə-
rində deyil, qütblər arasındakı geniş yolda təqdim etməyə çalışır. İ.S.Narski-
nin də qeyd etdiyi kimi, əgər maddi substansiyanın tənqidində Yum xeyli 
dərəcədə Berkliyə istinad edirdisə, mənəvi-ruhani substansiyanın tənqidində 


David Hume – 300 
 
 
 
- 13 -
o daha çox Lokkun mövqeyini davam etdirirdi.
1
  
Hər bir mütəfəkkir həm də öz dövrünün ab-havasını ifadə edir. Bu mə-
nada Yum fenomeninin ictimai-siyasi kontekstini necə təsəvvür etmək olar? 
1688-ci ildə İngiltərədə burjua inqilabından sonra artıq yeni bir dünya-
görüşü formalaşırdı ki, onun da yetirmələri arasında D.Yum öz xüsusi çə-
kisi, sanbalı ilə seçilirdi. Həmin dövrdə yaşamasına baxmayaraq, C.Berklini 
inqilabın törəməsi hesab etmək düzgün olmazdı, hərçənd onun fəlsəfəsində 
də dolayısı ilə yeni düşüncənin çox uzaqlardan başlayan bir əks-sədasını 
tapmaq mümkündür. Əslində, Berkli yeni düşüncənin özü yox, bu düşüncə-
nin formalaşmasına təkan verən, keçmişin yeni dövrdəki ümumiləşmiş tim-
salı rolunda çıxış edə biləcək tərəf-müqabil olmaqla dialoqa yol açan və bu-
nunla da həm də pozitiv rol oynayan böyük düşüncə sahibi idi. Burjua inqi-
labını bu inqilabdan öncə görən, ona yol açan, bir növ ideya əsaslarını işlə-
yib hazırlayanlar isə T.Hobbs və C.Lokk sayıla bilər. F.Bekon isə sosial in-
qilabdan xeyli öncə düşüncə  tərzindəki inqilabın təməlini qoyanlardan biri 
idi. Əslində, proseslərin gedişini qısaca belə təsvir etmək olar.  
İctimai gerçəklikdə yeni həyat rüşeymləri dini fanatizmdən uzaq, ma-
terialist düşüncənin formalaşması üçün bir şərt oldu. Nəticədə F.Bekon və 
T.Hobbsun materialist dünyagörüşünə  əsaslanan empirik fəlsəfəsi yarandı. 
Bu fəlsəfə yeni cəmiyyətin strukturlaşması və siyasi cəhətdən təşkilatlanma-
sı üçün ideya əsası rolunu oynadı. Cəmiyyətdəki iqtisadi proseslər və düşün-
cə tərzindəki təkamül siyasi müstəvidə çevriliş yaratdıqdan sonra, artıq yeni 
cəmiyyətin stabilləşməsi və inqilabi əhval-ruhiyyənin səngiməsi üçün vacib 
olan kontrideya və nəhayət qütbləri barışdıran daha universal bir təlimə ehti-
yac yaranır. Bax bu mənada inqilabdan sonra əvvəlcə Berkli fəlsəfəsinin, 
sonra isə Yum fəlsəfəsinin meydana gəlməsi qanunauyğun hal hesab oluna 
bilər. Hegel triadasından çıxış etsək, burada Bekon, Hobbs və Lokk bir tezis 
kimi götürülərsə, Berkli – antitezis, Yum isə sintez mərhələsi kimi 
dəyərləndirilə bilər.  
 
 
                                                 
1
 И.С.Нарский. Давид Юм и его философия // Д.Юм. Сочинения в 2-х томах. Т.1, 
М., Мысль, 1966, с. 41.  


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə