Microsoft Word Jurnal 2 2011 Red doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə7/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   2   3   4   5   6   7   8   9   10   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 20 -
sadiq qalaraq heç bir metafizik mühakimələri qəbul etmədən təbiəti hissi 
təcrübədə müşahidə olunan hadisələr kimi şərh edirdi. Onun tənqid obyekti 
“təbiətin ikiqat artırılması”, yəni bilavasitə təcrübədə (rəngdə, səslərdə və s.) 
verilən təbiətlə kauzal, yəni elmin mücərrəd anlayışlarla (atomlar, hərəkətdə 
olan hissəciklər və s.) təsvir olunan təbiətin bir-birindən fərqləndirilməsi idi. 
Bu səhvin köklərini o, ilkin mahiyyətlər keyfiyyətində ölçüsüz nöqtələrdən 
ibarət olan məkanın, sürəksiz məqamlardan ibarət olan zamanın və nöqtəli 
kütlədən ibarət olan materiyanın götürülməsində görürdü. Uaythedə görə, 
təbiət elmi təcrübənin kauzal mənbələri haqqında mücərrəd mühakimələr 
yürütməyib sadəcə onun məzmununun izahını verməlidir; onun fikirlərinə gö-
rə, mücərrəd obyektləri hissi məlumatlar terminləri ilə təyin etmək lazımdır.  
Uaythedin fəlsəfəsi çox vaxt Eynşteynin nisbilik nəzəriyyəsinin mey-
dana gəlməsi ilə fiziki məkan haqqında təsəvvürlərdə baş vermiş inqilaba 
reaksiya kimi qiymətləndirilir. “Nisbilik prinsipi” əsərində o, obyekti tək, 
fərdi və qeydə alınmış bir hadisə kimi deyil, obyektin olduğu axındakı bütün 
hadisələrin modifikasiyası kimi nəzərdən keçirməyi təklif etdi. Uaythed bu 
qənaətə gəlmişdi ki, fizikada fiziki anlayışların dağılması fəlsəfi dilin əsaslı 
şəkildə dəyişdirilməsini, yeni anlayışların tətbiq edilməsini tələb edir. Nisbi-
lik nəzəriyyəsinin relyativist nəticələrini qəbul edən Uaythed bununla belə 
biliyin təbiəti haqqında ümumrelyativist qənaətlərə gəlmirdi. Onun fəlsəfəsi 
tamamilə əks məqsədi – yəni təcrübədə biliyin özülünün, dünyanın möhkəm 
ontoloji strukturunun olduğunu və intellektin onu dərk etməyə qadir olduğu-
nu sübuta yetirmək məqsədini güdürdü.  
 Uaythedin ABŞ-a getməsi onun metafizik-kosmoloji problemlərə ma-
rağının artması ilə bağlı olmuşdur. 1920-30-cu illərdə Kembricdə analitik fəl-
səfə qərarlaşmaqda, mədəniyyət təbii-elmi və humanitar növlərə ayrılmaqda, 
Harvard universitetində isə spekulyativ idealizm atmosferi hələ ki, qalmaqda 
idi. Uaythed XX əsr biliklərinin sintezi olan və dünya ilə biliyin, təbiətlə cə-
miyyətin, insanla dünyanın, elmin, biliyin və dinin qarşı-qarşıya qoyulmasını 
aradan qaldıran fəlsəfi sistemi yaratmaq niyyətində idi. O, onun üçün yeni 
olan sahələrə – biologiyaya, psixologiyaya, incəsənətə, ədəbiyyata, siyasi nə-
zəriyyələrə, teologiyaya və dinə müraciət etmişdir. “Yaradıcılıqda din”, “Dü-
şüncənin modusları”, “İdeyaların sərgüzəştləri” əsərləri də bütün bunların nə-


A.N.Uaythed – 150 
 
 
 
- 21 -
ticəsi olmuşdur. Artıq elmin fizikalist obrazından imtina etmiş Uaythed “Elm 
və müasir dünya” əsərində yazır: “Elm nə xalis fiziki olan, nə də xalis bioloji 
olan yeni bir aspekt almışdı. O, orqanizmləri öyrənməyə başlamışdır. Biologi-
ya iri orqanizmləri, fizika isə kiçik orqanizmləri öyrənir”. “Orqanizm” dedik-
də panpsixizm ruhunda şərh olunan elə bir akt nəzərdə tutulurdu ki, burada 
həm canlı, həm də “ölü” hesab olunan materiya, həm subyektiv, həm də ob-
yektiv olan iştirak edirdi. Uaythed öz vəzifəsini mövcudatın orqanizmik xa-
rakterinin, fiziki və psixinin vəhdətinin ifadəsi üçün mümkün qədər səmərəli 
olan çevik sxemləri, metod və anlayışları işləyib-hazırlamaqda görürdü.  
1929-cu ildə Uaythed özünün əsas əsəri olan “Proses və reallıq. Kos-
mologiya oçerki”ni çap etdirir. Bu əsərdə o, reallığın Nyutondan gələn sub-
stansional və mexanistik mənzərələri əvəzinə, prosesual və keyfiyyət para-
metrli mənzərəsini yaratmaq məqsədini qarşısında qoymuşdu. Bu vəzifəni o, 
spekulyativ metod və “orqanizm fəlsəfəsi”nin yeni kateqoriyalarının köməyi 
ilə yerinə yetirmək niyyətində idi. Uaythed empirizmin əsas mühakiməsini, 
yəni təcrübənin əzəldən şərtləndirilməsi haqqında mühakiməsini qəbul edir. 
Uaythedin tədqiqat predmetini təbii və tarixi inkişaf proseslərindən çox təc-
rübənin prosessualığını və keyfiyyətcə spesifikliyini şərtləndirən rəngarəng 
və  kəsişən vektorlar, o cümlədən hissələr, məqsədlər, dəyərlər təşkil edir. 
Reallığın ontoloji təsviri üçün Uaythed mürəkkəb kateqoriyalar sistemini 
yaradır. Bu sistemdə reallıq həm də qərarlaşma prosesində olan və hər biri 
zaman kontiniumunda yerləşən, kainatla birgə özünü reallaşdıran “duyan 
hadisələr” kimi göz önünə gəlir. Reallıq o mənada monistdir ki, o, fiziki və 
psixiyə bölünmür. Eyni zamanda reallıq həm də o plüraldır, çünki hadisələ-
rin hər birində müxtəlif vektorlar kəsişir. “Aktual hadisələr” və ideal “əbədi 
obyektlər” kateqoriyalarının köməyi ilə Uaythed yeniliyi (emercensiyanı) və 
inkişafı  dəyişkənliyin nisbi sabitliklə, davamlılığın diskretliklə, kəmiyyət 
dəyişikliklərinin keyfiyyət dəyişiklikləri ilə bir arada olması ilə izah edirdi. 
Subyekt-obyekt münasibətlərini neorealizm ruhunda izah edən Uaythed hə-
qiqəti görünüşlə gerçəkliyin uzlaşması kimi səciyyələndirirdi. Uaythedə gö-
rə, ontologiyanın kateqoriyaları arasında əlaqəliliyi yalnız kainatda “öz da-
xili münasibətlərindən başqa bütün digər münasibətlərə qadağa qoyan” ma-
hiyyətin mövcud olması haqqında mühakiməni qəbul etməklə təmin etmək 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 22 -
olar. Allah haqqında xristianlığın ənənəvi təsəvvürlərini rədd edən Uaythed 
bununla belə Allah anlayışını kosmoloji metafizikaya yeniliyin əzəli poten-
siallığı kimi daxil edir. Bu yenilik dünya ilə yaradıcı birgəiştirakda aktualla-
şır. Allah həmçinin rasionallığın və biliyin başlıca təminatı kimi çıxış edir. 
Uaythed müasir sivilizasiyanın getdikcə daha dəqiq biliklər əldə etməyə can 
atmasının, analitik metodlardan istifadə etməsinin təhlükəli olduğunu qeyd 
edirdi. Uaythedə görə, sivilizasiyanın mütərəqqi inkişafı  dəqiqliyə (mücər-
rəd biliyə) can atan insanların nə dərəcədə metafiziki mühakiməni (“reallıq 
atomistik yox, prosessualdır” mühakiməsini) rəhbər tutmalarından, onların 
düşüncələrinin “ideyaların macəralarına” nə dərəcədə qatıla bilməsindən, or-
todoksallığı aradan qaldırıb gerçəkliyin problemlərini yeni ideallar işığında 
nə dərəcədə qiymətləndirə bilməsindən asılıdır. Uaythed hesab edir ki, me-
xanistik və atomistikmi, yaxud orqanistik və prosessualmı dünyagörüşünün 
qəbul edilməsindən asılı olaraq bizim elm, sosial bilik, din və incəsənət ara-
sındakı münasibətlər haqında təsəvvürlərimiz və bu təsəvvürlərimizin sosial 
nəticələri müxtəlif olacaqdır.  
Uaythedin “orqanizm fəlsəfəsi”nin əsas məqsədi maarifləndirmək, in-
sanlara həyatın dərkində köməklik etməkdir. Con Dyui kimi, “Təhsilin məq-
sədləri və digər oçerklər” kitabında Uaythed də qeyd edir ki, təhsil prosesi 
hazır həqiqətlərin mənimsənilməsindən deyil, şagirdləri problemlərin həllinə 
cəlb etməkdən, təxəyyülü intensivləşdirməkdən ibarət olmalıdır. Uaythed 
təhsilin bir dəyər olduğunu, bu aspektin başlıca əhəmiyyət kəsb etdiyini və 
bu mənada istənilən təhsilin dini olduğunu vurğulayır. Şagirdlərin ən vacib 
bacarıqlarına Uaythed mühakimələrinin həm faktlarla, həm də idealla müqa-
yisə edə bilməsini aid edir. Xeyir idealı kimi çıxış edən Allah ideyasına şa-
girdlər ilk növbədə yaradıcılıq yolu ilə gəlməlidirlər: onların yaradıcı özünü-
realizəsinə mane olan ehkamçı dinlər həm dində, həm də təhsildə böyük ma-
neədir.  
Uaythedin fəlsəfəsində bu gün də müxtəlif cərəyan nümayəndələrinin 
müraciət etdikləri çoxlu yeni ideyalar var. O, ingilis-amerikan fikrində “pro-
ses-fəlsəfələri”nin qərarlaşmasına səbəb olmuşdur. “Proses-Allah”, “yaradı-
cı Allah” ideyaları sonralar bır sıra mütəfəkkirlərin (Con Uayld, P.Veys) ya-
radıcılığında inkişaf etdirilmişdir. Uaythedin xətti onun şagirdi, neoklassik 


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə