Microsoft Word Jurnal 2 2011 Red doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə3/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   2   3   4   5   6   7   8   9   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 8 -
konfrans keçirilmiş  və Azərbaycanda fəlsəfi tədqiqatların qonşu ölkələrlə 
əlaqəli şəkildə həyata keçirilməsi üçün zəmin hazırlanmışdır. 
Akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə AFSEA-nın həyata keçir-
diyi ən mühüm işlərdən biri də müstəqil Azərbaycanda ilk dəfə fəlsəfə jur-
nalının nəşr olunmasıdır. Elmi jurnal olmadan elmi fəaliyyətin səmərəli təş-
kili mümkün deyil. «Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının 8 il ərzindəki 
fəaliyyəti alimlərimizin Azərbaycanın çağdaş ictimai-siyasi gerçəkliyi ilə 
bağlı ciddi tədqiqatlar üzərində çalışdığını göstərir.  
AFSEA habelə görkəmli filosofların yubileylərini təşkil etməklə elmi 
ictimaiyyətin diqqətini bir daha fəlsəfi problematikaya yönəltmiş oldu. C.-
P.Sartrın və K.Popperin 100, Feyerbaxın 200, Con Lokkun 300, C.Ruminin 
800, Ş.Y.Sührəvərdinin 850 illik yubileyləri böyük təntənə ilə qeyd edildi. 
Cübran Xəlil Cübranın 125, Heydər Hüseynovun və Merlo-Pontinin 100 il-
lik yubileyləri münasibəti ilə tədqiqat işləri aparılmış və jurnal səhifələrində 
işıqlandırılmışdır.  
 İ.Kanta həsr olunmuş beynəlxalq konfransda bir neçə ölkənin nüma-
yəndələrinin iştirak etməsi bu sahədə  tədqiqatların  əlaqələndirilməsinə im-
kan yaratdı. Akademik Ramiz Mehdiyevin rəhbərliyi və təşkilatçılığı ilə jur-
nal həm də bir tədqiqat mərkəzinə çevrilmiş, jurnalın müvafiq rubrikaların-
da xarici ölkələrdəki nəşrlərin qısa xülasəsi verilmiş, həmin ölkələrdə fəlsəfi 
fikrin inkişafı və yönü ilə əlaqədar məlumatlar dərc olunmuş, Rusiyada və 
Türkiyədə çap olunan fəlsəfə jurnalları ilə əməkdaşlıq təmin edilmişdir.  
Jurnal elmi-nəzəri səciyyə daşısa da, ölkəmizdə gedən proseslərə biga-
nə qalmamış, müstəqil dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mə-
nəvi dirçəlişin ideya əsasları da işıqlandırılmışdır. Xüsusilə müasir Azərbay-
can dövlətinin memarı və beynəlxalq miqyasda gedən siyasi proseslərin bö-
yük bilicisi Heydər Əliyevin fəaliyyətinin ideya-siyasi və fəlsəfi müstəvidə 
dəyərləndirilməsinə geniş yer verilmişdir. Onun ictimai-siyasi və elmi-fəl-
səfi irsinin öyrənilməsi sahəsindəki tədqiqatların mütəşəkkil xarakter alması 
üçün Ramiz Mehdiyevin təşəbbüsü ilə AFSEA-nın nəzdində yeni elmi təd-
qiqat mərkəzinin – Əliyevşünaslıq İnstitutunun yaradılması xüsusi əhəmiy-
yətə malikdir. İnstitut Heydər Əliyevin fəlsəfi fikirlərinin, ictimai-siyasi gö-
rüşlərinin elmi-nəzəri səpkidə araşdırılması istiqamətində ciddi fəaliyyət 


Redaksiya Şurasından 
 
 
 
- 9 -
aparır. Heydər Əliyevin 80 illik yubileyinə həsr olunmuş Ümumrespublika 
Elmi-Fəlsəfi Konfransında Əliyevşünaslıq İnstitutunda aparılan araşdırmala-
rın bir qismi elmi ictimaiyyətin diqqətinə çatdırılmış və orada irəli sürülən 
bir sıra ideyalar sonrakı elmi tədqiqatların predmetinə çevrilmişdir. O vaxt-
dan bəri bu sahədə aparılan tədqiqatlar Heydər  Əliyevin elmi-nəzəri irsini 
öyrənmək miqyasından kənara çıxaraq, bütövlükdə yeni Azərbaycanda döv-
lət quruculuğunun elmi-fəlsəfi əsaslarının öyrənilməsini də əhatə edir.  
Müstəqil Azərbaycan dövlətinin çağdaş ideoloji kursunun müəyyən-
ləşdirilməsində milli fikir tarixinin rolunu nəzərə alaraq fəlsəfə tarixi sahə-
sindəki tədqiqatlara geniş yer verilmiş, Azərbaycan filosoflarının təlimləri 
müasir Avropa fəlsəfi fikri kontekstində nəzərdən keçirilmişdir.  
Akademik Ramiz Mehdiyevin təşəbbüsü ilə indiyədək Azərbaycan di-
lində işıq üzü görməmiş bir sıra klassik nümunələr tərcümə olunaraq jurna-
lın müvafiq rubrikasında dərc edilmişdir. “Dhammapada”, Ş.Y.Sührəvərdi-
nin “Hikmət  əl-İşraq”, Məhəmməd  İqbalın “İslamda dini düşüncənin re-
konstruksiyası”,  Əbdüs-Səlamın “İslam və elm”, Cübran Xəlil Cübranın 
“Peyğəmbər” əsərlərinin, Əbdülkərim Cili, Molla Sədra, Cəmaləddin Əfqa-
ni, Bertran Rassel, Karl Yaspers, Toşihiko İzutsu, Hilmi Ziya Ülkən, Taha 
Cabir Əlvani və s.-in, habelə bir çox müasir Qərb, rus və türk filosoflarının 
əsərlərindən parçalar tərcümə edilmişdir. AFSEA-nın nəşr etdiyi “Fəlsəfə və 
Sosial-siyasi elmlər” jurnalı  Tərcümələr  rubrikasında artıq 9-cu ildir ki, 
müntəzəm olaraq fəlsəfə klassiklərindən seçmələr çap edir. 
Son illərdə AFSEA-nın İnternet səhifəsi olan “Fəlsəfə dünyası” saytı 
yaradılmışdır ki, fəlsəfi maarifçilik və  gənclərin fəlsəfi tədqiqatlara cəlb 
edilməsi sahəsində bu saytın böyük rolu vardır. Xüsusilə “Fəlsəfi diskurs-
lar” və onun qaliblərinin mükafatlandırılması  mərasimləri, aktual fəlsəfi 
problemlər üzrə qoyulan sualların seminarda müzakirəsi gənclərin diqqəti-
nin fəlsəfi problematikaya yönəldilməsi və onlarda mücərrəd düşüncə qabi-
liyyətinin inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malikdir. Peşəkar fəl-
səfə mütəxəssislərinin də müzakirə  və disputlara ehtiyacını  nəzərə alaraq 
AFSEA müntəzəm surətdə fəlsəfə seminarları keçirir və yeni çıxan kitabla-
rın müzakirələrini təşkil edir. 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 10 -
Sadalanan bu işlər ictimai əsaslarla işləyən bir təşkilatın imkanlarını 
tam əhatə etməsə də, onillik fəaliyyət barədə müəyyən bir təsəvvür yaradır. 
Amma nəzərə alınsa ki, ölkəmizdə  fəlsəfənin nüfuzunun bərpa edilməsi 
üçün hələ çox işlər görülməlidir, AFSEA bundan sonrakı fəaliyyətini daha 
məqsədyönlü surətdə  həyata keçirməli və bu işdə beynəlxalq fəlsəfə 
ictimaiyyətinin dəstəyini qazanmalıdır.  
AFSEA-nın rəhbərliyi qurumun bütün üzvlərini və ölkəmizin bütün 
fəlsəfəsevərlərini yubiley münasibətilə  təbrik edir, onlara yeni-yeni fəlsəfi 
axtarışlar və tapıntılar arzulayır.  


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə