Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə24/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   20   21   22   23   24   25   26   27   ...   243

43 

 

N.B.Meçkovskaya dilin müxtəlif formaları haqqında fikirləri vardır. O bildirir ki, ümumxalq dili dilin 



mövcud olan formalarının məcmusudur. Buraya ədəbi dil, xalq-danışıq dili, məhəlli dialektlər, müxtəlif 

sosial dialektlər (peşə dili, jarqonlar, gizli korporotiv dillər, kasta dilləri) daxildir. Ümumxalq dilinə 

münasibətdə dil strukturunun realizəsinin ayrı-ayrı variantları dilin mövcudluğunun formaları kimi özünü 

göstərir [7,35]. Bu fikirlərdən aydın olur ki,  dilçi dilə bir sosial sistem kimi yanaşır. Dil variantlarının dilin 

bütövlüyü üçün əhəmiyyətli rola malik olduğu fikrindədir. Daha dəqiq desək, dilin variantsız olması onun 

inkişafı üçün maneə olacağına işarə vurur. 

Müasir dövrün əsas tədqiqatçılarından olan M.Meyerhoff dil variantlarının olmasının başlıca 

səbəblərini aşağıdakı kimi sıralayır: 

1.Bəzi insanlarla eyni səviyyədə özünü saymaq, ya da digər insanlardan fərqli olma arzusu: İnsanlar 

özlərini müəyyən bir sosial qrupun parçası kimi görmək istəyirlər, özlərini ya da yer aldığı sosial qrupdan 

kənartuturlar. Bu səbəbdən də istifadə etdikləri dil variantları fərqlidir. 

2. Cəmiyyətin dəyərlərinə özünü uyğunlaşdırma. Dilin bir variantını toplumun bilərək, ya da 

bilməyərəkdən istifadə etməsidir. İnformantlara bu variant reklam olunur və istifadəsinə təşviq edilir. 

3. Cəmiyyətdə aşağılanmayacağı ifadələri istifadə etmə: Burada toplumun dəyər verdiyi və onun 

alçalmayacağı dil variantından istifadə nəzərdə tutulur. Sosial qrupun tərkibində olanlar kobud ifadələri elə 

formada istifadə edirlər ki, qrupun etirazına səbəb olmurlar. [13,24]. 

Bu amillərə diqqətlə nəzər yetirdikdə, görürük ki, psixoloji faktorlar əsasdır. Fərdlərin müəyyən bir 

sosial mühitdə tutduğu mövqe, cəmiyyətlə üzləşmə prosesi, onun qanunlarına tabe olma (ya da olmama) 

kimi xüsusiyyətlər mühum rol oynayır. 

Son dövrlər Türkiyə dilçiliyində də dilin sosioloji tərəfləri ilə bağlı müxtəlif tədqiqatlar aparılmışdır. 

Onların bu barədə olan fikirləri də maraq doğurur. Türkiyə dilçiliyində Kamile İmer, Doğan Aksan, Nuretdin 

Demir və digərlərini göstərmək olar. Kamile İmer dildə baş verən dəyişikliklərə səbəb kimi qarşılıqlı 

ünsiyyət prosesini göstərir. "Dil, müxtəlif tərəflərdən fərqli xüsusiyyətləri meydana çıxan və müxtəlif 

formalar təqdim edən bir kompleksdir. Ən inkişaf etmiş ünsiyyət vasitəsi sayılan dil, qarşlılıqlı ünsiyyət 

prosesində anlaşma baxımından bir çox dəyişikliklər özünü göstərir" [4,213]. 

D. Aksan dil variantları arasında əslində çox ciddi fərq olmadığı fikrindədir. O bildirir ki, "Din-

məzhəb, cins, yaş, ailə, qohumluq, və yoldaşlıq qruplarının bir-birindən çox fərqli dilləri olduğunu deyə 

bilmərik. Bir qadınla bir kişinin, bir gənc oğlanla eyni yaşdakı gənc qızın nitqi arasında ancaq kiçik fərqlər 

tapmaq olar. Digər qrupların nitq fərqlərinin də kiçik olduğunu düşünürük" .(D.Aksan, Hər yönüylə dil, səh. 

88). Tədqiqatçının fikri ilə razılaşmaq olar. Əgər belə olmasaydı, dildə ayrılma prosesləri tez-tez baş verərdi. 

O, bu fərqlərin çoxluğunu peşə qruplarında yer aldığını düşünür: "Bəzi toplumlarda sözlərin istifadəsi 

baxımından, ümumi cəmiyyət üçün önəm daşımayan sözlər də istifadə olunur və bu onlar üçün ümumişlək 

hala çevrilir. Bu qruplar peşə qruplarını - həkim dili, müəllim dili və s. aid etmək olar"[2,87]. 

N. Demir isə istənilən dil formasının onun variantı olduğu fikrindədir: "Variativ araşdırmalara görə 

standart dil, yerli dialektlər, sosial dialektlər, fərqli yaş və cinsi qrupların jarqonu, məslək dilləri, qısaca dilin 

hər formada istifadəsi bir variantdır. Heç biri dilçilik baxımından digərindən üstün deyildir. [5,96]. 

İstifadə etdiyimiz dil sadəcə hardan gəldiyimiz,hansı bölgədə yaşamağımızdan asılı deyil, eyni 

zamanda mədəni keçmişimiz, əqidəmiz, iqtisadi vəziyyətimiz, cinsimiz, inanclarımız kimi bir çox sosial 

mövqelərimiz ilə bağlıdır. "Bütün cəmiyyətlərdə fərdlərin bir-birilə fərqli şəkildə danışması özünəxasıdırsa, 

digərlərinin isə müəyyən sosial qruplarla əlaqəli olduğunu söyləyə bilərik. Buna misal olaraq, bankda 

işləyənlər fəhlələr kimi, professorlar da santekxniklər kimi danışmırlar. Bu sosial qruplar arasında görünən 

sosial fərqlər, həmin qruplara məxsus fərdlərin nitqində müxtəlif dil səviyyələri üzrə -fonetika, qrammatika 

və leksikada özünü göstərir" [11,159]. 

Dilin sosial variantları sosiolekt də adlandırılır. Sosiolektin bölünmə dairəsi ilə bağlı O.Reicmann 

yazır ki,  "Sosiolekt" dil variantının daşıyıcısı olan sosial qrupların - sosial təbəqələrin, məzhəb, əqidə, cins, 

yaş, imkan, ailə-qohum, təhsil, və siyasi qrupların dilini əhatə edir[14, 81]. G. Heike və H.Glinz də sosiolekti 

bir qrupun dili kimi göstərirlər. 

Türk tədqiqatçısı F. S. Damla bir sıra dilçilərin fikirlərinə əsaslanaraq sosiolektə geniş şərh verir: 

Dilçilərin qrup dili, ya da özəl dil adı verdikləri dillər, fərdin yer aldığı sinfə, yaşa, xüsusən əqidəyə görə 

təyin edilən dildir. Eyni dilə malik olan, lakin mədəni dəyərlər baxımından ayrı-ayrı məsləkləri olan insanlar 

dildən də fərqli istifadə edirlər. Səs özəllikləri və qanunlara tabe olma xüsusiyyətlərini bir yana qoysaq, 

istifadə etdikləri sözlər də  çeşidlilik baxımdan çox fərqli olur. Dünyagörüşü və mədəni səviyyəsi aşağı olan 

insanların dili konkret ifadələrə daha geniş yer verir. Yüksək mədəni səviyyəyə sahib olan insanlar isə 

düşüncəli,dərin mənalı sözlərdən geniş istifadə edir. Cəmiyyətdə söz bazası, eyni tipli sözlərin istifadəsi, bir-




44 

 

birinə ehtiyacı baxımından insan qrupları vardır. Bu qruplar, əsasən, müəyyən məsələyə görə yaranır: hakim 



dili, dənizçi dili və s. Bu qruplara dilçilər özəl dil və ya sosiolekt deyirlər. [3,14]. 

Fikrimizcə, sosiolekt dilin sosial variantlarının müxtəlif xüsusiyyətlərini özündə birləşdirir. Bunu 

tərkibində dilin sosial diferensiallaşmasında formalaşan dil variantlarının xarakteristikası öz əksini 

tapmalıdır. Dilin sosial diferensiallaşmasını ideoloji, dini, yaş, gender və s. istiqamətlər üzrə bölsək, görürük 

ki, sosiolekt demək olar ki, dialektin öyrəndiyi bütün predmetlər üzrə dili araşdırır. Sosiolektin  tərkibində  

dilin sosial variantlarının maddi ifadəsi, o cümlədən onların qaydaları öz əksini tapır. 

 

Ədəbiyyat 



1.Rəcəbli Ə. Sosiolinqvistika. Bakı: Nurlan, 2004, 520 s. 

2. Aksan Doğan. Her yönüyle dil ( Ana Çizgileriyle Dilbilim) Ankara: Türk Dil Kurumu yayınları, 1998 

3. Damla F. S. Argo Dil Kullanımı Okul Türüne və Cinsiyete Göre Değişimi Üzerine Sosyolojik Bir İnceleme: 

Eskişehir İli örneği, Bursa, 2012. 68. S.  

4. İmer  K. (1987). Toplum Dilbilimin Kimi Kavramlarına Kuramsal Bir Bakış ve Dil Türleri, http:// 

dergiler.ankara.edu.tr/dergiler/26/1029/12452.pdf (07.11.2009). 

5. Nurettin Demir. Türkçede varyasyon üzerine// Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Türkoloji Dergisi 

17, 2 (2010) 93-106 s. 

6. Березин Ф.М., Головин. Б.Н. Обшее языкознание. М.: Просвещение, 1979. 414 s. 

7. Мечковская Н.Б. Язык и общество. Минск: Выщейшая школо, 1983. 456 с. 

8. Durell. U.Ammon, N.Dittmar, K.J.Mattheier, P.Trudgill. Linguistic Variable -Lingustic Variant/ Sprachvariable - 

Sprachvariante//Sociolinguistics An İntenational Handbook of The Science of Language and Society . New -York: 

Walter de Gruyter, 2004. I e., s.195-200. 

9. Hudson R.A. Sociolinguistics NewYork: Cambridge University Press, 1996. 279 s. 

10. Holmes J. An İntroduction to Sociolinguistics. London: Pearson/Longman, 2008.482 s. 

11. Guy G.R. R.Mesthrie. Language, Social Class, and Status// The Cambridge Handbook of Sociolinguistics. New-

York: Cambridge University Press, 2011. s.159-185 

12. Milroy James. Linguistic Variation and Change// On the Historical Sociolinguistics of English. Oxford: Blackwell, 

1992. s.372-378 

13. Meyerhoff  M. Introdicing Sociolinguistics. London: Routledge Taylor and Francis Group, 2006.  

14. Reichmann O. Deutsche Vfortforschung, Stuttgart: 1969, 102 s. 

 

ARZU KAZIMOVA 



Bakı Dövlət Universiteti 

 

MİFONİMLƏR VƏ ENANTİOSEMİYA 



 

Açar sözlər: mifonimlər, enantiosemiya,  əks məna, semantic  xüsusiyyətlər 

 

Mythonyms and enantiosemy  



 

It is known that enantiosemy is based on the existence of the two opposite meanings in one word and appear in 

the circle of a language unit. This article is dedicated to the enantiosemy in the mythonyms: the examples and parallels 

are given from tales. 

Key words:  mythonyms, enantiosemy, opposite meanings,

 semantic structure 

 

Mifonimlər öz ilkin həqiqi mənasına görə mifoloji düşüncə ilə bağlı olmaqla yanaşı, həm də lüğət 



vahidlərinin semantik inkişafı, müxtəlif məna dəyişmələri nəticəsində yarana bilər. Mifonimlərin mənası 

daha çox kontekstlə bağlı olur, fərdi xarakter daşıyır. Lakin həmin mənalar həm də inkişaf edib sözün 

mürəkkəb strukturunun tərkib hissəsinə çevrilə və müxtəlif dəyişmələrə uğraya bilər. Sözlər məna və şəkilcə 

omonim, sinonim, antonimlərə bölünür. Çoxmənalı sözün mənalarından biri əsas məna ilə əlaqəsini itirirsə, 

müstəqilləşir, yeni sözə çevrilir. Dilin lüğət tərkibində mövcud olan omonimlərin bir qrupu bu əsasda 

yaranır. Məna dəyişmələri nəticəsində yaranan söz qruplarının içərisində enantiosemiya hadisəsi ilə bağlı 

olanlar ayrıca yer tutur. 

Məna dəyişməsi ilə yaranan sözlərin bir qrupu arasında məna əksliyi olur. Bir sözün bir-birinə əks 

olan mənaları bildirməsi enantiosemiya hadisəsi adlanır. Enantiosemiya polisemiya hadisəsi ilə bağlıdır. 

Lakin bu prosesin nəticəsi, yəni sözlərin eyni səs kontekstində iki müxtəlif mənanı ifadə etməsi nəticə 

etibarilə həmin sözlərin müstəqilləşməsinə, ayrıca lüğət vahidləri kimi sabitləşməsinə səbəb ola bilər. 

Enantiosemiya hadisəsi bir tərəfdən omonimliklə, digər tərəfdən isə antonimliklə əlaqələnir. Deyilişi və 

yazılışı eyni olan sözlər fərqli mənaları ifadə edirsə, belə sözlər omonimlər adlanır. Bu baxımdan 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə