Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə27/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   23   24   25   26   27   28   29   30   ...   243

48 

 

Satirik üslubda işlənən nitq etiketləri əksər hallarda real məzmumundan  kənar işlədilir. Bu zaman 



etiketlər istehza hədəfini tənqid atəşinə tutmaq üçün şair tərəfindən bilərək verilir. M.Ə.Sabirin bütün 

satiralarında “İntellekt marşı” şeirinə baxaq: 

İntelligentik, gəzərik naz ilə, 

Ömr edərik nəşeyi-dəmsaz ilə, 

Həftədə bir dilbəri-tənnaz ilə, 

Həmdəm olub işləri sahmanlarıq, 

Ay bərəkallah, nə gözəl canlarıq! (M.Ə.Sabir) 

Və ya : 


Uşaq mənimdir əgər oxutmuram, əl çəkin! 

Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! (M.Ə.Sabir) 

Nəzm dilində müraciət etiketləri də aktiv işlənir. Burada müraciət olunanlar tərənnüm obyektindən 

asılı olur: bu obyekt insan da ola bilər, digər canlılar da, cansızlar da. Məsələn, vətənə müraicət məqamında 

işlədilən nitq etiketləri vətən, millət, torpaq sevgisinin bədii təzahürüdür. B.Vahabzadənin “Gülüstan” 

poemasından gətirdiyimiz aşağıdakı parçada bu münasibətin şahidi oluruq: 

Dayanıb Arazın bu tayında mən 

"Can qardaş" deyirəm, o da "can" deyir. 

Ey zaman, sorğuma cavab ver, nədən 

Səsim yetən yerə, əlim yetməyir?.. (B.Vahabzadə) 

Yaxud “Ana dili” şeirində ana dilinə “sən” deyə müraciət etməsilə şair dilimizin imkanlarının nə qədər 

zəngin olmasını göstərir: 

Sən xalqımın aldığı ilk nəfəsdən yarandın. 

Ana dilim, səndədir xalqın əqli, hikməti, 

Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış. 

Şeirin sonunda isə şair dilimizə laqeyd yanaşanlara ciddi etirazını bildirir, yəni narazılıq bildirən nit 

qetiketlərindən istifadə edir: 

Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar, 

Qəlbinizi oxşamır qoşmalar, telli sazlar. 

Bunlar qoy mənim olsun, 

Ancaq Vətən çörəyi, Bir də ana ürəyi, 

Sizlərə qənim olsun. 

Ünsiyyət, danışıq mədəniyyəti ziyalı - müəllim portretinin əsas cizgilərindən biridir. Nitqin etik 

normalarının daşıyıcısı və qoruyucusu kimi müəllim bu sahədə valideynlərlə müntəzəm söhbət aparmalıdır. 

Bəzən valideynlər, ata-ana, ailənin digər yaşlı üzvləri evdə bir-birinə qarşı normal olmayan münasibət 

zəminində kobud, təhqiramiz sözlər işlədirlər. Belə sözlər dərhal uşaqların danışığına keçir, başqaları ilə 

kiçicik ixtilaf zamanı həmin sözləri işlədirlər. Valideynin uşağa hər hansı bir münaqişə zəminində bu cür 

sözlər işlətməsi daha dözülməzdir. Uşağa məhəbbət, uşaq şəxsiyyətinə hörmət hal-hazırda qabaqcıl ölkələrin 

tərbiyə sistemində çox əhəmiyyətli məsələ hesab olunur. 

Bu mənada, nitq etiketlərinin nəzm dilində işlənməsinin ən gözəl nümunələrindən biri də Hüseyn 

Cavidin “Qız məktəbində” şeiridir. Şeirdəki müəllimlə şagird arasındakı dialoq ünsiyyət etikasının ən gözəl 

cəhətlərini özündə cəmləşdirmişdir. Görkəmli şair tərəflər arasındakı ünsiyyəti xarakterizə edən ən gözəl nitq 

etiketlərindən istifadə etmişdir. Bu gün həmin şeir həm məzmun dərinliyi, həm də mədəni ünsiyyət nümunəsi 

kimi şagirdlərə öyrədilir. Şeirə diqqət yetirək: 

- Quzum, yavrum! Adın nədir? 

- Gülbahar. 

- Pəki, sənin anan, baban varmı? 

- Var. 


- Nasıl, zənginmidir baban? 

- Əvət, zəngin, bəyzadə... 

- Öylə isə, geydiyin geyim neçin böylə sadə? Yoxmu sənin incilərin, altun bilərziklərin? Söylə, yavrum! 

Heç sıxılma... 

- Var, əfəndim, var... lakin Müəllimim hər gün söylər, onların yox qiyməti, Bir qızın ancaq bilgidir

təmizlikdir ziynəti. 

- Çox doğru söz... Bu dünyada sənin ən çox sevdiyin Kimdir, quzum, söylərmisən? 

- Ən çox sevdiyim ilkin O Allah ki, yeri-göyü, insanları xəlq eylər. 

- Sonra kimlər? 



49 

 

- Sonra onun göndərdiyi elçilər. 



- Başqa sevdiklərin nasıl, yoxmu? 

- Var. 


– Kimdir onlar? 

- Anam, babam, müəlliməm, bir də bütün insanlar. 

Bu şeir nitq etiketlərinin zənginliyi ilə ədəbiyyatmızda az rast gəlinən nümunələrdən biridir.  Şeir 

müəllimin müraciəti ilə başlayır: “quzum, yavrum” deməklə müəllim şagirdini oxşayır, əzizləyir. Və bu 

əzizləmə uşaqda bir daxili gümrahlıq yaradır, və bütün suallara səmimi və hikmətamiz şəkildə cavab verir. 

Beləliklə, apardığımız araşdırma göstərdi ki, nəzm dilində nitq etiketləri həm də əxlaqi-didaktik 

məzmun daşıyır. Bu etiketlər həm bədii dilin ifadəliliyini, ekspressivliyini atrırır, həm lirik qəhrəmanın daxili 

aləmini xarakterizə edir, həm də oxucular  üçün əxlaqi əhəmiyyət kəsb edir. 

 

Ədəbiyyat  



1.

 Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı, 2013  

2.

 Azərbaycan  dilinin qrammatikası. I h., Azərb. SSR EA, Bakı, 1960 



3.

 Babayev A. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, 2012 

4.

 Əfəndiyeva T. Azərbaycan ədəbi dilinin üslubiyyat problemləri. Bakı, 2001 



5.

 Əliyev K. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, 2001 

6.

  Hacıyeva İ. Nitq mədəniyyəti. Bakı, 2011 



7.

  Həsənzadə N. Seçilmiş əsərləri. Bakı, 2004  

8.

  Həsənov H. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, 2003  



9.

 Kazımov Q. Seçilmiş əsərləri. IX cild. Bakı, 2011  

 

10.


 

Seyidov Y. Azərbaycan dilinin qrammatikası. Bakı, 2006 

 

11.


 

Seyidov Y., Mərdanova S. Azərbaycan dilçiliyində qrammatika problemləri. Bakı, 2008 

12.

 

Актульные проблемы культуры речи. М., Hаука, 1970.  



13.

 

Артумов В.А. Kультура рeчи. М., Знание, 1966.  



 

 

AYBƏNİZ HƏSƏNOVA, RƏFİQ CƏFƏROV 



Azərbaycan Texniki Universiteti 

 

KALKA ÜSULU İLƏ SÖZ YARADICILIĞI 



 

Açar sözlər:  semantik məna, kalka etmə, leksik-semantik vahidlər, motiviasiya, ön şəkilçilər, fonetik 

quruluş  

The word formation with calque  

 

This article deals with the word formation with calque. The different concepts of some linguists on this problem 



have been analyzed here. Keys in the formation of the method word formation with calque are searched. The author 

analyses the investigations of the linguists concerning with this problem. Besides in the article are determined from 

different brunches. Examples are taken from different dictionaries. On the basis of the materials of the Azerbaijani and 

English languages the author studied this problem. 

Key words: semantic meaning, calquing, lexical-semantic units, motivation, prefix, photenic structure  

 

Kalka üsulu ilə söz yaradıcılığı müasir Azərbaycan dilinin leksik-qrammatik sisteminin inkişafının 



əsas yollarından biri olaraq leksika və söz yaradıcılığı, semantika və tərcüməşünaslıq məsələlərini özündə 

əks etdirir. Kalka etmə təkcə dilin öz tərkibində qurulmuş dil sistemi kimi anlaşılmır, həm də qarşılıqlı 

əlaqədə olan dillərin müəyyən elementlərinin struktur semantik uyğunluğunun qanun-qaydaları haqqında elm 

kimi başa düşülür. Kalka üsulu ilə söz yaradıcılığına müasir Azərbaycan dilində struktur semantik yaranma 

və tarixi inkişafının məhsulu kimi baxaraq, bu halı sosial amillərin təbii və ya şüuru təsirinə aid etmirik, 

çünki dilin inkişafına xarici və daxili amillərin təsiri nəzərə alınmalıdır. 

Kalka etmənin strukturunda əsas vahid kalkadan, kalka etmə sistemində isə kalkayaradan modellərdən 

ibarətdir. Kalka etmə məsələlərinə aid nəzəriyyənin yaranması və praktik tədqiqi dil əlaqələrinin 

qanunauyğun inkişafını özündə əks etdirir. 

Kalka üsulu ilə yaranan sözlərdə ümumi cəhət kalkaların surəti çıxarılan strukturunun başqa dildə 

olmasıdır. Kalkanın yaradılmasında və müəyyənləşdirilməsində isə iki başlıca cəhət nəzəri cəlb edir. 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə