Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə30/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   26   27   28   29   30   31   32   33   ...   243

54 

 

 Yüz sürürlər xəlqi-aləm səgrəşüb damaninə, 



Yoqsə bir sahibkəramət, bir rövşənramidir? (s. 353); 

 Bana sunduqların cami-cəfayi, sundun əğyarə,  

Meyi-eşq ilə guya məsti-övkar olduğum bildin? (s. 463); 

“Divan”ın dilindəki şirinlik, sadəlik, aydınlıq və ifadəlilik daha çox əsrlərdən bəri işlənərək cilalanan, 

cilalandıqca daha çox anlaşılan leksik vahidlər – (çapuk, yel, yüz sürürlər, lış etdik, sana, biz, dedik, bana, 

sunduqların, sundun, bildin)xalis türk mənşəli sözlərdir. 

Şairin türk mənşəli sözlərdən hansı dərəcədə və nə məqsədlə istifadə etdiyi aydın görünür. R.Bağda-

dinin türk mənşəli sözlərdən geniş istifadə olunması onun yaradıcılığının bütün türk dilli xalqlar arasında 

anlaşılmasını da asanlaşdırır. 

 

Ədəbiyyat 



1. 

Bağdadi R. “Divan”dan seçmələr. Bakı, 2005  

2. Musabəyli A. R.Bağdadi: mühiti, həyatı, poetikası və Divanı (əlyazma qaynaqları əsasında). Bakı: Elm, 2005 

 

 



AYGÜN ƏLİLİ  

Bakı Slavyan Universiteti    

   

DİL TƏLİMİ QANUNLARININ TƏDQİQİ 



 

Açar sözlər: dil, dil təlimi, nitq, müəllim 

  

The study of the laws of language training 



 

Scientists demonstrate various perspectives towards language training rules. The first initiative in this field was 

taken by the Russian language methodists. L. P. Fedorenco, the leading speacialist on Russian language methodology

discussed language training rules which subsequently were discussed by the specialist of the analogical field, 

N.S.Rojdestvensky. The professor on teaching methodologies of Azerbaijani language Bashir Ahmadov was interested 

in studying the rules, principles and requirements of Azerbaijani language and talked about three major rules of 

language training in his book, namely “Rules, principles and methods of Azerbaijani language training”.  

L.P.Fedorenco defined seven rules, while N.S.Rojdestvensky mentioned three. 

Key words: language, language training, rules, learner, teacher, training, speech 

 

Azərbaycan dili tədrisi metodikası elminin tədqiqat obyekti orta məktəbdə Azərbaycan dili təlimi 



prosesidir. Bu elm vasitəsilə, ilk növbədə, dil təliminin qanunları, prinsip və tələbləri aşkara çıxarılır, iş 

prosesində təlimin bu qanun  və prinsiplərə müvafiq şəkildə qurulmasını təmin edə biləcək daha effektli, 

səmərəli üsul və vasitələr müəyyənləşdirilir, onlardan düzgün istifadə yolları öyrədilir. Ümumiyyətlə, 

Azəraycan dilinin tədrisi metodikası elmi Azərbaycan dilinin proqram məzmununu, dil təliminin qanun, 

prinsip və metodlarını, məktəbdə şagirdlərə dil üzrə veriləcək bilik və vərdişlərə yiyələnmək yollarını 

araşdıran müstəqil bir elm sahəsidir. 

Qanun və qanunauyğunluq kimi sözlər mənaca yaxın olsalar da, paralellik təşkil etmir, deməli, bir-

birinin üzərinə düşmür. Qanun –maddi aləmin mühüm, zəruri, nisbi sabitlik təşkil edən, təkrar olunan, müəy-

yən şərait daxilində həmişə hadisənin inkişaf istiqamətini müəyyənləşdirən daxili əlaqələrdir. Qanun obyek-

tiv xarakter daşıyır və insandan asılı olmayan prosesdir. Biz qanunu öyrənə, aşkara çıxara bilərik, öz işimizi 

qanunun tələbləri əsasında qura bilərik, amma onu məhv edə, dəyişdirə bilmərik. Daha dəqiq mənbə olaraq 

Azərbaycan dilinin izahlı lüğətinə də müraciət edə bilərik. Lüğətdə “qanun” aşağıdakı kimi şərh olunur: 

“Qanun -1. İctimai və hüquqi münasibətlərin hər hansı bir sahəsini nizama salmaq üçün dövlət 

tərəfindən müəyyən edilən nizamnamə. Seçki qanunu; 

2. Hamı üçün məcburi olan üsul, nizam, qayda. Əxlaq qanunları, imla qanunları; 

3. Obyektiv aləmin hadisələri arasında müəyyən qaydada təzahür edən zəruri əlaqə və qarşılıqlı 

asılılıq, səbəb və nəticə arasında mövcud olan daxili əlaqə. [2,217] 

Bəs dil təlimi qanunları hansılardır və bu qanunlardan istifadə zamanı hansı çətinliklər meydana çıxır? 

Təlimin əsasında idrak nəzəriyyəsi dayanır və təlimdə iki fəaliyyətlilik özünü göstərir: müəllimin 

fəaliyyəti (öyrədən) və şagirdin fəaliyyəti (öyrənən). Şagird də özünə görə alimdir, lakin fərq ondadır ki, 

müəllim hamıya məlum olmayan məsələləri açır, şagird isə hamıya məlum olan, lakin özünə məlum olmayan 

məsələləri tədqiq edir. Müəllimin rolu isə həmin məsələlərə istiqamət vermək və onu tezləşdirməkdir. Təlim 




55 

 

qanunları öyrədənə məlum olduqda, o, öz işini bu qanunlara müvafiq quracaq və lazımi müvəffəqiyyət əldə 



edə biləcəkdir. Təlim qanunları da bizə məhz elə bunun üçün lazımdır. Əlbəttə, təlim qanunlarını öyrədənin 

xüsusiyyətində axtarmaq daha səmərəli nəticə verə bilər. Çünki bizim bütün işlərimizin səmərəsi onu öyrədə 

bilməyimizlə ölçülür. 

Metodika sahəsində dil təliminin qanunlarını müəyyənləşdirməyə son zamanlar meyil göstərilmişdir. 

Bu sahədə ilk təşəbbüs rusdilli metodistlərə məxsusdur. Rus dili metodikası üzrə görkəmli tədqiqatçılardan 

L.P.Fedorenko, daha sonra isə N.S.Rojdestvenski dil təliminin qanunlarından bəhs etmişlər. 

Alim, pedaqoji elmlər doktoru Lidiya Prokofyevna Fedorenko yeddi qanunauyğunluq müəyyənləşdir-

mişdir. Həmin qanunauyğunluqlar aşağıdakılardan ibarətdir: 

Birinci qanunauyğunluq –İnsan dili öyrənərkən üç müxtəlif məsələni mənimsəmiş olur: fonetik, 

qrammatik və leksik mənalar. 

Leksik məna dildənkənar mənadır, maddi varlığın cisim və hadisələri ilə əlaqədardır. Qrammatik məna 

da bilavasitə dillə bağlı olmayıb, məntiqi kateqoriyaları, cisim və hadisələr arasındakı əlaqə və münasibətləri 

ifadə edir. Fonetik hadisələr isə sırf dil hadisəsidir, çünki maddi aləmdə onlara uyğun gələn heç bir şey 

yoxdur. 


Müəllif öz fikrini ümumiləşdirərək qeyd edir ki, dilin mənimsənilməsi yuxarıda göstərilən üç sahənin 

mənimsənilməsinin mürəkkəb prosesi olub, dil və qeyri-dil hadisələrinin qarşılıqlı əlaqəsindən ibarətdir. 

Fedorenkonun fikrincə, leksik və qrammatik məna bilavasitə dillə deyil, obyektiv varlıqla, fonetika isə dilin 

özü ilə bağlı olduğundan belə bir nəticə çıxarmaq olar: dili yaxşı bilmək üçün fonetikanı yüz, qrammatikanı 

əlli, sözləri isə bir faiz bilməklə kifayətlənmək mümkündür. 

Sonra əsərdə göstərilir ki, demək, dilin mənimsənilməsi fonetika, qrammatika və leksikanın 

öyrənilməsidir. Bu, obyektiv qanundur, həmin qanun isə təlimdə hər üç sahəyə ayrılıqda yanaşmaq prinsipini 

irəli sürür. 

İkinci qanunauyğunluq –Uşaq məktəbə gələnə qədər dili praktik yolla mənimsəyir, onda “dil 

həssaslığı” meydana çıxır. Bu o deməkdir ki, uşaq əvvəllər eşitmədiyi, təsadüf etmədiyi dil hadisəsini 

qəflətən işlədir və həm də düzgün işlədir. Məsələn, uşaq göy-ər-mək, boz-ar-maq tipli sözləri bilir və bu tipli 

sözlərin təsiri ilə köz-ər-mək, yaş-ar-maq sözlərini özü müstəqil işlədir. 

Müəllif bu fikrin əsasında belə bir prinsip irəli sürür: təlimdə “dil həssaslığı”na arxalanmaq, 

qrammatikaya mərkəzi yer vermək lazımdır. 

Üçüncü qanunauyğunluq –Uşaq fonetik, qrammatik və leksik vahidlərlə birlikdə emosionallığı, 

ifadəliliyi də öyrənir. Bu qanun tələb edir ki, təlimdə dilin ifadəliliyinə diqqət yetirilsin. 

Dördüncü qanunauyğunluq –Yazılı nitq şifahi nitqin hərflərlə ifadəsidir. Bu qanun təlimdə yazılı və 

şifahi nitqi müqayisəli öyrətmək prinsipini irəli sürür. 

Beşinci qanunauyğunluq –Dili mənimsətmək fikrin maddi qabığını mənimsəmək deməkdir. Bu qanun 

təlimdə fikrin maddi qabığına diqqət yetirmək, yəni fikrin ifadə forması üzərində iş aparmaq prinsipini irəli 

sürür. 

Altıncı qanunauyğunluq –Dili mənimsəmək danışıq aparatının fiziki məşqini, hərəkət üzvlərinin 



fəaliyyətini tələb edir. Bu qanun təlimdə danışıq orqanları və əlin məşqi üzrə xüsusi iş aparmaq prinsipini 

irəli sürür. 

Yeddinci qanunauyğunluq –Uşaqda dili mənimsəməyə aid müəyyən zəmin yaradıldıqdan sonra 

tədricən materialın həcmi artırılmalı, məzmunu zənginləşdirilməlidir. Bu qanun təlimdə sürəti tədricən 

artırmaq prinsipini irəli sürür. 

Beləliklə, aydın olur ki, L.P.Fedorenkonun müəyyənləşdirdiyi qanunların çoxu nöqsanlıdır və 

dəqiqləşdirilməlidir. 

Yuxarıda qeyd etdiyim ki, bu sahədə ikinci fikir söyləyən rus alimi N.S.Rojdestvenskidir. Alimin irəli 

sürdüyü üç qanuna nəzər salaq: 

1.Nitqin formasını (dili) onun məzmunu (fikir) yaradır. Dildə mənasız heç bir şey yoxdur. Ona görə də 

dili öyrədərkən hər bir formanın ifadə etdiyi mənanı uşağa başa salmaq lazımdır. 

2. Nitqin yazılı və şifahi növləri bir-biri ilə əlaqədardır. Ona görə də təlimdə buna əsaslanmaq 

lazımdır. 

3. Dilin müxtəlif cəhətlərini diferensiasiya etməklə kifayətlənmək olmaz, nəticə etibarilə birləşdirmək, 

sistemə salmaq lazımdır. 

Prof. B.Əhmədov isə hər iki rus aliminin müəyyənləşdirdiyi on qanunu qruplaşdıraraq üç qanunun 

olması qərarına gəlmişdir. Bir növ, bu üç qanun seçmə, qruplaşdırma yolu ilə yaradılmışdır. B.Əhmədovun 

müəyyənləşdirdiyi üç qanun aşağıdakılardır: 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə