Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə29/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   25   26   27   28   29   30   31   32   ...   243

52 

 

AYGÜL HACIYEVA 



Filologiya üzrə fəlsəfə doktoru, dosent 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu 

 

XVI ƏSR ƏDƏBİ DİLİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİNDƏ RUHİ BAĞDADİ  



İRSİNİN ROLU 

 

 Açar 



sözlər: 

XVI əsr, Ruhi Bağdadi, Azərbaycan ədəbi dili  

 

The Role of Ruhi Baghdadi Heritage in Defining the XVI century Literary Language 



 

The article deals with the position of Ruhi Baghdadi heritage,who was one of the poets writing and 

creating in the Azerbaijani language in Baghdad in the XVI c. , in defining Azerbaijani Literary language. 

Key words: the XVI c., Ruhi Baghdadi, Azerbaijani Literary language 

 

R.Bağdadi XVI əsrdə şeirləri ilə şöhrət qazanan ən böyük divan şairlərindəndir. Onun həyat və 



yaradıcılığı uzun müddət araşdırılmadığından elm aləminə də gec məlum olmuşdur. Xalq dilinin zərif, 

ümumişlək, emosional vahidlərindən incəlik və böyük ustalıqla istifadə etməsi Ruhi Bağdadini dilimizin 

spesifik xüsusiyyətlərini yayan, mühafizə edərək bugünümüzə gətirən şairlərdən saymağa əsas verir.  

XVI əsr Azərbaycan mədəniyyəti, ədəbiyyatı və ədəbi dili özünün spesifik xüsusiyyətləri ilə digər 

dövrlərdən seçilir. XVІ əsrin böyük sənətkarları arasında Bağdadi təxəllüsü ilə yazıb-yaradanlar çox olsa da, 

bunların arasında öz zərif duyğularını azəri türkcəsi ilə dilə gətirən və tərənnüm edən Ruhi Çələbi 

Bağdadinin xüsusi yeri vardır. Ruhi Bağdadi irsinin mətnşünaslıq baxımından tədqiqi, onun dilçılık nöqteyi-

nəzərindən incələnməsi o dövrün dil xüsusiyyətlərinin öyrənilməsi üçün çox vacib məsələdir. Lakin “Divan” 

dilinin faktiki əlyazmalar əsasında geniş türkoloji aspektdə araşdırılmasının Ruhi Bağdadi irsinin daha ətraflı 

tanınmasına imkan yaradır. Hazırda qloballaşma şəraitində ədəbiyyatımız və dilimizin tarixi inkişafının 

öyrənilməsi təcrübəsi ədəbi dilin formalaşmasının dilin bütün sahələrinə nüfuz etməsi və eləcə də dilə şüurlu 

münasibətin başlanması vaxtına təsadüf etdiyini göstərir. 

Qeyd edək ki, Ruhi Bağdadinin həyat və yaradıcılığı uzun müddət araşdırılmadığından elm aləminə də 

gec məlum olmuşdur (1). XVI əsrdə Bağdadda yaşayıb, türkcə yazıb-yaratmış, zəngin irsi dövrümüzə qədər 

gəlib çatmış Ruhi Bağdadinin şeirləri öz dövründən başlayaraq bir çox tədqiqatcıların diqqətini cəlb 

etmişdir. Xalq dilini “Divan”ına olduğu kimi, xam material şəklində dilə gətirən R.Bağdadi şerlərinin 

bədiilik və obrazlılıq keyfiyyətləri diqqətimizi cəlb edir və Bağdadi irsini sevənlər kimi tərəfimizdən də çox 

qiymətləndirilir. Şairin “Divan”ının dilindəki bütün sait və samitlərin ahəngi, ritmikası və musiqililiyi onun 

fikrindən doğan, təfəkküründən süzülüb gələn məzmunu dərin mənalarla zənginləşdirib gözəl bədii dil 

formasına salınmasında çox böyük rol oynamışdır. Doğma ana dilinin yaradıcılıq imkanlarından böyük 

ustalıqla istifadə etməyi bacaran R.Bağdadinin “Divan”ında xəlqilik və milliliyin vəhdəti yüksək dərəcədə 

olub, qrammatik quruluş və kateqoriyalar, söz sırası, alliterasiya, məntiqi və həyəcanlı vurğu, intonasiya və 

fasilə baxımından müasir ədəbi dilimizdən çox az fərqlənir. R.Bağdadi “Divan”ında XVI əsr ədəbi dilimizin 

bütün üslubi vasitələri (fonetik-qrafik, leksik, onomastik, semantik, frazeoloji, sintaktik və poetik sistemi) öz 

əksini tapmışdır; hər bir nitq vahidi (səs, söz, sərbəst və sabit söz birləşmələri, cümlə, mətn) metaforikləşə 

bilir, səciyyəvi emosional-ekspressiv xüsusiyyətlər qazanır. 

R.Bağdadinin bütün şeirləri tək əsəri olan “Divan”ıdır“. Divan”ında gözəl poetik nümunələr yaradan 

R.Bağdadi əsasən ərəb-fars mənşəli sözlərdən istifadə etsə də, daim ana dilinə üstünlük vermiş, Azərbaycan 

dilinin bütün məna incəlikləri və zənginliklərini ifadə etmiş və doğma dilinin fonetik, leksik-semantik və 

qrammatik imkanlarını bütün parlaqlığı ilə nümayiş etdirməyə nail olmuşdur. 

R.Bağdadi xalqının nəcib mədəni-əxlaqi keyfiyyətlərinin zənginliklərindən qaynaqlanan doğma ana 

dilinin məna incəliklərindən məharətlə istifadə edən söz ustadlarından olmuşdur. Onun şeir dilində çox sayda 

işlənən appelyativ (ümumi sözlər), onomastik (xüsusi sözlər) leksika öz məna zənginliyi ilə nəzər-diqqəti 

cəlb edir. Apelyativ leksika əşya, hadisə və s. haqqında təsəvvürümüzdə canlanan anlayışlardır və bu 

anlayışları ümumi şəkildə ifadə edən sözlər hər bir dildə xaotik şəkildə deyil, sistemli şəkildə 

mövcuddur. Azərbaycan dilində apelyativ leksikanın bu sistemi təşkil edən söz qrupları (ilkin sözlər, törəmə 

sözlər, qədim sözlər, yeni sözlər, ekspressiv sözlər, səs təqlidi sözlər, alınma və ümumişlək sözlər, köhnəlmiş 

və arxaik sözlər, termin və dialektizmlər, peşə-sənət sözləri, ekzotik sözlər və s.) vardır. Onomastik leksikaya 

isə, məlum olduğu kimi, xüsusi söz və xüsusi ad mənasında işlənən sözlər qrupu (antroponimlər, etnonimlər, 

toponimlər, hidronimlər, zoonimlər, kosmonimlər və s.) daxildir. R.Bağdadi “Divan”ı dilində bunlardan 




53 

 

hamısı olmasa da, bəziləri işlənmişdir. “Divan”da appelyativ leksikaya aid əldə edilən sözlər iki cürdür: 



a) müasir Azərbaycan ədəbi dilində fonetik, morfoloji və semantik cəhətdən dəyişməyən(qaraltı, zəmanə, 

gül, bəla, gün, qan, dilbər, bəla və s.) sözlər; və b) müasir Azərbaycan ədəbi dilində fonetik, morfoloji və 

leksik cəhətdən dəyişən sözlər: 

Bir qaraltıdır həman xeyli-xətindən ağlamam, 

Ğalib olur cümləyə tənha o xali-dilguşa (s.182) 

Əhli-vəfayə feyzi-rəsənsən zəmanədə,  

Layiq degil fələkdən irişmək cəfa sana (s.166); 

Ruhiya, baği-lətafətdə açılmış güllər, 

Baddən sanma qızarmışdır o ruyi-ziba (s.183); 

Gəlsə xəti, bizi qurtarsa bəladən, der idik, 

Ruhiya, gəldi xəti, oldi bəla üzrə bəla (s.183); 

 

 “Divan”dan toplanan faktiki nümunələr arasında müasir Azərbaycan ədəbi dilində fonetik və 



semantik cəhətdən dəyişən sözlər də işlənmişdir: 

Miyanı qılçə, canımdır, - demiş əğyar, eşitmiş yar

Demiş: - Nazik xiyal, ancaq bu, Ruhinin xiyalidir (s.245); 

 Salub getmə gənci-bəladə bizi, 

Gəl, ey bimürvət, gəl, ey şivəkar (s.304); 

 Daği-xunilər degil sinəmdə ey şəh, cabəca, 

Bir avuc altun alub qoynuma qoydum bən gəda (s.172); 

Yüzünün bir baqışı yüz güli-xəndanə dəgər, 

Zülfünün bir qılı bin sünbüli reyhanə dəgər (s.236); 

Nə üşşaqə o kafir iltifat eylər, nə əğyarə, 

Bir afətdir edər əlayəvü ədnayə istiğna (s.175); 

İzin tozini qormi yerə düşməgə nəsim, 

Əttar Çinə ilətüb anı ərməğan verir? (s.230); 

Qanqı gülsən ki, ola cilvən ilə qaməti-yar, 

Çərxə baş əgməsə hər köhnə giyahi yaraşur (s. 262); 

Gərçi ol ləli-təbindən irişür canə səfa, 

Sonra amma xəti sevdasinə düşmək nə bəla! (s. 182); 

Qanqı bağə yadi-rüxsarinlə çeşmim versə ab, 

Andə hər peyda olan gül hasil eylər abi-tab (s. 191). 

Məlumdur ki, appelyativ leksikaya daxil olan söz qrupları (ilkin sözlər, ümumişlək sözlər, törəmə 

sözlər, qədim sözlər, yeni sözlər, ekspressiv sözlər, səs təqlidi sözlər, alınma sözlər, köhnəlmiş və arxaik 

sözlər, poetik sözlər, termin və dialektizmlər, peşə-sənət sözləri, ekzotik sözlər və s.) müasir Azərbaycan 

dilində işlənmə dərəcəsinə görə fərqlənir. İşlənmə dərəcəsinə görə fərqlənən söz qrupları insan şüuru və 

təfəkkürünün qavrayıb əks etdirdiyi obyektiv gerçəkliyin əşya və s. hadisələrini ifadə edir. “Divan” dilində 

bu söz qruplarının leksik-semantik cəhətdən təhllili onların bir sıra spesifik cəhətlərini üzə çıxarır. 

Ruhi Bağdadinin məzmunca çox zəngin ədəbi-bədii irsinin yadigarı olan şeirlərinin leksikoloji 

baxımdan linqvistik səviyyədə öyrənilməsi şeir dilində tək və çoxmənalı sözlərin, onların həqiqi və məcazı 

mənalarının, leksik-semantik söz qruplarının (omonim, sinonim və antonimlərin), idiomların, frazeoloji 

birləşmələrin, eləcə də sözlərin mənşəyinə görə yaranma yollarının hərtərəfli və sistemli şəkildə tədqiqini 

tələb edir. Ruhi Bağdadinin “Divan”ında işlənmiş leksemlərin bu cür tədqiq edilməsinin eyni zamanda dil 

tarixinin XVI əsr dövrü leksikasının bəzi məqamlarına aydınlıq gətirməyə imkan verir. 

Hər bir dilin tarixi inkişafı boyu bu cür alınmaların bir qisminin müxtəlif zaman kəsiklərində məna 

daralmasına və ya genişlənməsinə, yaxud da, tamamilə fərqli məna çalarları qazanmasına məruz qalması 

danılmaz faktlardandır. 

Bədii dilin, xüsusilə şeir dilinin təhlili qarşısında duran mühüm məsələlərdən biri şairin xalq dili ilə 

əlaqə və münasibətini, onun üslubunun xəlqiliyi dərəcəsini müəyyən etməkdir. Bu məsələ isə hər bir 

sənətkarın dünyagörüşü, onun fərdi təxəyyülü və təfəkkürü ilə sıx bağlıdır. Bu cəhətdən Ruhi 

Bağdadinin yaradıcılığı təkcə dilinin sadəliyi ilə deyil, müəllifin leksikanın müxtəlif qatlarından bacarıqla 

istifadə etməsi ilə də diqqətəlayiqdir: 

Təbi-büləndimizlə teyyi-mərahil etdük, 

Çapuk səvarvəqtüz yükün səməndimiz var (s. 352); 

 Yel götürmüş ya Süleymani-nəbi təxtimidir? 

Ovci-rüfətdə bu qəsri-dilkeşü rənamidir? (s. 353); 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə