Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə35/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   31   32   33   34   35   36   37   38   ...   243

64 

 

Dialoji nitqin tədrisi zamanı daha çox çətinliklər özünü biruzə verir ki, bunlardan biri stimul 



yaratmaqdır. Dialoq zamanı tərəflərdən hər ikisi də nə qədər aktiv olarsa ünsiyyət də bir о qədər maraqlı 

alınar. Əgər tərəflərdən biri digərinə sual verməklə о biri isə yalnız sualları vacablandırmaqla kifayətlənirsə 

buna dialoqdan daha çox sual-cavab kimi baxmaq olar və bu kənardan süni kimi görünür. Dərsdə əsas stiml 

verici vasitələrdən biri real həyat situasiyalarının dərsə gətirilməsidir. Bu həm dil öyrənənlərə stimul verir, 

həm də onları real həyata hazırlayır. Belə situasiyalardan xəbərdar olan tələbə real həyatdakı situasiyalarda 

ünsiyyət qurmağı bacarır. Dərsliklərimizdə əsas məsələ ondan ibarətdir ki, autentik mətn, tapşırıqlar demək 

olar ki yoxluq təşkil edir. Bu problem də tələbələri real həyata hazırlamaqda çətinliklər törədir. Dil 

özlüyündə çox dəyişkən olduğuna görə dilin tədrisi vasitələri də dildəki hər bir yeniliyi olduğu kimi 

çatdırmaq üçün dəyişkən olmalıdır. Əsk halda bu ikilik arasında əlaqələr pozulur və nəticədə dil öyrənmənin 

səviyyəsi müasir tələblərə cavab verə bilmir. 

Ədəbiyyat 

1.

 F.Seyidov. Şagirdlərin şifahi nitqinin inkişaf etdirmə yolları. Maarif -1967 



2.

 R.Y.Barsuk. Azərbaycan məktəblərində xarici dil tədrisinin bəzi problemləri. Maarif - 1967 

3.

 Z.Ağayev, A.Rəsulova, L.Muradlı. English, Student's book-9. Bakı-2005. 



4.

 Berns, M. S. (1984). Functional approaches to language and languageteaching: Another look. In S. Savignon & M. S. 

Berns (Eds.),"Initiatives in communicative language teaching. A book of readings"(pp. 3-21). Reading, MA: 

Addison-Wesleynication Studies. (EDRSNo. ED 235 690, 23 pages 

5.

 5. Brown, H.D. (1994) Teaching By Principles: An Interactive Approach to Language Pedagogy. New Jersey: 



Prentice-Hall. 

6.

 Ellis, R. (2003). Task-based Language Learning and Teaching.Oxford: Oxford university Press. 



7.

 E.V. Gatenbyn. English as a foreign language, advice to non english teachers. London-1966 

8.

 Gephardt, J. G. (1996). Teaching English as a Foreign Language: A Teacher Self-Development and Methodology 



Guide, Ann Arbor: The University of Michigan Press. 

 

 



AYTƏN HACIYEVA 

Filologiya üzrə fəlsəfə doktoru, dosent 

Azərbaycan Dillər Universiteti  

 

XIX ƏSR QARABAĞ SƏNƏTKARLARININ YARADICILIĞINDA ALLİTERASİYA 



 

Açar sözlər: Qarabağ sənətkarları, alliterasiya, poeziya 

 

Alliteration in works of Karabakh artists of the nineteenth century 



 

Karabakh artists of the nineteenth century have applied the event of alliteration to achieve excellence in their 

poetic art samples. Thus, there are many examples of connection of components on the basis of alliteration in the poetic 

samples of Baki, Mamayi, Makhfy and Yuzbashov. The artists have not been indifferent  not only to the harmony of 

words, but also to the harmony of sounds in their works. It also has further increased the value of their works. 

Key words: Karabakh artists, poetic samples, alliteration 

 

XIX əsr Qarabağ sənətkarlarının bəzən əsərlərində sözün obrazlılığı və fonik harmoniyasını yaratmaq, 



başqa sözlə desək, bədii mükəmməliliyə nail olmaq üçün alliterasiya hadisəsinə müraciət etmələri onların 

folklordan bəhrələnmələri anlamına gəlir. Təsadüfi deyildir ki, dilimizin musiqililiyi, ahəngdarlığı, şairəliliyi 

təmin edən ifadəlilik vasitələrindən olan allitersiyanı tədqiqata cəlb edən bütün amillər (Jirçmunski, Şerbak, 

Əran, M.Adilov) bu fonik hadisəyə folklor elementi kimi yanaşmışlar. Doğrudan da, “türk şeirinin ən arxaik 

xüsusiyyətlərindən olan“ [3; s.106] alliterasiya nazlama, bayatı və s. kimi şifahi xalq yaradıcılığı nümunələ-

rində oynaqlıq, ahəngdarlıq, musiqilik yaratmaq üçün xüsusilə əhəmiyyətlidir. Görkəmli ədəbiyyatşünas alim 

M.K. Xamzayevin sözləri ilə desək, “ alliteraiya özünü daha çox şifahi xalq ədəbiyyatı nümunələrində 

göstərir [5; s.32] klassik şərq poeziyasında da” əsrlər boyu işlənib, təkrarlanıb gələn izafət tərkiblərinin çox 

böyük hissəsində komponentlərin alliterasiya əsasında əlaqələndirilməsi müşahidə edilir [1; s.51]. Başqa 

sözlə desək, sözlərin işlənmə tezliyi klassik örnəklərimizin əsas atributu olub “ifadə edilən fikrin daha relyef-

li nəzərə çatdırılmasına, xüsusi tərzdə qeyd olunmasına kömək edir”. “Tam qafiyənin təşəkkülünə doğru 

ilkin addım sayıla biləcək” alliterasiya hadisəsini bir çox araşdırıcılar yalnız şeir dili ilə əlaqələndirərək 

sözügedən hadisənin poetik örnəklər üçün səciyyəvi olmasına dair mülahizələr səsləndirmişlər [4; s.421-

425]. Bu hadisə nəsrdə də bədii vasitə kimi yararlanmasına rəğmən həqiqətən, “alliterasiya daha çox şeir dili 

üçün səciyyəvi olub, burada daha artıq emosionallıq yaranmasına xidmət göstərir” [2;s. 55]. 



65 

 

XIX əsr “Məclisi-üns”, “Məclisi-fəramuşan” üzvləri də xalq dilinin müvafiq xüsusiyyətlərinə 



əsaslanaraq “səs təkrarının çox müxtəlif növlərindən ahəngdarlıq, bədiilik vasitəsi kimi istifadə etmişlər”. 

Qarabağ ədəbi mühitinin bir çox söz ustadları eyni hissəciyin təkrarından ibarət poetik örnəklər yaratmağa 

müvəffəq olmuşlar. 

Nə bilsin əhli-dərdin halını bidərd olan kəslər

Nə hasil biməlal əşxasə izhari-məlal etmək [8; s.227] 

Müəllif “bi” ünsürünün təkrarlanması ilə alliterasiya yaratmış, bununla da şeirin ahəndarlığını daha da 

artırmışdır. Bir çox hallarda isə müəyyən ünsür- şəkilçi fərqi ilə söz təkrarlarından ibarət alliterasion 

nümunələr nəzmə çəkmişlər. 

Xəyali-zülfi ruyin gözdən almış xabımı yeksər, 

Ki, aşiq çeşmini şəb ta səhər bixab yazmışlar [8; s.145] 

Və ya: 

Nə gördüm sən vəfadə, aşiqə tərki-vəfa etdin? 



Vəfanı tərk qıldın, bivəfa, yüz min cəfa etdin [8; s.108] 

M.Məxfi sevimli məhbunun zülfünün xəyali ilə gecələr sübhədək cəfalar çəkməsini bəyan edərkən xab 

sözünün təkrarı ilə alliterasiya nümunəsi yaratmışdır. Yeri gəlmişkən qeyd edək ki, “ səs təkrarı tərkibində 

həmin səslər işlənən söz təkrarı ilə birləşdikdə daha yüksək səviyyəli ahəngdarlıq yaranmış olur”. 

Mən aşiqəm ay qara, 

Həftə qara, ay qara. 

Qəm evində canansız 

Bir gün keçər ay qara [8; s.147] 

Yaxud: 

Yad olma, əzizim, yadına sal yadları, 



Yar yar olmazkən yad olacaymış, nə bilim? 

Nümunələrdən bəlli olduğu kimi, söz təkrarları ilə zəngin olan parçalarda da səslərin ahəngi mühüm 

rol oynayır. Qarabağ sənətkarlarının poetik örnəklərini araşdırarkən “q” səsinin təkrarlarından ibarət 

nümunələrə daha çox təsadüf etdik. Sözügedən sənətkarların poetik nümunələrindən “q” səsinin işlənmə 

tezliyinin xarakterliyi təsadüfi olmayıb, Jirmunskinin sözləri ilə desək, qədim türk xalqlarına xas element 

kimi qiymətləndirilmişdir [6; s.16]. “Məclisi-üns”, “Məclisi-fəramuşan” üzvlərinin yaradıcılığında eyni 

kökdən olan vahidin təkrarlanması hallarına da təsadüf etdik. Bu baxımdan Natəvan, Mirzə Həsən, 

M.Bülbülün nümunələri maraqlıdır. 

Nə gül olaydı, nə gülzarü gülşənin seyri, 

Nə xari-möhnəti-bülbül səninlə möhkəm olaydı. [8; s.153] 

Mirzə Həsən: 

Mənim gülüm, çəmənim, gülşənim, əzizimsən, 

Gəl, ey camalı gülüm, türfə gülüstanım, gəl. [8; s.212] 

Bülbül: 


Qiyami-qiyaməti eylər qiyamət

Xüram etsə batar aləm məlalə. [8; s.30] 

Qarabağ sənətkarlarının yaradıcılığında bir səs ilə fərqlənən vahidlərdən ibarət misra və beytlər də 

mühüm yer alır ki, sözügedən vahidlərin təkrarı ilə daha yüksək səviyyəli ahəngdarlıq yaranmış olur. 

Məzarım aç, sərimdən çıxmayan şövqi-xətü zülfin, 

Görərsən, kaseyi-sərdə mücəssəm muri marım var. [8; s.131] 

Və ya: 

Görüb könül quşi xalü xəttin, olub heyran, 



Gedüb, o daneyi-xalin, olub giriftari. [8 s.37] 

Yaxud da: 

Gedüb, edüb özünə tari-zülfini məskən, 

Uçüb könül quşi, etmiş fərar, müddətdür. [8; s.56] 

Nümunədən də aydın olduğu kimi, M. Katib əsasən sözdəki başlanğıc səsin təkrarı ilə alliterasion şeir 

nümunəsi yaratmışdır. Səslərin semantik, estetik xüsusiyyətlərinin araşdıran A.P.Juravlyov da sözün ilkin 

səsinin aparıcı çəkiyə malik olmasından bəhs edərək yazır: “...başlanğıc səs digərlərindən daha mühümdür... 

Psixoloqlar belə zənn edirlər ki, sözdəki ilkin səs digərlərinə nisbətən dörd dəfə artıq nəzərə çarpır” [7; s.38]. 

Klassik şeir ədəbi məktəbin nümayəndələri kimi, Məxfi, Məmayi, Baki, Yüzbaşov kimi qələm 

sahiblərinin poetik örnəklərində də komponentlərinin alliterasiya əsasında əlaqələnməsi müşahidə edilən 

nümunələr yox deyildir. 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə