Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə34/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   30   31   32   33   34   35   36   37   ...   243

62 

 

Şifahi nitq əhalinin bütün təbəqələri tərəfindən istənilən məqsəd və şəraitdə ünsiyyətə xidmət etdiyi 



üçün onu danışıq dili də adlandırmaq olar. 

Yazılı nitq təbiətinə görə monolojidir. Yazılı nitqdə situativlik şifahiyə nisbətən aşağıdır. Yazılı nitq 

zamanı mürəkkəb cümlə və sintaktik konstruksiyalardan istifadə mümkün olur. Yazılı nitq xüsusi publisistik 

dilə malikdir. Nə qədər məişət məqsədləri və şəraitindən asılı olsa da yazılı nitq daha çox kitab dili kimi 

xarakterizə olunur. 

Təbii ki, danışıq dili nümunələri də hekayə tərkibində dialoq şəklində yazılı formada ifadə oluna bilər, 

lakin bu zaman istifadə olunan dırnaq işarələri, defıs və s. bunun şifahi dilə aid olduğunu açıq şəkildə vurğula-

mış olur. Şifahi və yazılı nitq arasındakı fərqlər о qədər böyükdür ki, metodikada bunları nəzərə almamaq 

mümkünsüzdür. Bu fərqlər tədrisin məqsədinə və nitq formalarına əsasən dil materialının seçilməsinə təsir edir. 

Nitq əməliyyatlanndakı fərqlər şifahi nitqin və oxunun tədrisi zamanı da fərqli metod və priyomlardan 

istifadəni tələb edir. Şifahi nitqdə müəyyən bir sözün lıansı nitq hissəsinə aid olmasını vurğunun müəyyən 

etməsi nəzərə alınmalı bir məsələdir. ( məsələn, 'present- hədiyyə isim, pre'sent- təqdim etmək fel, 'subject- 

fənnı isim, subject- tabe etdirmək fel və s.). 

Vurğunun köməyi ilə cümlədə rəsmi sözün adi xidməti sözlərdən fərqləndirmək müınkün olur 

(məsələn, 'Let him 'go 'there- İcazə verin о ora getsin; Let him 'go 'there- Qoy о ora getsin; We 'can 'fish- Biz 

balığı konservləşdiririk, We can 'fish in the 'lake- Biz göldə balıq tuta bilərik və s.). Vurğunun yerinə görə 

mürəkkəb sözü təyinli sözdən seçmək mümkündür (məsələn, a 'sleeping bag- çanta yataq; a 'sleeping 'boy- 

yatan oğlan və s.) Məlumdur ki, bu işarələr oxu zamanı nəzərə çarpmaya da bilər. 

Yazılı nitqin də özünə məxsus göstəriciləri vardır ki, hansıki danışıq zamanı reallaşmır. (məsələn, 

[brAdəz pıktjəz] ifadəsinin mənasını qrafıki formasını görmədən başa düşmək çətindir. Qrafıki formanı 

görmək kifayət edir ki, məna anlaşılsın ( məsələn, brother's pictures- qardaşın şəkilləri, brothers' pictures- 

qardaşların şəkilləri). Yazılı nitqdə nəzərə çarpan vacib işarələrdən biri də sözlər arasındakı məsafədir ki, ona 

görə də məna dəyişir ( məsələn, twenty three-cent stamps-iyirmi dənə üç sentlik marka, twenty-three cent 

stamps- iyirmi üç bir sentlik marka). 

Aydındır ki, şifahi nitq zamanı bu şərtlərdən heç biri о qədər də özünü doğrultmur. Danışıq və oxuda 

seçilmiş material üst-üstə düşürsə bu zaman tədrisdə uğur yalnız yazılı və şifahi dil formalarına fərqli 

yanaşma sayəsində mümkün ola bilir. 

Xarici dilin ünsiyyətinin tədrisi zamanı tələbələrdə danışma bacarığının formalaşması ən vacib şərtlər-

dən biridir. Burada əsas məqsədlərdən biri və ən başlıcası tələbənin xarici dildə istənilən mövzuda sərbəst 

fikir mübadiləsi edə bilməsidir. Şifahi nitqin linqvistik xüsusiyyətlərindən danışarkən onun formalarından da 

danışmaq lazım gəlir. Nitqin 3 formada həyata keçirilir: şifahi dialoq, şifahi monoloq və yazılı monoloq. 

Şifahi nitq yazılıya nisbətən daha dəyişkəndir. Şifahi nitq lüğət və qrammatik nöqteyi nəzərindən bəzi 

xüsusiyyətlər istisna olmaqla demək olar ki, sərbəstdir. Məişət dilini məktəb və dil universitetlərində tədris 

etmək mümkün deyil ona görə də məktəblərdə standart ingilis dili tədris olunur. Tədris müəssisələrində təd-

ris olunan şifahi dil yazılı dilin ınonolojiformasına yaxın olan ədəbi formadır. Şifahi nitqin bəzi xüsusiyyətlə-

rindən dil öyrənənlərin xəbərdar olması vacibdir, əsk halda dinləyən zaman heç nə başa düşülməyəcək. Dia-

loji nitq situativ olduğundan kommunikantlar arası anlama prosesi burda vacib rol oynayır, bir kommunikant 

informasiyanı çatdıran zaman о biri mütləq dinləməli və başa düməlidir ki, əks əlaqə yaransın ki, ünsiyyət 

baş tutsun. Buna görə də dil öyrənənlərdə dinləmə bacarığının inkişaf etdirilməsi əsas məqsədlərdən biri 

olmalıdır. Müasir dövrdə orta məktəblərimizdə şagirdlərin dinləmə qabiliyyətinin inkişaf etdirilməsinə çox 

az yer ayrılır. Halbuki bu şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi üçün çox vacibdir. Şagirdlər sinifdə öz 

müəllimlərinin danışığından başqa demək olar ki, heç kimin nitqini eşitmirlər. Təbii ki, şagirdlər dərsdə disk, 

kasset və s. vasitələrlə doğma dil daşıyıcılarının nitqini dinləmək şansına malik olsaydılar daha yaxşı olardı. 

Lakin, bizim məktəb dərsliklərimizin heç biri belə əlavə vəsaitlə təchiz edilməyib. 

Şifahi nitqin əsas formalarından biri dialoqdur ki, dialoqun baş tutması üçün əz azı iki nəfərin olması 

vacib şərtdir. Dialoq kommunikativ istiqamətli replikadan ibarət olan ünsiyyət formasıdır. Dialoqun 

aşağıdakı xüsusiyyətləri vardır: 

1.  Cavabda yarımçıq cümlələrin işlənməsi. Bu heç də о demək deyilki, tələbələrə tam cümlə 

öyrədilməməlidir, sadəcə onlar bundan xəbərdarolmalıdır. 

- What is your name? 

- Nick. 

- How old are you? 

-  16 

- Where are you from? 



- England. 


63 

 

2.  Qısaldılmış inkar hissəciklərin işlənməsi: don't, isn't, haven't,won't, can't, wouldn't və s. 



3.  Abreviasiyaların  işlənməsi:   lab  (labaratory),  РЕ  (physicaleducation), math (mathematics) və s. 

4.  Danışıq ifadələrinin işlənməsi: well, oh, of course, you know və s. 

Bundan əlavə danışıq ifadələri (you see, you mean, as for me, I believe so, 1hope so, to tell the truth 

və s.) söhbəti başlamaq, söhbətə qoşulmaq,təsdiqləmək, şərh vermək və s. üçün əhəmiyyətlidir. 

Dialoqun bir neçə növü vardır: 

• Sual-cavab 

• Sual-sual 

• Hökm-hökm 

• Hökm-sual 

Demyanenko dialoqun aşağıdakı kimi klassifikasiya edir: sorğu-sual, söhbət, disput. Sorğu- sualda 

sual və cavabdan ibarətdir. Söhbət əsnasında sual və cavab verənin yeri dəyişə bilər. Söhbət dialoq növü 

əsasən replika və hekayətdən ibarət olur, disput isə eyni sual ətrafında doğan müzakirədən müxtəlif fıkirlərə 

malik olan çoxsaylı iştirakçısı olan dialoq növüdür. Şifahi dialoq ünsiyyətin ilkin forması hesab edilir. 

Dialoji nitqə malik olmaq avtomatizasiyanın səviyyəsini artırır və bu da öz növbəsində söhbətin təbiiliyini 

təmin edir. Dialoji nitqə malik olmanın çətinliklərindən biri fikir mübadiləsi prosesində linqvistik strukturdan 

xəbərdar olmamaq və hazırlıqsız nitqdir ki, bu da daha çox təcrübə tələb edir. 

Şifahi dialoqla şifahi monoloq tərs mütanəsibdir. Dialoqdakı ünsiyyət tərəfləri arasındakı qeyri-nitqi 

informasiya monoloqda nisbətən az istifadə olunur. Monoloqda əşya göstərilmir yalnız adı çəkilməklə 

kifayətlənir. Şifahi monoloq hazırlıqlı nitq hesab olunur, burada əvvəlcədən fikirlər planlı şəkildə 

proqramlaşdırılır. Monoloq nitq bir nəfər tərəfindən öz və başqa bir adamın fikirlərinin ardıcıl, məntiqi 

şəkildə hekayə edilməsidir. Auditoriya qarşısında çıxış edən zaman üzündən oxumağa yol verilmədiyinə 

görə nitq söyləyənin fıkirləri və nitq ifadəsi dinləyicilər qarşısında reallaşmalıdır. Monoloji nitq zamanı 

dialoji nitqdəki kimi çox sürətli və monoton nitq, eləcə də qeyri-nitq vasitələri olan jest, mimika, tonun tez-

tez dəyişməsi, natiqin yerini dəyişməsi kimi ünsürlər dinləyicilərdə mənanı tutmaqda çətinlik yaradır. 

Monoloji nitq zamanı yarımçıq, tamamlanmamış cümlələr özünü doğrultmur. Burada çətinlik törədən əsas 

səbəblərdən biri də məntiqi vurğudur ki, onun yerinin dəyişməsi məna dəyişməsinə gətirib çıxarır. Şifahi 

monoloqun hekayə, məruzə, mühazirə, çıxış kimi növləri var. Некауə- danışanın başına gəlmişlərdən, 

eşitdiklərindən, oxuduqlarından və gördüklərindən hekayə etməsidir. Mühazirə- Biliyin çatdırılmasınm 

formalarından biri olub dərslik və ya proqram materialının hekayətindən ibarətdir. Məruzə- müəyyən bir 

problem ətrafında faktlar və rəsmi məlumatlardan ibarət olan ictimai formalı bir monoloq növüdür. Çıxış- 

iclas vaxtı bir və ya bir neçə sual ətrafinda olan qisa, fraqmentlərdən ibarət olan ifadə formasıdir.Monoloqun 

xüsusiyyətləri ondan ibarətdir ki, monoloq xüsusi bir hazırlıq tələb edir. Monoloq zamanı çatddırılan 

məlumat arqument və faktlar, danışanın öz nöqteyi nəzəri ilə dinləyicini inandırmalıdır. 

Monoloqun digər bir növü də yazılı monoloqdur. Monoloqun bu növü də şifahi monoloqla eyni 

xüsusiyyətlərə malikdir. Lakin şifahi monoloqa nisbətən yazılı monoloq daha geniş, quruluşca mürəkkəb, 

planlı, məntiqli əlaqəli olur. Yazılı monoloq fikirlərin ifadəsi zamanı şifahi nitqin mexanizmlərindən öz üslu-

buna uyğun qrafiki forma geyindirməklə istifadə edir. Yazılı monoloqda kommunikativ vasitələr olan mimi-

ka, jest, intonasiyadan istifadə oluna bilməz. Şifahi nitqin yazılıya çevirən zaman eyni bir firkin ifadəsi üçün 

müəllif yazılı nitqə mənsub olan müxtəlif vasitələrdən istifadə edir. Yazılı monoloqun növləri bunlardır: 

qeydlər, plan, tezislər, konspekt, essey, rezume, referat, məruzə, məqalə, sərəncam, fərman, hesabat və s. 

Yazılı monoloqda sərbəst olaraq fikrini ifadə edə bilmək bacarığı şifahi nitqə müsbət təsir göstərir. 

Şüurlu olaraq xarici dildə yazılı nitqə sahib olmaq insanın dil potensialını yüksəldir ki, bu da öz növbəsində 

yaradıcılıq səviyyəsini yüksəldir. Halhazırda respublikamızın tədris müəssisələrində monoloji nitqə dialojiyə 

nisbətən daha çox yer verilir. Amma bir çox metodistlər (Şubin, Qerdt) dialoji nitqin tədrisinin daha mühüm 

olduğunu qeyd ediblər. 

Müasir dövrümüzdə orta məktəblərdə şagirdlərə evdə öyrənməyə yalnız mətnlər tapşırılır. Bu isə 

konkret olaraq yalnız monoloji nitqin inkişaf etdirilməsi deməkdir. Lakin, heç о mətnlər də istənilən 

səviyyədə, düzgün formada şagirdlərə öyrədilmir. Şagirdlər isə əksər hallarda yalnız о mətnləri əzbərləməklə 

kifayətlənirlər. Hazırki dərsliklərimizdə bir sıra dialoqlara da rast gəlirik. Bu dialoqları da şagirdlər ən yaxşı 

halda əzbər öyrənirlər. Çox zaman diaoloqu yalnız bir şagirdin danışdığını da müşahidə edirik. Bu və digər 

mənfi hallar orta məktəblərdə xarici dildə şifahi nitqin heç də yüksək səviyyədə tədris olunmadığını göstərir. 

Məktəbin yaxşı oxuyan, bütün dərsləri məsuliyyətlə yanaşan, mətnlərin hamısına cavab verən şagirdlər belə 

bəzən şifahi nitqə gəldikdə, öz fikirlərini ifadə etmək lazım olduqda çox çətinlik çəkirlər. Onlar öyrəndikləri 

söz, fraza və cümlə strukturlarından istifadə etməyi bacarmırlar. 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə