Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə43/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   39   40   41   42   43   44   45   46   ...   243

80 

 

ELNARƏ ABBASOVA 



Azərbaycan Dövlət  İqtisad Universiteti 

 

MÜASİR İNGİLİS ƏDƏBİ DİLİNDƏ BƏDİİ MƏTNİN KATEQORİYALARI 



 

Açar sözlər: bədii mətn, Azərbaycan dili, ingilis dili, kateqoriya. 

 

The article speaks about the compound formulation of the text of the contemporary English literary language, 



about its some components, the use of the phases of the formulation, also the ways and methods of learning of the text. 

Key words: text literature, Azerbaijani, Engilish, kateguorie 

 

Bədii mətndə forma və məzmunun, maddi və ideal olanın əlaqəsi çox yaxındır. Bədii mətnin işlənilən 



şəkil dəyişmələri onun məhvinə gətirib çıxarır. Bədii təsisat digər bir sinonim mətnlə ifadə oluna bilməz. Dil 

təsisatının dəyişməsi bədii obrazı ya məhv edir, ya da başqa bir obrazın yaranmasına gətirib çıxarır. Bədii 

obrazın nadirliyi ondadır ki, onu başqa formaya salmaq, kodlaşdırmaq olmaz, əks halda o yox olur. 

Bədii mətnin təbiətinin belə izahı A.V.Fyodorov tərəfindən «Проблема стихотворного перевода» 

kitabında tərcüməyə həsr edilmiş anlayışa uyğun gəlir. O belə hesab edir ki, orijinal tərcüməçiyə təqdim 

olanun bir tapşırıqdır. Onun fikrincə tərcümə əsərin bərpası deyil, verilən nümunə əsasında yaradılan nəsə 

yeni bir şeydir. Beləliklə, tərcümə orijinal mətnin variantıdır, onun eyni deyil. Belə halda, bir dərinlik 

quruluşuna yalnız bir səthi quruluş uyğun gəlir. 

Bədii mətnin dərinlik və səth quruluşları arasında mürəkkəb, müxtəlif istiqamətləri əlaqələr vardır. 

Səth quruluşu dərinlik quruluşu ilə təyin olunur. Dərinlik quruluşu sanki elə bir proqramdır ki, vasitələrinin 

seçiminə diqqət edir. Lakin bu quruluşlar arasındakı əlaqə yalnız tabeedici əlaqə deyildir. Səth quruluşu 

dərinlik quruluşuna təsir edib onu aktuallaşdıra bilər. 

Hazırkı dövrdə mətn dilçiliyinin əsas məsələlərindən biri mətnin kateqoriyalarının aşkarlanması və 

təsviridir. Mətnin kateqoriyalarına son dövrlərdə bir çox əsərlər həsr edilmişdir. 

Mətnin kateqoriyaları cümlənin kateqoriyalarına uyğun deyildir və yüksək dərəcəli sistem kimi mətnin 

yaranması ilə bərabər yaranır. Bunlar xüsusi növ kateqoriyalardır, cümlədən böyük vahidləri xarakterizə 

edirlər. Çoxsaylı araşdırmalara baxmayaraq, mətnin kateqoriyaları hələ ki, birmənalı şərhini tapa 

bilməmişdir, ona görə də dayaq nöqtəsi kimi bizim mülahizələrimizin əsasında kateqoriyanın fəlsəfi anlayışı 

əsas götürələckdir. Kateqoriya elə bir geniş anlayışdır ki, orada ümumi, daha səvciyyəvi xüsusiyyətlər, əla-

mətlər, əlaqələr və predmetlərin, obyektiv varlığın münasibətləri əks olunur. 

Mətnin kateqoriyaları onun daha ümumi və səciyyəvi əlamətlərini əks etdirir və onun dərk edilməsinin 

ontoloji, qnosioloji və struktur əlamətlərinin pillələrini təşkil edirlər. Mətnin kateqoriyalarının təsviri və 

öyrənilməsi həm taksonomik (təsnifatı) və həm də kvalitativ (keyfiyyət) tədqiqatlarını tələb edir. 

Kateqoriyaların öyrənilməsi çox geniş və aktual əhəmiyyət kəsb edir. Buna görə də bizim işimizdə də 

temporallıq kateqoriyasının şərh edilməsindən yan keçsək araşdırmalarımızın obyekti aydın olmayacaq

tutqun, qeyri-müəyyən xarakter olacaqdır. Mətnin araşdırılmasının mətn struktur xüsusiyyətlərinin, dil 

vahidlərinin təşkilinin, əlaqələrinin aşkarlanmasını tələb edir. Burada mətn linqvistikası üslubi təhlili ilə 

çulğalaşır ki, o qədər də dil faktorlarına doğru istiqamətlənməyin və onların seçilməsi, təşkili və 

uzlaşmasının xüsusiyyətlərinin araşdırılmasını tələb edir. 

Müxtəlif alim və dilçilik məktəblərinin təklif etdiyi mətn kateqoriyalarının siyahısı yekrəng deyildir. 

Belə ki, İ.R.Qalperinin «Текст как объект лингвистического исследования» əsərində zəncirlənmə (сцеп-

ление), informativlik, retrospektivlik və s. kateqoriyaların adları çəkilir, onlar tədqiqata və təhlilə cəlb edilir. 

Başqa bir siyahını isə T.N.Nikolayevə təklif edir: ön və son informasiya, varlığın hekayəti qeyri-inisiallıq. 

Z.Y.Tuqayevin əsərlərində bədii zaman, proqressiya kateqoriyalarının adı çəkilir ki, onların təhlili də 

verilir. Bu bir daha təsdiq edir ki, bu sahələ tədqiqatlar davam etdiyi kimi, hələ də tam aydınlıq hasil 

edilməmişdir. Təklif edilən təsnifatlar həmcins deyildir. Onların əsasında semantik və struktur, prakmatik və 

funksional, məcburi və fakültətiv əlamətlər, meyarlar durur ki, bunlar da mətni həm linqvistik obyekt, həm 

də mətnin törəməsinin ekstralinqvistik situasiyası nəzərində şərh edir. Elə əlamətlər şərh edilir ki, bəzən 

bunlar o qədər də geniş yayılmış, geniş işlənən məsələlər deyildir. Məsələn: tez-tez xatılanma (nadir hallarda 

xatırlanma və s.) Binarlıq (ikitərəflilik) prinsipinə bir halda riayət edilir, digər halda isə bu «unudulur» ki, bu 

da ki, kateqorial əlamət üçün caiz sayıla bilməz. Görünür dilçilik elmi, hər şeydən öncə isə cümlə 

qrammatikası məsələləri ilə əlaqədar anlayış və metodikalar əsas götürülməlidir ki, ciddi təsnifat alınsın ki, 

bunlar da əlaqəli mətnə prinsipial mənada şamil edilə bilsin. 



81 

 

Mətnin kateqoriyaları universaliya xarakter daşıyır və əlaqəli mətndə hansı dildə mətnin 



yaradılmasından asılı olmayaraq təzahür edir. Onlar konkret dilin sistem və normaları vasitəsilə təyin olunur. 

Mətnin kateqoriyalarının təsviri tədqiqatçısı qarşısında iki əsas vəzifə qoyur: 

1.

  bu kateqoriyalarla hansı anlayışların verilməsini təyin (aşkar) etmək; 



2.

  onların ifadəsi üçün hansı vasitələrdən istifadə olunmasını müəyyən etmək. 

Bu iki vəzifə çərçivəsində aşağıdakı məsələlərin həlli aktuallaşır: 

- mətnin kateqoriyalarının  inventarının müəyyən edilməsi; 

- bu kateqoriyaların iyerarseiyasının (qarşılıqlı asılılığının) müəyyən edilməsi; 

- mümkün olan təsnifatların dəqiq meyarlarının aşkar olunması; 

- mətnin kateqoriyalarının dəqiq meyarlarının, onların formalaşmasının məzmun və ifadə planlarının 

öyrənilməsi; 

- kateqoriyaların mətndə ifadəsi zamanı onlarda yaranan dil və xarici (ekstralinqvistik) vasitələrin 

sistemləşdirilməsi və öyrənilməsi; 

- mətnin kateqoriyalarının ifadə olunması zamanı dil vahidlərinin funksiyalarının təyin olunması; 

- mərkəzi və periferik, ekəplist (aşkar) və implisit (gizli) vasitələrin mətn kateqoriyalarının 

verilməsindəki (ifadə olunmasındakı) səciyyələrin təyini. 

Mətn kateqoriyalarının formalaşmasında iştirak edən dil vahidlərinin müşahidə olunması üçün 

aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır: 

- mətnin tərkib hissələrini təşkil edən dil işarələrinin kateqoriya mənasını müəyyən etmək; 

- dil işarəsinin ikinci kod mənası üzərində müşahidə aparmaq; 

- dil işarəsinin nitq kommunikasiyası ilə mətn kateqoriyalarının yaranması arasındakı əlaqəni müəyyən 

etmək; 

- kontekstual və situativ informasiyanı öyrənmək; 



- mənanın (fikrin) yaradılmasında mətn kateqoriyalarının rolunu öyrənmək. 

Mətnin kateqoriyalarının birinin təhlili üçün bədii zaman kateqoriyasına, daha geniş planda mətnin 

temporal strukturuna müraciət edək. Bədii mətnin materialı əsasında temporallığı şərh etmək xeyli asandır, 

lakin biz çətin də olsa, təhlilin dəqiqliyi üçün bədii və elmi mətnlərin temporallığını müqayisə edəcəyik. Bu, 

bədii mətnin zaman kateqoriyasının sahə strukturu başa düşməyə də kömək edə bilər. 

Müxtəlif funksional üslubların (burada bədii və elmi mətnlərin temporal təşkilindən söhbət gedir) və 

onların zaman uyğunluğunun eksralinqvistik varlıqla əlaqəsinin təsviri bizə temporal strukturun şərhində 

kömək göstərə bilər. Bu həm də müxtəlif üslublara xas olan cəhətlərin araşdırılmasına şərait yaradır. 

Biz mətnin temporal quruluşu dedikdə dil elementlərini bir-biri ilə bağlayan münasibətlər şəbəkəsini 

nəzərdə tuturuq; bu şəbəkə temporal (zaman) münasibətlərini əks etdirir ki, onlar da funksional və semantik 

ümumiliklə birləşirlər. 

Müxtəlif mətnlərdə modelləşən zaman variativliyini anlamaq üçün temporal struktur ilə yanaşı onların 

dildən xaric (eksralinqvistik) zaman əlaqəliliyini də nəzərə almaq lazımdır. 

Temporallıq nominativlik və predikativliyin nitq anı ilə əlaqələndirilməsidir; o, leksik və sintaktik 

arxaizmlər, neologizmlər, zərflər, zaman zərfləri, felin zaman formaları vasitəsi ilə əks olunur. 

İstənilən mətn kimi real zaman və məkanda mövcud olur. Lakin bu, mətnin nitq və incəsənət əsəri 

kimi anlaşılan xarici aspektidir. Hər bir mətn özündə müəyyən mənəvi məzmun ehtiva edir. O, xüsusi zaman 

və məkanda reallaşır. Elə məhz burada bədii / qeyri-bədii mətnlər arasındakı fərqlər başlanır. 

Qalperin hesab edir ki, kotinuum kateqoriyası əsas etibarı ilə bədii mətnlərdə təhazür edir və o, 

müxtəlif çalarla malikdir, çünki bədii mətnlərdə təzahür edən zaman və məkan şərtidir. Daha çox bədii 

mətndə aşkarlandığına göpə biz bu kateqoriyanı bədii mətnin temporal strukturu kimi şərh etməyi 

məqsədəuyğun hesab edirik. 

 

Ədəbiyyat 



1.

 A.M.Qurbanov. Bədii mətnin linqvistik təhlili. Bakı, 1986, səh. 379. 

2.

 M.Ə.Mahmudov. Mətn formal təhlil sistemi. Bakı, 2002, «Elm» nəşriyyatı, 242 səh. 



3.

 М.Р.Гальперин. Текст – как объект лингвистического исследования. М. 1981. 

4.

 З.Й.Шмидт. Текст. История как базовые категории. К книги: «Новое и зарубежной лингвистике и 



методики преподавания». М. 1980. 

 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə