74
təlif dilçilər tərəfindən araşdırılmışdır. Bir çox dilçi alimlərin fikrincə, ərəb alınmalarının semantik adap-
tasiyası məsələsi dilçilikdə kifayət qədər tədqiq olunmamış sahə olaraq qalır. Hələ 30-cu illərdə N.K.Dmit-
riyev yazırdı “Başqırd dilindəki ərəb alınmalarının semantikasına aid faktlar hələ təfərrüatı ilə araşdırılma-
mışdır, həçənd belə faktlar, bəlkə də bu məsələnin ən maraqlı hissəsidir.”Bir əsrə yaxın zaman keçməsinə
baxmayaraq müasir dilçilikdə də bu sahənin araşdırılmasına kifayət qədər tədqiqat həsr edilməmişdir.
Bununla belə araşdırılmış dil materialı alınmaları, semantik dəyşikliklər baxımından, aşağıdakı kimi
klassifikasiya etməyə imkan verir: 1) semantik dəyişikiyə uğramayan sözlər; 2) semantik daralmaya məruz
qalmış sözlər; 3) semantik genişlənməyə məruz qalmış sözlər; 4) yeni məna kəsb etmiş sözlər.
Yeni məna kəsb etmiş sözlər daha çox maraq doğurur. Adətən, yeni kəsb edilmiş məna köhnə
semantik mühit daxilində yaranır, yəni ilkin məna ilə ortaq semantik komponentə malik olur. Lakin bəzi
hallarda alınmalar tamamilə yeni, əvvəlki ilə heç bir əlaqəsi olmayan məna kəsb edir. Məsələn, ərəb
dilində əməl sözünün aşağıdakı mənaları var: 1) iş, əmək 2) fəaliyyət 3) məşğuliyyət 4) akt 5) praktika
6) sənət əsəri 7) bölgə, vilayət
Müasir Azərbaycan dilində bu söz aşağıdakı mənaları kəsb etmişdir:
1.
İş, feil Onun sözü ilə əməli düz gəlmir “ Onu bura çağır görüm bu nə əməldir başımıza gətirir”
(N.Vəzirov)
2.
İcra, yerinə yetirmə əməl etmək - yerinə yetirmək , icra etmək, riayət etmək. Göstərişə əməl
etmək; əməl olunmaq (edilmək) – yerinə yetirilmək, riayət edilmək.icra olunmaq. Qaydaya əməl olunur. ;
əmələ gəlmək
1) baş vermək, meydana gəlmək, doğulmaq, törəmək, hasil olmaq. Bataqlıq durğun sudan əmələ
gəlir.
2) kökəlmək, yaxşılaşmaq, qıvraqlaşmaq , düzəlmək. Buzov süd əmə-əmə əmələ gəldi. ;
əmələ gətirmək 1) Həyata keçirmək,yernə yetirmək, icra etmək. “Bir təvəqqim var, amma qorxuram
əmələ gətirə bilməyəsən.” ( Ə. Haqverdiyev.) 2) düzəltmək, vücuda gətirmək, təşkil etmək. “Əntiqənin
özünün də qara qara, şəvə kimi saçları uzun və qalın bir hörük əmələ gətirmişdi” (Mir Cəlal)
3. Rəftar, hərəkət, iş. Əməlləri ilə hamını özündən incitdi.
4. məc. Hiylə, kələk, biclik mənasında. Bu sənin əməlindi. Xalq bir-bir gedib öpürlər əlin; Anlamaz
kimsə hiyləsin, əməlin. ( A. Səhhət)
5. Hesabda tətbiq edilən əsas qayda. Hesabda əsas 4 əməl var: cəmləmə, çıxma, vurma, bölmə.
əməli azmaq – pozğunlaşmaq, yoldan çıxmaq, həddini azmaq.
əməli ayağına cidar olmaq – gördüyü işin cəzasını çəkmək.
Mənası türk dilində də eynidir. Lakin Azərbaycan dilində daha geniş islənmə dairəsinə malikdir .
“etmək, olmaq” köməkçi felləri ilə birləşərək yeni sözlər yaradır Müasir Azərbaycan dilində bu söz geniş
işləkliyə malikdir və söz yaradıcılığında aktiv iştirak edir. Müxtəlif şəkilçilər vasitəsi ilə aşağıdakı yeni
sözlərin əsasını təşkil etmişdir: əməlbaz ; əməlbazlıq ; əməldaş, əmələ; əmələgəlmə; əmələcat(1-272)
Müasir türk dilinin izahlı lüğətində bu sözün aşağıdakı mənaları göstərilir :
amel 1. Yapılan iş, edim, fiil. 2. din b. Bir kimsenin dinin buyruklarını yerine getirmek için yaptıkları.
3. mec. İshal.
aksülamel a. Ar. aks + amel esk. Tepki, reaksiyon: "Hassasiyeti etrafta hiçbir aksülamel
uyandırmazdı." -Y. K. Beyatlı.
Ərəbcədə eyni kökdən (a:mil edən, işləyən, emal edən mənasında) yaranan digər bir söz amele sözü
də geniş işləkliyə malikdir..
amele amele Gündelikle çalışan işçi: "Tuğla harmanındaki ameleler etrafı aradılar." -S. F.
Abasıyanık. Müasir türkcədə bu söz geniş işləkliyə malikdir və müxtəlif leksik çəkilçilərlə yeni sözlər
yaradır, həmçinin müxtəlif söz birləşmələri də yaradır:
amele pazarı a. İşçilerin iş bulmak amacıyla toplu bir biçimde bekledikleri yer.
amele taburu a. esk. Amelelerden oluşan topluluk: "Sıcak ve tozlu dağlarda yol yapan amele
taburuna nakledildi." -H. E. Adıvar.
amele yanığı a. Güneşin etkisiyle vü-cudun giysi dışında kalan bölümlerinde oluşan yanık.
amelî sf. (ameli:) Uygulamalı: "Kitaplardan gelen fikirler nazari, yaşanan fikirler ise amelîdir." -M.
Kaplan(2)
Göründüyü kimi türk dilində tamamilə fərqli mənada, yəni “ishal” mənasında islənməsini də müşahidə
edirik. Həmçinin bu dildə “aksülamel” sözü işlənir ki, bu sözə də klassik Azərbaycan didlində rast gəlinir,
müasir Azərbaycan dili üçün isə arxaikləşmişdir. Türkmən dilində də bu söz Azərbaycan didlində olduğu
qədər geniş məna çalarına və işlənmə dairəsinə malikdir. Müasir Türkmən dilində bu söz ün semantik tutumu
daha fərqlidir.
emel: 1. Hilegärlik, mekirlik, yeserlik, aldav. Onuñ bu emeli, birinciden,özüni duşman edip
görkezse,ikinciden, onuñ canlı güycüni ısgından gaçırmak üçin ulı serişde boldı (B. Soltannıyazov, Kümüş).
Bir yerde emel bar bolsa, hemmesi edildi (A. Govşudov, Povestler ve Hekayalar).
75
3. Bir zadı amala aşırmağıñ, kınçılıkdan çıkmağıñ täri, yolı, usulı. Şoña görä-de başğa bir emel oylap
tapmak gerekdi («Sovet Edebiyatı» Jurnalı). Söveş emelini bilip almalı (N. Pomma, Saylanan Eserler). Men
saña bir emel övredeyin («Türkmen Halk Ertekiler Yığındısı»).
4. Türkmen göreşinde pälvanlarıñ ulanılyan tilsimleri.
5. Matematiki hasaplamanıñ esası görnüşi. Arigmetikanıñ dört emeli. ◊ Emele gelmek – 1) döremek,
yüze çıkmak, peyda bolmak, hasıl bolmak; 2) göğermek, bitmek. Ol yerde yazlık buğdaydan başğa düme
künci, nohut ve gavun-garpız yalı ekinler-de emele gelyärdi (A. Govşudov, Mähri-Vepa). Öz emeline özi
çolaşmak – öz eden pıssı-pıcurçılığı üçin özi günäkär bolmak, özi zıyan çekmek.
emeldar [emeldaar]: 1. Vezipeli, vezipesi bolan; çinovnik. Onı köşğüñ emeldarları uğratdılar (B.
Seytäkov, Gız Salgıdı). Emeldalar değim değen yalı, ondan oña at çapyarlar (B. Kerbabayev, Ayğıtlı Ädim).
Bular, emiriñ öz emeldarlarına yazan gizlin permanları bolara çemeli, buları men hak yerinden ele saldım
(«Sovet Edebiyatı» Jurnalı). 2. Hünärli, hünäri bolan ussa; iş başaryan,edenli. İlde senden hem ulı emeldar
yiğit gıt däldir(«Sovet Edebiyatı» Jurnalı). (3)
Qaqauz dilində tamamilə fərqli bir mənzərə ilə rastlaşırıq, yəni Azərbaycan,türk və türkmən dillərində
nitq hissəsi olaraq isimdirsə, qaqauz dilində sifət kimi işlənir və fonetik tərkibində də bu fərqlilik özünü
göstərir. Yəni qaqauz dilində həm amel, həm də xamel formasında işlənir. Bu sözün qaqauz dilində kəsb
etdiyi məna etimon dildən tamamilə fərqlidir, yəni ərəb dilindəki mənalarda buna rast gəlinmir: xəsis, simic,
acgöz. İsim düzəldən çəkilçi vasitəsi ilə bu sifətdən isim də düzəlmişdir: amellik, xamellik- hiyləgərlik,
xəsislik, acgözlük.(4-47)
Beləliklə, bu sözün oğuz dillərində dörd fərqli fonetik variantını görürük:
ƏMƏL (azərb) AMEL(E) (türk) EMEL (türkmən) XAMEL (qaqauz)
Qeyd edək ki, başqırd dilində bu söz tam fərqli məna kəsb etmişdir, yəni “üsul, vasitə” mənasında
işlənir.
Cərimə- carimatun sözü müasir ərəb dilində cinayət mənasında işlədilir. “Ərəbizmlərin Azərbaycan
ədəbi dilində semantik dəyişiklikləri” əsərinin müəllifi Xeyri Nəşət göstərir ki, bu sözün inkişaf mərhəllərini
nəzərdən keçirdikdə məlum olur ki, ilk öncə həmin söz meyvənin, xüsusən xurmanın çəyirdəyi, cəramə
feilindən götürülərək xurmanın meyvəsinin dərilməsi mənalarında işlədilir. Məsələn, cəramə-n-nəxlə –
xurmanın dərilməsi.
Digər mənada “cərimə” sözü kəsilmiş meyvə ağacı mənasında işlədilir. Həmin söz məcaziləşərək
“işlək, zirək adam” mənasını da verir. Ərəb dilində bu sözün daha bir mənası - “sonbeşik” mənası da var.
Həmin müəllif göstərir ki, XV əsrdən XX əsrin əvvəllərinədək ərəb ölkələri Osmanlı imperiyasının
tərkibində olarkən valinin günahkarlardan cəzaları müqabilində aldığı pula da “cərimə” deyilirdi. Bu halda
cərimə sözü mütləq feillə işlədilirdi. Müəllif həmçinin göstərir ki, bir çox türk dillərində bu söz “günah”
mənasında işlədilir.
Fars dilində bu söz “cəza, cərimə, sanksiya” mənalarında işlədilir. Məsələn, cərime kərdən , yaxud
cərime kəraftən.
Azərbaycan dilinin izahlı lüğətində bu söz belə izah edilir.
CƏRİMƏ Pulla ödənilən cəza növü. Fəxrəddin: Məlumunuz olmalıdır ki, bunla- rın əksəriyyəti
cərimə, vergi və hərb təminatı müqabilində alman qızlardır. M.S.Ordubadi.
Öhdəliyi yerinə yetirmədiyinə, qaydanı poz duğuna görə verilən cəza, yaxud alınan nəğd pul. Həcərin
atası Mahmud bəyin yanına gə- lir. Bu qədər cərimə verdikdən sonra Nəbini buraxdırır. “Qaçaq Nəbi”.
Cəriməsini vermək – zərəri pulla ödəmək, pulla əvəzini vermək. Ata: Oğul, Rövşən, get buzov
yiyəsini tap, buzovun cəriməsini ver, razı sal. “Koroğlu”.
CƏRİMƏLƏMƏK -Birinə pul cəzası kəsmək: cərimə etmək. Muzdur iltica ilə ondan soruşdu: ağruvi
alım, bəy, axır bilmədim, pir- ğuror ağa məni Sibirə göndərir, yoxsa cərimələyir? S.M.Qənizadə.
CƏRİMƏLƏNMƏK məch. Cərimə edil mək, cərimə alınmaq.
Müasir türkmən dilinin izahlı lüğətində bu söz belə izah edilmişdir.
cerime [ceriime]: Temmi hökmünde salınyan pul salğıdı, ştraf. Kolhozıñ kassasına toğsan manat elli
dokuz köpük cerime eltdim («Sovet Edebiyatı» Jurnalı). Nädoğrı edilen hereket üçin cerime tölemek.(3-181)
Müasir türk dilinin dilinin izahlı lüğətində bu sözün mənası belə verilir.
cereme a. Ar. cer³me esk. Başkası tarafından yapılan veya kaza sonucu ortaya çıkan zararı ödeme.
ceremesini çekmek başkasının yol açtığı zararı
ödemek.(2-524)
Göründüyü kimi bu sözün ərəb dilində bir neçə mənası olmuşdur. İlkin dövrlərdə işlənə mənaların heç
biri türk dillərinə keçməmişdir. Ehtimal etmək olar ki, bu gün türk dilərində işləndiyi mənanı Osmanlı
İmperiyası dövründə kəsb etmişdir.
Qərib sözünün semantic transformasiyası da maraq doğurur. Ərəb dilində bu sözün mənası “ özgə
adam, yad, əcnəbi “ deməkdir. Azərbaycan dilinin izahlı lüğətində bu söz belə izah olunur: QƏRİB sif. [ər.]
1. Yad yerdə olan, qürbətdə yaşayan, özgə yerli, gəlmə. Dünən görürdüm ki, qərib osmanlılar qaçırlar