82
ELNARƏ MƏMMƏDOVA
Bakı
Slavyan Universiteti
AZƏRBAYCAN VƏ RUS DİLLƏRİNDƏ VƏ MƏDƏNİYYƏTLƏRİNDƏ BƏDƏN ÜZVLƏRİNİN
SİMVOLİKLİYİ
Açar sözlər: Azərbaycan dili, rus dili, mədəniyyət,bədən üzvləri, simvolika
This article investigates the symbolism of body parts in Azerbaijani and Russian languages and culture. İn the
article are applied to phrases, gestures, superstitions, traditions, myths and religious ideas, reflecting symbolism of
body part. Thus it explains the origin of phraseology, consisting of body parts.
Key words: Azerbaijani language, Russian language, culture, body parts, symbolics
Bədən üzvləri ayrı-ayrı mədəniyyətlərdə, eləcə də onların adları müxtəlif dillərdə həqiqi mənadan
başqa, rəmzi məna da daşıyır. Özündə insanın xarakterini,
intellektini, emosiyalarını əks etdirən bədən
üzvləri və onların adları tez-tez metaforalar, atalar sözləri və frazeoloji birləşmələrin tərkibinə daxil olur.
Bəşər övladı inanmışdır ki, onun mənəvi və fiziki, xüsusən də mədəni-milli xüsusiyyətlərini bədən üzvləri
tək dəqiq və mənalı ifadə edə biləcək ikinci bir vasitə ola bilməz.Bədən üzvlərinin bu xüsusiyyətləri onların
öyrənilməsini vəaraşdırılmasınıbütün dövrlərdə aktual etmişdir. Belə ki, insanlar qədim dövrlərdən bəri
kainatla yanaşı, öz yaradılışları haqqında düşünmüş, bədənin quruluşunu, vəzifələrini anlamağa, sirlərini
açmağa çalışmışlar. Müxtəlif xalqlara məxsus ayinlərdə, əfsunlarda, türkəçarələrdə və digər folklor
nümunələrində insan orqanizminin quruluşu və bədən üzvlərinin vəzifələri ilə bağlı düşüncələr, təsəvvürlər
əks olunmaqdadır. Bir çox mifik və dini-fəlsəfi baxışlarda isə insanla kainatın qarşılıqlı vəhdətini, onların
eyni mənşədən və quruluşdan ibarət olmasını, dünyanın antropomorf modelini əks etdirən fikirlər yer
almaqdadır. Hind mifologiyasında Puruşanın bədən üzvləri parçalanaraq tanrılara qurban edilir; nəticədə
sosial və kosmik qurumların əsas elementləri meydana çıxır: ...onun ruhu aya çevrilir, gözü günəşə, nəfəsi
küləyə, göbəyi hava məkanına, başı səmaya, ayaqları torpağa və s. (7,351). Antik yunan təfəkküründə göy
cisimləri ilə insanın bədən üzvlərini bir-birilə əlaqələndirirdilər. Ptolomeyə görə, Saturnu sümüklər, fleqma
və sağ əllə, Yupiteri ağciyər, arteriyalar və lamisə ilə, Marsı venalar, böyrəklər və sol qulaqla, Günəşi ürək,
beyin, göz və əsəblərlə, Veneranı qaraciyər, əzələlər və iybilmə ilə, Merkurini dil və ödlə, Ayı mədə və
dadbilmə ilə bağlayırdılar (10,523). Çin ənələrində isə insanın bədən üzvləri dövlətlə müqayisə edilirdi:
“ölkənin mərkəzi onun ürəyi, periferiyası isə yuxarı və aşağı ətraflardır” (10,524).
Sinə. İftixar, hörmət rəmzidir: himn səslənəndə əli sinənin üzərinə basmaq, şərəfli, hörmətli birinin
önündə əli sinəyə qoyub təzim etmək və s. İnsan varlığını vurğulamaq, özünə işarə etmək üçün əlini sinəsinə
yönəldər. Sinə həm də bir sipər, qalxan rolunu oynayır. Belə ki, cəsur insanlar əziz birini qorumaq, müdafiə
etmək üçün məhz öz sinəsini təhlükə qarşısında irəli çəkərlər: sinəsini dağ kimi irəli vermək-встать
грудью, sinə gərmək-стоять грудью. Sinə ürəyə yaxın olduğundan, demək olar ki, onunla eyni funksiyanı
daşıyır; ürəkdə baş qaldıran hislər, emosiyalar eynilə sinə komponentli frazeoloji birləşmələrlə də ifadə
olunur: sinə dolusu nəfəs almaq-полной грудью дышать, sinəsinə basmaq-прижать к груди,sinə dağı,
sinəsi qan ağlamaq,sinə vurmaq (Məhərrəm ayında yas əlaməti olaraq dindarların əlləri ilə sinəyə vurma
ayini).Sinə iradə, hakimiyyət, insanlara təsiretmə bacarığı, məsuliyyəti öz üzərinə götürmək kimi mənalarla
bağlıdır: sinəsi ilə yarıb keçmək-грудью рваться, sinə gərib yol açmaq-грудью пролагать (проложить)
себе дорогу. Bu keyfiyyətlər isə cəmiyyətdə əqli və fiziki xüsusiyyətləri ilə seçilmiş insanlara məxsusdur.
İnsanın sinə nahiyəsi üstünlük və qüvvətlə yanaşı, cəmiyyət qarşısında yüksək vəzifə daşımağın da
nişanəsidir. Fərqlənmə nişanlarının və ordenlərin sinəyə taxılması bunun əyani sübutudur.
Çiyin. İslam aləmində inanırlar ki, insanın sağ və sol çiynində mələklər oturur, onların savab və
günahlarını yazır. Çiyinlər həm fiziki, həm də mənəvi baxımdan gücü– səbri, dözümü, məsuliyyəti simvolizə
edir (yunan mifik obrazı Atlant çiyinləri üzərində göy qübbəsini saxlayırdı): çiyninə yüklənmək -
перекладывать на плечи, взвалить на плечи, çiyninə qoymaq-класть на плечи, çiynində olmaq-лежать
на плечах, çiyninə yük qoymaq, işlə yükləmək-положить на плечи, öz çiynində daşımaq-выносить на
своих плечах. Keçmiş dövrlərdən bu yana hərbi və ya rəsmi şəxslər nişanlarını – epolet və poqonları
çiyinləri üzərində daşımışlar. Müasir dəb aləmində də çiyinləri nəzərə çarpdırmaq üçün geyimlərin bu
hissələrini dekorativ elementlərlə bəzəmək çox aktualdır. Demək, çiyinlər həm də qüvvət, üstünlük,
fərqlənmə rəmzidir: по плечу-əlindən gələr, не каждому по плечу-hər adamın hünəri deyil, hər adamın
xörəyi deyil, за плечами иметь-çox yollardan keçmək.
Qarın. Qərbdə böyük iştahı, Şərq cəmiyyətində mövqeyi simvolizə edir (8,93). Qarın yaşam üçün
mühüm əhəmiyyət kəsb edən orqandır. Odur ki, rus dilində bu somatizminəsasında живот, yənihəyat sözü
83
dayanır.Qarın həm Azərbaycan, həm də rus linqvomədəniyyətində insanın maddi aləmlə təmasını, həyatı
sevmək və ondan zövq almaq istəyini və bacarığını simvolizə edir: gülməkdən qarnını tutmaq, gülməkdən
qəşş eləmək-держаться (хвататься) за животики (за животы), gülməkdən qarnı cırılmaq-животики
надорвать, qarnı başına bəla, qarnının əsiri olmaq-быть рабом своего живота, acından qarnı
quruldayır-живот подводит, с голоду в животе бурчать, qarnı piy bağlamaq, qarın bağlamaq
(sallamaq)-отрастить живот (брюхо), qarın sallamaq-нагулять брюшко.Müasir dövrün dəb dünyasında
şişman, böyük qarına birmənalı şəkildə mənfi münasibət var. Böyük qarın başlıca olaraq xəstəliyin əsas
göstəricisidir. Düz, hamar qarın isə tamamilə bunun əksini, vücudun mükəmməlliyini və özünü cilovlama
bacarığını ifadə edir. Buna baxmaraq, bir çox inanclara, ənənələrə görə, xüsusən əyalət və kəndlərdə şişman
qarın həyatda uğur, rifah qazanmış insana işarə edir.
Göbək. Tez-tez tabulaşdırılır, həmayil və qadağa obyekti kimi çıxış edir (güman ki, buna görə də əksər
dillərdə göbək komponentli frazemlər azdır). Bir çox mədəniyyətlərə görə (maorilər, qədim germanlar və s.),
göbək hətta insanın xarakterini, taleyinimüəyyənləşdirir.Buna azərbaycanlıların da məişətində təsadüf edirik:
“Sən mömin və cəsur olasan deyə, biz sənin göbək bağını otağın şərq divarından, qılıncla Quranın arasından
asdıq. Sonra sən onu tilsim kimi boynunda gəzdirdin və xəstəlik nədir bilmədin. Üç yaşında olanda
boynundakı göbək bağını çıxarıb atdın və o gündən etibarən xəstələnməyə başladın” (5,226). Kainatın
mərkəzi günəşdirsə, dünyanın mərkəzi də onun göbəyidir –xristianlara görə, dünyanın göbəyi Qüdsdədir,
yəni Allah dünyanı buradan yaratmağa başlamışdı.Rusiyanın Perm əyalətində bu inamla əlaqəli birabidə var.
Rus dilində mənəm-mənəm deyən adama kinayə ilə “пуп земли”(dünyanın padşahı)deyirlər. Bu ifadədən də
göbəyin mərkəzlə əlaqələndirildiyini asanlıqla təsəvvür etmək olur. “Созерцать собственный пуп”yalnız
özünü düşünmək, özü ilə maraqlanmaq deməkdir. Qabarıq bir şey haqqında belə deyirlər: “пупом
торчит”.Azərbaycan dilinin frazemlərində göbək emosiyalar mərkəzi kimi həm ürəyi(göbəyi düşmək, ürək-
göbəyi düşmək-сердце упал), həm də zövqü, səfanı təcəssüm edirən qarnı əvəz edir(göbəyini tüləndirmək,
göbək bağlamaq-отрастить себе пузо, ürək-göbək qalmamaq-надрывать животики).
Qabırğa. İncildə deyilir:“Tanrı Yəhva insana dərin yuxu göndərdi; o yatan zaman onun
qabırğalarından birini götürdü və həmin yeri ətlə örtdü. Tanrı Yəhva insandan götürdüyü qabırğadan arvadı
yaratdı və onu insana gətirdi” (6,40). Maraqlıdır ki, şumerlərdəqabırğalara şəfa verən tanrı Ninti də qadındır.
O, qabırğa və həyat ilahəsidir (4,150). Qadının qabırğa ilə əlaqələndirilməsi islam təfəkküründə də öz əksini
tapmışdır: Qadın əyri qabırğa kimidir; əgər toxunmasan, ondan faydalana bilərsən. Əgər əyib düzəltmək
istəsən, sınar.Qabırğanın xarici görünüşü frazemlərdə də özünü qabarıq şəkildə biruzə verir: qabırğa vermək-
əyilmək, yıxılmağa meyil etmək, qabırğa kimi əyri – tərs adam, пересчитать ребра-döymək,
cəzalandırmaq, qol-qabırğasını sındırmaq-sözü düzgün tələffüz etməmək, qabırğalarını sökmək-döymək.
Kürək. Azərbaycan və rus inanclarında kürək qaşınması bədbəxtliyə, təhlükəyə yozulur. Azərbaycan
folklor nümunələrindəkürəklə bağlı başqa inanclar da var: “Bir iş görəndə yanındakı asqırsa, işi saxlayıb
onun kürəyi arxasına astaca vurmalı, “sağlam olasan,” “şükür olsun” söyləməlisən. Elə ölüdən danışılanda da
asqırılsa, belə etməlisən. Yoxsa uğursuzluq baş verər” (2,187). Frazemlərdən də aydın olur ki, kürək əks
qüvvələrdən müdafiə rolunu oynayır: kürək-kürəyə vemək-arxalanmaq, kürəyini söykəmək-arxayın
olmaq.Kürəklərsimvolik qanadlardır, sosial və emosianal azadlığı tərənnüm edir. Odur ki, rəqibə üstün
gəlmək üçün onun kürəklərini hədəfə alırlar: kürəyini yerə vurmaq-класть на обе лопатки, kürəyi yerə
gəlmək-məğlub olmaq, kürəyindən çıxarmaq-qisas almaq, kürəyinə yapmaq-cəzalandırmaq, kürək cəzası-
katorqa, atasını kürəyinə sarımaq-şiddətlə cəzalandırmaq.Rus dilinin frazemlərində kürəklər bir növ aşağı
ətrafların funksiyasını yerinə yetirir: во все лопатки бежать-dabanına tüpürüb qaçmaq. Azərbaycan
dilindəkifrazemlərin tərkibindəkürək insanın mənfi tərəflərini ifadə edir:kürəyini işə verməmək-tənbəllik
etmək,kürəyi qovuşmaq-hirslənmək, kürək çevirmək-üz döndərmək. Bəzənekvivalent frazeoloji birləşmələrdə
kürəyi“bel” (спина)əvəz edir: kürəyindən vurmaq-всадить нож в спину, kürəyindən zərbə endirmək-
нанести удар в спину, kürəkdən vurulan bıçaq-удар (нож) в спину.
Ciyər. Şərq düşüncəsinə görə, möminlik ciyərlərdə yerləşir; ciyərlər daxili düşüncələr mənbəyidir.
Folklorumuzda ciyərlə bağlı maraqlı inanc var: “Qırxı çıxana kimi zahını tək qoymazlar. Yoxsa hal nənəsi
zahının ciyarın çıxarıb aparar”(3,117). Birindən acıqlı olanda“ciyərini çıxardaram!”,“ciyərin yansın!”
deyirlər.Ciyər də digər daxili orqanlar kimi emosiyalar mərkəzidir: всеми печенками ненавидеть-bütün
varlığı ilə nifrət etmək, сидеть в печенках-qıcıqlandırmaq, əsəbləşdirmək;ciyəri qana dönmək, ciyəri (od
tutub) yanmaq, ciyərinə od düşmək, ciyərinin başı sökülmək-bərk mütəəssir olmaq, acımaq;ciyərini kabab
eləmək, ciyərini dağlamaq-hayıf almaq. Azərbaycan dilindəki “ciyər” somatizmi ilə rus dilindəki “душа”
(ruh, can) komponentinin mənaları frazeoloji birləşmələrdə üst-üstə düşür: ciyərinədək yandırmaq-вывер-
нуть (выворачивать) душу, вытрясти душу-ciyərini çıxarmaq, can-ciyəri saymaq-не слышать (не
чаять) души.