Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə45/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   41   42   43   44   45   46   47   48   ...   243

84 

 

 



Ədəbiyyat 

1.

  Azərbaycanca-rusca frazeoloji lüğəti. Bakı, -  Elm, 1976, 247 s 



2.

  Azərbaycan folkloru. Bakı, - Şərq-Qərb, 2005, 360 s.     

3.

  Əsatirlər, əfsanələr, rəvayətlər. Bakı, - Şərq-Qərb, 2005, 304 s. 



4.

  Kramer S. Tarix Şumerdən başlanır. Bakı, 2009, 280 s.   

5.

  Qurban Səid. Əli və Nino. Bakı, - Altun kitab, 2010, 240 s. 



6.

  Мифы народов мира. Энциклопедия. Т. 1, М, - Советская энциклопедия, 1987, 671 с. 

7.

  Мифы народов мира. Энциклопедия. Т. 2, М, - Советская энциклопедия, 1987, 719 с. 



8.

  Купер Дж. Энциклопедия символов. М., - Золотой век, 1995, 401с.  

9.

  Тагиев М.Т. Русско-Азербайджанский фразеологический словарь. Баку, - Мутарджим, 2006, 352 с. 



10.

 Энциклопедия. Символы, знаки, эмблемы. Астрель, Москва 2004, 556 с. 

 

 

ELNARƏ  YƏYHAYEVA 



Azərbaycan Dillər Universiteti 

 

Ş.İ.XƏTAİNİN YARADICILIĞINDA ZƏRFİN TƏSRİFLƏNMƏYƏN FEİLƏ YANAŞMASI İLƏ 



FORMALAŞAN FEİLİ BİRLƏŞMƏLƏR 

 

Açar sözlər: zərf, feil, feili birləşmələr, söz birləşməsi, məsdər, feili sifət 



 

In the article verbal compounds formed with postposition in Sh. I. Khatai are investigated. In the linguistic 

literature vievs on postpositions are explained, comments are made with regaed to them. The issue of government of 

cases by postpositions are also highlightrd. As well as it was shown that, the party used with  postpositions is in 

adoning relation with main being partciple and infinitiv.In this case word connected to the postposition is in nominative 

case. In the article connections formed with different ways of meaning to postpositions are inestigated. In the article 

reference are made to samples from Sh. I. Khatai works. 

Key words:  adverb, types of meaning, government relation, adjoining relation, verbal compounds, participle, 

infinitive 

 

Klassik Azərbaycan şeirinin ana dilində çox gözəl nümunələrini yaratmış Ş.İ.Xətainin yaradıcılığı 



dilimizin sintaktik quruluşunu, eləcə də feili birləşmələrin öyrənilməsi üçün kifayət qədər material verir. 

Əruz vəzni üçün xarakterik olan tabelli mürəkkəb cümlələr əvəzinə feili tərkibli sadə geniş cümlələrə 

üstünlük verməsi şairin dilinin  xalq dilinə yaxınlığı ilə izah olunur.    Söz birləşmələrinin bir tipi olan feili 

birləşmələr dilçiliik ədəbiyyatlarında daha çox struktur-semanik xüsusiyyətlərinə görə tədqiq olunmuşdur. 

Bu baxımdan, feili birləşmələrin “ad+feil”, “feil+feil” və “zərf+feil” növlərini, eləcə də qoşmalı feili 

birləşmələri ayırırlar. Söz birləşməsi təlimində birləşmənin növlərini, əsasən, əsas və asılı tərəflərə görə, 

tərəflər arasında leksik-qrammatik münasibətə görə, tərəflər arasında qrammatik-semantik əlaqəyə görə 

təsnif etmək olar. Bu bölgüdə ən yenisi sonuncusudur. Feili birləşmələr sintaksisin tədqiqat obyekti olduğu 

üçün, əslində, onları sintaktik əlaqələr baxımından araşdırmaq daha məqsədəuyğundur.  Feili birləşmələrin 

tərəfləri arasında qrammatik-semantik əlaqələrdən danışarkən tabelilik əlaqəsindən, daha da konkretləşdir-

sək, yanaşma və idarə kimi sintakik əlaqələrdən, eləcə də subyekt, obyekt və relyativ məna əlaqələrindən 

söhbət gedir. Düzdür, feili birləşmələr içərisində elələri var ki, onların tərəfləri arasında yanaşma və idarə 

əlaqələrinin xüsusiyyətlərini görmək olmur. Asılı tərəfi adlıq halla ifadə olunan bu cür koordinativ 

birləşmələrin tərəfləri arasında subyekt əlaqəsi mövcud olur. 

Feili birləşmələrdə yanaşma əlaqəsi daha çox “feil+feil” tipli birləşmələrin, bəzi qoşmalı birləşmələrin 

və asılı tərəfi zərflərdən ibarət olan bəzi “zərf+feil” tipli birləşmələrin tərəfləri arasında mövcuddur. Zərflər 

təsriflənməyən  feillərə yanaşaraq feili birləşmə yaratmaq imkanına malikdir. Digər nitq hissələri idarə 

əlaqəli və koordinativ feili birləşmələrin  formalaşmasında işirak etsə də onlar, zərfdən fərqli olaraq, 

yanaşma əlaqəli birləşmələr yarada bilmir. Belə bir sual yaranır ki, birinci tərəfi isim, sifət, əvəzlik, sayla 

ifadə olunmuş feili birləşmələrdən zərf+feil tipli  birləşmələri fərqləndirən nədir? Zərfin feilə yanaşması ilə 

formalaşan belə birləşmələrin tərəfləri arasında tərz, zaman, yer və kəmiyyət əlaqələri mövcud olur. Belə 

birləşmələrin sayı digərlərinə nisbətən azlıq təşkil etsə də, istər müasir ədəbi dilimizdə, istərsə də klassik 

üslubda yazılmış bədii nümunələrdə onlara rast gəlinir. Ş.İ.Xətainin dilində də belə nümunələrə təsadüf 

olunur. Məsələn, Bağçan içindən axan su abi-heyvandır mana (1,30), Saxlayan daim səni şol sayeyi-

sübhandurur (1,74) misralarındakı içindən axan birləşməsi zərfin feili sifət tərəfindən idarə olunması ilə, 

saxlayan daim (daim saxlayan) zərfin feili sifətə yanaşması ilə formalaşmışdır. 




85 

 

Tarixən digər nitq hissələrindən daha gec formalaşması, digər nitq hissələri ilə ortaqlı leksikaya malik 



olması zərfi başqa nitq hissələrindən fərqləndirir. Bu səbəbdən də dilçilik ədəbiyyatlarında zərfə münasibət 

birmənalı olmamaışdır. Məsələn, müəllifi  prof. M.Hüseynzadə olan 1973-cü ildə nəşr olunmuş “Müasir 

Azərbaycan dili (Morfologiya)” Ali məktəblər üçün dərslikdə zərf bölməsində müəllifin belə bir qeydi vardır 

ki: “Sadə tərzi-hərəkət zərfləri öz forma və məzmununa görə sadə sifətlərdən fərqlənmir. Odur ki, belə szləri 

sifət-zərf adlandırmaq da olar. Bu sözlər əşyaya aid olduqları zaman sifət, iş-hərəkətə aid olduqda zərf hesab 

olunur.” (2,258) Bu fikir təxminən eyni şəkildə prof. H.Mirzəzadənin “Azərbaycan dilinin tarixi qramma-

tikası“ əsərində də təkrarlanır: “Müasir Azərbaycan dilindəki zərf-sifət uyğunluğu orta əsrlərin ədəbi nümu-

nələrində də özünü göstərir, deməli, bu qədimdən gələn prosesdir... Əslində qrammatik formaların, 

morfemlərin müştərəkliyi sifət və zərfin leksik semantikası ilə bağlıdır – biri əşyanın, biri hərəkətin olmaqla 

hər ikisi əlamət bildirir, əlamət anlayışının da məlum şəkilçilərivə qrammatik qəlibləri var. Buna görə də 

sifətlə zərfin sözyaratma formaları üst-üstə düşür. ” (3,179-180)   Prof. Y.Seyidov özünün “Azərbaycan dili-

nin qrammatikası” əsərində daha radikal mövqedən çıxış edərək  zərfə olan müxtəlif  münasibətlərin kifayət 

qədər geniş xülasəsini və zərfin məqbul hesab etdiyi lüğət tərkibini vermişdir. Onun fikrincə, dilimizdəki 

zərflər bunlardır: tərzi-hərəkət zərfi – yavaş, cəld, dürüst, sərbəst, asta, ahəstə, yanakı, çəpəki, yanaşı, 

adbaad, yerbəyer, üzbəüz, dalbadal, birdən; zaman zərfi – indi, həmişə, bayaq, hələ, sonra, əvvəl, gec, tez, 

sabah, dünən, tezdən, hərdən, çoxdan; yer zərfi – irəli, içəri, geri, yuxarı, aşağı, bəri, dişarı, bayır, uzaq, 

yaxın; kəmiyyət zərfi – təkrarən zərfi vardır (4,360).  O göstərir ki: “Hərəkətin dərk etmək anlamı təfəkkürün 

ilkin inkişaf mərhələsinə aid olmadığından belə məfhumların ifadəsi üçün ayrıca sözlərə də ehtiyac 

olmamaışdır. Bu anlayışlar dərk edildikcə dilin lüğətində olan və başqa məqsədlərlə istifadə edilən sözlər 

köməyə gəlmişdir. Ona görə də hərəkətin müxtəlif cəhətlərdən izahı təkcə zərfin öhdəsində deyil; isim də, 

sifət də, say da, əvəzlik də, feil də bu işi görə bilir. Hərəkət təkcə tərzə, məkana, zamana görə izah olunmur, 

hər hansı hərəkətin bunlarla bərabər səbəbi, məqsədi də var, lakin bunları ifadə edən zərflər yoxdur, yəni belə 

zərflər formalaşmayıbdır, bu mənaları ifadə üçün başqa nitq hissələrindən, başqa vasitələrdən istifadə edilir. 

Təsadüfi deyil ki, hərəkətin əlamətini bildirmək üçün olan cümlə  üzvü -- zərfliyin əhatə dairəsi, məna 

növləri və məna çalarları hərəkətin əlamətini bildirmək üçün ayrılan  nitq hissəsinin – zərfin mənasından 

dəfələrlə zəngindir.” (4, 363)  Alimin bu mövqeyi birmənalı deyil. Əgər bu deyilənlərlə razılaşsaq, zərfin 

əhatə dairəsini xeyli kiçiltmiş olarıq. Digər tərəfdən, bir sözün iki nitq hissəsinin vahidi olması fikrini də 

qəbul etmək çətindir. Zərf haqqında  prof. Q.Kazımovun fikri müəyyən qədər bu deyilənlərlə səsləşsə də, 

fərqli məqamlar da  ortaya çıxır. Zərfləri bir nitq hissəsi kimi müəyyənləşdirməyin tarixən çətin olduğunu, 

bunun zərflərin leksik mənaları ilə digər nitq hissələrinin leksik mənalarının yaxınlığı, zərflərin morfoloji 

əlamətinin olmadığını, tarixən bəzi zərflərin başqa nitq hissələrinə, zərf olmayan bir sıra sözlərin zərfə aid 

edildiyini söyləyən müəllif indi zərflərin bir nitq hissəsi kimi saflşdığını qeyd edir.  Sadə tərzi-hərəkət 

zərflərindən danışan müəllif sırf zərf kimi özünü göstərən zərflərlə yanaşı, zərf mövqeyində çıxış edən digər 

sözlərə də münasibət bildirmişdir: “ Dilldə başqa nitq hissələri, xüsusən sifətlə qarışmayan və həqiqi mənada 

tərz zərfi kimi fəaliyyət göstərən bir sıra sözlər var. Bura cəld, asta, dürüst, sərrast, yavaş, yeyin və s. kimi 

sözlər daxildir. Bu sözlər tələffüz edilərkən ilk növbədə hal-hərəkət bildirən sözlər – feillər yada düşür... 

Qalan hallarda sadə zərflər feil qarşısına düşən, yəni adverbiallaşan sifətlərlə qarışır və adverbial sifətlər zərf 

hesab olunur...Bunları sifətin adverbiallaşması kimi anlamaq daha doğru olar.” (5,316-317) Fikrimizcə, zərfə 

bu mövqedən yanaşmaq daha məqsədəuyğundur. Belə ki, leksik-semantik xüsusiyyətlərinə görə sifət, eləcə 

də say olan sözlərin zaman-zaman əlamət və hərəkətə aid olduğunu inkar etmək olmaz. Lakin bu, həmin 

sözlərin sifət olmaqdan çıxıb zərf olması demək deyildir, bu, həmin sözlərin cümlə daxilindəki mövqeyindən 

irəli gələrək adverbiallaşmasıdır. Belə nümunələrə Xətainin dilində də rast gəlinir, məsələn, Nə bəla, bil kim, 

yüküş cövri-cəfa qaldı mana (1,27), Zahid, ögünmə, taleyi, sədəm deyib yüküş (1,30). Birinci misalda yüküş 

sözü cövri-cəfa isminə aid olub əşyanın əlamətini bildirdiyi halda,  ikinci misalda ögünmə feilinə aid olub 

hərəkətin əlamətini bildirir. 

Xətainin diində zərfin təsriflənməyən feillərlə əlaqəyə girərək feili birləşmə yaratması, eləcə də 

qoşmalarla birlikdə belə birləşmələrin formalaşmasında rol oynadığı hallara kifayət qədər rast gəlinir. Bu 

birləşmələr həm idarə, həm də yanaşma əlaqəsi ilə formalaşır. Birinci tərəfi zərf olan yanaşma əlaqəli feili 

birləşmələrdə zərf yanaşdığı feilləri müxtəlif cəhətlərdən izah edir: 

1) Hərəkətin tərzini bildirən zərflərin təsriflənməyən feilə yanaşması ilə, məsələn, Hər münafiq kim, 

sana könlündə inkar eylədi, Ta əbəd yanmağ cəhənnəmdə rəvadır, ya nəbi (1,212), Üstümüzdə dörd düşəli 

çadirsən, Cümləmizi birdən bürüyüb gedər (1,331). Birinci misaldakı əbəd(i) yanmağ birləşməsində əbədi 

zaman məzmunu ifadə etsə də, hərəkətin tərzini bildirir və zərfin məsdərə yanaşması ilə formalaşıb. İkinci 

misalda tərzi-hərəkət zərfinin feili bağlamaya yanaşması ilə feili birləşmə yaranıb. 

2) Xətainin dilində hərəkətin zamanını bildirən zərflərin təsriflənməyən feilə yanaşaraq birləşmələrin 

formalaşmasında iştirakı daha fəaldır. Nümunələrə baxaq: Dünyanın varü yoxundan, ey Xətai qəm yemə,  

Saxlayan daim səni şol sayeyi-sübhandurur (1,74), Meydanda atı həmişə tövşən,Uzatmış ana zəbanı susən 

(1,263), Əvvəl-əvvəl meyvə verən ağaclar, Onlar da qalmayıb çürüyüb gedər (1,331) misallarında saxlayan 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə