Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə46/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   42   43   44   45   46   47   48   49   ...   243

86 

 

daim, həmişə tövşən (tövşəyən), əvvəl-əvvəl meyvə verən birləşmələri zaman zərflərinin feili sifətə 



yanaşması ilə formalaşmışdır. Zaman zərflərinin feili bağlamaya yanaşması ilə formalaşan birləşmələrə də 

rast gəlinir, məsələn, Yoxsa doğmuş aradə bir afitabi-şəmi-bəzm, Çeşmi-mərdüm anə hər su müştəri 

nisbətlüdür (1,66), Yarı gördüm bu gün xəndan oturmuş, Yanağı tazə gül, reyhan oturmuş  (1,112), Hər səhər 

ta sübh olunca tapmazam çün rahəti, Bəndəni qayğudan azad etdiyin, yəni ki, nə?  (1,181), Əvvəl göricək 

şəfi olur kəs, Çox görsə sözi qəbul edər bəs (1,296), Gəl öyüd verəyim, öyüd alırsan, Xidmət eylə genə gülü 

bulunca (1,332). Nümunələrdəki  doğmuş aradə bir, bu gün xəndan oturmuş, hər səhər ta sübh olunca, əvvəl 

göricək, genə (yenə) bulunca birləşmələri məhz zərflərin feili bağlamaya yanaşması ilə formalaşmışdır. 

Xətainin dilində maraqlı bir formaya da rast gəlinir: Gecə-gündüz istəkim dildarım bulmuşam, Canü dil 

qurtuldu ğəmdən, ğəmgüsarım bulmuşam  (1,141). Misaldakı itsəkim sozü ilk baxışdan istəyim sözü kimi 

təsir bağışlasa da, əslində, məzmundan da aydın olduğu kimi, istədiyim sözünün qısaldılmış formasıdır və 

adverbiallaşmış sözün feili sifətə anaşması ilə düzəlmişdir. 

3) Kəmiyyət bildirən adverbiallaşmış sayın feili bağlamaya yanaşması ilə yaranan birləşmələrə də rast 

gəlmək mümkündür, məsələn, Ğəm könlünə xeyli kar qılmış, ya cövri cəfami yar qılmış? (1,304). Misalda 

xeyli kar qılmış birləşməsindəki xeyli qeyri-müəyyən sayi adverbiallaşaraq kar qılmış – köməkçi feil 

vasitəsilə düzəlmiş feili bağlamaya yanaşmışdır. Başqa bir misalda – Qönçə tək ləlini xəndan etdiyin, yəni 

ki, nə? Lalə tək bağrımı pür qan etdiyin, yəni ki, nə? (1, 212)  misalında pür (dolu, tünd, çox) adverbial-

laşaraq qan etdiyin feili sifətinin kəmiyyətini bildirir. Xətainin dilində həmçinin kəmiyyət məzmununu ifadə 

edən adverbiallaşmış  düzəltmə sözlərin feilə yanaşması ilə birləşmə yaratdığı hallara da təsadüf  olunur, 

məsələn, Gər yüz il kuyində can ver, meyli yox hər dəm sənə,  Ey könül, sən munca əfğan etdiyin, yəni ki, 

nə? (1,213) 

–ca,-cə zərf düzəldən şəkilçisi adverbiallaşma yaratmağa  daha çox meyillidir. Prof. Q.Kazımov həmin 

şəkilçinin bu xüsusiyyətinə diqqət çəkir: “Sözün kökü ilə -ca,-cə şəkilçili forma arasında az da olsa, məna 

fərqi var. Sözlərin kökünə nisbətən, -ca, -cə şəkilçili formada adverbiallıq güclüdür. Sözlərin kökləri əksərən 

həm sifət, həm də zərf kimi çıxış edə bildiyi halda, -ca, -cə şəkilçili formada adverbiallıq üstündür və bu cür 

sözlər əksərən zərf kimi özünü göstərir. Lakin bir çoxunda məna fərqi azdır. Görünür, bu şəkilçi sifətlərin 

tədricən zərfləşməsinə xidmət edən vasitə kimi inkişaf etməkdədir. ” (5,319) 

Ş.İ.Xətainin dilində işlənən yanaşma əlaqəli zərf birləşmələrinin əsas tərəfini  feili bağlama, feili sifət 

və məsdər təşkil edir, asılı tərəfi isə tərz, zaman və az da olsa kəmiyyət zərfləri ilə ifadə olunmuşdur. 

 

Ədəbiyyat 



1. Ş.İ.Xətai. Seçilmiş əsərləri. Bakı, 2005 

2. M.Hüseynzadə Müasir Azərbaycan dili (Morfologiya). Bakı, 1973 

3. H.Mirzəzadə. Azərbacan dilinin tarixi qrammaikası. Bakı, 1990 

4. Y.Seyidov. Azərbaycan dilinin qrammatikası. Bakı, 2013 

5. Q.Kazımov. Müasir Azərbaycan dili. Bakı, 2010  

 

 



ƏHƏD  CAVADOV 

Filologiya üzrə fəlsəfə doktoru, dosent 

Bakı Dövlət Universiteti  

                                                                

 

OĞUZAQƏDƏRKİ ABİDƏLƏRİN DİLİNDƏ TABELİ MÜRƏKKƏB CÜMLƏ TİPLƏRİ 



 

Açar sözlər: tabeli mürəkkəb cümlə, tip, dil, oğuzaqədərki abidələr  

 

Semantically-syntactical features of the difficult-subordinated sentences with additional definitions 



and circumstances (On the basis of a Gul Alipoem’s“Gisseyi-Jusuf”) 

 

In the article the difficult-subordinated sentences, including with additional definitions and the circumstances 



used in a Gul Ali’spoem “Gisseyi-Yusuf” are considered. Their semantically-syntactical features as a result of research 

Here reveal it is possible to draw a conclusion, that in a Gul Ali’spoem “Gisseyi-Yusuf” the difficult-subordinated 

sentences, with allocation of a defined member, and also some kinds adverbial subordinate clauses (time, the reason, a 

condition and opposition) are used. The considered sentence structures have shown affinity to public language. The 

given research is actual from the point of view of wider studying of native historical grammar. 

Key words: compound sentences, types, language, pre-Oghuz monuments. 

 

TMC-nin təkamülü məsələsi Azərbaycan dilçiliyində, ilk dəfə olaraq, prof. Ə.Z.Abdullayev tərəfindən 



tədqiqata cəlb edilmişdir. O, TMC-nin bir qisminin ilkin sadə cümlənin genişlənmiş üzvünün  dinləyiciyə 


87 

 

daha asan çatması  üçün cümlənin yükünü azaltmaq xatirinə  “kənara çıxıb” müstəqil cümlə təşkil etməsi 



yolu ilə, bir qisminin isə   sadə cümlələrin cüt-cüt birləşib ayrılması  yolu ilə yarandığını göstərir (1, 56-59). 

Əsası  A. Riftin  tərəfindən qoyulmuş  bu problem  zaman-zaman türkologiyada, o cümlədən Azərbaycan 

dilçiliyində  mübahisə obyektinə çevrilmiş, müxtəlif fikirlərin yaranmasına səbəb olmuşdur. 

Türkoloqlardan A.N.Kononov, E.A.Qrunina,  U. B. Aliyev, N. Z. Hacıyeva, A. Z. Abdullayeva hər iki 

yolun  mövcudluğunu qəbul edirlər.  A.N. Baskakov,  Q. Q.  Saitbattalov, T. A. Bertaqayev, Q. İ. Baytuqaye-

va  A. Riftinin tezisinə qarşı çıxaraq göstərirlər ki,  “kənar çıxma” aqqlütinativ dillər ( həmçinin türk dilləri)  

üçün nəinki  əsas deyil, hətta qəbuledilməzdir.  Q.A.Abdurrahmanov, İ.X.Axmetov  isə birinci yolu müdafiə 

edir və içərisində feil i tərkiblər olan  sadə cümlələrin budaq cümlə əmələ gətirməsini qəbul edirlər. 

Azərbaycan dilçilərindən  M.Şirəliyev, Ə.Abdullayev, Z.Tağızadə,  K.Abdullayev hər iki yolun müm-

künlüyünü irəli sürür, Ə.Sadıqov, F.Cəlilov, İ.Əhmədov isə  “kənara çıxma” prosesinin TMC-nin inkişaf yo-

lu kimi qəbul olunmasına etiraz edirlər.  Prof. H. Mirzəzadə   mürəkkəb cümlələrin, sadə cümlələrin tarixən 

yanaşması yolu ilə əmələ gəlməsi fikrinin tərəfdarıdır.  Prof. Y. Seyidov “kənara çıxma” yoluna etirazını bil-

dirərək yazır: “Bu,çoxdankı versiyadır, praktik cəhətdən sübutu mümkün olmayan nəzəri fikirdir” (25, 249-

250) 


Biz  A. Riftinin “kənara çıxma” nı aqqlütinativ  dillər üçün (deməli, həm də Azərbaycan dili üçün)  

əsas hesab etməsi fikrinə etiraz edir, əlimizdəki dil faktlarına əsaslanaraq, TMC-nin təkamülündə sadə 

cümlələrin cüt-cüt birləşib ayrılmasını əsas və başlıca yol hesab edirik. Bu  zaman bir komponent ya o biri 

komponentin  bu və digər informativ çatışmazlığını  aradan qaldırmağa xidmət etmiş, ya da ki, tərəflər 

arasında qarşılıqlı şərtlənmə  (sözün geniş mənasında)  mövcud olmuşdur. Hər iki halda TMC-nin kompo-

nentləri nitq aktlarının yerinə yetirilməsinə, informasiyanın ötürülməsinə  xidmət edir ki, elə bu da ünsiyyət 

vasitəsi olmağın əsas şərtidir.  V. Q.Admoninin  də belə bir fikri maraq doğurur ki, “bütün hallarda budaq 

cümlə baş cümlədəki informasiyanın (bu sözün geniş mənasında) genişləndirilməsinə, onun dəqiqləşdirilmə-

sinə və ona əlavələr edilməsinə xidmət göstərir” (5, 328) 

Göründüyü kimi, TMC-nin təkamülü  problemi tezislər şəklində qoyulmuş, dildəki bu və ya digər 

cümlə quruluşunu hansı yolla yaranması  bir hipotez kimi irəli sürülmüşdür.  Dilimizin tarixi sintaksisinə aid 

qiymətli tədqiqatların müəllifi kimi tanınan  prof. H. Mirzəzadənin monoqrafiyasında  da müxtəlif dil 

abidələrinin materiallarına  bugünkü ölçülərlə yanaşılır( bax:16). Halbuki dilin qədim dövrlərinə “səyahət  

etdikcə”  bir-biri ilə bağlı cümlə tiplərini nəzərdən keçirdikcə belə bir nəticə hasil olur ki, dil materialı necə 

var, elə də öyrənilməlidir.  Hər hansı bir abidə tədqiq olunarkən  bu, nəzərə alınmalıdır.  Belə bir fikir də 

doğrudur ki, “cümlənin tarixi inkişafını izləməyi onun tam formalaşdığı mərhələdən başlamaq məqsədəuy-

ğundur” (22, 46). Əlbəttə, “ilkin mərhələ” nin müəyyənləşdirilməsi çox çətindir, hətta “...ayrı-ayrı 

modellərin, sintaktik vahidlərin yaranmasını dövrlər üzrə təsdiq edən dil faktları çox azdır və ya yox 

dərəcəsindədir” (7, 39)  Bütün bu çətinliklərə baxmayaraq,  dilin sintaktik  sisteminin, o cümlədən TMC 

quruluşlarının müxtəlif dövrlər üzrə, ayrı-ayrı dil abidələri əsasında tədqiq olunması xüsusilə vacibdir.  

Azərbaycan dilçiliyində bir  neçə monoqrafiya və məqaləni nəzərə almasaq, dilimizin  TMC sisteminin 

təkamülü “təkamül”  sözünün həqiqi mənasında  ciddi və sistemli tədqiq olunmamışdır. Tədqiqatlar daha çox 

leksik-morfoloji  və üslubi istiqamətlərdə  aparılmış, dilin daha çox mühafizəkar  və az dəyişən yarusu  

(sintaktik quruluş)  diqqətdən kənarda qalmışdır. Tədqiqatların bu xüsusiyyəti müxtəlif dil abidələrinin 

mürəkkəb cümlə, o cümlədən TMC sistemi haqqında mübahisəli mülahizələrin meydana çıxmasına səbəb 

olmuşdur.( bax: 9,119- Prof.Ə.Dəmirçizadənin “ Kitabi-Dədə-Qorqud “ dastanlarında mürəkkəb cümlələrin 

az işlənməsi və müxtəlif növlərdə olmaması fikri). Ayrı-ayrı abidələrimizin sintaksisi, həmçinin TMC 

quruluşları ətraflı və ciddi tədqiq olunmamışdır. 

Rus dilçiliyində ədəbi dilin müxtəlif mərhələlərində, ayrı-ayrı dil abidələrinin TMC sistemi hələ 50-ci 

illərdə tədqiq olunmuş, bu barədə çoxlu doktorluq və namizədlik dissertasiyaları, monoqrafiya və məqalələr 

yazılmışdır. Rus dilçilərindən E.İ.Korotayevin “Союзное подчинение предложений в русском 

литературном языке второй половины XVII столетия“, В.Н.Мигиринин “Эволюция виды трансфор-

мации главного и придаточного предложений в русском языке“ doktorluq, Q.A.Kaçevskayanın “Из 

истории сложноподчиненного предложение в русском литературном языке XVI в“ S.A.Bajenovun 

“Придаточные предложение цели в древнeрусском языке / на памятникам XIV-XVI вв /” adlı 

namizədlik dissertasiyaları ( 19, 12-14; 30 ) və bu kimi çoxlu tədqiqlər göstərir ki, hər bir dilin ayrı-ayrı 

dövrlərinə məxsus abidələr əsasında o dilin sintaktik sistemini işləmək vaxtı çoxdan çatıb. Bizcə, 

Azərbaycan dilinə aid edilən, ümumən oğuz qrupu dillərinə şamil olunan yazılı abidələrin xronoloji 

ardıcıllıqla tədqiq olunması /TMC quruluşları baxımından / bu böyük və çoxcəhətli prosesin yalnız bir 

tərəfidir. Bu məqsədin həyata keçirilməsi isə TMC sisteminin müasir səviyyəsində baş verən prosesləri və 

hazırkı cümlə quruluşlarını  daha dərindən öyrənməyə imkan verər. 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə