Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə51/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   47   48   49   50   51   52   53   54   ...   243

95 

 

keçmiş zamanda baş vermiş hər hansı bir hərəkət indiki zamanla ifadə oluna bilər. Məsələn:”Nabat səhər 



gözünü açar-açmaz dünən İkramın ona dediklərini həyəcanla anasına danışdı. Səkinə xala diqqətlə qızını 

dinlədikdən sonra onu sakitləşdirərək dedi: fikir vermə,qızım, İkramdır danışır da.“ Bu cümlədəki “danışır 

da” ifadəsi indiki zaman söz-forması olmasına baxmayaraq keçmiş zaman anlamında istifadə olunmuşdur. 

“Saleh hirslə anasından qardaşının nə zaman gələcəyini soruşanda onun əvəzinə atası Əkrəm kişi – ay bala, 

sənə bir dəfə dedik ki sabah gəlir- deyə cavab verdi.” Bu cümlədə isə indiki zamanda istifadə olunan “gəlir” 

feili gələcək zaman anlamında işlənmişdir. Belə ki, “sabah gəlir” ifadəsi “sabah gələcək” ifadəsinin əvəzinə 

işlənmişdir. 

Ümumiyyətlə nitq prosesində eynizamanlılıq qalır və qeyri-eynizamanlılıq müxtəlif dərəcələrdə ifadə 

oluna bilər. İndiki zaman söz-formalarında tam və natamam eynizamanlılıq ifadə olunur. Bu fikir dilimizdə 

indiki zamanın ifadə formalarına da tam uygun gəlir. Belə ki, eynizamanlılıq zamanı nitq prosesi və 

müəyyən bir hərəkətin icrası eyni zaman daxilində olur. Məsələn: hər hansı bir idman reportajı zamanı icra 

olunan hərəkətlər danışıq zamanı ilə ardıcıl olaraq dəyişir və indiki zamanla ifadə olunur. “Rəşad Zamanov 

qapıya dogru qaçır və topu qapıya vurur. Lakin top qapı dirəyinə dəyir” bu cümlələrdəki “qaçır”,”vurur” və 

“dəyir” feilləri indiki zamanda olsa da həmin hərəkətlərlə eynizamanlılıq yox ardıcılzamanlılıq təşkil edir. 

Yəni hərəkətlər artıq icra olunduqdan sonra onlar haqqında məlumat indiki zaman feilləri vasitəsilə verilir. 

Natamam eynizamanlılıq hərəkətin nitq prosesi ilə eyni zamanda olması ilə bərabər müəyyən qədər keçmişə 

və ya gələcəyə aid olur. “Biz dərsə başladıgımız gündən mən bu yerdə otururam” cümləsində hərəkətin 

icrasının başlanma zamanından indiki zamana və sonraya aidliyi sadəcə indiki zaman vasitəsi ilə ifadə 

olunur. 

Azərbaycan dilinin qrammatikasında eynizamanlılıq anlayışı tarixi indiki zaman termini ilə ifadə 

olunur və “İzahlı dilçilik terminləri lügətində öz izahını“keçmişdə baş verən hərəkəti, hadisəni nəql edərkən 

işlənən indiki zaman” kimi tapır. (3.67) Bundan başqaindiki zaman söz-formaları ilə ifadəolunan hər hansı 

bir hərəkət eynizamanda nitq prosesi zamanı ilə üst-üstə düşür və ya müəyyən bir müddət ərzində davam 

edən zamanı ifadə etmiş olur. Məsələn:“Yavaş danış, o biri otaqda uşaq yatır” cümləsindəki hərəkətin icrası 

indiki zaman feili ilə ifadə olunduğuna baxmayaraq “uşaq oyanana qədər” davam etməlidir. “Sənə dedim 

axı, bu haqda bir kəlmə də danişma” cümləsində isə xəbər indiki zaman feili ilə ifadə olunmasına 

baxmayaraq bu hərəkətin heç bir zaman icra olunmaması anlamında işlənmişdir. 

Nitq prosesində indiki zaman söz-formaları hər hansı bir hərəkətin ya keçmiş zamanda icra 

olunduğunu, ya da davamlı icrasını ifadə etmək imkanına malikdir. “Biz bu evdə 20 ildən artıqdır ki 

yaşayırıq”,”Volqa çayı cənuba dogru axır”, “Cəmilə İqtisad Universitetində təhsil alır”, “Baki-Moskva qatarı 

həftənin cümə günləri axşam saat 19.00-da yola düşür” cümlələrindəki xəbərin indiki zaman feilləri ilə ifadə 

olunmasına baxmayaraq onların hər biri ayrı-ayrılıqda müəyyən bir zaman anlamını ifadə etmiş olur.  Yəni 

burada birinci cümlədə müəyyən bir prosesin 20 illik müddəti əhatə etməsi,ikinci cümlədə hər hansı bir 

hərəkətin daim təkrarlanması, üçüncü cümlədə hərəkətin müəyyən zaman kəsiyində davam etməsi, dördüncü 

cümlədə isə illər boyu davam edən bir proses indiki zamanla ifadə olunmuşdur. 

İndiki zaman söz-formalarının semantik xüsusiyyətləri keçmiş və gələcək zamanda olan söz-

formaların ifadə etdikləri məna ilə üst-üstə düşə bilər. Müqayisə edək: “Biz sizi çoxdan axtarırıq (axtarırdıq), 

mağaza axşam saat 10-a qədər işləyir (işləyəcək),onların təyyarəsi sabah  günorta gəlir (gələcək)”. 

İndiki zamanla uzun müddət davam edə biləcək, həmin  işin keçmişdə, indi və gələcəkdə icrası ifadə 

oluna bilər. “Araz çayı Azərbaycanı iki hissəyəbölür” ,”Toğrul həmişə elədir-öz bildiyini heç kəsə vermir” 

və s bu tip cümlələr “bu olmuşdu, var və olacaq” formasına əsaslanır. 

Feilin hər üç zamanının bir-birini ifadə edə bilmə xüsusiyyəti nitq prosesində keçmiş, indiki və gələ-

cək zamanların funksional xüsusiyyətlərində özünü göstərmiş olur. Dilimizdə hər üç zamanda baş vermiş hə-

rəkəti ifadə etmək üçün ümumi bir formal əlamət və ya sintaktik vasitə yoxdur.Belə bir anlayışı ifadə etmək 

üçün zaman kateqoriyasının hər üç zamanı ifadə edən formal əlamətlərindən istifadə olunur. “Sadıq mərd 

insandır. O, həmişə sözünün üstündə durur, dururduvə duracaq”cümləsi nitq prosesində “Sadıq mərd adam-

dır. O, həmişə sözünün üstündə durur” cümləsindən istifadə edilir və eyni mənanın ifadəsinə xidmət edir. 

İndiki zaman anlayışı və hərəkətin icrası müxtəlif istiqamətlərdə xarakterizə oluna bilər. Situasiyadan 

asılı olaraq hərəkətin davamlılığı bir neçə istiqamətdə ola bilər. Yəni zamanla məhdudlaşmayan sabitlik 

indiki zamanla ifadə oluna bilər. “Kür çayı Xəzər dənizinə axır” cümləsində hərəkətin icrasının davamlı və 

ya məhdudluğu indiki davamedici zamanla  ifadə olunur. “Yer öz oxu ətrafında fırlanır” cümləsində minil-

liklər boyu davam edən və davam edəcək işin (daimi və davamlı hərəkət) icrası indiki zamanla ifadə olunur. 

“Nazlı nənə beşinci mərtəbəyə çətinliklə olsa da qalxır” (məhdud bir zaman kəsiyində icra olunan davamlı 

hərəkət) cümləsində indiki zamanla ifadə olunmuş hərəkətin icrası zamanın müəyyən bir anı ilə bağlıdır. 




96 

 

İndiki zaman söz-formaları vasitəsilə hərəkətin icrası konkret zamanla əlaqədar olaraq da ifadə oluna 



bilər. Onu da qeyd edək ki, bu feilin hər üç zamanında olan söz-formaları üçün xarakterik funksional 

xüsusiyyətdir. “Məryəm çox avadlı qızdır.O,bu məsələni 5 dəqiqəyə həll edir (edib, edəcək). 

İndiki zaman feilləri vasitəsilə gələcək zamanda olacaq bir hərəkət  haqqında təsəvvür yaratmaq da 

mümkündür. “Təsəvvür edin ki, siz onunla bir müddətdən sonra görüşürsünüz və o yalnız sizin üçün rəqs 

edir” cümləsində indiki zamanla müəyyən bir müddət sonra baş verəcək bir hərəkət ifadə olunur. 

Nitq prosesində danışanın hər hansısa bir hərəkəti gələcək zaman icra edəcəyi halda indiki zamanla 

ifadə etməsi mümkündür. “Beş dəqiqə sonra iclasa girirəm – girəcəyəm”, “Bu gün mən tələbə yoldaşlarımla 

görüşürəm – görüşəcəyəm”. Bu kimi cümlələr şifahi nitqlə yanaşı yazılı nitqdə də öz əksini tapır. 

Bildiyimiz kimi indiki zaman hal-hazırda icra olunan hərəkət haqqında məlumat verir.”Gülgəz oturub 

dərsini oxuyur”. Lakin nitqimizdə elə cümlələrə təsadüf edirik ki, onların xəbərinin indiki zamanla ifadə 

olunmasına baxmayaraq icra olunan hərəkət davamlı olur. Bu tip cümlələrdə indiki zamanı daha da 

qüvvətləndirmək üçün “hələ (də)”, “hec çür və söz və birləşmələrdən istifadə olunur. “Bayaqdan axtarıram, 

kitabı hələ də tapa bilmirəm” və ya “Heç cür başa düşə bilmirəm ki,bu işin sonu necə olacaq”. 

İndiki zaman feilləri şəxs sonluqları qəbul etdikdə hansı şəxsin hansı zaman daxilində icra etdiyi 

hərəkətlər və zamanın bir-birini əvəzetmə mənası danışıq prosesində meydana çıxır. “Mən deyirəm, mən  də 

eşidirəm”, Nə edirsən et o öz havasından qalmır. Cümlələrdə bəhs olunan hərəkətlər situasiyadan asılı olaraq 

hər üç zamana aid ola bilər. 

Indiki zamanda III şəxsin funksional imkanları daha genişdir. Hər hansı bir hərəkətin gələcəkdə 

icrasını təsdiqləmək məqsədilə III şəxsin tək və cəmində olan söz-formalar istifadə oluna bilər. Təbii ki, bu 

mətn daxilində özünü biruzə verə bilər. Çünki bu hal iki şəxs arasında olan bir dialoqa üçüncü bir şəxsin 

müdaxiləsi nəticəsində baş verir. “-Sən sabah kəndə gedirsən. – Hə gedir, başqa söz ola bilməz”. Digər bir 

misal vasitəsilə indiki zamanda III şəxsin keçmişində icra olunan hərəkətin kinayə ilə ifadəsini izah edə 

bilərik. “-Ay qız , gördün də Fərhad onu necə borclu çıxartdı.-Əşi, danışır da , sübut eləsin”. 

Nitq prosesində sintaktik üsullarla  müxəlif zaman anlayışlı sözlərin vasitəsilə indiki zamanda hərə-

kətin davamlılığının müxtəlif ifadələri mümkündür. Məsələn: “Həmişə Lətafət sənin vəziyyətinlə maraq-

lanır”  (daimi hərəkət). “Nadir arabir buralarda görünür” (zaman-zaman təkrar olunan hərəkət. “Hər  an  (tez-

tez, həmişə və s.) onu düşünürəm” (tez-tez icra olunan hərəkət) “Adəti üzrə Hicran belə danışmır” (daimi 

icra olunan hərəkət). Ümumiyyətlə feilin zaman kateqoriyasının fumksional məna çalarları çox zəngindir. 

 

Ədəbiyyat 



1.

 E. Dəmirçizadə “ Azərbaycan dilinin üslubiyyatı” . Bakı. 1862 

2.

 Q. Bağırov “ Azərbaycan dilində feillərin leksik-semantik inkiçafı”.Bakı. 1982 



3.

 “İzahlı dilçilik terminləri lüğəti” . Bakı. 1989 

4.

 М.Щелъякин “Фунеционалъная грамматика русского языка “Москва. 2001 



 

 

FİKRƏT ƏLİZADƏ 



Filologiya üzrə fəlfəfə doktoru, dosent 

Bakı Dövlət Universiteti 

 

DİLÇİLİK  ETÜDLƏRİ 



(dilçilik həqiqətləri, anomaliyalar və fərziyyələr) 

 

Açar sözlər: flektivlik, kök samitləri,  sözün tam hissəsi və bir qismi 



  

Linguistic studies (Linguistic facts, anomalies and assumptions) 

 

If the vocabulary of all languages of the world consider consonant terms, it is possible to find many similarities. 



With their help it is possible to identify the etymological essence of endings, suffixes and auxiliary parts of speech. 

There are cases where one word intrinsically conveys the meaning of the whole sentence, or part of the same word 

corresponds to its value. 

Keywords: Flexion, root consonants, word and part of speech 

 

Bir sıra dünya dillərində  normal halda söz sütunları olan kök  samitləri cəmi üç vahid təşkil edir. 



Lakin bunların sınması - eliziyaya uğraması nəticəsində iki və hətta bir kök samiti qala bilər. Burada bəzən 

dil daşıyıcısı olan xalqın ya psixoloji , ya da dilində olmayan danışıq səslərini əvəz etmə istəyi /məcburiyyəti  

bir kök samitinə də təsir edə bilər. Xalqın nəfəs - ruhunu əks etdirən saitlər isə çox zaman daha dəyişkən, 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə