Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə59/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   55   56   57   58   59   60   61   62   ...   243

110 

 

dilimizin lüğət tərkibinə yol tapması kimi tendensiyanın  qarşısını almaq sahəsində də xidmət göstərməlidir. 



Hər bir dilin lüğət tərkibindəki yeniləşmə tendensiyası bir başa mətbuatın dil quruculuğunda mövqeyindən 

və bu sahədə oynadığı roldan çox asılıdır. 

Çağdaş Azərbaycan mətbuatının dilimizin lüğət tərkibinin zənginləşməsində, yeni ifadə formalarının 

yaranmasında, ümumxalq dilində işlənən leksik vahidlərin mətbuat dilinə gətirilməsində, sintaktik və 

morfoloji üsulla yeni sözlərin yaradılmasında xidmətlərini danmaq olmaz. Ədəbi dil üslublarının aydın 

cizgilərlə bir-birindən ayrılmasında və kütləviləşməsində, qrammatik normalaşmadakı sabitliyin qorunub 

möhkəmlənməsində və milliləşməsində də mətbuatın xüsusi rolu vardır. Mətbuat dövrün mənzərəsini əks 

etdirən söz, termin, sabit və sərbəst birləşmələri özündə əks etdirən ensiklopedik lüğətə bənzəyir. 

Azərbaycanda on doqquzuncu yüzilliyin yetmişinci illərindən başlayaraq dilimizə qondarma yolla gətirilmiş 

kəlmələrin mətbuat səhifələrində şüurlu surətdə milliləşdirmə prosesi başlanmışdı: 1) qədim türk sözlərinin 

yenidən fəallaşdırılması; 2) dialekt sözlərinin ədəbi dilə gətirilməsi; 3) mövcud modellər əsasında yeni 

sözlərin yaradılması: nümunə -örnək, ənənə-gələnək, nömrə-say, köhnə-əski, qədim-ulu, nəsil-uruğ, müha-

ribə-savaş, hadisə-olay, etiqad-tapınma, inşaat-tikinti, tormoz-əyləc, reallıq-gerçəklik, neqativ-pis, yaramaz, 

situasiya-şərait, mühit, qlobal problem-böyük çətinlik, ideal vaxt-əlverişli vaxt, nümayiş etdirilmə-göstərilmə 

və s. Bu milliləşdirmə prosesi indi təəssüf ki, ardıcıl, sistemli şəkildə davam etdirilmir. 

Gerçəkliyin ayrı-ayrı elementlərinin dildə sözlər, söz birləşmələri vasitəsilə ifadə olunması, adlan-

dırılması motivli və motivsiz olur. Dilin lüğət tərkibinə yenicə yol tapmış, söz motivlidirsə, onun ümumxalq 

tərəfindən anlaşılmasında, heç bir çətinlik olmur, sözün daxili forması şəffaf olduqda anlayışın mahiyyəti 

barədə ilkin məlumatı verir (tanıq sözünün, tanımaq felindən törəndiyi kimi). Bu cəhət mətbuatda işlənən 

yeni söz və ifadələrin seçilməsində nəzərə alınmalıdır. 

Mətbuat səhifələrində yeni anlayışların, terminlərin dilin daxili imkanları hesabına sabit və sərbəst 

birləşmələrlə təsviri yolla ifadəsi lüğət tərkibinin özünə-məxsus zənginləşmə yollarındandır: təmas xətti, 

etiraz aksiyası, kütləvi aksiya, birmənalı, dilə gətirmək, enerji dəhlizi, Laçın dəhlizi. özünü senzor düşüncəsi, 

qarşılıqlı anlaşma, legion qrupu, sərhəd məntəqəsi, prezident iqamətgahı, qaçaqmalçılıq, gömrük idarəsinin 

terminalı, güc strukturu, gerçək barış, uzaqbaşı, sayılan rejissor, göy cızıqlı maşın, soyqırım, vitse spiker, 

dövlətlərin yetkililəri, hakim komanda, yeni azərbaycanlılar, sülh konsepsiyası, hərbi kontingent, yeraltı, 

yerüstü sərvətlər, Qafqazın gözü, baxış bucağı, bir araya gəlmək, vətəndaş həmrəyliyi işçi qrupu, gömrük 

rüsumları, mənzil sertifikatı, humanitar yardım, sosial xidmət, beynəlxalq terrorçu, insiativ qrupu, media 

mənsubları, miqrasiya mütəxəssisi, reabilitasiya məsələsi, müqəssirçilik qərarı, özəlləşdirmə payları, 

imtiyazlı təbəqə, yuxarı eşalon, çoxsaylı, sözügedən, işbirliyi, partiyalarüstü qurum, rejim-daxili gərginlik, 

aydınlıq gətirmək və s. 

Mətbuatın dilində ümumxalq dilində işlənən, yaxud unudulmuş ədəbi dildə istifadə edilməyən türk 

mənşəli sözlərin fəallaşması hadisəsi müşahidə olunur, bu gedişat yersiz işlənən alınma sözləri sıradan 

çıxarır dilin soluxmuş rəngini özünə qaytarır: sonuc, önəm, sınır, səngimə, eşcinsəl, başqan, dəstəkləmək, 

qarşıdurma, soydaş, işbirliyi, toplantı, fikirdaş, partiyadaş, çiyindaş, sıcaq, açıqlama, genəşmək, genəş, 

genəşçi, yetgin, sonuclamaq, qınaq, yağı, tutarqa, unutqanlıq, zaman-zaman, təkləmək, yetərincə, sorğu, 

qopma, seçim, suç, suçlandırmaq, gündəm, görsəniş, çözüm, yön, örrən, çağ, bağlaşma, ödül, gerçək, bilgi, 

bilgili, toparlamaq, görkəzmə, qaçqın, köçgün, öncül, güney, anayasa, anlaşma. 

Mətbuatımızın dilində müşahidə olunan ən təhlükəli tendensiya mənası geniş oxucu kütləsinə aydın 

olmayan, yalnız dar bir sahənin mütəxəssislərinin başa düşdüyü çox saylı söz - terminlərin başqa dillərdən 

olduğu kimi alınmasıdır. Belə sözlərin dilimizin lüğət tərkibinə gətirilməsində əksər halda ehtiyacın olmadığı 

aydınca hiss olunur. Bir çox mətbuat işçiləri alınma sözləri saf-çürük etmədən bu və ya digər sözün, yaxud 

ifadənin dilimizdə qarşılığının olub-olmamasının fərqinə varmadan, sanki özlərinin "intellektual 

səviyyələrini" nümayiş etdirmək xatirinə işlədirlər: demarş, ştrix, faktor, kommunikasiya, kurasiya, skandal, 

neqativ, impuls, transfer, ambisiya, aksiya, super market, vitrin, təhəddid, tarif, insident, rezyume, fiasko, 

konflikt, presedent, analoq, unikal, ajiotaj, cüzi, infrastruktur, formirovka, dominant, zənn, eks, inteqrasiya, 

kompramat, passiv, situasiya, optimal variant, təkzib etmək, musaj, adekvat, ironiya, hotel, skeptik, təbəə, 

qrimas (görkəm), diversiya, restrukturizasiya, postsovet, provayder, sayt, antiqlobalist, moralist, sinerkizm, 

prezentasiya, matç, liqa, klip, montaj, kompaniya, müsafir, verbovka, razborka, məxfi, intensivləşdirmək, 

spiker, raund, pressinq, anklav, akkord, koorupsiya, kanonik, transformasiya, dizayn, tusovka, meqafon, 

preventiv və s. 

Müasir Azərbaycan dilinə müxtəlif münasibət və əlaqələrin nəticəsində kənardan, başqa xalqların 

dilindən gətirilən söz, yaxud anlayışlar ilk dəfə mətbuat səhifələrində gözə dəyməyə başlayır, sonradan 

gəlmə sözlər tədricən ədəbi dilə, onun müxtəlif üslublarına, ümumxalq dilinə yayılır. Müxtəlif mənbələrdə

rəsmi sənədlərdə, əcnəbi dilli mətbuatda rast gəlinən sözlərin doğma dilimizdə qarşılığı axtarılmadan azacıq 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə