Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə12/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   8   9   10   11   12   13   14   15   ...   282

 

25

da rəqəmlərdən ibarətdir ; harmoniya – rəqəmlərin kombinasiyasıdır; Planetlər ( o zaman 



5 planet məlum idi), Günəş  və Ay fırlanaraq xüsusi səs çıxarılar və    kürələrin səs 

harmoniyası yaranır; (Maraqlıdır ki,  20 –ci əsrdə bu fikirlər təsdiq olundu və Günəşin  və 

digər kosmik cisimlərin səsi  maqnitofona yazıldı). Miqdar təklərin  birliyidir. Tək, 

vahidlik,  bir, bütün varlığın  əsasında durub. Səs, işıq  və maddələrin  əsası  təklərin 

çoxluğudur. ( BEKM 2002)  Elə həmin zaman  Pifaqorun xəbəri olmadan sıfır rəqəmi (1- 

9 a qədər rəqəmləri artıq yaradılmışdı ) Hindistanda  kəşv edildi və bu daş üzərində həkk 

olunan yazıda qalmışdır.  

      Pifaqorun fikirlərini Mendeleyevin kimyəvi elementlər cədvəli sübut etdi. İşıq, kvant, 

dalğa nəzəriyyəsi də işığın, səsin  dalğa olması və fotonlardan – kvantlardan, onların isə 

bölünməz elementar zərrəciklərdən olduğu müəyyən edildi. Atomun bölünməsi və nüvə 

tədqiqatları da sübut etdi ki, materiyanın  əsasında bölünməz elementar neytrino, foton, 

nuklon, pozitron, mezon, qraviton  və s.  hissəciklər durur. Lakin bəzi zərrəciklər digərinə 

çevrilə bilir və bəziləri yeni zərrəciklərə bölünə bilir ( Novikov 1983).   

     Fizikanın  qanunları, habelə müəyyən etdi ki,  hər  şey nisbi müvazinətdədir. Yəni  

sükunətdə  və ya bərabərsürətli hərəkətdə olan cismə  təsir edən qüvvələrin cəmi sıfra 

bərabərdir. ( Sıfır rəqəmi kəşv olunmasaydı, yəqin ki, belə fikir söyləmək çətin olardı).  

Eynşteynin Nisbilik qanunu  bildirdi ki, sükunət və  bərabərsürətli hərəkət də nisbidir, 

universal zaman və məkanda bunu müəyyən etmək üçün bir üsul  və qayda yoxdur. Təsir 

əks təsirə bərabərdir (Nyutonun qanunu)  Hər şey stabil  və sərfəli vəziyyətdə olmaqa - ən 

az enerji itirməyə çalışır - bunu hər şeyin universal və çox faydalı qanunu - rasionallıq 

qanunu  və həyatın əsas qanunu hesab etmək olar. 

     Lakin biz fizikanın qanunlarından əlavə  hər  şey üçün daha ümumi qanunları,  başqa 

sözlə,  fəlsəfi məna daşıyan qanunları,  prinsipləri,  əlaqə  və asılılıqları qeyd edəcəyik.  

Məqsəd şeylərin və hadisələrin  ümumi tərkibini və dəyişməsini tapmaqdır. Başqa sözlə, 

təbiətin  bir sahəsində olan qanun digər sahədə  necə özünü göstərir və ya analoqu 

necədir?. Belə bir məqsədi və ümumi izahı hələ elm qarşısına qoymayıb. Məsələn, işığın 

difraksiyasıvə ya maye və qazların dar və geniş yerdən keçərkən sürət temperaturunun 

dəyişməsi  qanunun cəmiyyətdə analoqu nədir? Və  ya    naqildən elektrik cərəyanı 

keçərkən onda elektromaqnit hadisəsinin  yaranmasının biologiyada zoologiyada, 

insanda, cəmiyyətdə analoqu nədir? Çox yaxşı olardı ki, bütün  elm sahələrində 

qanunların siyahısını tutub eyniliklər, analoqiyalar tapılsın. Bu insan fəaliyyəti, cəmiyyət 

və idarəetmə üçün,  habelə yeni kəşvlər üçün çox faydalı olaraq bilik xəzinəsini 

genişləndirərdi  və insanın  özünü, mühiti dərk etməsini artırardı. Sözsüz,  texniki – 

pnevmatik, elektrik, hidravlik, rabitə, komputer  sistemlərində anoloji funksiyaları yerinə 

yetirən oxşar qurğular vardır və  nəticədə sistem yüksək etibarlığa və fuksional  iş 

qabiliyyətinə malik olur. Lakin ictimai idarə sistemi humanitar elmlərin geri qalmasına və 

siyasi qrupların eqoist təsiriniə  görə   belə qabiliyyətə malik olmur, çünki ictimai sistem 

hakim eqoist qrupa xidmət etmək üçün konstruksiya edilir. Şübhəsiz, digər əhali qrupları 

bu sistemdə özləri üçün də yaxşı  həyat imkanı,  ədalət və düzlük axtardıqda onu 

görmürlər – bu, sözsüz, yoxdur - hamı üçün nəzərdə tutulmamışdır. 



 

Dünyanın və şeylərin tərkibi və strukturu  

     Kainatın, görsənən və görsənməyən şeylərin, əşya və cisimlərin müxtəlif  baxışlardan  

ümümi  strukturu təsvir edilmişdir. Bəzi baxışlara görə varlıq  7  növ ierarxik bölümə 



 

26 


bölünür. Belə bölüm də skeptiklərin tələblərinə cavab vermir. Materializm dünyanı qaz , 

maye , bərk və plazma halda olan maddəyə  və sahəyə bölür və yalnız bunlarla işləyir. 

Halbuki bunlar bütün reallığı əks etdirmir. Varlıq ibarətdir:  obyektiv reallığı əks etdirən 

materiya , canlı materiyanın bioloji sahəsi və onun ən mürəkkəb formasından yaranan, 

lakin insana məlum material  xassələrini itirən  və müəyyən zamanlarda formasına 

qayıdan, başqa sözlə, forma kimi görünən forma - xəyaldan. 

    Beləliklə,  reallığın  aşağıdakı  daha aydın  ieararxik pillələr üzrə  bölümünü    təklif 

edirəm: 


1.  İlk başlanğıc pillə- zərrəciklər( yüngül və  ağır neytrino, antineytrino, qraviton, 

antiqraviton, pozitron, antipozitron və digərləri: məlum və naməlum) 

2.  Zərrəciklərdən yaranan dalğalar(şüalar): radio, işıq, rengten və s. 

3.  Zərrəciklərdən yaranan atomun hissələri: proton neytron elektron . atom və 

maddə:  qaz, bərk, maye və plazma  halında 

4.  Maddənin  və zərrəciyin yaratdığı sahə: maqnit, elektromaqnit, qravitasiya , 

5.  Canlı materiya (bitki və heyvanlar, insanlar; böyümə xassələrinə malik vahid 

hüceyrələrdən xüsusi qaydada təşkil olunur). 

6.  Bioloji sahə - canlı materiya, canlı hüceyrə tərəfindən yaranır.  

7.  İnsandan , habelə heyvandan və ya kollektiv fəaliyyətdən (yığıncaq, məclis, oyun 

və s.)  ayrılan onun olduğu formada xəyalının  və prosesin forma -  xəyali  

(energetik kodu). 

Zərrəcik və ondan formalaşan bütün kombunasiyalar materiya adlanır. Zərrəciyin 

materiya olub olmaması mübahisələri hələ qalır. 

 

 Energetik  forma –xəyal 



    Varlığın 7-ci növü  və ya pilləsi daha az öyrənildiyindən və çox mübahisəli olduğundan 

bu kitabda onun faktlara əsaslanmış  bəzi natamam təsvirini verirəm.  Energetik forma –

xəyal analayışı şərtidir. Bu anlayışın tarixi sinonimləri hələ  2500 il əvvəl Hindistan, Çin 

fəlsəfəsində  məlum olan İncə materiya və yaxud incə dünya  anlayışıdır. Digər oxşar 

anlayışlar Orta Şərq dinlərinin təsvir etdiyi ruhlar, mələklər  şeytanlar, cinlər, Allahlar, 

ilahi qüvvələr, gözə görünməzlərdir. Elmin   öyrənmədiyi  və buna görə qəbul etmədiyi,  

lakin  obyektiv reallıqdır. Elmin kənarda durmasına görə  müxtəlif dini idealist 

cərəyanlar, dini təlimlər , şarlatanlar, falçılar bu mövzunu aktiv istismar edir, şəxsi qazanc 

və siyasət vasitəsi, insanların  şüuru üzərində hökmranlıq vasitəsi kimi  istifadə edirlər. 

Məsələnin müəmmalığı və  hər adam üçün deyil, ancaq müəyyən parametrli adamlar üçün  

aşkar olması    və  qorxu ilə  əlaqədar olması, elmi, onu öyrənməkdən saxlayır. Bu isə 

bəşəriyyətin effektiv quruluşu və idarə olunmasına, insanların müxtəlif inanc qruplarına 

bölünməsinə, nəticədə dünyada sülhün yaranmasına xeyli mane olur.  Bu belə olur ki, 

məsələni mistikləşdirən və bütün insanların düzgün anlamasından onu yayındıran 

qüvvələr məhz bu məsələni vasitə edərək, şüurlara səhv izahatlar yeridərək, insanları bir - 

birinə düşmən ideoloji hissələrə ayırır. Hər  siyasi – dini qrup bu görünməz varlıqlardan 

birinə öz dilində Allah adı verərək özünün guya  ondan aldığı müstəsna səlahiyyətlərini 

elan edir; insanları onların  Allah tərəfindən vəhylə(yəni intuisiya) verilən   sözünə, 

şüuruna, ağlına  tabe olması   və idarə hakimiyyətinə  və maddi rifah halının daha üstün 

təmin etməyə məcbur edirlər. Dünyanın rasional nəzəriyyəsi dini xadimlər tərəfindən irəli 

sürülən bu uydurma iddiaları darmadağın edir.  



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə