Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə276/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   272   273   274   275   276   277   278   279   ...   282

 

596 


Pis həyatı görüb yaşamasan sən

Yaxşıya da qiymət verə bilməzsən, 

Pis arvadın dilin  gerçək  görməsən, 

Yaxşısına  hardan qiymət verərsən, 

Tək qalıb dərdinlə sən boğuşarkən, 

Pulsuz qalıb qəpyə güllə atarkən, 

Xəstə yatıb birdən  sən dirilərkən : 

Gözündə dəyişər insan, cəmiyyət, 

Qardaşın, qohumun, məskənin dövlət, 

Yeni qiymətini,  mənanı  alar, 

Canlılar, cansızlar – bütün varlıqlar, 

Qoyun, keçilərin, evin, eşiyin 

O çörək ağacın - sarı inəyin, 

Yeni məna ilə, doğar yenidən, 

Kamilləşmiş ağıl, yeni düşüncə 

Səbrlə ürək deyir – “səbr et bizə”, 

Əgər başlamışsa naqıslik, kədər, 

Asta - asta, üzü  qəlizə gedər, 

Qızışdırma  yanan o qığılcımı, 

Gözlə, səbr elə, sikl başa çatsın, 

Fikrini  ayır ki, o rahatlansın, 

Alışıb sən rəvac vermə pisliyə, 

Hadisə olacaq, bax sakitliyə, 

Razı olmasan bu, pisliyə, əgər 

Sonrakı ondan da  betəri gələr, 

Zaman lazımdır, sakitcə getsin 

Bədğur fikir sönsün, yenisi gəlsin. 

 

Sənin yaxınına ver qiymətini, 



Tez soruş  kefini, et hörmətini, 

Fitnə yaxın gəlsə, unutma bunu, 

Məcbur eləsə də, çaşma yolunu, 

Dara düşsən Yaxın, birinci gələr, 

Yaxşılıq etdiyin adamlar gələr. 

8 İyul 2006 

----------------- 



Qaç  qutar 

 

Dəllalı gördün, qaç tez qurtar



Sözün eşitmə, tez qaç qurtar, 

Hələ tələyə düşməmisən, 

Nə desə də, hə de, qaç qurtar. 

*** 


Rəysi olma, nə, rəis olsun, 

Nə istəsə qoy, onun olsun, 




 

597


Uyma hiyləyə, ağlın olsun, 

Tale gülmədi, tez qaç qurtar. 

*** 

Nə ona mal sat, nə də mal al, 



Nə çörək istə, nə də su al, 

Dilinə uyma, tamam  lal qal, 

Yükü hazır tut,  tələs, qurtar. 

*** 


Qoy qamarlasın, alsın yeri, 

Suyu, torpağı, şəhər yeri, 

Məzarı etsin, şəxsi mülkü, 

Bazar, dükanı, əl çək qurtar. 

*** 

Qarşına çıxsa,  uzaq get sən, 



Priyom onundur, tez bilərsən

Hiylədə - usta, sən nəsən? 

Soruşma  niyə, nəyçün, qurtar. 

22 Avqust 2006 

-------------------------- 

Kağızda düzəlir 

 

Kağızda düzəlir, hər problemimiz, 



Kağızda yardım alır, hər kasıbımız, 

Kağızda işləyir, hər işsizimiz, 

Pul qiymətdən düşür, hər gün, hər saat, 

Bir yandan çarımız qiymət qaldırır, 

Bir yandan qayğı edib maaş qaldırır, 

Beləcə aparır dəftər - xanəsin,- 

Millət səhv siyasəti görüb bilməsin. 

 

İravana heykəl qoyur erməni, 



Şuşanı alması  gün şərəfinə

Bərpa edir, tikir yeni nəsilə, 

Çarımız hələ qələbə deyir. 

 

Dünya inkişafa işlə çalışır, 



Yenə  beş faizə zorla çatdırır. 

Bizimki beş nədir, qırxdan atladır. 

Bərəkallah belə zirək çarına, 

Boyu uzun, o dil pəhləvanına. 

 

Kağızda yazılır hər şeyə əla, 



Hər hesabı düzülür həmişə əla, 

Maaş, təhsil, qayğı, səhiyyə, pensiya, 

Cənnətdir kağızda, gəl Azərbaycan! 



 

598 


22 Yanvar 2007 

-------------- 



Prezident seckiləri 

 

Yazıq millət, yazıq millət 



Həmişə  tək qalan millət 

Biri deyir: 

“Bütün seçki  saxta oldu, 

Düz səsləri yandırdılar”, 

Biri deyir:- 

“Olmadı ha elə bir şey

Qanun ilə idi hər şey”. 

Soruşdum mən müəllimdən, 

Seçkinin bir  rəsmisindən, 

“Düzünü de, noldu axı”? 

- “Başqa cürə olmaz axı, 

Qalib Heydər olmalıydı”! 

Yalan dünya, prezidenti 

Komisyalar təyin edir, 

Əmri alıb prezidentdən !... 

Hara qacım, hara gedim, 

Saxtakarlar əməlindən, 

Biri deyir: - 

“Xalqa yeni ümüd verdi”, 

Biri deyir: - 

“Olan ümüd də qırıldı”. 

1998 

--------------------------- 



Mən beləcə prezidentəm 

(Bir prezidentin monoloqu) 

 

Mən beləcə prezidentəm, 



Baxın siz öz kefinizə, 

İstərsiniz köçün gedin

İstərsiniz ölün gedin, 

Həkim yoxdur, neyləyim mən, 

İşin yoxdur, neyləyim mən, 

Pulun yoxdur, neyləyim mən, 

Bir yolu var onu bilin, 

Yaşamağın, yaşatmağın, 

Onu da mən yaratmışam. 

Adın rüşvət, mən qoymuşam. 

Toplaşmayın, bir yerdə siz, 

Ağız – ağıza, verməyin siz, 

Nə yazırsız, azad yazın, 



 

599


Mənə şəxsən toxunmayın, 

Fərqi yoxdur mənim üçün, 

Sizin yazıq iniltiniz, 

Dövlət üçün təklifiniz. 

Onlar ancaq ürəynizi

Boşaltmaqdır, nəticəsiz. 

Gəlin olun ağıllı siz, 

Dinməzcənə rüşvətləri, 

Hörmətləri, şirniləri, 

Verin gedin, səssiz –küysüz. 

Şükr edin ki, hələ sağsız, 

Qəti - imkan həbsləri siz, 

Görməyibsiz , nə olub ki? 

Dözümlüdür, mənim xalqım

Dözəcəkdir,  bu dəfə də, 

Hər nə qədər əzilsə də, 

Döyülsə də, söyülsə də, 

İşsiz qalıb, aclıq çəkib, 

Xəstəlikdə inildəyib, 

Göz qırpmadan baxacaqdır, 

Anlamadan, etinasız. 

Axı bunu mən bilirəm, 

Mən beləcə prezidentəm! 

Mənə ağıl öyrətməyin. 

Qismətiniz budur, dözün,                                               Bu bizim strategiyadır, 

Dəyişməyib qalacaqdır. 

Nə qədər ki, varıq hələ, 

Özüm, oğlum, nəvələrlə. 

Qarabağdır, nədir elə? 

Hey deyirsiz, gedək alaq, 

Niyə alaq, neyçün alaq? 

Başıma siz açmayın iş, 

Boş danışmaq olub vərdiş! 

Oturmuşam rahat yerdə, 

Gəlir gəlir, əl möhürdə, 

Hər şey mənə vasitədir, 

Insan, meşə, qara neftdir. 

Qənim olsun sizə Cəlal. 

Qazandığım bu cah-cəlal, 

Bəsdir bizə nəsillikcə! 

Xoşdur həyat mənə, belə! 

Təxribatçı, bədxahlardır, 

O sözləri hər bir deyən. 

Onların da gəlib axır, 

Axırları çatacaqdır. 



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə