Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
17
Komissarlığının yerli təşkilatlarına, o
cümlədən bütün gömrükxana və
sərhəd mühafizəsi dəstələrinə xüsusi göstəriş alana qədər fəaliyyətlərini
davam etdirmələrinə göstəriş verilirdi [8, 12, 182-183].
Azərbaycan Hərbi İnqilab Komitəsinin 19 iyul 1920-ci il tarixli dekreti
ilə xarici ticarətə aid bütün məsələlərin həlli xüsusi müvəkkil təyin edilən
Mdivaninin səlahiyyətinə verildi. Gömrük rüsumları şöbəsi bütün gömrük
məntəqələrini
xəbərdar edirdi ki, sərhəd zolağından 7 verst aralı məsafədə
malların daşınmasına icazə sənədini yalnız Azərbaycan İnqilab Komitəsinin
xarici ticarət üzrə Xüsusi müvəkkili və ya onun təyin etdiyi digər şəxslər
imzalaya bilər [9, 13, 74, 76].
Maliyyə Komissarlığının Gömrük şöbəsindən Bakı quberniyası ərazi-
sində yerləşən gömrük məntəqələrinə göndərilən 1920-ci il 8 avqust tarixli
təlimata əsasən Lənkəran və Cavad qəzaları dövlət tədarükü rayonları elan
edildiyinə görə bu yerlərdən taxıl məhsullarının çıxarılması qadağan edilir,
taxıl və taxıl məhsulları Ərzaq Komissarlığı və onun agentlərinin sərən-
camına keçirdi [10, 14, 79].
Sovet hakimiyyətinin ilk aylarında
Azərbaycan siyasi səbəblər
üzündən xarici ticarət tərəfdaşlarını itirdiyinə görə idxal-ixrac əməliyyatları
demək olar ki, aparılmırdı. Bakı gömrükxanasında işlər tamamilə dayan-
mışdı. Bunu nəzərə alan gömrük şöbəsinin rəisinin Maliyyə komissarına
yazdığı 1920-ci il 12 iyul tarixli məktubunda Bakı gömrükxanasının şəxsi
heyətinin ümumi sayının 11 ştat vahidi qədər ixtisar edilməsi təklif olun-
muşdu [18, 118].
Əmək haqlarının gecikdirilməsinə görə və gömrükxana əməkdaş-
larının digər dövlət idarələrinə könüllü dəyişilməsi ilə əlaqədar işdən imtina
etməsi geniş hal almışdı. Gömrük məntəqələrində “kadr axıcılığı”nı nəzərə
alaraq, Azərbaycan SSR Maliyyə komissarı vəzifəsini icra edən
H.Tağıyevin imzaladığı 22 iyul 1920-ci il 222 saylı əmrlə qulluqçuların öz
təşəbbüsləri ilə iş yerlərini tərk edərək digər
müəssisələrə keçməsi qadağan
edildi. Əks təqdirdə, həmin əməkdaşlara hərbi-inqilabi tribunalı qarşısında
cavab verəcəkləri haqqında xəbərdarlıq edilirdi [8, 77].
Arxiv sənədlərindən aydın olur ki, 1920-ci il aprelin 29-dan iyunun 1-
dək gömrük işçilərinin ödənilməyən əmək haqqı barəsində sovet hakimiy-
yətinin yenicə yaradılmış qurumları arasında yazışmalar aparılmışdı.
Maliyyə komissarının 17 iyun tarixli telefonoqramı ilə gömrükxanaların
azərbaycanlı qulluqçularına iyun ayının birinci yarısı üçün 80 faiz əlavələr
daxil edilməklə ödənilməsi, ayın ikinci yarısında isə 1500
manat avans
verilməsi haqqında göstəriş verilmişdi [5, 31].
Azərbaycan SSR Maliyyə Komissarlığı Gömrük şöbəsinin rəisi
A.Qolovanın imzaladığı və 1920-ci ilin may ayında respublikanın bütün
gömrük müəssisələrinə ünvanlanan 1887 saylı məktubda göstərilirdi:
“İnqilab Komitəsinin mayın 17-də keçirilən yığıncağının fəhlə və
Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
18
qulluqçuların əmək haqlarının həcmi və normaları haqqında qərarına
əsasən aprelin 28-nə qədər və haliyədə gömrükxanalarda çalışan
əməkdaşlara Əmək Komissarlığında hazırlanmış stavka hesabı ilə hər bir
işçiyə 3000 manat avans verilsin. 28 apreldən sonra sovet müəssisəsinə işə
qəbul edilən və indiyə qədər əmək haqqı almayan qulluqçulara əmək
haqqının əvəzinə 6000 manat avans ödənilsin” [6, 55].
Sovet hakimiyyətinin ilk günlərində Bakı və digər gömrükxanalar
yenidən təşkil olundu və Azərbaycan SSR Maliyyə Komissarlığının
Gömrük hissəsi idarəsinin tərkibinə daxil edildi.
Gömrük hissəsi gömrük və
sərhəd mühafizəsi şöbələrindən ibarət idi. Azərbaycan İnqilab Komitəsinin
1920-ci il tarixli dekreti ilə Bakı gömrükxanasının xüsusi əhəmiyyət
daşıması nəzərə alınaraq müvəqqəti olaraq Hərbi-Dəniz işləri üzrə Xalq
komissarlığına tabe edilmişdi [215, 1920, № 196].
Siyasi rejimin təbiətindən irəli gələn bəzi istisnalara baxmayaraq
(başlıca olaraq XX yüzilliyin 20-30-cu illərində) gömrük məmurları öz peşə
vəzifələrini yüksək səviyyədə yetirirdi. Sovet hakimiyyəti illərində Bakı
gömrükxanasının rəhbər vəzifəli şəxsləri aşağıdakılar olmuşdur:
L.İ.Budzınski (1918-ci il 19 oktyabr)
- AXC dövrü; Ə.T.Məmmədzadə
(gömrük komissarı, 1920-ci il, 28 aprel), Məcid Əfəndiyev (1923-cü il),
Əhməd Düdənginski (rəis müavini, 1920-1924-cü il), Anton Semyonoviç
Hasilava (1924-cü il), Məcidov (1925-1926-cı il), D.V.Veselyov (1926-cı
il), A.N.Solovyov (rəis müavini, 1926-1927-ci illər), Freynman (1927-ci il),
Sumbatov-Topuridze (1927-1928-ci illər), N.F.Rudolin (1929-1930-cu
illər), Əhməd Rzayev (rəis müavini, az sonra Azərbaycan gömrük rayonu
inspektoru), A.S.Şafirov (1934-cü il), M.K.Mixasko (1935-ci il),
P.İ.Samonin (rəis müavini, 1935-1937-ci illər), P.N.Pervuşin (1938-1939-cu
illər), A.İ.Petrosyan (rəis əvəzi, 1939-1941-ci il), Kuzmin Kazimir (1944-cü
il), Əli Bala Məlik oğlu Əliyev (rəis müavini, 1945-1949-cu illər),
İ.N.Poleşşuk (1946-1949-cu illər), L.N.Bobrov (1950-1952-ci illər),
K.D.Zaloznı (1952-54-ciü illər), V.T.Kovalçuk (1955-1957-ci illər),
E.M.Zülfüqarzadə (1958-1987-ci illər), R.M.Əsədzadə (1987-1988-ci illər)
və N.Ə.Məmmədov (1988-ci ildən).
1920-ci il may ayının məlumatına əsasən, Bakı gömrükxanasında 170
nəfər çalışırdı. Gömrükxana rəisi Leonard Budzinski, müavini Sarux bəy
Qurbanbəyov, müfəttiş vəzifəsində 1908-ci ildən gömrük orqanlarında
çalışan Əhməd bəy Düdənginski (1883-cü ildə doğulub) idi.
Lakin Hərbi-
dəniz xalq komissarı Əliheydər Qarayevin 1920-ci il avqustun 3-də
imzaladığı əmrlə Bakı gömrükxanasının şəxsi heyətinin tərkibində dəyişik-
liklər aparıldı. Qeyd edilən əmrlə Bakı gömrükxanasında müfəttiş, xəzinədar
köməkçisi və tərcüməçi vəzifələri ləğv olundu,
bundan əvvəl müfəttiş
vəzifəsində olan Əhməd Düdənginski Sarux bəy Qurbanbəyovun yerinə
gömrükxananın rəis müavini təyin edildi [7, 291].