Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə10/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   6   7   8   9   10   11   12   13   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
28
Bir qədər haşiyəyə yol verərək, onu da qeyd edək ki, 
qeyri-taksonomik dəyərləndirmə üzərində  nəşət tapan 
təsnifatlar mahiyyət etibarı ilə kontrastiv araşdırmalara 
yetərincə yaxınlığı ilə seçilirlər. Multilinqval  araşdırmaları 
ehtiva etməsindən dolayı, istər  kontrastivistika, istər 
müqayisəli-tarixi, istərsə  də  tipoloji  və areal dilçilik 
sahələrinin dəyişməz  bir ortaqlığı malik olduqlarını  önə 
sürən  İ.P.Susov (kursiv bizimdir – A.H.) bununla belə, bu 
sahələrin eyniləşdirilməsini qətiyyən doğru olmadığını 
vurğulamış və sonuncuları (yəni, müqayisəli-tarixi; tipoloji 
və areal dilçilik sahələrini) konfrantativ dilçilikdən 
fərqləndirən  ən mühüm özəlliklər arasında, məhz, onların 
müxtəlif parametrlərə  əsasən dillərin təsnifatlandırımasını 
təklif etməsini qeyd etmişdir.
1
 Başqa sözlə, dillərin 
müqayisəsi zəminində ortaya çıxıb təsnifati bölgü təqdim 
etməyən araşdırmaların kontrastiv və tipoloji dilçilik 
sahələrinin aralıq zonasında qərar tuta biləcəyini söyləmək 
daha doğru olardı. 
İstənilən halda, tipoloji dəyərləndirmələrin qarşısında 
qoyulan müvafiq tələblərə uyğunluq baxımından təhlillərə 
cəlb edildikdə, istər Amerika dilçilərinin,istər Praqa 
funksionalistlərinin xarakteroloji yanaşmalarını tam 
anlamda tipoloji klassifikasiya qismində  səciyyələndirmək 
bir qədər çətindir. Belə ki, 1)burada istənilən tipoloji 
təsnifat üçün vacib olan «istinad modeli», «prototip» 
məsələsi yetərincə  həll olunmamışdır; 2)bu təsnifatlar bir 
çox halda istənilər növ bölgü üçün məqbul bilinən və ya 
icazə verilən kriteri yayğınlığı limitini aşır; 3)bu 
təsnifatlarda,  əsasən (daha öncəki təhlillərdən məlum 
olduğu kimi,istisnalar yox deyil), uğurlu sistematizasiya 
                                                 
1
 Сусов И.П.Введение в теоретическое языкознание.http://www.russian. 
slavica.org/article12.htm.
 
 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
29
üçün vacib olan iyerarxik dəyərləndirmələrə öncüllük 
tanınmamışdır. Bu mənada, iki əsrə yaxın vaxt ötməsinə 
baxmayaraq, Humboldian yanaşmanın hələ  də öz 
aktuallığını itirməməsi təsadüfi görünmür.     
Tədqiqatın irəlidəki bölümlərində «tipoloji təsnifat 
nədir?»; «onun bölgü kriteriləri hansı prinsiplərə  əsaslan-
malıdır?» «tipoloji dəyərləndirmə zamanı dil hansı zaman 
koordinatları  çərçivəsində  dəyərləndirilə bilər?» və s. bu 
kimi sualları cavablandırmağa çalışarkən, biz, dolayısı ilə 
«linqvistik tipologiya – taksonomik təsnifatlandırma, 
yoxsa, sistematizasiya və ya xarakteroloji təsvirdirmi?» - 
sualından doğan problemlərin digər aspektlərini də 
işıqlandıracağımızdan, bu məqamda, sonuncu problemlə 
bağlı  gəldiyimiz, sadəcə, ilkin nəticə ilə paylaşmaq 
istərdik.  
Deyilənlər əsasında məlum olur ki, klassik humboldtian 
klassifikasiyasının artıq tarixə gömülməli olması  və yerinə 
yeni linqvistik düşüncənin ortaya qoyduğu novator 
ideyalara  əsaslan təzə bölgü sistemlərinin yaradılmasının 
vacibliyi ilə bağlı səsləndirilən bir çox fikirlərdəki, bir növ, 
barışmaz qətiyyətə 
rəğmən, meydana gələn 
klassifikasiyaların və  təklif olunan təkmilləşdirmə model-
lərinin böyük əksəriyyəti Humboldt təsnifatının haqlı 
uğurunu təkrarlaya bilmədi. 
 
1.2. Terminoloji qarışıqlıq-tipoloji araşdırmaların 
obyektivliyinə xələl gətirən amil kimi 
 
Linqvistik tipologiyaya dair ədəbiyyatda, bir qrup alim 
tərəfindən səsləndirilən mülahizələrdə zaman-zaman özünü 
göstərən skeptik münasibət (daha konkret olaraq desək, 
ümumiyyətlə, morfoloji təsnifatın  əhəmiyyətinə  şübhəli 
yanaşma) halları, zənnimizcə, həmin təsnifatın gərəkliliyi 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
30
problemindən daha çox, onun real dil materialına tətbiqi 
şəraitində ortaya çıxan uyğunsuzluqlardan qaynaqlanır. Bu 
mənada «linqvistik tipologiyanın perspektivəri ilə onun 
nailiyyətlərinin kəskin təzad» yaratdığını qeyd edən 
G.A.Klimov tamamilə haqlıdır: «Tipoloji nəzəriyyənin 
inkişafında  əyləc rolunu oynayan əsas amillərdən biri, dil 
tipi anlayışının kifayət qədər işlənilməməsidir» 
1
.  
İstər aqlütinativ və flektiv quruluşlu konkret dillərin 
qrammatikalarının, istərsə  də dil nəzəriyyəsinə aid 
ədəbiyyatın təhlili belə bir nəticəyə gəlməyə imkan verir ki, 
tədqiqatçıların çoxu ya 1) tədqiqat obyektini təşkil edən dil 
materialarında həmin dilin struktur özəllikləri ilə bir araya 
sığmayan tipoloji sapma elementlərinin üzərindən sükutla 
keçir, ya da 2) həmin elementlərin mənsub olduğu dil tipi 
ilə araşdırma obyekti olan dilin struktur quruluşu arasında, 
ümumiyyətlə, 
əsaslı 
fərqin mövcud olmamasını 
göstərirdilər. Yaranmış anlaşılmaz vəziyyətin arxasında bir 
çox səbəblər durur ki, onlardan birini «linqvistik 
tipologiyada terminologiya problemi» olaraq səciyyələndirə 
bilərik. Əslində, morfoloji təsnifata dair tədqiqatların qeyri-
bitkinliyinin məntiqi davamı kimi ortaya çıxan 
terminologiya problemi bu dilçilik sahəsi üçün, özlüyündə 
bir növ «qapalı dairə» effekti verən məsələyə çevrilmişdir. 
Belə ki, istilahlardakı vahid standartların 
müəyyənləşməməsindən qaynaqlanan qeyri-dəqiqlik yeni 
məna dolaşıqlıqlarına da yol açır ki, bu da, öz növbəsində
tipoloji araşdırmaların birmənalı nəticə əldə etməsinə ciddi 
maneələr törədir. 
 Tipoloji  proseslərin müxtəlifliyindən törəyən bəzi  
istilah dolaşıqlığı hallarının köklərinin daha dərin mət-
ləblərə varmasından dolayı, fikirlərimizi  əyaniləşdirmək 
                                                 
1
 Климов Г.А. О понятии языкового типа  // Вопросы языкознания, 1975, №6, стр. 21. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə