Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə21/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   17   18   19   20   21   22   23   24   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
61
Tipoloji rekonstruksiyanın dillərin qohumluq əlaqələ-
rinin təsbiti işində müstəsna rol oynaması haqqında faktın 
danılmazlığı fonunda, suallarımız yaranan anomaliya 
hallarının  əks məcralı  təsiri ilə bağlı ehtimalların 
dəyərləndirilməsi və eyni zamanda, ulu və müasir dillərin 
struktur özəlliklərinin bu iki klassifikasiyasının qarşılıqlı 
əlaqəsi aspektində müəyyənləşdirilməsi ilə bağlıdır.
1
  Nə 
qədər paradoksal görünsə də, bəzi dillərdə müşahidə edilən 
tipoloji tendensiyaların onların «qohumluq» münasi-
bətlərinə  təsirsiz ötüşməməsi ilə bağlı  fərziyyələrin 
mövcudluğu, tədqiqat obyektimizdən dolayı, bu problemin 
şərhi zərurətini doğurur. Belə ki,  ingilis dilinin müasir 
struktur quruluşunu və onun hind-Avropa dilləri ailəsindəki 
mövqeyini dəyərləndirən Q.N.Vorontsova məsələ ilə bağlı 
iku tam əks qütblü fikirlərin mövcudluğuna diqqət çəkmiş, 
«bəzi tədqiqatçıların ingilis dilinin öz inkişafında, fleksiya 
sisteminin hind-Avropa dilləri üçün mümkün olan «itirilmə 
sərhədləri»ni aşdığından, bu dilin artıq hind-Avropa 
ailəsinin üzvü hesab edilməsinin yolverilməz»liyini iddia 
etdikləri halda, «digərlərinin hələ  də israrla müasir ingilis 
dilini flektiv dil adlandırdıqları»nı bildirmiş; mötədil 
mövqe tutan araşdırıcıların isə  «ingilis dili tipli (o 
cümlədən, ingilis dilinin özünün) dilləri daha çox analitik 
                                                                                                         
языков? (К вопросу о строе языка кечуа). // Вопросы языкознания, 1969, 
№5, стр.51-54.). Башга сюзля, ещтималларын ясасында щяр щансы бир типолоъи 
тямайцлцн,  сапма  фактларынын  «кямиййят→кейфиййят»  кечиди  сайясиндя, 
диэяр типолоъи тенденсийа иля явязляня билмяси мцмкцнлцйц вя бунун няти-
жясиндя «йени дил»ин мейдана эялмя имканында олмасы фярзиййяляри дурур. 
1
 Артыг гейд едилдийи кими, бизи, илк олараг, гощум диллярин типолоъи гурулуш 
бянзярлийи  дейил  (бу  мясяля  иля  баьлы  дилчилийимиздя  сон  дюврляр  хцсуси 
арашдырмалар апарылмагдадыр. (бах: Гулийев Т. Алтай дилляринин гощумлу-
ьу мясяляси.Б.,2006.), щямин диллярин структур тякамцлцндя кечдийи йолда  
газандыглары  охшар  вя  йа  фяргли  мащиййят  кясб  едян  жящятляр  мараглан-
дырыр. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
62
dil adlandırıldığını», bunun isə ingilis dilinin praktiki 
olaraq «fleksiyadan az qala tamamilə  məhrum olmuş» və 
ya «rudiment şəklində az sayda fleksiyanı mühafizə etmiş» 
dil olması anlamına gəldiyini qeyd etmişdir(kursiv bizimdir 
–  A.H.).
1
  
Göründüyü kimi, «analitik» və «flektiv dil» anlayış-
larını qarşı-qarşıya qoymaqla, sanki beşinci dil tipinin 
mövcudluğunu önə sürən və bununla da artıq daha bir 
problematik məqam ortaya çıxarmış olan tədqiqatçılar, eyni 
zamanda digər «qaranlıq» mətləb haqqında bəhs etməklə, 
dolayısı ilə qohum dillərin fərqli tipoloji quruluşa malik ola 
bilmə ideyasının heç də yalnış olmadığını önə sürmüşlər.  
Digər tərəfdən, tam əks mövqe nümayiş etdirərək flektiv 
dillərdəki tipoloji sapma elementlərinin dəyərləndirilməsi 
fonunda, bu anomaliyaların kəmiyyət mərhələsindən 
keyfiyyət perioduna keçə bilməsini istisna edən dilçilər də, 
fikirlərinin əsaslandırılması üçün eyni ilə genealoji təsnifat 
göstəricilərinə üz tuturdular. Belə ki, hind-Avropa ad və fel 
fleksiyalarının aqlütinasiyadan törədiyni, sonuncuların isə 
kök quruluşdan başlanğıc götürdüyünü önə sürən F.Bopp, 
A.Şleyxer və başqalarının ideyalarının yanlışlığını sübuta 
yetirməyə çalışan A.V.Şirokova, «əgər, ümumiyyətlə, bir 
dil tipindən digərinə keçidi; dilin morfoloji struktur 
tipinin, bütövlükdə, …. köklü dəyişiklikləri mümkün olsa 
idi, onda ehtimal ki, bir böyük dil ailəsi çərçivəsində eyni 
ulu dildən  şaxələnən, lakin müxtəlif dil tiplərinə  məxsus 
olan ayrı-ayrı dillərə  təsadüf etmək mümkün olardı» – 
fikrini dilə  gətirmiş  və bu mənada sözügedən dillərdəki 
iltisaqi elementlərin heç vəchlə relikt formaları olmayaraq, 
tam  əksinə, yeni dövr özəlliklərini təcəssüm etdirdiyini 
                                                 
1
  Воронцева  Г.Н.  Очерки  по  грамматике  английского языка.  М., 1960, 
стр.3. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
63
iddia etmişdir
1

Bu  əks mövqelər arasında (bizə görə) doğru olanının 
müəyyənləşdirilməsi üçün isə dil təkamülü nəzəriyyəsinin 
genealoji təsnifat problemləri ilə  kəsişmə nöqtəsinə 
nəzər salmaq lazımdır. 
Nə  qədər qəribə görünsə  də, dilçilik ədəbiyyatlarında 
dillərin öz «verilmiş» quruluşları  çərçivəsində qapanıb 
qalmayaraq müəyyən struktur anomaliyalar çərgiləməsi 
ideyası  tədqiqatçılar tərəfindən,  əsasən, qəbul edilsə  də, 
(həmin ideyanın davamı olaraq meydana çıxan) konkret 
dillərin kök-iltisaqi-flektiv dil mərhələlərindən keçərək 
inkişaf tapması ehtimalının eyni səviyyədə  tərafdar 
qazandığını söyləmək olmaz.  
Başqa sözlə, bəzi hallarda sözügedən məsələ ilə bağlı 
nəzəriyyənin «praktika»da həllini tapmadığını görmək 
mümkündür. Belə ki, məsələn: hər hansı bir dilin öz ilkin 
yaranış formasında flektiv quruluşa malik olması  və 
sonralar yalnız həmin tipin struktur imkanlarının yol 
verdiyi səpkidə  təkmilləşməsi barədə söylənilənlər (bu 
mənada, O.Yespersenirn hind-Avropa dillərinin «əslən 
flektivliyi» haqqında irəli sürdüyü mülahizəni xatırlamaq 
yerinə düşərdi
2
) dil quruluşunun müəyyən qanunauy-
ğunluqlar çərçivəsində  təqribi inkişaf modelinə müvafiq 
dinamikada olması hipotezinə ciddi zərbə vurur. Əgər hər 
hansı bir dil uzun əsrlər boyu davam edən «kamilləşmə» 
prosesinin nəticəsində  təsbitini tapan deyil, sadəcə, 
«yaranışdan verilmiş» flektivliyə malikdirsə, deməli, dil 
təkamülü nəzəriyyəsi ilə bağlı söylənilən gümanlar əsassız 
iddiadan başqa bir şey deyil?!  
Göründüyü kimi, məsələ ilə  əlaqədar doğan obyektiv 
                                                 
1
  Широкова  А.В.  Сравнительная  типология  разноструктурных  языков. 
М., 2000, стр.157. 
2
 Мещанинов И.И. Общее языкознание, Л., 1940, стр.48. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə