Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə28/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   24   25   26   27   28   29   30   31   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
82
siya cəhdlərinin və ya (dil strukturu səviyyəsinə  nəzərən) 
qlobal səciyyə daşımasının qarşısı alınmış yadcinsli 
proseslərin mahiyyətinin təhlili bu proseslərin idarə 
edilməsində dilin material imkanlarının sərhədlərini aşa 
bilən «fövqəl-güc»ün olduğunu düşünməyə imkan verir. 
Bəzi dəyişikliklərin kütləviləşməsinə «yaşıl işıq» yandır-
dığı halda, digərlərinin dil normasına çevrilməsinə mane 
olan həmin qeyri-linqval (və ya qeyri-material) gücü «uzus 
müdaxiləsi», «toplumsal nitq vərdişi» və ya artıq istifadə 
olunmaqda olan terminologiyaya əsasən, «dil ruhu» 
(V.Humboldt)
1
, «danışan və dinləyənin təfəkküründə  hazır 
qəlib  şəklində oturdulmuş dil «qavramı»  (G.P.Melnikov)
2

«böyük  əksəriyyətə malik olmasından dolayı,  insan 
təfəkküründə yaranan  dayanıqlı»   «yaratdığı müəyyən 
pressinqlə» ehtiyac olmayan dəyişiklikləri önləməyə qadir 
olan dominant» (B.A.Serebrennikov)
3
 qismində 
səciyyələndirmək mümkündür. 
Bu mənada, Humboldtun «dil ruhu» anlamında nəzərdən 
keçirdiyi hadisənin determinanta ilə bilavasitə bağlılıqda 
nəzərdən keçirən G.P.Melnikovun haqlı olduğunu etiraf 
etməmək mümkün deyil. Belə ki, dahi dilçinin «dil 
xarakterinin müxtəlifliyinin ədəbiyyat və mənəvi tərəqqiyə 
təsirini» araşdıran tədqiqatında qeyd etdiyi bir fikir dilin 
özəyində  əlahiddə bir gücün olduğunu söyləməyə  əsas 
verir: «..mahiyyət etibarı ilə,təkcə  səs və nitq 
konstruksiyaları vasitəsi ilə deyil,həmçinin öz aktiv və can-
lı varlığı  ilə  gələcək nəsillərə ötürülən dil xarici deyil, 
                                                 
1
 фон  Гумбольдт Избранные труды по языкознанию. М.,1984.;стр. 68. 
2
  Мельников  Г.П.Детерминанта - ведущая  грамматическая  тенденция 
языка  // Фонетика,  фонология,  грамматика  (в  честь 70-летия  А.А.Ре-
форматского). - М., 1971. http://philologos.narod.ru/melnikov/determ.htm 
3
 Серебренников Б.А. Общее языкознание  http://www.classes.ru/grammar 
/115.Serebrennikov/  


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
83
məhz,daxilidir    və … təfəkkürlə olan vəhdətində o, (dil – 
A.H.) milləti özünü təcəssüm etdirir» (kursiv bizimdir – 
A.H.).
1
 
Dil-təfəkkür  əlaqəsinin bariz nəticəsi olan bu «fövqəl 
hadisə»nin real təbiəti çox geniş spektrli silsilə araşdır-
malar  əsasında tam mənası ilə  aşkarlana bilər. Biz, təqdim 
olunan tədqiqat çərçivəsində,araşdırmanın  əsas obyektinə 
müvafiqlik baxımından, həmin hadisənin xalqın təfəkkür 
tərzi və reallıqların qavrayışı zamanı onlara qazandırdığı 
verbal «qılaf»ın bütün məqamlarının koqnitiv psixologiya 
aspektində  və ya psixolinqvistik  müstəvidə  də-
yərləndirməsinə ətraflı yer ayırmaq imkanından məhrumuq. 
Əslində, sözügedən məsələlərin səthi təhlilinin tipoloji 
modifikasiyalar problemi ilə sintezi uğurlu yanaşma 
olmazdı. Bu mənada,determinanta anlayışının dil-təfəkkür 
əlaqəsi müstəvisindəki nəzəri dəyərləndirməsini yekun-
laşdıraraq, sadəcə olaraq, onu demək istərdik ki, 
determinanta danışanın  şüurunda formalaşmış elə bir «dil 
modelidir» ki, (Uorfun fərqli kontekstdə ifadə etdiyi 
tanımlamadan yararlasaq) «onun kökündə müəyyən bir 
sistem durur» və «təhtəlşüurlaşmış və avtomatikləşmiş nitq 
vərdişləri»
2
  məcmusudur. Məhz, həmin «model»in möv-
cudluğu insan beynində hazır paradiqmalar və ya bu və ya 
digər mini-modellər  şəklində var olan dil bilgisi (və ya dil 
inventarı bazası) dili spontan dəyişikliklərdən qoruyur. 
Məhz, həmin «dil vərdişi» və ya «dil duyumu» müəyyən 
tipoloji prosesləri, hətta, tipoloji sapmaların meydana 
çıxmasına yol açan modifikasiyalar istiqamətində yönləndi-
rir. 
Məsələn: daha öncəki tədqiqatımızda geniş  şəkildə 
                                                 
1
 фон  Гумбольдт Избранные труды по языкознанию. М.,1984.;стр. 68. 
2
  Уорф  Б.Л.Наука  и  языкознание / Новое  в  лингвистике.  Вып. 1., М., 
1960. http://sprach-insel.com 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
84
araşdırılmasından dolayı bu tədqiqat çərçivəsində bir daha 
üzərinə qayıtmağımıza lüzum görmədiyimiz «uyğur 
umlautu» məsələsində olduğu kimi. Belə ki, morfonoloji 
özəllikləri sırasında  ahəng qanununun yer aldığı türk dil-
ləri ailəsinə daxil olan bu dildə umlauta bənzəyən tipoloji 
sapma tendensiyalarının meydana gəlməsinin başlıca 
səbəblərindən biri qismində  şəkilçi variantlılığının aradan 
qalxması şəraitində xalqın öz «dil duyumu»na sadiq qalaraq 
söz-forma çərçivəsindəki sinharmonik uyumun bərpasına 
(təhtəlşüuri olaraq) özən göstərməsini qeyd etmək olar.
1
 
Bu kontekstdə alternasiyalar nəzəriyyəsinin müəllifi 
Boduen de Kurtenenin sözlərini xatırlatmaq yerinə düşərdi: 
səbəb «yalnız sosial ünsiyyət, «UZUS»dur; biz, məhz, bu 
cür danışmağı… öz əcdadlarımızdan öyrənmişik»(kursiv 
bizimdir – A.H.).
2
 
 
2.2.  Tipologiyanın təsnifat kriterilərinin qeyri-də-
qiqliyi – tiplərarası    delimitasiya  işində  və eləcə  də, 
aparıcı tipoloji təmayül və sapma faktlarının fərqlən-
dirilməsində fəsadlara yol açan amil kimi 
  
2.2.1. Yarandığı ilk dönəmlərdə «morfoloji klassifika-
siya» qismində tanımlanan təsnifatlandırmanın (müasir 
tipoloji nəzəriyyələrin ortaya qoyduğu müddəalar əsasında) 
yalnız sözügedən yarusun deyil, dil sisteminin digər 
səviyyələrinin də özəlliklərinə istinad etməsinə 
                                                 
1
    Бу  щагда  даща  ятрафлы  бах.:  Щажыйева  А.Й.  Дил  системиндя  типолоъи 
сапмалар  (аглцтинатив  диллярдя  флектив  тямайцллц  елементляр).  нам. 
дисс.2006, с. 66- 103;  Щажыйева А.Й.Аглцтинатив диллярдя дахили флексийа вя 
фузийа.Б.,2007, с.55-199.  
2
  Бодуэн  де  Куртенэ  И.А.  Избранные  труды  по  общему  языкознанию. 
Том I, М., 1963, стр.312. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə